Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-291/2023 04.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərə aid olan iş stajının düzgün hesablanması və ona 57 yaşının tamam olduğu 2012-ci il 6 fevraldan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli stajın mövcudluğu ilə bağlı işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması, hərbi xidmət dövrünün güzəştli iş stajına aid edilməsi) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərə aid olan iş stajının düzgün hesablanması və ona 57 yaşının tamam olduğu 2012-ci il 6 fevraldan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2012-ci ildən 2018-ci ilə qədər almadığı pensiyanın hesablanaraq ona ödənilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi Qazaxıstan Respublikası Çimkənt şəhərinin toxuculuq kombinatının darayıcı sexində stajorusta və usta, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilə kimi Mingəçevir toxuculuq kombinatında ehtiyat usta köməkçisi, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi Rusiyanın Maqadan vilayətinin Srednekan qəsəbəsinin "Pobeda" ortelində dağ-mədən işçisi, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi X4 zavodunda dəzgahlar üzrə usta və xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilə kimi Mingəçevir toxuculuq kombinatında ehtiyat usta köməkçisi, növbə ustası və usta işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 30 iyun 2022-ci il tarixli, 2- 1(116)-351/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərə aid olan iş stajının düzgün hesablanması və ona 57 yaşının tamam olduğu 2012-ci il 6 fevraldan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2- 1(107)-292/2022 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycaan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli 2-1(102)-200/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(107)-292/2022 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 30 iyun 2022-ci il tarixli, 2-1(116)- 351/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərə aid olan iş stajının düzgün hesablanması və ona 57 yaşının tamam olduğu 2012-ci il 6 fevraldan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Kişi cinsindən şəxsin xx.xx.2017-ci il tarixədək 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin təsdiq etdiyi siyahılarda nəzərdə tutulan peşələrdə işləməli; 2) siyahılarda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il yarım, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2017-ci il tarixədək mövcud olmalıdır; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Lakin iddiaçının işlədiyi peşələrin sözügedən siyahılarda nəzərdə tutulan peşələrlə müqayisəsindən məlum olmuşdur ki, iddiaçının 12 il 6 ay müddətə siyahılarda nəzərdə tutulan peşələrdə işləməsi şərti yerinə yetirilməmişdir. Belə ki, iddiaçının xx.xx.1977xx.xx.1978, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1992-ci il tarixlərdə siyahılarda nəzərdə tutulan peşələrdə iş stajı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən staj olaraq nəzərə alındığı halda iddiaçının ümumilikdə 12 il 4 ay 24 gün güzəştli iş stajına malik olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajının minimum tələbinə cavab vermir. Məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə əlavə araşdırma aparmadan cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmuşdur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Kişi cinsindən şəxsin xx.xx.2017-ci il tarixədəx 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin təsdiq etdiyi siyahılarda nəzərdə tutulan peşələrdə işləməli; 2) siyahılarda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il yarım, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2017-ci il tarixədək mövcud olmalıdır; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Lakin iddiaçının işlədiyi peşələrin sözügedən siyahılarda nəzərdə tutulan peşələrlə müqayisəsindən məlum olmuşdur ki, iddiaçının 12 il 6 ay müddətə siyahılarda nəzərdə tutulan peşələrdə işləməsi şərti yerinə yetirilməmişdir. Belə ki, iddiaçının xx.xx.1977xx.xx.1978, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1992-ci il tarixlərdə siyahılarda nəzərdə tutulan peşələrdə iş stajı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən staj olaraq nəzərə alındığı halda iddiaçının ümumilikdə 12 il 4 ay 24 gün güzəştli iş stajına malik olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajının minimum tələbinə cavab vermir. Məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə əlavə araşdırma aparmadan cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmuşdur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12 və 38-cü maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1, 46.3-cü maddələri, Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndi, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 9.1 və 9.8-ci maddəsi, İnzibati Prosessual Məcəlləsinin 34.1, 52, 69.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qərarın “əsaslandırma hissəsində siyahılarda nəzərdə tutulan peşələrdə stajı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən staj olaraq nəzərə alındığı halda, onun ümumilikdə 12 il 4 ay 24 gün güzəştli iş stajına malik olduğu müəyyən edilir” yazılmışdır. Bununla da onun güzəştli şərtlərlə pensiya almağı üçün 1 ay 6 gün çatışmadığı bildirilmişdir. O vaxt, sovet dövründə bəzi institutların tələbələrini məcburi qaydada dövlətin qərarı ilə “tələbə-inşaat dəstəsi”nin tərkibində işləməyə göndərirdilər. 1973cü ilin iyun, iyul, avqust aylarından onların Azərbaycan X1 (indiki Gəncə) filialının 300 tələbəsini, müəllim heyəti ilə birlikdə Rusiyanın Kuybışev (indiki Samara) vilayətinin Tolyatti şəhərinin Komsomolsk qəsəbəsinə “tələbə-inşaat dəstəsi” kimi tikintidə işləməyə göndərmişdirlər. Onlar 300 tələbə orada 3 ay işləyərək hər ay sənədlərə imza edərək maaş almışlar. Qayıtdıqdan sonra 1973-1974-cü illərdə prokurorluq tərəfindən onlar “tələbə- inşaat dəstəsi”nə gedən tələbələr maaşları alarkən imza etdiyikləri sənədlərdə qanun pozuntuları aşkarlanmışdır, cinayət işi qaldırılmış və iş Ali Məhkəməsinə verilmişdir. Ali Məhkəmə Azərbaycan X1 (indiki Gəncə) filialının direktoru Emin Hacıyevin və qeyrilərinin cinayət işinə baxaraq ona 12 il və bir neçə müəllimə müxtəlif müddətlərdə iş vermişdir. Bu işlə əlaqədar onun və qeyrilərinin “tələbə inşaat dəstəsi”ndə fəhlə işlədiklərini təsdiq edən ödəniş və digər sənədlər cinayət işinin materiallarındadır. Məhkəmədən xahiş etmişdir ki, bu sənədlərin və başqa işə aid olan materialların surətlərinin göndərilməsi üçün Ali Məhkəməyə sorğu verilsin. O, inşaat dəstəsində tikintidə fəhlə işlədiyi 3 nəfərin şahidliyi ilə notariusda təsdiq edilmiş sənədi məhkəməyə təqdim etmişdir. 1976-cı ildə Təhsil Nazirliyinin qərarı ilə onlar 172a qrupunun 18 tələbəsi Rusiyanın Penza şəhərinin maşınqayırma zavoduna ixtisasları üzrə təcrübəyə göndərilmişdirlər. Orada onları rəsmi surətdə əmrlə işə qəbul etmişdirlər. 1976-cı ilin iyun, iyul, avqust aylarında onlar müxtəlif işlərdə işləmişdirlər. O, tornaçı (tokar) dəzgahında işləmişdir. Tələbəlik illərində işlədiyi hər iki halda onları dövlət göndərmiş və onlar bu işlərdə tətil aylarında işləmişdirlər və bunun onların təhsillərinə heç bir maneçiliyi olmamışdır. Ayrıca, istər Sovet dövründə, istərsə də indi tələbələrin yay tətillərində və dərslərdən sonra, və ya hər hansı vətəndaşın işləmiş olduğu güzəştli şərtlərlə işlədiyi işin güzəştli sayılmaması haqqında nə bir qanun, nə də bir qərar yoxdur. Birinci instansiya məhkəməsinin verdiyi qərar güzəştli şərtlərlə yaşa görə pensiyanın 2-ci siyahısına aiddir. Onun “dağ mədən işçisi” kimi əmək stajının 2 il 1 ay 19 günü “Güzəştli şərtlərlə əmək pensiyaları haqqında” Qanunun 1-ci siyahısına aiddir. xx.xx.2006-cı il tarixinə qədər qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarına görə 1-ci siyahı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il əmək stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Sovet dövründə güzəştli şərtlərlə əmək pensiyası alan vətəndaşlar 1-ci və ya 2-ci siyahı üzrə staj çatışmadıqda, onlar təsdiq edilmiş qrafiklər üzrə 1,2 və bir neçə il pensiyaya gec çıxarılırdılar. Məsələn, 2-ci siyahı üzrə staj 12 il 6 aydan 2 il 6 aya qədər az olduqda 4 il, 5 ilə qədər az olduqda 3 il, 6 il 3 aydan az olduqda isə 2 il tez pensiyaya çıxırdılar. Azərbaycan Respublikasının Qanunlarında bu qərarın qüvvədə qalıb-qalmaması haqqında məlumatı olmasa da, bu qərarın ədalətli olması göz qabağındadır. Ona görə də onun güzəştli şərtlərə aid olan iş stajının düzgün hesablanması və onun 2012-ci ildən 2018-ci ilə qədər almadığı pensiyanın ona ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı təqdim etdiyi etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********1 nömrəli xidməti məktubunun məzmunundan görünmüşdür ki, iddiaçı tərəfindən Mərkəzi filiala təqdim olunmuş ET-İ № ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (21 il 5 ay 21 gün (xx.xx.1972xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1980xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər), güzəştli iş stajının isə 12 il 6 aydan az (9 il 2 ay 21 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1986 xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir. Göründüyü kimi, qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi iddiaçının güzəştli is stajı 12 il 6 aydan az təşkil etmişdir. Həmçinin iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsas verən ümumi iş stajı şərtini də ödəməmişdir. Hətta, İddiaçı Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı xx.xx.2021ci il tarixli məktubunda da güzəştli iş stajının 12 il 6 aydan az olduğunu etiraf etmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının imtina məktubu əsaslıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsində isə baxılarkən yuxarıda geyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia tələbi təmin edilməmişdir. Buna görə də hesab etmişdirlər ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2-1(116)-351/2022 saylı qərarını dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun uzahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 saylı iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 saylı qərarın dəişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiya) Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2 Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur. “İnzibati icraat haqqında” qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Lakin bununla bağlı məhkəmə kollegiyası qeyd etmək istəyir ki, inzibati orqanın səlahiyyətli olub-olmamasının yoxlanılmasına predmet, instansiya və ərazi aidiyyətinin yoxlanılması daxildir. İnzibati aktı qəbul etmiş inzibati orqanın səlahiyyətli olub-olmaması məsələsi ona görə xüsusi əhəmiyyət kəsb edir ki, İİQ-nin 65-ci maddəsinin hazırkı redaksiyasına əsasən, inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu da inzibati aktın etibarsızlığı üçün əsaslardan biri qismində çıxış edə bilər. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Həmin Məcəllənin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 saylı qərarının ləğv edilib iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli **********9 saylı imtina məktubunda qeyd etmişdir ki, iddiaçının 57 yaşı 2012-ci ildə tamam olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ həmin tarixdə qüvvədə olan Qanunvericiliyə uyğun baxılmışdır. 2012-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilərin 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə müəyyən edilmişdir. Əmək kitabçasındakı qeydlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə üzləşdirilmişdir. Müəyyən olunmuşdur ki, siyahıya uyğun güzəştli iş stajını 9 il 1 aydır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 32.Toxuculuq İstehsalatı bölməsinə uyğun işlədiyi usta və usta köməkçiləri peşələri nəzərə alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli 826 nömrəli qərarı ilə aşağıda sadalanan səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun 12 il 6 ay güzəştli iş stajının olmamasına görə. Birinci instansiya məhkəməsi cavabdehin imtinasi ilə razılaşaraq iddia tələbini rədd etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının 12,6 il xüsusi stajı mövcud deyildir, onun 12 il 04 ay 24 gün güzəştli iş stajı vardır. Məhkəmə bu staja iddiaçının xx.xx.1977-xx.xx.1978, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983xx.xx.1992-ci il tarixlərdəki fəaliyyət dövrünü aid etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh tərəf iddiaçının 25 il ümumi iş stajının mövcudluğu ilə bağlı mübahisə etmirlər. Mübahisələndirilən məsələ xüsusi stajın toplanması ilə bağlıdır. Məhkəmə kollegiya qeyd edir ki, işin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının güzəştli iş stajını cavabdehin müəyyən etdiyindən fərqli qaydada hesablamışdır. Belə olan halda, məhkəmə özünün qənaətini əsaslandırmaq vəzifəsini daşıyır. Bunun üçün məhkəmə güzəştli stajı kimi qəbul etdiyi hər bir iş dövrünü “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə dəqiq şəkildə əlaqələndirməlidir. Başqa sözlə, məhkəmənin güzəştli staj kimi qəbul etdiyi hər bir işin sözügedən Siyahıda nəzərdə tutulmuş konkret hansı iş olduğu, hansı peşə ilə uyğunlaşdırıldığı dəqiq göstərilməlidir. Hazırkı mübahisə üzrə isə birinci instansiya məhkəməsi güzəştli stajı hesablayarkən bu qaydada bir əlaqələndirmə və uyğunlaşdırma aparmamışdır. Bununla baglı, məhkəmə kollegiyası mübahisəyə keçmiş SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarının tətbiq edilməli olduğu halda, edilmədiyinə dair iddiaçının dəlillərini də əsaslı hesab edir. Belə ki, həmin norma iddiaçının hərbi xidmətdə olduğu vaxtı qüvvədə olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə ki, iddiaçıya məxsus ET-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının müxtəlif dövrlərdə iş stajı aşağıdakı kimidir: xx.xx.1977-ci ildən xx.xx.1978-cİ ilədək təhsil illər (08 ay 25 gün); xx.xx.1980-cİ ildən xx.xx.1980-ci ilədək (01 ay 25 gün); xx.xx.1980-ci ildən xx.xx.1982-cı ilədək (02 il 01 ay 18 gün); xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək (05 ay); Həmin əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu il tarixinədək (01 il 07 ay 09 gün) hərbi xidmət keçmişdir. Bununla baglı kollegiyanın qənaətinə görə hazırkı halda güzəştli iş stajının hesablanması zamanı hərbi xidmət dövrünün nəzərə alınması məsələsinə münasibətdə sözügedən SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarına istinad edilə bilər. Belə ki, SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndində aşağıdakılar qeyd edilmişdir; Yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur. SSRİ Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmazdan əvvəl və ya sonra vətəndaş, güzəştli şərtlərə aid olan isthsalatlarda işləmişdirsə, onun seçimini nəzərə alaraq onun hərbi xidmətdə qulluq etdiyi vaxtdan çox olmamaq şərti ilə işlədiyi güzəştli işin müddəti qədəri güzəştli iş sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasında göründüyü kimi iddiaçının hərbi xidmətə çağırılmazdan əvvəl xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi, yəni 8 ay 24 gün, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilə kimi, yəni 1 ay 26 gün, güzəştli şərtlərə aid olan istehsalatda, yəni Toxuculuq Kombinatının əyrilik fabrikalarında işləməsi güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə kollegiyası SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarını əsas hesab edərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən stajların toplanması nəticəsində iddiaçının xx.xx.1983-cü il tarixinədək cəmi 14 il 07 gün xüsusi stajına malik olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1979-cu il tarixinədək (01 il 07 ay 09 gün) hərbi xidmət olması halları nəzərə alımamış və inzibati iş üzrə iddia tələbini təmin etməməklə səhv düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanun 32.1-1-ci maddəsinə əsasən, iddia tələbi iddiaçının iddia tələbində qeyd etdiyi 2012-ci ildən 2018-ci ilə qədər deyil, 21 avqust 2018-ci il tarixdə müraciət etdiyi dövürdən 3 il geri, yəni 21 avqust 2015-ci il tarixdən hesablanmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6cı maddəsinə əsasən ləğv edilməli, iddia qismən təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 saylı qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi 21 avqust 2018-ci il tarixdən 3 il geri, yəni 21 avqust 2015-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-291/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-291/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver