Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-294/2020 12.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X9rşı (üçüncü şəxslər: X10 və Cavabdeh4) “Cavabdeh4, X11, X4 adlarına işlənmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-1156F kod 40201004 nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-4/2020nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala şəhəri, Heydər Əliyev pospektində yerləşən qeyriyaşayış bınasına aid Cavabdeh4 adına verilmiş xx.xx.2004-cü il tarixli 123 nömrəli qeydiyyat vəsiqəsinin və xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışın verilməsinə səbəb olmuş Cavabdeh1 yanında X16 tərəfindən verilmiş şəhadətnamə və bu şəhadətnamədən doğan bütün sonrakı sənədləşmənin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinə qarşı yeni iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddia tələbini dəyişdirmiş və məhkəmədən “JN 1156 F kod 40201004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə yeni iddia ərizəsi məhkəmənin xx.xx.2017-ci il tarixdə keçirilən məhkəmə iclas protokol qərardadına əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Zaqatala rayon X17 İcraiyyə Komitəsinin xx xxx 1965-ci il tarixli, 10 saylı iclasının qərarına əsasən, Zaqatala şəhər sakini Cavabdeh4 fərdi yaşayış evi tikməsi üçün, şəhərin Komsomolskaya (hazırda H.Əliyev) küçəsindəki istifadəsiz torpaqlardan 350 (üç yüz əlli) kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X12 Zaqatala rayonu üzrə ərazi idarəsi tərəfindən ünvan 1 (hazırda 86) ünvanının sakini Cavabdeh4 adına 1678 saylı inventar sayı ilə xx xxxxxx 1967-ci il tarixdə verilmiş texniki pasporta əsasən, ünvan 2 ünvanınında yerləşən 1 otaqlı fərdi yaşayış evi, yaşayış sahəsi 80,6 kv.m, həyətyanı sahəsi 276,2 kv olmaqla, ümumi sahəsi 359,6 kv.mdir. Zaqatala Aqrar-İslahat Komissiyasının xx xxxxxxx 2005-ci il tarixli, 117 saylı qərarına əsasən, xx xxx 2006-cı il tarixdə, “Dövlət Torpaq və X2 rayon şöbəsinin müdiri M.Şabanovun imzası, möhürü və xx xxx 2006-cı il tarixdə Dövlət X3 F.Cəfərovun imzası və möhürü ilə təsdiq edilərək verdiyi, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Zaqatala şəhər sakinləri Cavabdeh4 və İddiaçı mülkiyyətinə verilmiş torpaq 0,02 hektardır. Eyni şəhadətnamədəki cədvəldə bu sahə 245 kv.m göstərilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqtala rayonu üzrə ərazi idarəsinin məlumat bazasında adı yuxarıda qeyd edilən sənəddə isə həmin sahə eyni göstəricilərlə, Zaqatala şəhər sakinləri Cavabdeh4la, Elmira və Esmira Mahmud qızları Bağırovaların adlarına qeydə alınması göstərilir. Azərbaycan SSR Zaqatala rayon X17 İcraiyyə Komitəsinin xx xxx 1965-ci il tarixli, 10 saylı iclasının Qərarına əsasən, Zaqatala şəhər sakini Cavabdeh4 fərdi yaşayış evi tikməsi üçün şəhərin Komsomolskaya (hazırda H.Əliyev) küçəsindəki istifadəsiz torpaqlardan 350 (üç yüz əlli) kv.m torpaq sahəsi, yəni 0,035 hektar yer ayrılmış və həmin yerin koordinatları müəyyənləşdirilərək texniki pasport tərtib edilmişdir.Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala rayonu üzrə ərazi idarəsinin verdiyi xx xxxxxxx 2008-ci il tarixli ******* saylı çıxarışa əsasən, Zaqatala şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0,00352 ha torpaq sahəsində yerləşən 2 girişli, 29.4 kv.m ümumi, 29,4 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə, Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində, 1 nömrəli reyestr kitabının 103 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX-nin 18 saylı Zaqatala rayonu üzrə ərazi idarəsinin verdiyi xx xxxxxx 2016-cı il tarixli, ******* saylı çıxarışa əsasən adı yuxarıda qeyd edilən mağaza binası ünvan 8 10 ünvanında yaşayan Cavabdeh3 xeyrinə yüklü edilməklə yenidən qeydiyyata alınmışdır. Beləliklə yuxarıda qeyd edilən sənədlər toplusundan aydın görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X12 Zaqatala rayonu üzrə ərazi idarəsi tərəfindən ünvan 3 86) ünvanının sakini Cavabdeh4 adına, 1678 saylı inventar sayı ilə, xx xxxxxx 1967-ci il tarixdə verilmiş texniki pasportda qeyd edilən ərazi sonradan, Zaqatala Aqrar- İslahat Komissiyasının və Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala rayonu üzrə ərazi idarəsinin ayrı-ayrı vaxtlarda verdikləri sənədlərlə, nə istifadəçilər baxımından nə də ərazinin ölçüləri baxımından, 1967-ci ildə verilmiş sənədlə uyğunluq təşkil etməmişdir. Belə ki, ayrılmış ərazidən 150 kv.m hansı səbəblərə görə qeydə alınmamış və yuxarıda qeyd edildiyi kimi, X6 ayrı-ayrı verdiyi sənədlər üzrə başqa-başqa istifadəçilər qeydə alınmışdır. Cavabdehlərdən biri olan ünvan 8 10 ünvanında daimi qeydiyyatda olan Cavabdeh3 başqa cavabdeh Zaqatala şəhəri, H.Əliyev prospekti, ev 48 (hazırda ev 86) ünvanında daimi qeydiyyatda olan Cavabdeh4 aldadaraq, ondan icarəyə (mağaza tikmək üçün) istifadəsində olan ərazidən torpaq sahəsi istəmiş və o da razılaşmışdır. Cavabdeh3 icarə müqaviləsi adı altında Cavabdeh4 savadsızlığından istifadə edərək, ona renta müqaviləsinə imza atdırmış və adı yuxarıda qeyd edilən sənədləşmələri həyata keçirmişdir. Məhz buna görə Aqrar-İslahat Komissiyasından qeyri qanuni olaraq ikinci şəhadənaməni almış və bütün bunlardan sonra o, DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsindən adı yuxarıda qeyd edilən çıxarışları əldə etmiş və onları özündə saxlamaqla Cavabdeh4 gizlətmişdir. 2016-cı ilin oktyabr ayına qədər Cavabdeh4 bu çıxarışlardan xəbəri olmamışdır. Bütün yuxarıda qeyd edilənlərə əsasən, demək olar ki, Cavabdeh3, Cavabdeh4 və onun ailə üzvlərinin istifadəsində olan torpaq sahəsini renta müqaviləsinin şərtlərinə uyğun olaraq ələ keçirmək istəmişdir. Cavabdeh etirazında bildirmişdir ki, Hüquq sahibi Cavabdeh4 tərəfindən idarəmizə təqdim edilmiş və arxiv qovluğunda saxlanılan JN-1156F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də 245 kv.m torpaq sahəsinin Cavabdeh4 və İddiaçı ümumibirgə mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Lakin ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsindən təhvil alınmış JN-1156F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxivdə saxlanılan nüsxəsində və AİK-nın qərarı ilə vətəndaşların mülkiyyətə verilmiş torpaq sahələrinə dair elektron siyahılarda (DBF siyahılarında) həmin torpaq sahəsinin Cavabdeh4, X4 və X5 ümumibirgə mülkiyyətinə verildiyi qeyd olunmuşdur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: - JN-1156F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Zaqatala Rayon X6 xx.xx.2005-ci il tarixli 117 saylı qərarı ilə Cavabdeh4 və İddiaçı mülkiyyətinə 0,02 ha torpaq sahəsi verilmişdir. - JN-1156F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Zaqatala Rayon X6 xx.xx.2005-ci il tarixli 117 saylı qərarı ilə Cavabdeh4, X10 və X5 mülkiyyətinə 0,02 ha torpaq sahəsi verilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2004-cü il tarixdə Zaqatala Rayon X6 sədri, Zaqatala şəhər bələdiyyəsi və Cavabdeh1 başçısının Zaqatala şəhəri üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə” 1156 sıra nömrəsi ilə siyahıda Cavabdeh4, X10 və X5 adları qeyd olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 037/256 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Zaqatala şəhərində doğulmuş, xx.xx.1983-cü il tarixdən Zaqatala şəhəri, H.Əliyev prospekti, ev 86 (keçmiş Komsomol küçəsi ev 44) ünvanında qeydiyyatdadır. -Zaqatala RİH Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 819 nömrəli xx xxxxx 2018-ci il tarixli arayışından görünür ki, İddiaçı doğulduğu gündən halhazıradək Zaqatala şəhəri, H.Əliyev prospekti, ev 86 (keçmiş Komsomol küçəsi ev 44) ünvanında yaşayır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 037/260 nömrəli arayışından görünür ki, X10 xx.xx.1969-cu il tarixdə Zaqatala şəhərində doğulmuş, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Zaqatala şəhəri, H.Əliyev prospekti, ev 86 (keçmiş Komsomol küçəsi ev 44) ünvanında qeydiyyatda olmuş, xx.xx.1992-ci il tarixdə daimi yaşamaq məqsədilə Bakı şəhərinə qeydiyyatdan çıxmışdır. -Zaqatala RİH Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 954 nömrəli xx xxx 2018-ci il tarixli arayışından görünür ki, X10 doğulduğu gündən Zaqatala şəhəri, H.Əliyev prospekti, ev 86 (keçmiş Komsomol küçəsi ev 44) ünvanında yaşamış, xx.xx.1991-ci il tarixdə ailə qurması səbəbindən başqa şəhər köçmüş və həmin ünvana geri qayıtmamışdır. -Zaqatala RİH Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3973 nömrəli xx.xx.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı sorğu əsasında tərtib edilmiş 10 saylı ev təsərrüfatının uçotu kitabına əsasən Zaqatala şəhəri, H.Əliyev prospekti, ev 86 ünvanında yaşayır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı qərardadı ilə İddiaçı Cavabdeh2 (üçüncü şəxslər: X11, X10 və Cavabdeh4) qarşı “JN 1156 F kod 40201004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı xüsusi qərardadı ilə Dövlət Yerqurluşu və Layihə İnstitutunun vəzifəli şəxsi F.Cəfərovun və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsinin vəzifəli şəxsi M.Şabanovun hərəkətlərində vəzifə saxtakarlığı cinayətinin əlamətləri barədə Zaqatala rayon prokuroruna məlumat verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1 (84)-79/2018 saylı qərardadından İddiaçı apelyasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-1(107)-144/2018 saylı Qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı Qərardadı ilə İddiaçı Cavabdeh2nə (üçüncü şəxslər: X10 və Cavabdeh4) qarşı “JN 1156 F kod 40201004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı qərardadından İddiaçı apellyasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-573/2018 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)- 79/2018 saylı Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-612/2019 saylı Qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-573/2018 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 21(84)-79/2018 saylı qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Tərəflərə məhkəmə iclasının yeri vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə müraciət edərək iddiaçı olduğu iş üzrə icraata onun iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)-79/2018 nömrəli qərardadına əsasən, iddia iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır və bundan sonra qəbul edilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı qərardadı ilə də iddia iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-612/2019 saylı qərarı ilə iddiaçının qeyd olunan iddianı qaldımağa subyektiv hüququnun olduğu müəyyən edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 4/2020nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X9rşı (üçüncü şəxslər: X10 və Cavabdeh4) “Cavabdeh4, X11, X4 adlarına işlənmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-1156F kod 40201004 nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-4/2020nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki,Şəki İnzibati-iqtisadi Məhkəməsi 2- 1(116)-004/2020 sayil, xx.xx.2020-ciil tarixli qərardadı ilə onun Zaqatala “Aqrar-İslahat Komissiyası” (bundan sonra matndə AİK) xx.xx.2005-ci iltarixli, 117saylı qərarına əsasən, xx.xx.2006-ciil tarixdə, "Dövlət Torpaq və Xəritəçəkmə Komisiyası”-nın (bundan sonra matndə DTXÇK,Zaqatala rayon şöbəsinin və xx.xx.2006-cİil tarixdə "Dövlət Yerquruluşu Layihəİnstitutu tərəfindən verilmiş Cavabdeh4, X1 Elmira Mahmud qızının adlarına işlənmiş Torpağın mülkiyyətə verilməsinə dairJN-1156F kod 40201004saylı şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin cavabdeh"Əmlak Məsələləri üzrə Dövlət Komitəsi" (bundan sonra matndə ƏMDK yanında"Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra matndə DƏDRX) 18 saylı X14 üzərinə qoyulmasına dair iddia tələbini mümkün saymamışdır. Aşağıda göstərilən səbəblərə görə X13 adı yuxarıda qeyd edilən qərardadını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi.62-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06.11,2017-ciil tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM35.1.Azərbaycan Respublikası MülkiMəcəlləsinin 384.0.4, 384.0.5-ci, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsi. 1. Ərizəsi dəftərxanaya hələ2017-ci ilin avqust ayında daxıl olmuş. Şəki İnzibati Məhkəməsi cavabdeh “ƏMDK yanında DƏDRX-nin 18saylı Zaqatala ər-nə qarşı Cavabdeh4 X5 adlarına işlənmiş və hazırkı iş üzrə İddiaçı xx.xx.1966-cı ii tarixindən, indiyədək eyni ünvanında passport qeydiyyatında olmaqla və həm də fasiləsiz faktiki yaşamağına dair bütün mötəbər sübut-sənədiəri məhkəməyə təqdim etməyinə baxmayaraqadının qey olunmadığı Zaqatala AİK-nın xx.xx.2005-ci iltarixli, 117saylı Qərarına əsasən, Torpağın mülkiyyətə verilməsinə dair 2ədəd eyni jn-hssf KOD 40201004 saylı, şəhadətnamələrinin«tərəfimdən əsli məhkəməyə təqdim olunmuş şəhadətnamədə isə ancaq onun və Cavabdeh4 adları var,ləğv edilməsi öhdəliyinin, cavabdehin üzərinə qoyulması tələbinə dair iddianı xx.xx.2018-ciil tarixdə, Zaqatala rayon Prokurorluğuna işdə cinayət faktının olub-olmamasını araşdırmaq üçün sənəd saxtakarlığı üzrə FAKThəqiqətən də var idi və indi da göndərilməklə xüsusi qərardad qəbul etmiş iddianı isə eyni tarixdə 2-1(84)79/2018 saylı qərardadı ilə mümkün saymamışdır. Həmin qərardaddan verilmiş şikayəttəmin edilmiş və iş Şəki İnzibati Məhkəməsinəqaytarılmışdır. Şaki Apelyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2-1(107)-144/2018 saylı qərardadı ilə iddia mümkün saymamışdır. Bundan sonraŞəki İnzibati Məhkəməsixx.xx.2018-ci iltarixli, 2- 1(84)-79/2018 saylı qərardadı ilə, iddianı yenə də, təkrarən mümkün saymamışdır. Qərardaddan verilmiş şikayəttəmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsi xx.xx.2018ci il 2-1(107) 573/2018 saylı qərardaddan verilmiş kassasıya şikayətitamın edilmişdir. Qərara uyğun olaraq, Şəki İnzibati Məhkəməsi (hakim: R.Məcidov)iddia ilə əlaqədar, 2- 1(84)-1149/2019 saylıiş üzrə, hazırlıq iclasını xx.xx.2019- cu il tarixinə təyin etmiş və bu zaman iddiaçı tərəfindənməhkəmənin sədri, cənab V.Qasımova işə baxan hakimə qarşı etiraz ünvanlanmışvə etirazın nəticəsi olaraq iş üzrə hakim, cənab R.Məcidov işin icraatındankənarlaşdırılmış və işin icraatı üzrə hakim,cənab V.Qasımov təyin edilmişdir. Şəki İnzibati məhkəməsi sədri, cənab V.Qasımov tərəfindən xx.xx.2019-cu tarixə hazırlıq icraatı teyin edilmiş, iclas keçirilmiş, ancaq növbəti tarixə iclas təyin edilməmişdir. Sonra, xx.xx.2019-cu il tarixə, tekrar hazırlıq icraatı təyin edilmiş, iclas keçirilmiş, ancaq yenə növbəti tarixə iclas təyin edilməmişdir. Bundan sonra, xx.xx.2020-ciil tarixdə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından 1 il 15 gün sonraşifahi məhkəmə baxışı təyin edilmiş və birdən birə, hakim yenə də dəyişdirilmişvə iş üzrə icraata yeni hakim, İlqar Cabbarov təyin edilmişdir. Şifahi məhkəmə baxışıkarantinlə əlaqədar xx.xx.2020-ciil tarixdən xx.xx.2020-ciil tarixə keçirilmiş və həmin tarixdəhakim cənabİlqar Cabbarov iddianı 2-1(116)-004/2020saylı qərardadı ile mövcudolmayan yəni, heç bir faktla sübut edilməyən arqumentlərlə əsaslandırmaqla və ehtimallarasöykənən səbəblərlə mümkün saymamışdır. Hakim qərardadını bununla əsaslandırmışdır ki, iddiaçı və onun ailə üzvlərinin, mübahisələndirilən torpağa aid 2 ədəd başqa-başqa adamların adına olan, eyni saylı Şəhadətnamələrin olmasından “guya” ki, xəbərləri olub. Bu yanaşma, Şəki İnzibati Məhkəməsinin. Zaqatala rayon Prokuroruna göndərilməklə qəbul etdiyi, xx.xx.2018-ci il tarixi xususı qərardad və prokurorluğun tapşırığına, Zaqatala RPŞ-də araşdırmalar aparılması vəCinayət işinin rədd edilməsinə dair qəbul edilmiş qərardadda göstərilən, iddiaçı və ifadəsi alınan ailə üzvtəri, öz ifadələrində “guya" ki, bu faktı təsdiqləmələri ilə əsaslandırmışdır.Tam məsuliyyətimlə bildirir ki, Zaqatala RPŞtərəfindən iş üzrə qəbul edilmiş, cinayət işinin rədd edilməsinə dairqərar bizəhələ dətəqdim edilməyibvə buqərarla tanış olmamağımız bir kənara qərar üzrə nəZaqatala RPŞ-dəvə nədə ki,Zaqatala rayon Prokurorluğundakı ifadələrimizdə 2 eynişəhadətnamənin olması barəsində bildirməklərinə aid heç vaxt, heç bir ifadə verməmişlərəksinə, öz ifadələrində bildirmişlərki, əslionun tərəfindən məhkəməyə təqdimedilmiş şəhadətnamə ünvan 8 10 ünvanında yaşayanCavabdeh3 tərəfindən onlara təqdim edilmişdir. Həmçnin.ƏMDK yanındaDƏDRX-nin 18 saylı Zaqatala Əİ-nin elektron bazasına yüklənmiş 2-ci şəhdətnaməni də həmin quruma, yenə dəünvan 8 ünvanında yaşayan X8 təqdim etmiş və yaxud onun tərəfindən yüklətdirilmişdir.Əslində burada, sənəd saxtalaşdırılması, etibardan sui-istifadə etməklə aldatma, başqasına məxsus əmlakın qeyri-qanuni yollarla ələ keçirilməsinə cəhd faktlar üzrə baş vermiş cinayət göz qabağındadır və nə Zaqatala rayon Prokurorluğu nə Zaqatala RPŞvə nə də, Şəki İnzibati Məhkəməsi bunu görməmiş və yaxud görmək istəməmişlər. Bundan başqa müddətlərin tətbiq edilməsi üzrə Şəki İnzibati Məhkəməsinin gəldiyi nəticəyə də Azərbaycan Respublikası MM-nin 384-cu maddəsinin tələblərinin pozulması ilə gəlinmişdir.Sənədləşmə işlərini yerinə yetirdiyi zaman Cavabdeh3 bizə, ancaq onun və atası Cavabdeh4 adları qeyd edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN- 1156F kod 40201004 saylı Şəhadətnaməni təqdim etmiş və sənədin əsasında istənilən vaxt sənədləşməni başa çatdıra biləcəyimizi bildirmişdir, ancaq 2017-ci ilin sonunda məlum olmuşdur ki, onlara təqdim edilmiş şəhadətnamədən başqa 2-ci başqa adamların adı olan daha bir şəhadətnamə da tərtib edilmiş, həmin şəhadətnamə əsasında Cavabdeh3 çıxarış verilmiş, Cavabdeh3 həmin çıxarışı uzun müddət bizdən gizlətməsi bir yana, hətta sonradan bağlanmış "renta" müqaviləsi əsasında həmin çıxarış, Nizamı Səttarovun xeyrinə gizli olaraq yüklü də edilmişdir. İş üzrə 2-ci şəhadətnamənin mövcud olması və onun əsasında çıxarışın əldə edilməsi barəsində, onların 2016-cı ildən sonra xəbərdar olmağımız faktı, Cavabdeh3ta onun arasında 2017-ci ildə aparılmış telefon danışıqlarının lent yazısı sübut edilir. Verilmiş çıxarış barəsində onlara ancaq 2017-ci ildə, məhkəmə gedişi zamanı məlumat almışdır. Necə ki, həmin çıxarışın Cavabdeh3 tərəfindən yüklü edilməsini də onlar ancaq məhkəmə vasitəsi ilə öyrənə bilmiş və həmin çıxarışın surətini də məhkəmə prossesi başlandıqdan sonra əldə edə bilmişik. Cavabdeh3 başqa adamların adı olan şəhadətnaməni ona görə tərtib etdirmişdir ki, artıq çıxarış alındığında, şəhadətnamənin alınmasında adı keçənadamlardan biri vəfat etmiş, ikincisi 1991-ci ildən Zaqatalada yaşamır, üçüncüsü isə 90 yaşı olmaqla onunla artıq "renta” müqaviləsinə imza atmışdır. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-4/2020 saylı qərardadının ləğv edilməsini və iddianın mümkünlüyünə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 nümayəndəsi və üçüncü şəxslər Cavabdeh4 və X10 məhkəmə iclasına gəlməmiş, onların gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verilməmişdir.Məhkəmə kollegiyası onlarıniştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.1, 32, 35.1). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)-79/2018 nömrəli qərardadına əsasən, iddia iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır və bundan sonra qəbul edilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı qərardadı ilə də iddia iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-612/2019 saylı Qərarı ilə iddiaçının qeyd olunan iddianı qaldımağa subyektiv hüququnun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ olsa da, hazırki iddianı qaldırarkən o müddəti ötürmüşdür. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Həmin materialda olan iddiaçı və onun atası olan üçüncü şəxs Cavabdeh4 izahatlarında mübahisəli şəhadətnaməni 2006-cı ildə aldıqlarını qeyd etmişlər. İddiaçının JN-1156F kod 40201004 nömrəli şəhadətnamədən ən azından 2006-cı ildən məlumatı olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçının ləğvini tələb etdiyi şəhadətnamə Zaqatala rayon X6 xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarına əsasən tərtib olunmuş və həmin qərar ləğv olunmamış və mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi kimi həmin dövrdə mövcud olmuş DTXKnin Zaqatala rayon şöbəsinin vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi), hazırki halda mübahisəli şəhadətnamənin tərtib olunması ilə əlaqədar iddiaçı həmin dövrdə qüvvədə olmuş MPM-nin tələblərinə uyğun mübahisə qaldırmamışdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-4/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-4/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-294/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-294/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver