Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-29/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), X5, Şüxxxxov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6rşı "Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarına əsasən ona Mingəçevir Çınqılbeton zavodunun "xxxx" X2ndan ayrılmış və xx.xx.1994-cü il tarixli üzvlük kitabçasında göstərilən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-672/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarına əsasən, Mingəçevir Çınqıl-beton zavodunun "xxxx" bağçılıq yoldaşlığının nizamnaməsi təsdiq edilmişdir. "xxxx" bağçılıq yoldaşlığı tərəfindən İddiaçı adına 600 kv.m torpaq sahəsi ilə bağlı xx.xx.1994-cü il tarixli ""xxxx" X2 pasportu" verilmişdir. İddiaçı cavabdehə müraciət edərək, həmin sənəddə göstərilən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, ləğv edilmiş Mingəçevir Şəhər Bağlar İdarəsi tərəfindən cavabdehə təhvil verilmiş Qum-çınqıl zavodunun "xxxx" kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmiş, həmçinin torpaq sahəsinin yerini və ölçülərini əks etdirən yerquruluşu planı təqdim olunmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, onun üzvlük kitabçası olduğuna görə mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Birinci instansiya məhkəməsinin baxışı zamanı o, izahatında əlavə olaraq bildirdi ki, torpaq sahəsi ona ayrılan zaman hər hansı sxem tərtib olunmamışdır. Həmçinin, göstərilən torpaq sahəsinə nəzarəti onun xxxxəkəni Coşğun həyata keçirir. Tanımadığı bir nəfər şəxs də həmin torpaq sahəsinə iddia edir və gəlib torpaq sahəsinin özünə məxsus olduğunu Coşğuna bildirmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-672/2019 nömrəli qərarı ilə (hakim Vidadi Qasımov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6rşı "Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarına əsasən ona Mingəçevir Çınqıl-beton zavodunun "xxxx" X2ndan ayrılmış və xx.xx.1994-cü il tarixli üzvlük kitabçasında göstərilən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyаsiyа şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mübahisədən görünür ki, iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddia mümkün iddiadır. İnzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq inzibati orqana müraciət edilmiş və sonuncu Qum-çmqıl zavodunun “xxxx” kollektiv bağçılığınm adlı siyahısında onun adının qeyd edilmədiyini əsas gətirərək, sözügedən torpaq sahəsini hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir, Həmçinin işə baxan məhkəmə cavabdehin imtinasını əsas gətirərək iddia tələbini rədd etmişdir. Aşağıda qeyd edilənlərə əsasən həm cavabdehin həm də işə baxan məhkəmənin etirazlarını qəbul etmir.İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər XDS İKnin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarına əsasən ,Mingəçevir Çınqıl-beton zavodunun “xxxx “bağçılıq yoldaşlığının nizamnaməsi təsdiq edilmişdir. “xxxx”bağçılıq yoldaşlığı tərəfindən onun adına 600 kv.m torpaq sahəsi ilə bağlı xx.xx.1994 -cü il tarixli “xxxx“ X2 pasportu verilmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə görə Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamının 1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir.Həmin sərəncamın 2.2-ci bəndinə əsasən bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.«Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.Həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.Yuxarıda sadalanan maddi hüquq normaları vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləyir. İşin faktiki hallarından görünür ki, yuxarıda qeyd olunan xx.xx.2007-ci il tarixli sərəncamdan əvvəl həmin torpaq sahəsi mənim faktiki istifadəmdə olmuş, “Mingəçevir şəhər XDS İK_nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarına əsasən Mingəçevir Çınqıl -beton zavodunun “xxxx” X2ndan ayrılmış və xx.xx.1994 -cü il tarixli üzvülük kitabçasında göstərilən 600 kv.m torpaq sahəsinə olan hüququm tanınmışdır. Xüsusilə qeyd etmək istəyir ki, əvvələr bu tip işlərə Şəki İnzibati-iqtisadi Məhkəməsində baxılmış və vətəndaşların iddiası təmin edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(84)- 672/2019 saylı qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyası iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsas tutaraq digər tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara xxxx bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli "xxxx" X2 pasportu", Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarı və mübahisəli ərazinin planı aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə sorğular əsasında toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki,inzibat orqanın imtinasının əsası ondan ibarət olmuşdur ki, cavabdeh xx.xx.2018-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, ləğv edilmiş Mingəçevir Şəhər Bağlar İdarəsi tərəfindən cavabdehə təhvil verilmiş Qum-çınqıl zavodunun "xxxx" kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmiş, həmçinin torpaq sahəsinin yerini və ölçülərini əks etdirən yerquruluşu planı təqdim olunmamışdır Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki,iddiaçının adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahıda İddiaçı adı yoxdur. Bundan başqa, iddiaçıya ayrılmış torpaq sahəsinin yerini, koordinatlarını müəyyən etməyə imkan verən hər hansı sxem, yaxud digər yerquruluşu sənədi mövcud deyil. İddiaçının təqdim etdiyi ""xxxx" X2 pasportu"nun məhz onun faktiki istifadə etdiyi torpaq sahəsinə aid olmasını təsdiq edən heç bir əsas yoxdur. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etçəyi zəruri hesab edir. -İşdə olan, Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarının surətindən görünür ki, Mingəçevir Çınqıl-beton zavodunun "xxxx" bağçılıq yoldaşlığının nizamnaməsi təsdiq edilmişdir. - İşdə olan, "xxxx" bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli ""xxxx" X2 pasportu"ndan görünür ki, həmin sənəd İddiaçı adına 600 kv.m torpaq sahəsi ilə bağlı verilmişdir Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamının: 1 -ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. 2.2-ci bəndinə əsasən, bu sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1 -ci abzasına əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1 -ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunverici vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-cı il tarixli 179 nömrəli qərarı ilə X10 Zavodunda yaradılmış bağçılığının nizamnaməsi təsdiq edilmiş və həmin qərara əsasən Mingəçevir Çınqıl-Beton Zavodunun "xxxx” X2 tərəfindən Çınqıl-Beton Zavodunun əməkdaşı olan iddiaçıya xx.xx.1994-cü il tarixli iddiaçıya 600 m2 bağ torpaq sahəsi verilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair bağçılıq pasportu hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Bunlardan başqa cavabdeh xx.xx.2018-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, ləğv edilmiş Mingəçevir Şəhər Bağlar İdarəsi tərəfindən cavabdehə təhvil verilmiş Qumçınqıl zavodunun "xxxx" kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmiş, həmçinin torpaq sahəsinin yerini və ölçülərini əks etdirən yerquruluşu planı təqdim olunmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hazırda Qum-Çınqıl ASC-yə məxsus ərazidə yerləşməsi bir daha sübut edir ki, mübahisə predmeti olan torpaq sahəsi Mingəçevir Çınqıl-Beton Zavodunun "xxxx” X1 məxsus olmuşdur. Belə ki, ASC Çınqıl- Beton Zavodunun bazasında yaradılmış "X3 və Satışı” Dövlət X4 Materialları Kombinatının bazasında 21.09.l998-ci ildə yaradılmışdır. Kollegiya tərəfindən mübahisəli torpaq sahəsinin yerini və ölçülərini müəyyən etmək üçün mütəxəsis rəyi alınmışdır.Həmin torpaq sahəsinin döngə nöqtələrin koordinatları - 672392.0000:672449.0129:672392.1240:672386.6601.672385.0596:672385.0000:45129 62.0000:4512935.3131:4512932.3630:4512934.7586:4512935.451297.000 müəyyən edilmişdir. Bundan başqa iddiaçıya ayrılmış torpaq sahəsi onun istifadəsində olmaqla torpaq sahəsinin ayrıc aktının, onun yerini və ölçülərini əks etdirən yerquruluşu planının və iddiaçının adının siyahıya olmaması sonuncunun təqsirindən baş verməmiş və bağçılıq tərəfindən iddiaçıya bağçılıq üzvlüyünün pasportu verilmişdir ki, həmin pasport iddiaçının hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatından məhz bu əsasla cavabdehin imtinası qanunsuz olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası əsassız olduğundan və iddiaçı tərəfindən torpaq sahəsi ilə bağlı təqdim edilmiş sənədlər onun hüquqlarının dövlət qeydiyyatı üçün əsas olduğundan iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. İnzibati İcraat haqqında Qanunun: -19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bir daha cavabdeh inzibati orqanın diqqətinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası, iddiaçıya münasibətdə onun mülkiyyət hüququnun pozuntusudur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Həmin əsaslardan biri də 8.0.5-ci maddədə qeyd edilən “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri”dir. Belə ki, cavabdeh inzibati orqanın fəaliyyətini tənzimləyən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərində inzibati orqanların fəaliyyətində əsasən tutulan prinsiplər mövcuddur ki, inzibati orqanlar həmin prinsiplərə riayət etməlidir: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçıların müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh İddiaçı adına Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarına əsasən ona Mingəçevir Çınqıl-beton zavodunun "xxxx" X2ndan ayrılmış və xx.xx.1994-cü il tarixli üzvlük kitabçasında göstərilən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, çıxarış verilməsindən imtina etməklə düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli,yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-672/2019 nömrəliqərаrı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Mingəçevir şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarına əsasən ona Mingəçevir Çınqıl-beton zavodunun "xxxx" X2ndan ayrılmış və xx.xx.1994-cü il tarixli üzvlük kitabçasında göstərilən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X7 üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-29/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-29/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver