Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-295/2020 18.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X17rşı “islahatla əlaqədar olaraq Baş Zəyzid kolxozu tərəfindən torpaq islahatı zamanı ona verilmiş 0,29 ha pay torpaq sahəsinin qeydiyyata alınması üçün reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)- 218/2020nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının bölmələrində aparılan islahatla əlaqədar olaraq Şəki rayonunun Baş Zəyzid kolxozundada islahat işləri aparılmışdır. İddiaçı ailəvi Baş Zəyzid kolxozunda işlədiyi üçün torpaq islahatı zamanı kolxozun “Murad Bulağı “adlanan ərazisindən 0.29 ha pay topraq sahəsi ona verilmişdir. İddiaçıya verilən torpaq sahəsinin verilməsi göstərilsə də, yerin rayon X10 qərarını ərizəyə əlavə etmədiyinə görə 12 saylı ərazi idarəsi cavab məktubunda bunu irad tutmuşdur. Göründüyü kimi həmin torpağın ona verilməsini Baş Zəyzid Bələdiyyəsi tərəfindən verilən arayışda təsdiq olunmuşdur. İddiaçıya verilən pay torpağın 2003-2018-ci illər üçün vergisini də ödəmişdir. Cavabdehin etirazının dəlilləri: 12 saylı X20 arxiv materiallarında Şəki rayonu, Baş Zəyzid kəndində həyətyanı və pay torpağı alacaq subyektlərin siyahısında İddiaçı adının daxil edilməsi haqqında məlumat aşkar edilməmişdir.Vətəndaşın ərazi idarəsinə müraciətində topraq islahatı zamanı ailə üzvləri ilə birlikdə 0.29 ha torpaq sahəsinin verilməsi göstərilsə də, yerli və rayon X4 qərarları və qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra orqanları tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən, ərizəsinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 02144929 nömrəli ş/v-nin surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı X20 xx.xx.2019-cu il tarixli **********18 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********84 nömrəli, xx.xx.2020-ci il tarixli **********97 nömrəli məktubları, xx.xx.1947-ci il tarixli V-BM seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surəti, Şəki rayonu Baş Zəyzid bələdiyyəsinin 38 nömrəli xx.xx.2019-cu il tarixli arayışı və 01 nömrəli xx.xx.2020 nömrəli məktubu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli **********32 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-218/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X17rşı “islahatla əlaqədar olaraq Baş Zəyzid kolxozu tərəfindən torpaq islahatı zamanı ona verilmiş 0,29 ha pay torpaq sahəsinin qeydiyyata alınması üçün reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-218/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçıapelyasiya şikayətində qeyd etmişdir ki, o, cavabdeh AzərbaycanRespublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X17rşı"islahatla əlaqədar olaraq baş Zəyzid kolxozu tərəfindən torpaq islahatı zamanı ona verilmiş 0,29 ha pay torpaq sahəsinin qeydiyyata alınması üçün reyestrdənçıxarışın verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1 (116)-218/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X17rşı "islahatla əlaqədar olaraq baş Zəyzid kolxozu tərəfindən torpaq islahatı zamanı ona verilmiş 0,29 ha pay torpaq sahəsinin qeydiyyata alınması üçün reyestrdən çıxarışın verilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərarı aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Məhkəmə qərar çıxararkən belə nəticəyə gəlmişdir ki,vətəndaşın ərazi idarəsinə mürciətində torpaq islahatı zamanı ailə üzvləri ilə birlikdə 0,29 ha torpaq sahəsinin verilməsi göstərilsə də, yerli və rayon X4 qərarları və qeydiyyata alınmalı torpaq sahəsinin müvafiqicra orqanlarıtərəfindən təsdiqlənmiş yerləşmə sxemi edilmədiyindən ərizəsinin icrası mümkün olmamışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********32 nömrəli məktubundan görünür ki, xidmətin və onun tabeliyində olan "Kadastr və X7 Mərkəzi" MMC-nin arxivlərində Şəki rayonu Baş Zəyzid ərazisindən pay torpaq sahəsi verilmiş subyektlərin siyahısında İddiaçı və digərlərinə aid məlumat aşkar edilməmişdir. Qeyd edir ki, ölkədə aparılan aqrar islahatının məqsədi yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədn ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur.Əvvəla, onu qeyd etmək istəyir ki, Baş Zəyzid kolxozunda işlədiyi üçün torpaq islahatı zamanı kolxozun "Murad bulağı" adlanan ərazisində 0,29 ha pay torpaq sahəsi ona verilmiş, bununla bağlı Baş Zəyzid Yerli İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı olmuşdur. Həmin vaxtdan hu günədək və hazırda da torpaq sahəsi onun istifadəsindədir, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır. Rayon X8 qərarının və torpağın yerləşmə sxeminin olmaması isə vətəndaşın günahı deyil, bunu müvafiq icra hakimiyyəti orqanları, müvafiq qurumlar işləyib hazırlamalı idilər ki, bunu da etməmişlər.Məhkəmə bütün bunları nəzərə almamış, araşdırmamış və hüquqi qiymət verməmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2l(116)-218/2020 saylı qərarının ləğv edilməsi və inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq istədiyi 0,29 ha torpaq sahəsinin ona verilməsinə dair dövlət aktı, şəhədətnaməsi və digər müvafiq sənədləri yoxdur. O, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-218/2020nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X20 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddia mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayəti dəlilləri ilə razılaşmır. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X20 xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, 12 saylı X21 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən İddiaçı, X1, X3, X5, X6, X2 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X20 xx.xx.2019-cu il tarixli **********84 nömrəli məktubundan görünür ki, 12 saylı X20 arxiv materiallarında Şəki rayonu, Baş Zəyzid kəndində həyətyanı və pay torpağı alacaq subyektlərin siyahısında İddiaçı adının daxil edilməsi haqqında məlumat aşkar edilməmişdir. Vətəndaşın ərazi idarəsinə müraciətində topraq islahatı zamanı ailə üzvləri ilə birlikdə 0.29 ha torpaq sahəsinin verilməsi göstərilsə də, yerli və rayon X4 qərarları və qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra orqanları tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən, ərizəsinin icrası mümkün olmamışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********32 nömrəli məktubundan görünür ki, Xidmətin və onun tabeliyində olan “Kadastr və X11-Mərkəzi” MMC-nin arxivlərində Şəki rayonu Baş Zəyzid ərazisindən pay torpaq sahəsi verilmiş subyektlərin siyahısında İddiaçı və digərlərinə aid məlumat aşkar edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur. -14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. -20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X15, Naxçıvan Muxtar Respublikası X15, rayon və yerli aqrar islahat komissiyaları aparır. -22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X8 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X12 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X4 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X12 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X15 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X8 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, ölkədə aparılan aqrar islahatının məqsədi yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuş və torpaq islahatını Azərbaycan Respublikası Dövlət X15, Naxçıvan Muxtar Respublikası X15, rayon və yerli aqrar islahat komissiyaları aparmışdır.Ölkədə aparılan aqrar islahatı zamanı iddiaçıya ailə üzvləri ilə birlikdə həyətyanı və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri verilməmiş və adlarına “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair akt”a tərtib olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçıya tələbində qeyd olunan torpaq sahəsinin verilməsinə dair sübut mövcud deyil. Bundan əlavə iddiaçının 0,29 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə müəyyən olunmuşdur ki, aqrar islahatı zamanı iddiaçı və onun ailə üzvlərinə əkin və həyətyanı torpaq sahələri verilməmiş və adlarına mülkiyyət sənədləri tərtib edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-218/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-295/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-295/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver