Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-291/2024 05.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixədək mövcud olan 29 il, 3 ay, 21 gün sosial sığorta stajı və həmin tarixdən sonrakı pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-187/2024 nömrəli qərarından İddiaçı tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 fevral 2024-cü il tarixli 2- 1(116)-187/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan İddiaçı tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək şifahi məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılan zaman müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti qanunvericilikdə müəyyən edilmiş mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdən göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.1989-xx.xx.1998-ci illərin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2006-cı il tarixədək mövcud olan 29 il 3 ay 21 gün sosial sığorta stajı və həmin tarixdən sonrakı pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-187/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2006-cı il tarixədək mövcud olan 29 il 3 ay 21 gün sosial sığorta stajı və həmin tarixdən sonrakı pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və iddia tələbi təmin edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı ilə razıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 vəsatət təqdim edərək apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə əsasən iddia tələbi təmin edilmişdir. İddiaçı da məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olduğunu bildirmişdir. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli 2-1(107)-291/2024 nömrəli qərardadı ləğv edilməli, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-187/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş vəsatət təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli 2- 1(107)-291/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-187/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-291/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-291/2024
05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver