Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-290/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına(bundan sonra- cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(116)-255/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq şifahi məhkəmə baxışı iclasında baxılmışdır. İşin halları İddiaçı xx xxxxx 1955-ci ildə Qirğızıstan Respublikasının Aravan rayonunda anadan olmuşdur. İddiaçıya məxsus 991 nömrəli “Kolxozçunun əmək kitabçası” ilə müəyyən olunur ki, iddiaçı 1970-ci ildə 232 gün, 1971-ci ildə 292 gün, 1972-ci ildə 27 gün Qirğızıstan Respublikasının Oş vilayətinin Lenin adına Aravan rayon kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya məxsus hərbi biletə əsasən müəyyən edilir ki, iddiaçı 1973-cü ilin may ayından 20 may 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı Aravan rayon “Qırğızkəndtəsərrüfatıtexnikası” Birliyində 02 yanvar 1973-cü ildən 25 aprel 1973-cü ilədək, 11 aprel 1977-ci ildən 13 aprel 1979-cu ilədək, 21 iyul 1980-ci ildən 02 iyul 1990-cı ilədək elektrik qaynaqçısı işləmişdir. İddiaçı həmin iş yerində 13 aprel 1979-cu ildən 21 iyul 1980-ci ilədək sürücü işləmişdir. İddiaçı, P.Babayev adına üzümçülük sovxozunda 25 sentyabr 1990-cı ildə elektrik qaynaqçısı kimi işə qəbul edilmiş və 20 may 1997-ci ilədək həmin vəzifədə işləmişdir. İddiaçı 21 may 1997-ci ildən 26 iyun 1998-ci ilədək "xxxx" koorperativ müəssisəsində qaynaqçı-cilingər işləmişdir. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən sənədlərdə iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az - 21 il 1 ay 21 gün (xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər) təşkil edir. xx.xx.1972-ci il tarixli, 991 nömrəli əmək kitabçasına əsasən, iddiaçının 1970-1972-ci illərdə Lenin adına Aravan rayon kolxozunda işlədiyi dövr üzrə “il ərzində əmək günü” və “müəyyən edilmiş əmək günləri minimumu” barədə məlumatlar göstərilməməsi səbəbindən qeyd edilən dövr sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34.560 manat hesablandığı halda, qeydə alınan pensiya kapitalı cəmi 17.190,08 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il tarixdə Qırğızıstan Respublikası, Oş vilayətinin Aravan rayonunda anadan olmuşdur, orta məktəbi Qırğızıstan Respublikasında bitirmiş, məktəbi bitirdikdən sonra Qırğızıstanda kolxoz tərəfindən açılmış xx.xx.1972-ci tarixli 991 saylı əmək kitabçasında olan məlumatlarda da qeyd edildiyi kimi, xx.xx.1970-xx.xx.1972-ci illərdə Qırğızıstan Respublikasının Aravan rayonu Lenin adına kolxozda kolxozçu işləmiş və əmək kitabçasında 1970-ci ildə adambaşı iş günü sayı 232 gün, 1971-ci ildə 292 gün, 1972-ci ildə 27 gün olmuşdur. xx.xx.1973xx.xx.1973-cü illərdə Aravan rayon “Qırğızkəndtəsərrüfatıtexnikası” müəssisəsində elektrik qaynaqçısı işləmiş, 1973-1976-cı illərdə 3 il hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra xx.xx.1977-ci ildə yenidən Aravan rayon “Qırğızkəndtəsərrüfatıtexnikası” müəssisəsində elektrik qaynaqçısı olaraq işinə davam etmişdir. xx.xx.1978-ci ildə həmin idarədə 3-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmişdir, xx.xx.1979-cu ilə qədər qaynaqçı işlədikdən sonra həmin tarixdən sürücü vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci ilə qədər sürücü işlədikdən sonra həmin tarixdən yenidən 3-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmiş və xx.xx.1990-cı ildə Azərbaycana gəldiyi üçün öz ərizəsi ilə işdən azad edilmişdir. 1990-cı ildə Azərbaycana gəldikdən sonra xx.xx.1990-cı ildən P.Babayev adına üzümçülük sovxozunda elektrik qaynaqçısı olaraq işə başlamışdır. xx.xx.1997-ci ildə İcra Hakimiyyətinin qərarına əsasən "xxxx" Kooperativ Müəssisəsinə çilingər-qaynaqçı keçirilmiş və "xxxx" KTMUK-nin xx.xx.1997-ci il tarixli əmri ilə işə davam etmişdir. xx.xx.1998-ci ildə "xxxx" KTMUK-də aqrar islahat getdiyi üçün kooperativin fəaliyyəti dayandırılmış və bu səbəbdən işdən azad edilmişdir. O, cavabdeh inzibati orqana müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Həmin orqan müraciətinə xx.xx.2022-ci il tarixdə cavab verərək, güzəştli şərtlərlə pensiya təyini barədə tələbindən imtina etmişdir. Cavabdeh orqan onun əmək kitabçası əsasında iş illərini düzgün hesablamamış, imtina məktubunda iş illəri azaldılmışdır. Əmək kitabçasında və arxiv arayışlarında olan iş illəri hərətərəfli araşdırılmamış, ona gah 23 il 10 ay, gah 21 il 4 ay, ən sonda isə 21 il 1 ay 21 gün iş stajı hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etiraz onun imtina məktubu ilə eynilik təşkil etmişdir. Şəki İnzibati Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2-1(116)- 255/2023 nömrəli iş üzrə qəbul etdiyi 01 iyun 2023-ci il tarixli qərarı ilə (hakim F.Hacızadə) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının bütövlükdə iş stajı 24 il 05 ay 10 gün təşkil etməklə tələb olunan 25 il iş stajından azdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə qərəzli mövqe nümayiş etdirmiş, iddiaçıya məxsus əmək kitabçasında cavabdehin mübahisələndirmədiyi illəri, bəzi yerlərdə cızılma və qaralama olmasını əsas gətirərək iddiaçının iş stajından çıxmış, yekun olaraq iddiaçıya 24 il 5 ay ümumi iş stajı hesablamışdır. 1970-ci ildə iddiaçının adına Qırğızıstan Respublikasının Aravan rayonunda Lenin adına kolxozda açılmış və 1970-1972-ci illərin əmək stajı qeyd edilən 991 nömrəli əmək kitabçasında qeyd edilən 2 il 6 aylıq iş illərini nəzərə almamışdır. Bununla da həmin dövrün ümumi iş stajına əlavə etməməsi iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan əlavə məhkəməyə təqdim edilmiş ekspert rəyində cızılma və qaralama olduğu iddia edilən illərdə iddiaçı qeyd edilən müəssisələrdə işləmiş, cavabdeh orqan belə həmin illəri mübahisələndirməmişdir. Belə olan halda məhkəmə cavabdeh orqanın belə mübahisələndirmədiyi iş illərini hansı əsasla mübahisələndirə bilərdi. Açıq şəkildə görünür ki, iddiaçının hərbi xidmət müddəti də daxil olmaqla aşağıda göstərilən iş stajı vardır və bunun 12 il 6 aydan çoxu zərərli və ağır sahə olan qaynaqçı işi ilə əlaqədar olmuşdur: 1970-1971-1972-ci illərdə kolxozda 2 il 6 ay; xx.xx.1973-xx.xx.1973-cü ildə “Qırğızkəndtəsərrüfatıtexnikası” müəssisəsində (“Kırqız Selxoztexnika”) qaynaqçı- 3 ay 23 gün; 05.19xx-xx.1976-cı illər hərbi xidmət (iddiaçı hərbi xidmətini 3 il matros olaraq yerinə yetirmişdir) 3 il; xx.xx.1977-xx.xx.1990-cı illərdə “Qırğızkəndtəsərrüfatıtexnikası” müəssisəsində (“Kırqız Selxoztexnika”) qaz-elektrik qaynaqçısı, yük maşını sürücüsü, elektrik qaynaqçısı işlərində 13 il 3 ay 21 gün – bunun 11 il 8 ayı qaz-elektrik qaynaqçısı; xx.xx.1990-xx.xx.1997-ci illərdə P.Babayev adına üzümçülük sovxozunda elektrik qaynaqçısı, xx.xx.1997-xx.xx.1998-ci illərdə Beşevlər KTMİK-də qaynaqçı-çilingər 7 il 9 ay 1 gün. Beləliklə iddiaçının ümumilikdə 2 il 6 ay + 3 ay 23 gün + 3 il + 13 il 3 ay 21 gün + 7 il 9 ay 1 gün olmaqla 30 ilə yaxın iş stajı vardır (məhkəmə bu stajın hərbi xidmət daxil edilmədən 24 il 5 ay 10 gün qəbul edir) və bunun 20 ilə yaxını ağır və zərərli sahə olmaqla güzəştli şərtlə pensiya hüququ verən iş stajı təşkil etməkdədir. Məhkəmənin müəyyən etdiyi 24 il 5 ay 10 günün üzərinə 2 il 6 aylıq kolxozçu işlədiyi illər də daxil edilsə, iddiaçının ümumilikdə 26 il 11 ay 10 gün iş stajı olur və bunun da 15 ildən çoxu ağır sahədə iş stajı təşkil edir. Yuxarıda qeyd edilən məlumatlar iddiaçıya məxsus 2 ədəd əmək kitabçasında, hərbi biletində və arxiv arayışlarında öz əksini tapmışdır. Lakin bütün bunlara baxmayaraq iddiaçıya 65 yaşı bitdiyi vaxtdan, yəni 2020-ci ildən iş stajı düzgün hesablanmadan müavinət təyin edilmişdir. Halbuki iddiaçıya 57 yaşı bitdiyi vaxt qüvvədə olan qanunvericiliyə əsasən 2012-ci ildən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinə qarşı etirazda əlavə olaraq qeyd olunmuşdur ki, Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasının müxtəlif səhifələrində düzəliş aparılmışdır. Bu da onu deməyə əsas verir ki, əmək kitabçasının bəzi qeydləri mötəbər deyildir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-434/2023 nömrəli iş üzrə qəbul etdiyi 13 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər – R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və E.Mehdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-252/2024 nömrəli iş üzrə qəbul etdiyi 25 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər – İ.Hüseynov (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və X.Məmmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmuş və iş təkrar apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadla iddiaçının xx.xx.1973-cü il tarixli əmək kitabçasının “İş barədə məlumatlar” bölməsində 5 №-li qeyddəki pozulma və düzəlişlərin edilməsi səbəbi ilə iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək iş dövrünə dair həmin qeydin mötəbərliyini ümumiyyətlə qəbul etməmiş, qeydin aid olduğu dövrü iddiaçının iş stajına daxil etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi ekspert tədqiqatının predmeti olmuş xx.xx.1977-xx.xx.1980-ci illəri əhatə edən 3 il 3 ay 10 günlük dövrün nə üçün məhz xx.xx.1978-ci il tarixdən başlayan hissəsini nəzərə aldığını əsaslandırmalı idi. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı rəydən də göründüyü kimi, ekspert xx.xx.1973-cü il tarixli əmək kitabçasının “İş barədə məlumatlar” bölməsində 5 №-li qeyddə “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/-77” rəqəmlərdən yalnız sonuncu “7” rəqəminin (hər iki halda) pozulduğunu müəyyən etmişdir. Bu hal isə, qeyddəki digər məlumatların (işə daxil olma günü və ayı, işə qəbul, tutduğu vəzifə, əmrin verildiyi gün və ay, həmin qeydlərin 70-ci illərə aid olduğu) mötəbərliyini özüözlüyündə aradan qaldırmır və həmin qeydlər digər məlumatlarla birgə qiymətləndirilməli idi. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mötəbər hesab edərək qəbul etdiyi xx.xx.1978-ci ilə aid olan 6 №-li qeydə əsasən iddiaçıya üçüncü dərəcəli qaz-elektrik qaynaqçısı ixtisas dərəcəsinin verildiyi nəzərə alındıqda, onun artıq qeyd olunan tarixdən əvvəl eyni müəssisənin işçisi olduğu qəbul edilməli idi. Bilavasitə düzəlişə gəlincə, iddiaçının hərbi xidmətdən xx.xx.1976-cı il tarixdə tərxis olunduğu və işə daxil olmanın “11 aprel” olduğu nəzərə alındıqda, pozulmuş rəqəmin 1976-cı ilə aidiyyəti istisna edilir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi pozulmuş rəqəmin, - qeyddəki digər məlumatların (işə daxil olma günü və ayı, işə qəbul, tutduğu vəzifə, əmrin verildiyi gün və ay, həmin qeydlərin 70-ci illərə aid olduğu) mötəbərliyini özü-özlüyündə aradan qaldıran halın olmadığı və iddiaçıya xx.xx.1978-ci ildə ixtisas dərəcəsinin verildiyi nəzərə alınmaqla, onun ən azından 1978-ci il aprelin 11-dən “Qırğız kənd təsərrüfatı texnikası” müəssisəsinə işə qəbul edildiyi məhkəmə araşdırmasının predmeti ola bilərdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və Ali Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyini nəzərə almaqla qeyd edir ki, hazırki inzibati mübahisəyə mahiyyəti üzrə tam həcmdə baxılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndələri X4 və X3 cavabdeh inzibati orqanının imtinasının dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2.11. Hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxildir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 23200000 – XXXİİİ. Ümumi peşələr 23200000—19906 – əl ilə qaynaq aparan elektrik qaynaqçıları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki apellyasiya baxışının icraatı zamanı iddiaçı elektron kabinet vasitəsilə ilə “iddia tələbinin dəyişdirilməsi(dəqiqləşdirilməsi)” barədə ərizə ilə Məhkəməyə müraciət edərək, cavabdehin üzərinə hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, pensiyanın cavabdehə müraciət etdiyi 24 iyul 2019-cu il tarixdən əvvəlki 3(üç) il üçün hesablanaraq odənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qeyd olunan ərizə Məhkəmənin 25 iyun 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı 2006-cı il yanvarın 1-dək qazanması. Cavabdeh, iddiaçıya pensiya təyin etməkdən imtina etmə səbəbi kimi, iddiaçının ümumi iş stajının 25 ildən az (21 il 1 ay 21 gün) olmasını və tələb olunan pensiya kapitalının olmamasını göstərmişdir. Məhkəmə bildirir ki, cavabdehin mövqeyi iş materiallarına uyğun deyildir. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iddiaçıya məxsus 991 nömrəli “Kolxozçunun əmək kitabçası” ilə müəyyən olunur ki, iddiaçı 1970-ci ildə 232 gün, 1971-ci ildə 292 gün, 1972-ci ildə 27 gün Lenin adına Aravan rayon kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya məxsus hərbi biletə əsasən müəyyən edilir ki, iddiaçı 1973-cü ilin may ayından 1976-cı 20 may tarixinədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı Aravan rayon “Qırğızkəndtəsərrüfatıtexnikası” Birliyində 02 yanvar 1973-cü ildən 25 aprel 1973-cü ilədək, 11 aprel 1977-ci ildən 13 aprel 1979-cu ilədək, 21 iyul 1980-ci ildən 02 iyul 1990-cı ilədək elektrik qaynaqçısı işləmişdir. İddiaçı həmin iş yerində 13 aprel 1979-cu ildən 21 iyul 1980-ci ilədək sürücü işləmişdir. İddiaçı, P.Babayev adına üzümçülük sovxozunda 25 sentyabr 1990-cı ildə elektrik qaynaqçısı kimi işə qəbul edilmiş və 20 may 1997-ci ilədək həmin vəzifədə çalışmış və 21 may 1997-ci ildən 26 iyun 1998-ci ilədək "xxxx" koorperativ müəssisəsində qaynaqçı-çilingər işləmişdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçının ümumi iş stajı 25 ildən artıqdır və həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə, yəni elektrik qaynaqçısı kimi işləyərək toplamışdır. İddiaçının güzəştli iş stajı ilə bağlı Məhkəmə bildirir ki, cavabdeh, imtinasında iddiaçının güzəştli iş stajını mübahisələndirməmiş, imtinasını yalnız ümumi iş stajı ilə bağlı yuxarıda qeyd edilən əsaslarla mübahisələndirmişdir. Həm iddiaçıya məxsus əmək kitabçasından, həm də arxiv arayışlarından görünür ki, iddiaçı Aravan rayon “Qırğızkəndtəsərrüfatıtexnikası” Birliyində 02 yanvar 1973-cü ildən 25 aprel 1973-cü ilədək, 11 aprel 1977-ci ildən 13 aprel 1979-cu ilədək, 21 iyul 1980-ci ildən 02 iyul 1990-cı ilədək, P.Babayev adına üzümçülük sovxozunda 25 sentyabr 1990-cı ildən 20 may 1997-ci ilədək, 21 may 1997-ci ildən 26 iyun 1998-ci ilədək "xxxx" koorperativ müəssisəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”ndan görünür ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi Siyahının 23200000 kodlu XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000—19906 şifrinə uyğun gəlir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğu və bu əsasla da güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən edilir. İddiaçının tələb olunan pensiya kapitalının olmaması ilə bağlı cavabdeh inzibati orqanının dəlilinə münasibətdə Məhkəmə bildirir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona həmin Qanunun 9.8-ci bəndinə müvafiq olaraq yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiya təyin olunduğundan, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsası ilə ona pensiya təyin edilməsindən imtina etməsi qanunun tələblərinə zidd olmuşdur. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, qərarında gəldiyi nəticənin yeganə əsası kimi, iddiaçının bütövlükdə iş stajının 24 il 05 ay 10 gün təşkil etməklə tələb olunan 25 il iş stajından az olmasını göstərmiş və buna görə də iddiaçının tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının bəzi qeydlərində vizual müşahidə zamanı aşkar olunan dəyişikliklər olduğu müəyyən edilmişdir. Bu baxımdan da məhkəmənin 20 fevral 2023-cü il tarixli, 2-1(116)-255/2023 saylı qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş 5/402-4/463- 5/433 nömrəli ekspert rəyindən müəyyən edilir ki,əmək kitabçasının müxtəlif səhifələrində düzəlişlər aparılmışdır. Birinci instansiyası məhkəməsi ekspert rəyinə istinadla iddiaçının xx.xx.1973-cü il tarixli əmək kitabçasının “İş barədə məlumatlar” bölməsində 5 №-li qeyddəki pozulma və düzəlişlərin edilməsi səbəbi ilə iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək iş dövrünə dair həmin qeydin mötəbərliyini ümumiyyətlə qəbul etməmiş, qeydin aid olduğu dövrü iddiaçının iş stajına daxil etməmişdir. Belə olan halda, birinci instansiyası məhkəməsi ekspert tədqiqatının predmeti olmuş xx.xx.1977-xx.xx.1980-ci illəri əhatə edən 3 il 3 ay 10 günlük dövrün nə üçün məhz xx.xx.1978-ci il tarixdən başlayan hissəsini nəzərə aldığını əsaslandırmalı idi. Birinci instansiyası məhkəməsinin əsaslandığı rəydən də göründüyü kimi, ekspert xx.xx.1973-cü il tarixli əmək kitabçasının “İş barədə məlumatlar” bölməsində 5 №-li qeyddə “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/- 77” rəqəmlərdən yalnız sonuncu “7” rəqəminin (hər iki halda) pozulduğunu müəyyən etmişdir. Bu hal isə, qeyddəki digər məlumatların (işə daxil olma günü və ayı, işə qəbul, tutduğu vəzifə, əmrin verildiyi gün və ay, həmin qeydlərin 70-ci illərə aid olduğu) mötəbərliyini özü-özlüyündə aradan qaldırmır və həmin qeydlər digər məlumatlarla birgə qiymətləndirilməli idi. Belə ki, birinci instansiyası məhkəməsinin mötəbər hesab edərək qəbul etdiyi xx.xx.1978-ci ilə aid olan 6 №-li qeydə əsasən iddiaçıya üçüncü dərəcəli qazelektrik qaynaqçısı ixtisas dərəcəsinin verildiyi nəzərə alındıqda, onun artıq qeyd olunan tarixdən əvvəl eyni müəssisənin işçisi olduğu qəbul edilməli idi. Bilavasitə düzəlişə gəlincə, iddiaçının hərbi xidmətdən xx.xx.1976-cı il tarixdə tərxis olunduğu və işə daxil olmanın “11 aprel” olduğu nəzərə alındıqda, pozulmuş rəqəmin 1976-cı ilə aidiyyəti istisna edilir. Belə olan halda, pozulmuş rəqəm, qeyddəki digər məlumatların (işə daxil olma günü və ayı, işə qəbul, tutduğu vəzifə, əmrin verildiyi gün və ay, həmin qeydlərin 70-ci illərə aid olduğu) mötəbərliyini aradan qaldırmır. Beləliklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə iddiaçıya təyin edilmiş əmək pensiyasının hesablanması qaydasına münasibətdə bildirir ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana ilk dəfə 2019-cu ilin iyul ayında müraciət etmişdir. Belə ki, iş matariallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsinin iddiaçıya ünvanladığı **********1 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqana ona əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin ona 25 il sığorta stajı və ya tələb olunan pensiya kapitalı olmadığı üçün əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı 2020-ci il və 2022-ci ildə təkrarən cavabdeh inzibati orqana eyni tələblə müraciət etmiş və ona əmək pensiyası təyin edilməkdən imtina olunmuşdur. İddiaçı 1 iyul 2017-ci ilə qədər əmək pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmədiyindən əvvəlki illərin pensiya məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi iddiaçının cavabdehə ilkin müraciəti 2019-cu ilin iyul ayında olmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçıya ilkin müraciət edilən tarixdən(ilkin müraciətin 2019-cu ilin iyul ayının hansı günündə edildiyi müəyyən edilə bilmədiyindən, cavabdeh inzibatı orqanın imtinanı verdiyi 24 iyul 2019-cu il tarixi əsas götürülür) əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 01iyun 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla, iddia təmin olunmalı, İddiaçı hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın ilkin müraciət edilən 24 iyul 2019-cu il tarixdən əvvəlki 3(üç) il üçün hesablanaraq odənilməsi öhdəliyi cavabdeh inzibati orqana həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-255/2023 nömrəli iş üzrə qəbul etdiyi 01 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın ilkin müraciət edilən 24 iyul 2019-cu il tarixdən əvvəlki 3(üç) il üçün hesablanaraq odənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-290/2024
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-290/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver