Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-29/2024 27.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (Açar sözlər: əlilliyin müddətsiz təyin olunması, əlillik dərəcəsinin dəyişdirilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 saylı qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Cavabdeh tərəfindən xx.xx.2009-cu tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
4. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. Cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
6. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
7. Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
8. Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
9. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli göndərişə əsasən iddiaçıya beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
10. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli göndərişə əsasən iddiaçıya beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
11. İddiaçı ona təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyin dəyişdirilərək müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkir, döş vəzindən əməliyyat olunmuşdur. xx.xx.2009-cü ildən xx.xx.2021-ci ilədək 12 il 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlil olmuşdur. xx.xx.2022-ci ildə o, tibb müəssiəsinin göndərişi əsasında təkrar müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh 2-ci dərəcə müddətsiz əlillik təyin etmək əvəzinə, 3-cü dərəcə əlilliyi 5 il müddətinə təyin etmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin xx.xx.2022-ci ildə ona 3-cü dərəcə əlillik təyinatı əsassız və qanunsuzdur. Belə ki, o, fasiləsiz olaraq 10 ildən çox əlildir, bu səbəbdən də cavabdeh tərəfindən ona 3-cü dərəcə əlillik təyini dəyişdirilməli və 2-ci dərəcə müddətsiz “Ümumi xəstəliklə əlaqədar” əlillik təyin edilməlidir.
14. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim olunaraq bildirilmişdir ki, iddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi iddiaçıya xx.xx.2009-cu il və xx.xx.2014-cü il tarixli göndərişlər əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyin edildikdən sonra, xx.xx.2015-ci il tarixli göndəriş əsasında 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edildiyindən fasiləsizlik prinsipi pozulmuşdur. Təyin edilən əlilliyin ümumi müddəti 9 il olduğundan və fasiləsizlik prinsipi pozulduğundan iddiaçıya müddətsiz əlillik təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.
15. Şəki İnzibati Məhkəməsinin (hakim F.Hacızadə) 18 yanvar 2023-cü il tarixli, 2- 1(116)-258/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.
16. Məhkəmə bildirmişdir ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin olunsa da, ona xx.xx.2015-ci il tarixdə müayinə olunaraq ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlillik təyin olunduğundan iddiaçının on il müddətinə fasiləsiz olaraq ikinci dərəcə əlil olması halı öz təsdiqini tapmamışdır.
17. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
Əvvəlki apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2-1(107)-172/2023 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 saylı qərarı ləğv edilmiş və iddiaçının xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar təyin edilmiş 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi qərara alınmışdır.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçıya ilk dəfə əlillik xx.xx.2009-cu il tarixdə təyin edilmiş, sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilərək 5 il müddətinə uzadılmış, xx.xx.2022-ci il tarixdən isə iddiaçıya ümumi xəstəlik səbəbilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının 10 ildən artıq fasiləsiz olaraq 2-ci dərəcə əlil olması nəzərə alınaraq ona müddətsiz olaraq 2-ci dərəcə əlillik təyin edilməli ikən iddiaçıya sonuncu dəfə verilən Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq ona xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsini və ona xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsini tələb etsə də, iddiaçıya 2-ci dərəcə əlillik xx.xx.2016-cı il tarixdən təyin edilərək 5 il müddətinə uzadıldığından və sonuncu dəfə xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlillik təyin edildiyindən, iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar 3-cü dərəcə əlillik təyinatı dəyişdirilməli və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməlidir.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(102)-1792/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2-1(107)-172/2023 saylı qərarı ümumi xəstəliklə əlaqədar təyin edilmiş 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, kassasiya şikayəti iddianın rədd edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı apellyasiya icraatı zamanı iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 saylı qərarının ləğv edilməsini və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
26. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı və onun nümayəndəsi X2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər.
27. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları hazırkı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
V. Tətbiq edilən hüquq
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun:
29. Maddə 3. Əlilliyin müəyyən edilməsi - 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir.Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. (...)
30. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: - 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30İ31.9, İ33); - 2.2.2. ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); - 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); - 2.2.4 ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31J32.9, J35- J37.1J41.0-J70.9, J84-J86.9, J91-J95.8); - 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri imumü) qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71K77.0, K85-K86.9); - 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14N14.4, N18-N18.9); - 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); - 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9); - 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); - 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47H47.5, H52- H53.9); - 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); - 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); - 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); - 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00C97); - 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri.
31. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
32. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuşdur. İddia mümkün iddiadır.
36. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. İddia mümkün iddia olsa da, əsassız olduğundan təmin oluna bilməz.
39. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya kollegiyası tərəfindən ləğv edilmiş, Ali Məhkəmənin İnzibati kollegiyası isə cavabdehin kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır.
40. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(102)-1792/2023 saylı qərarında qeyd edilmişdir ki, ... iş birinci instansiya məhkəməsinin icraatında olarkən məhkəmə 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı canlı müayinə olunmaqla məhkəmə ekspertizası təyin etmiş, iddiaçı canlı müayinə olunmaqdan imtina etdiyindən ekspertiza keçirilməmişdir. Cavabdeh iddiaçıya 3-cü dərəcə əlillik təyin edərkən ona təqdim edilən göndərişdə qeyd edilən diaqnoz əsasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə istinad etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında həmçinin Əsasnamənin 2.3.1-2.3.9-cu bəndlərinə istinad etmişdir. Həmin bəndlərdə 3-cü dərəcə əlilliyin təyin edilməsi üçün hallar sadalanmışdır. Apellyasiya məhkəməsi iddiaçı barəsində təqdim edilən göndərişdə sadalanan xəstəliyin 2-ci dərəcə əlilliyin təyin edilməsi üşün əss olması barədə gəldiyi nəticəni qəbul etdiyi qərarında əsaslandırmamaqla yanaşı, cavabdehin dəlillərinə də münasibət bildirməmişdir.
40. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
41. Ali Məhkəmənin göstərişlərinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(107)-584/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin ekspertlərinə həvalə edilmişdir.
42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin 30 dekabr 2023-cü il tarixli, T 921/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki; - 1966-cı il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - 1,2. Vətəndaş İddiaçı düçar olduğu “C50-süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 İİ MƏRHƏLƏ, İİ KL.QR, sol süd vəzin sektoral rezeksiyası (16.08,2021), sol tərəfli radikal mastektomiya (xx.xx.2021) . HİSTOLOJİ: N B 385/2021- İnvaziv duktal karsinoma G İİ. (Şəki onkilogiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%. Ağırlaşma: M24.5-oynaqlarm kontrakturası, sol bazu oynağının dermoid kontrakturası; Ağırlaşma: R53-əzginlik (süstlük) və yorğunluq, əzginlik və yorğunluq; Ağırlaşma: C50-süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 İİ mərhələ, İİ KL.QR, sol süd vəzin sektoral rezeksiyası (xx.xx.2021) , sol tərəfli radikal mastektomiya (xx.xx.2021), HİSTOLOJİ: NB-385/2021-invaziv duktal karsinoma Gİİ, (Şəki onkilogiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%; Ağırlaşma: İ97.2postmastektomik limfatik ödem sindromu, sol yuxarı ətrafın əməliyyatdan sonrakı limfastazı; Yanaşı xəstəliklər: 125.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX, kardioskleroz; Yanaşı xəstəliklər: 110-essensial [birincili] hipertenziya, arterial hipertenziya İİ dərəcə, əlavə risk qrupu İİİ” xəstəliklər Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarının 2.3.7 bəndinə uyğun olaraq, 50-55% orqanizmin funksiyasının pozulması ilə beş il müddətinə İİİ dərəcə əlillik təyinatı düzgün olmuşdur.
43. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin olunmuşdur.İddiaçıya xx.xx.2015-ci il tarixdə müayinə olunaraq ona (TSEK arayışının nömrəsi 553654) ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlillik təyin olunmuşdur. Növbəti müayinə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixində ikinci dərəcəli əlillik təyin olunmuşdur.
44. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçının on il müddətinə fasiləsiz olaraq ikinci dərəcə əlil olduğu öz təsdiqini tapmamışdır.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
46. İş üzrə keçirilmiş ekspert rəyi ilə də cavabdeh tərəfindən iddiaçıya “Əlilliyin müəyyən olunması” meyarlarının 2.3.7 bəndinə uyğun olaraq, 50-55% orqanizmin funksiyasının pozulması ilə beş il müddətinə İİİ dərəcə əlillik təyinatı düzgün olduğu müəyyən edilmişdir.
47. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
48. Məhkəmə kollegiyası 30 dekabr 2023-cü il tarixli, T 921/2023 nömrəli ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi mötəbər sübut kimi qəbul edir.
49. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
50. Qeyd olunmalıdır ki, 2021-ci ilin noyabr ayında iddiaçının əlillik müddəti bitdikdən sonra barəsində təqdim edilən 14 aprel 2022-ci il tarixli göndərişə baxan cavabdeh 18 aprel 2022-ci il tarixdə əlillik təyin etməkdən imtina etmiş, imtinanın səbəbi kimi iddiaçının əvvəlki əlilliyinin fərqli diaqnoz əsasında təyin edildiyi qeyd edilmiş, iddiaçı cavabdehin 18 aprel 2022-ci il tarixli imtina qərarı ilə bağlı mübahisə açmamışdır.
51. Bundan sonra iddiaçı barəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən 14 may 2022-ci il tarixli yeni göndəriş təqdim edilmişdir.
52. Cavabdeh həmin göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə (İİ mərhələ bədxassəli şişlər (C00-C97) istinad edərək 5 il müddətinə 3-cü dərəcə əlillik təyin etmişdir.
53. İddiaçı tələbində əlilliyin 17 noyabr 2021-ci ildən təyin edilməsini xahiş etmiş, apellyasiya məhkəməsində iddia tələbini dəqiqləşdirərək xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş etmiş, apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən əlilliyin təyin edilməsini 19 may 2022-ci ildən hesablamış, kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ümumi xəstəliklə əlaqədar təyin edilmiş 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi hissəsində ləğv etmişdir.
54. Kollegiya qeyd edir ki, iddiaçının hüququ marağı və məqsədi ona 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq həmin tələbi təmin etməmişdir.
55. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov