Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-294/2023 01.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri X4, Nümayəndə və üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı “Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş 11 oktyabr 2008-ci il tarixli, 000013 saylı orderin etibarsız hesab edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-518/2023 nömrəli qərarından üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş 11 oktyabr 2008-ci il tarixli, 000013 saylı orderin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında hündürmərtəbəli, çoxmənzilli bina inşa edilmişdir. 2008-ci ildə həmin dövrdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan və Balakən rayonu ərazisinin daxil olduğu seçki dairəsindən seçilmiş Rəbiyyət Aslanovaya seçiciləri ilə görüşə gəldiyi zaman qalmaq üçün İddiaçı MMC tərəfindən müvəqqəti olaraq həmin binada mənzil ayrılmışdır. Bu zaman həmin mənzilə dair İddiaçı MMC ilə cavabdeh Balakən Rayon İcra Hakimiyyəti, həmçinin Rəbiyyət Aslanova arasında hər-hansı müqavilə bağlanmamışdır. Cavabdeh ilə iddiaçı arasında hər-hansı yazılı razılaşma olmamasına baxmayaraq, cavabdeh tərəfindən mübahisəli mənzilə dair Rəbiyyət Aslanovanın adına 000013 saylı order verilmişdir. Balakən Rayon İcra Hakimiyyətinin 08 oktyabr 2008-ci il tarixil, 172 saylı Sərəncamı əsasında həmin orderin verilməsindən İddiaçı MMC-nin məlumatı olmamışdır. İddiaçı bu barədə məlumatı Rəbiyyət Aslanovanın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 03 avqust 2022-ci il tarixli iddia ərizəsi üzrə Şəki İnzibati Məhkəməsində baxılan, üçüncü şəxs qismində cəlb olunduğu işdən əldə etmişdir. Orderdə ünvan ev 73, mənzil 40 olaraq göstərilmişdir. 2008-ci ildə bina istismara qəbul edilmədiyindən və dəqiq ünvan verilmədiyindən iddia tərəfi güman edir ki, söhbət Balakən şəhəri, Nəriman Nərimanov küçəsi 93 (yeni qaydalarla: AZ0800, ünvan 2 ünvanında yerləşən 106,10 kv.m olan mənzildən gedir. Balakən Rayon İcra Hakimiyyəti başçısının mübahisəli mənzilə dair orderin verilməsinə əsas olmuş 08 oktyabr 2008-ci il tarixli, 172 saylı Sərəncamında qeyd olunur ki, guya həmin Sərəncam İddiaçı MMC-nin 29 sentyabr 2008-ci il tarixli məktubuna əsasən verilmişdir. Halbuki “Alazançay" MMC tərəfindən Rəbiyyət Aslanovaya mənzil ayrılması ilə bağlı heç bir quruma, o cümlədən Balakən Rayon İcra Hakimiyyətinə hər-hansı məktub ünvanlanmamışdır. Yuxarıda qeyd edildiyi kimi mənzil Rəbiyyət Aslanovaya deputat olduğu dövr üçün müvəqqəti istifadəyə verilmişdir. Mübahisəli mənzil hazırda İddiaçı MMC-nin mülkiyyətindədir və **********32- 05301-093035 reyestr nömrəsi ilə (qeydiyyat nömrəsi: **********) xx.xx.2021-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq, iddia tərəfi hesab edir ki, mübahisəli mənzilə dair sərəncam və order etibarsız hesab edilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03-1921/3 nömrəli “iddiaya qarşı rəsmi münasibət” məktubunda qeyd etmişdir ki, Balakən RİH tərəfindən İddiaçı MMC-nin sədri P.Əliyarova ünvanlanmış xx.xx.2008-ci il tarixli, 542/1 saylı müraciətdə şəhərin N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dördotaqlı bir mənzilin rayon icra hakimiyyəti üçün ayrılması xahiş edilmişdir. İddiaçı MMC (MTK) tərəfindən 29 sentyabr 2008-ci il tarixdə təklifə müsbət cavab verilmişdir. Balakən RİH başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya tərəfindən 2000-ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinin Balakən rayonundan (109 saylı seçki dairəsi) seçilmiş deputatı Rəbiyyət Aslanovanın mənzil-məişət şəraiti araşdırılmış, rayonda tez-tez ezamiyyətdə olan millət vəkilinin mənzili olmadığı nəzərə alınaraq onun Balakən şəhəri, S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 40 saylı mənzillə təmin edilməsi təklif edilmiş, Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 saylı Sərəncamı ilə S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 kv.m-dən ibarət 40 saylı mənzilin R.Aslanovaya verilməsi məqsədəuyğun sayılmışdır. İddiaçı MMC isə həmin mənzilin verilməsi üçün Balakən RİH-yə və ya digər qurumlara məktub ünvanlamadığını, mənzilin R.Aslanovaya deputat olduğu üçün müvəqqəti istifadəyə verildiyini və bununla əlaqədar hər-hansı müqavilə bağlanmadığını bildirir. RİH-də İddiaçı MMC-nin sözügedən mənzilin R.Aslanovaya verilməsi ilə bağlı yazılı müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Lakin R.Aslanova 2008-ci ildən indiyədək həmin mənzildən istifadə etmiş, kommunal xidmət haqlarını ödəmişdir. İddiaçının da qeyd etdiyi kimi 2009cu il oktyabr ayının 1-dək qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 49-cu maddəsinin tələbinə görə mənzil şəraitini yaxşılaşdırmaq ehtiyacları haqqında vətəndaşların hüquqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Lakin həmin maddənin ikinci abzasına əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Odur ki, iddia əsassız hesab edilməlidir. Cavabdeh məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-2435/2022 nömrəli qərardadı ilə X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Üçüncü şəxs məhkəməyə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə xx.xx.2022-ci il tarixdə iddia tələbinə dair etiraz məktubu təqdim etmişdir. Məktubda qeyd olunmuşdur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan icra orqanının hüquqi aktının hissəsi ləğv edilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı iş üzrə İddiaçı MMC tərəfindən Balakən Rayon İcra Hakimiyyəti başçısının 172 saylı, 08 oktyabr 2008-ci il tarixli sərəncamının ləğv edilməsi tələb olunur. R.Aslanova hesab edir ki, inzibati məhkəmə icraatının hazırkı mərhələsində iddianın mümkünlüyü məsələsi həll edilməlidir. İlk növbədə diqqət yetirilməlidir ki, hazırkı iş üzrə iddia mübahisələndirmə iddia növünə aiddir. İddiaçının mübahisələndirmə barədə iddiasının mümkünlüyü məsələsinə baxarkən, məhkəmə diqqət etməlidir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü şəxslər: Balakən Rayon İcra Hakimiyyəti, İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvan 8 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın “Alazançay" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat № **********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 kv.m-dən ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə 05 avqust 2022-ci ildə Şəki İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2-1(116)-1811/2022S/N:006 saylı qərardadı ilə həmin iş üzrə İddiaçı MMC-nin üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Üçüncü şəxsin vəkalətli nümayəndəsi və vəkili Vəkil2 tərəfindən aidiyyəti rabitə orqanına ünvanlanmış sorğuya alınmış cavabla müəyyən edilir ki, məhkəmənin İddiaçı MMC-nin üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardadı 26 avqust 2022-ci il tarixdə İddiaçı MMC-yə təqdim olunmuşdur. Hazırkı işin materiallarından görünür ki, İddiaçı MMC yuxarıda sözügedən iddia tələbi ilə 24 oktyabr 2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı sərəncam verilməsindən xəbərdar olduğu halda, məhkəməyə inzibati aktın qəbul edildiyindən 30 (otuz) gün müddətində müraciət etməli olduğu halda, qanunla müəyyən edilmiş bu müddət daxilində məhkəmədə iddia irəli sürməmiş, bununla da inzibati aktın ləğvinə dair mübahisələndirmə haqqında iddia qaldırılması üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Üçüncü şəxs eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, tərəfindən hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2008-ci il tarixli, 172 saylı sərəncam və bu sərəncam əsasında verilmiş 11 oktyabr 2008-ci il tarixli, 000013 nömrəli order elə həmin sərəncam və orderin verildiyi vaxt İddiaçı MMC-yə təqdim olunmuş və həmin vaxtdan sözügedən sərəncam və order əsasında ona ayrılmış mənzili əldə edib, həmin mənzili əsaslı təmir edərək, bu mənzili zəruri mebel və digər məişət əşyaları ilə təhciz etmişdir. Bundan sonra isə üçüncü şəxs həmin mənzildə faktiki yaşamaqla müvafiq kommunal və xidmət haqlarını vaxtlıvaxtında ödəmişdir. Göründüyü kimi İddiaçı MMC hazırda mübahisələndirdiyi sərəncamdan 2008-ci ilin oktyabr ayından xəbərdar olmasına və həmin sərəncamın, eləcə də orderin surətini həmin tarixdən əldə etməsinə baxmayaraq üzərindən uzun illər, yəni 14 il keçdikdən sonra hazırkı iddianı irəli sürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən iş üzrə üçüncü şəxs Rəbiyyət Aslanova iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (sədri) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 üçüncü şəxsin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-ciü il tarixli, 2-1(116)-518/2023 saylı qərarı ilə (hаkim Fərid İsmayılzadə) iddia təmin edilmiş, Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamının və Balakən Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 000013 nömrəli orderin etibarsız sayılması qərara alınmışdır. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-518/2023 saylı qərarından apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-518/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini iddia ərizəsin etirazın dəlilləri ilə əsaslandırmış və аpеllyаsiyа şikаyətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-518/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-518/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri X6 və Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-518/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-518/2023 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddiaçının iddiası “müəyyən etmə və ya tanınma haqqında” iddiadır (İPM-in 2.2.5 və 36-cı maddələri). Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. İş materiallarında olan: xx.xx.2008-ci il tarixli, 000013 nömrəli Balakən RİH tərəfindən verilmiş orderin surətinə əsasən müəyyən edilir ki, ünvan 9 ünvanında yerləşən 4 otqalı mənzil bir nəfər ailə tərkibi ilə üçüncü şəxsə verilmişdir. Balakən şəhər İƏD üzrə Nümayəndəliyin xx.xx.2022-ci il tarixli, 320 nömrəli məktubunda qeyd olunur ki, ünvan 10 ünvanda Balakən rayonu Katex kəndində qeydiyyatda olan 22 noyabr 1961-ci il təvəllüdlü X7 müvəqqəti yaşayır. Balakən rayon Dövlət Arxivi xx.xx.2022-ci il tarixli, 143 nömrəli məktubu vasitəsilə iddia mübahisələndirilən sərəncamın və ona əlavə edilmiş sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. Məktuba əlavə olunmuş: cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2008-ci il tarixli, 542/1 nömrəli məktubundan görünür ki, cavabdeh vətəndaşların müraciətlərini, rayonda mənzilə olan çox böyük ehtiyacı nəzərə alaraq şəhərin N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dörd otaqlı bir mənzilin rayon icra hakimiyyəti üçün ayrılmasını xahiş etmişdir. Balakən RİH başçısının xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamında qeyd olunur ki, Bakı şəhəri, Naxçıvani küçəsi, ev 10, mənzil 43-də yaşayan vətəndaş X5 2000ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinin Balakən rayonundan seçilmiş deputatıdır. Rayona tez-tez ezamiyyətə gələn R.Aslanovanın rayonda mənzili yoxdur. Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya R.Aslanovanın İddiaçı MTK-nın 31 saylı, 29 sentyabr 2008-ci il tarixli məktubuna baxmış, mənzil-məişət şəraitini araşdırmışdır. Komissiya millət vəkili R.Aslanovanı Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, 1 girişli yaşayış binasının 8-ci mərtəbəsində 40 saylı mənzili ilə təmin edilməsini təklif edir. Qeyd olunanları nəzərə alan cavabdeh millət vəkili X2 Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində, yaşayış sahəsi 116 kv.m olan 40 saylı mənzilin verilməsini məqsədəuyğun saymışdır. İddiaçı MTK-nın 31 saylı, 29 sentyabr 2008-ci il tarixli məktubu məhkəmə araşdırması ilə aşkar edilməmişdir. Cavabdeh bunu məktubun itirilməsi ilə əsaslandırmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03-1921/2 nömrəli məktubunda qeyd etmişdir ki, ünvan 13 ilə Balakən şəhəri, N.Nərimanov küçəsi ev 93 (AZ0800, ünvan 12 ünvanlardır. İddiaçı MMC-nin sərəncamda qeyd olunan 31 saylı, xx.xx.2008-ci il tarixli məktubu rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının səhvi nəticəsində itmişdir. 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktubundan görünür ki, ünvan 13 ünvanı ilə ünvan 14, M8, mənzil 5) ünvanı eyni ünvanlardır. 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, həmçinin xx.xx.2021-ci il tarixli texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 14, M8, mənzil 5) ünvanında yerləşən, ümumi sahəsi 106,10 kv.m olan mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. İddia ərizəsinə əlavə olunmuş 000013 nömrəli, xx.xx.2008-ci il tarixəd Balakən RİH tərəfindən verilmiş orderin surətindən görünür ki, həmin orderə əsasən X3 ünvan 17 ünvanında yaşamaq hüququ verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.1, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.(5.2). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, hazırda iddiaçının mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 4 otqalı mənzilin üçüncü şəxs X3 verilməsinə dair 11 oktyabr 2008-ci il tarixli, 000013 saylı orderin və həmin orderin verilməsinə əsas olmuş Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamının etibarsız hesab edilməsinə nail olmaqdır . Məhkəmə kollegiyası hesab edir ki, ünvan 9 ünvanında yerləşən 4 otqalı mənzilin üçüncü şəxs X3 verilməsinə dair 11 oktyabr 2008-ci il tarixli, 000013 saylı order və həmin orderin verilməsinə əsas olmuş Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamı öz hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, 18 saylı Zaqatala ərazi idarəsi məktubunda qeyd etmişdir ki, ünvan 13 ünvanı ilə ünvan 14, M8, mənzil 5) ünvanı eyni ünvanlardır. Həmçinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, həmçinin xx.xx.2021-ci il tarixli texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 14, M8, mənzil 5) ünvanında yerləşən, ümumi sahəsi 106,10 kv.m olan mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi ünvan 9 ünvanında yerləşən 4 otqalı mənzilin üçüncü şəxsə verilməsinə dair Sərəncam 08 oktyabr 2008-ci il tarixdə, həmin sərəncam əsasında verilmiş Order isə 11 oktyabr 2008-ci il tarixdə verilmişdir. Həmin mənzil üzərində xx.xx.2021-ci il tarixdə, yəni Sərəncam və orderin verildiyi tarixdən sonrakı tarixdə iddaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bununla da iddiaçı arzu etdiyi məqsədə nail olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi mümkün sayıla bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-518/2023 saylı qərarı ləğv edilməli, iş üzrə qərardad qəbul edilməli, İddiaçı MMC-nin cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı “Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş 11 oktyabr 2008ci il tarixli, 000013 saylı orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 82, 87, 89 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-518/2023 qərarı ləğv edilisin. İş üzrə qərardad qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı “Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş 11 oktyabr 2008-ci il tarixli, 000013 saylı orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-294/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-294/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver