Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-291/2021 27.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "3-cü (iyul ayı üçün) və 4-cü (avqust ayı üçün) 190 manat birdəfəlik ödəmənin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbi barədə iş üzrə aidiyyət məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "3-cü (iyul ayı üçün) və 4-cü (avqust ayı üçün) 190 manat birdəfəlik ödəmənin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-1(112)-1847/2021 nömrəli qərardadına əsasən, həmin iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Göstərilən qərardad belə əsaslandırılmışdır ki, hazırkı iddianın predmeti cavabdehin “190 manat məbləğində birdəfəlik ödəmənin verilməsindən imtina” barədə qərarı olduğundan, bununla da, iddia tələbi mübahisələndirmə haqqında iddia olduğundan, həmin kateqoriyalı olan iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda isə, belə inzibati aktlara qarşı iddialara hüquqlarına müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı yaşayış yeri Mingəçevir şəhəri, M.Maqomayev pr, ev 87 mənzil olduğuna, Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə uyğun olaraq, iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Şəki İnzibati Məhkəməsi iş materialları ilə tanış olaraq aşağıdakı nəticəyə gəlmişdir. Şəki İnzibаti Məhkəməsinin (hаkim Vüqar Musayev) 19 may 2021-ci il tаrixli qərаrdаdınа əsаsən, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "3-cü (iyul ayı üçün) və 4-cü (avqust ayı üçün) 190 manat birdəfəlik ödəmənin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbinə dair iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı birdəfəlik sosial yardımla təmin olunması barədə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya birdəfəlik sosial yardım təyin olunmasından imtina etmiş, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin düzgün qərar qəbul etmədiyini bildirərək birdəfəlik sosial yardımla təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona birdəfəlik ödəmə təyin etməkdən imtina edən cavabdehin hərəkətini mübahisələndirməklə yanaşı sosial yardımla təmin edilməsini xahiş etmişdir. Hazırkı iddia növü mübahisələndirmə haqqında iddia deyil, digər (öhdəliyin icrası haqqında) iddia növünə aid olduğundan, digər (öhdəliyin icrası haqqında) iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, cavabdeh Bakı şəhərində yerləşdiyinə görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Şəki İnzibati Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddənin birinci cümləsindən göründüyü kimi, mübahisələndirmə haqqında iddiaların ərazi aidiyyəti ilə bağlı əsas qayda bundan ibarətdir ki, bu qəbildən olan işlərə cavabdeh inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin maddənin ikinci cümləsində olan istisnaya görə isə, əgər inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi iki və daha çox məhkəmənin yurisdiksiyasına aiddirsə, bu halda, işə artıq cavabdehin deyil, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "3-cü (iyul ayı üçün) və 4cü (avqust ayı üçün) 190 manat birdəfəlik ödəmənin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbi barədə iş Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 80-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "3-cü (iyul ayı üçün) və 4-cü (avqust ayı üçün) 190 manat birdəfəlik ödəmənin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbi barədə iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-291/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-291/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver