Məhkəmə qərarları › İş №2-1(107)-291/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-291/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-291/2022 29.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oölundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(116)-593/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.2008-ci il tarixdən xx.xx.2016cı il tarixədək X7 sağıcı işləməsini, işlədiyi müddətdə əmək haqqından məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsini və 5 uşağını doğub, 8 yaşınadək tərbiyə etməsini nəzərə alaraq hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının tələb olunan sığorta stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının tələb olunan pensiya kapitalından az olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının xx.xx.1999xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrləri üzrə faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 496,12 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (28800 manat) azdır. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış sorğuya cavab olaraq filial tərəfindən bildirilmişdir ki, Şəki rayonu "xxxx" Camışçılıq üzrə X14 X5 MMC (SUN: **********1) tərəfindən Nazirliyin X2 sisteminin "Sığorta” (Hesabat) altsistemində 2013-2016-cı illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı sığortaolunan kimi məlumatları qeyd olunmamışdır. X13 Uçota Nəzarət və Sosial Sığorta Departamentinə ünvanlanmış sorğuya cavab olaraq departament tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemi”nin (MEİS) “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən Şəki rayonu "xxxx" camışçılıq üzrə X14 X5 (SUN:**********1) tərəfindən 2008, 2010-2012-ci illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam ödənilmədiyi üçün **********281 nömrəli fərdi şəxsi hesabında az məbləğdə əks olunmasına səbəb olmuşdur. Nazirliyin “MEİS”in "Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən Şəki rayonu "xxxx" camışçılıq üzrə X14 X5 tərəfindən 2009, 2013- 2016-cı illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda İddiaçı adı sığortaolunan kimi qeyd edilməmişdir. İddiaçı təqdim etdiyi xx.xx.1993-cü ildə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ümumi iş stajı 20 il 2 ay 29 gün təşkil edir. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 -ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə pensiya yaşına (56,5 yaş) çatmışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajına əsasən pensiya sığorta kapitalı pensiya yaşına çatdığı tarixədək indeksləşdirilməklə 15011,52 manat təşkil edir. İddiaçının təqdim etdiyi xx.xx.1993-cü il tarixli MT- İ ******* nömrəli əmək kitabçasının 27-ci qeydində onun işlədiyini iddia etdiyi Şəki rayonu "xxxx" Camışçılıq üzrə X14 X5 MMC-də tutduğu “sağıcı” vəzifəsindən azad edilməsi ilə bağlı qeydin üzərində möhür yoxdur. İddiaçı işlədiyini iddia etdiyi "xxxx" MMC-dəki xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrün araşdırılması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X9 və Emal Birliyi” MMC-və xx.xx.2022-ci il tarixli **********3 nömrəli sorğu ünvanlanmış, lakin cavab verilməmişdir. İddiaçı 2013-2016-cı illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda adının sığortaolunan kimi qeyd olunmaması, həmçinin iddiaçının əmək kitabçasında 2016-cı ildə “sağıcı” vəzifəsindən azad edilməsi ilə bağlı qeydin üzərində möhrün olmaması iddiaçının iddiasının əsası kimi təqdim etdiyi əmək kitabçasındakı "xxxx" MMC-də xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək qeydlərin mötəbərliyini şübhə altına alır. Birinci instansiya məhkəməsi qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X9 və Emal Birliyi” MMCnin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən də xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Daşüz Camışçılq üzrə DDKTİM MMC-də (hüquq varisi “X9 və Emal Birliyi” MMC) sağıcı vəzifəsində çalışmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçının 2006-cı ildən sonrakı dövr üçün pensiya kapitalı 496.12 manat qeyd edilmişdir. 2011-ci il üzrə məbləğ 19.16 manat, 2019-cu il üzrə 105.97 manat, 2020-ci il üzrə 370.99 manat qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçının xx.xx.1983-cü ildə Nümayəndə2, xx.xx.1984-cü ildə Nümayəndə3, xx.xx.1987-ci ildə Nümayəndə4, xx.xx.1992-ci ildə Nümayəndə5 və xx.xx.1995-ci ildə X6 adlı övladları doğulmuşdur, iddiaçı bu uşaqları 8 yaşına qədər özü tərbiyə etmişdir. Şəki İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(116)-593/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı - xx.xx.2020ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(116)-593/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün xx.xx.2021 -ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı regional ərazi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********5 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1993-cü il tarixli İ4T-İ ******* nömrəli əmək kitabçasına və ona əlavə edilmiş sənədlərin surətlərinə əsasən sığorta stajı 20 il 2 ay təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçının xx.xx.1999-xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrləri üzrə faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 496,12 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (28800 manat) azdır. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış sorğuya cavab olaraq filial tərəfindən bildirilmişdir ki, Şəki rayonu "xxxx" Camışçılıq üzrə X14 X5 MMC (SUN: **********1) tərəfindən Nazirliyin X2 sisteminin "Sığorta” (Flesabat) altsistemində 2013- 2016-cı illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı sıqortaolunan kimi məlumatları qeyd olunmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. X13 Uçota Nəzarət və Sosial Sığorta Departamentinə ünvanlanmış sorğuya cavab olaraq departament tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemi”nin (MEİS) “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən Şəki rayonu "xxxx" camışçılıq üzrə X14 X5 (SUN:**********1) tərəfindən 2008, 2010-2012-ci illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam ödənilmədiyi üçün **********281 nömrəli fərdi şəxsi hesabında az məbləğdə əks olunmasına səbəb olmuşdur. Nazirliyin “MEİS”in "Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən Şəki rayonu "xxxx" camışçılıq üzrə X14 X5 tərəfindən 2009, 2013- 2016-cı illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda İddiaçı adı sıqortaolunan kimi qeyd edilməmişdir. İddiaçı təqdim etdiyi 01,09.1993-cü ildə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ümumi iş stajı 20 il 2 ay 29 gün təşkil edir. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 -ci maddəsinə əsasən 01,02.2020-ci il tarixdə pensiya yaşına (56,5 yaş) çatmışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajına əsasən pensiya sığorta kapitalı pensiya yaşına çatdığı tarixədək indeksləşdirilməklə 15011,52 manat təşkil edir. Bundan başqa qeyd edirik ki, iddiaçının təqdim etdiyi xx.xx.1993-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasının 27-ci qeydində onun işlədiyini iddia etdiyi Şəki rayonu "xxxx" Camışçılıq üzrə X14 X5 MMC-də tutduğu “sağıcı” vəzifəsindən azad edilməsi ilə bağlı qeydin üzərində möhür yoxdur. İddiaçı işlədiyini iddia etdiyi "xxxx" MMC-dəki xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrün araşdırılması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X9 və Emal Birliyi” MMC-yə xx.xx.2022-ci il tarixli **********3 nömrəli sorğu ünvanlanmış, lakin cavab alına bilməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı 2013-2016-cı illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda adının sığortaolunan kimi qeyd olunmaması, həmçinin iddiaçının əmək kitabçasında 2016-cı ildə “sağıcı” vəzifəsindən azad edilməsi ilə bağlı qeydin üzərində möhrün olmaması iddiaçının iddiasının əsası kimi təqdim etdiyi əmək kitabçasındakı "xxxx" MMC-də xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək qeydlərin mötəbərliyini şübhə altına alır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(116)-593/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 Sevil Musa qızına yaşa görə pensiya təyin edilməsi barədə məhkəməyə qərar təqdim etdi və izahat verərək bildirdi ki, iddiаçıya hüququnun yarandığı–xx.xx.2022ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edildiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək onun cavabdeh orqana qarşı heç bir şikayətinin olmadığını bildirdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti qismən uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin yaşa görə əmək pensiyasnın təyin edilməsi hissəsində işin icraatına xitam verildiyindən, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 02 sentyabr 2022-ci il tarixli qərarını təqdim edərək bildirdi ki, iddiaçının tələbi artıq məhkəmədən kənar qaydada həll edilmiş, ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqdim edilmiş cavabdeh orqanının 02 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həqiqətən də iddiaçıya xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ümumi iddia tələbi iki hissədən ibarətdir: Hüququn yarandığı xx.xx.2020-ci il tarixdən ona pensiya təyin edilməsi, Yaşa görə əmək pensiyasının təyin edilməsi. Göründüyü kimi ikinci tələb-yəni iddiaçıya yaşa görə əmək pensiyasının tələbinə dair mübahisə artıq məhkəmədən kənar qaydada həll edilmişdir. Həll edilən mübahisəyə isə məhkəmədə baxıla bilməz. Odur ki, məhkəmə kollegiyası 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə ümumi iddia tələbinin yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair hissəsində iş üzrə icraata xitam verilmişdir. Lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli qərarında görünür ki, iddiaçı iddia ərizəsində pensiyanın ona xx.xx.2020-ci il tarixdən təyin edilməsini tələb etsə də, pensiya xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. Məhkəmə kollegiyası ona görə də hesab edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin birinci hissəsinə münasibətdə baxılmalı və araşdırılma aparılmalıdır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: İddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; Fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 61 yaş 6 ayda xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.İddiaçının birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilən iddiaçının xx.xx.2020-ci ildə 61 yaş 6 ay yaşının tamam olması ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin həmin tarixdən təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə iddiaçının hüququ yarandığı xx.xx.2020-ci il tarixdən pensiyanın təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ümumi iddia tələbinin yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması hissəsində işin icraatına 29 sentyabr 2022-ci il tarıxli qərardadla xitam verildiyindən qalan hissədə-yəni İddiaçı hüququnun yarandığı 01 yanvar 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli və qərar qismən ləğv edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qərar ümumi iddia tələbinin yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması hissəsində işin icraatına 29 sentyabr 2022-ci il tarıxli qərardadla xitam verildiyindən qalan hissədə-yəni İddiaçı hüququnun yarandığı 01 yanvar 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar