Məhkəmə qərarları › İş №2-1(107)-295/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-295/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-295/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Zaqatala Rayonu Əliabad X19nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində “Zaqatala Rayonu Əliabad X19”nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)-121/2024 nömrəli qərarından iddiaçı Zaqatala Rayonu Əliabad X19 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Zaqatala Rayonu Əliabad X19 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,70 ha torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində “Zaqatala Rayonu Əliabad X19”nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “hüquqi yardım” məktubu ünvanlanaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir.

3. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində “Zaqatala Rayonu Əliabad X19”nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1363/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-121/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

6. İddia ərizəsinin əsaslarına görə, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 1997-ci il tarixli sərəncamına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsi X12 mülkiyyətinə 0,70 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində tikintinin aparılmasına icazə verilmişdir. Zaqatala Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin təqdim etdiyi layihəyə uyğun olaraq qeyd olunan torpaq sahəsinin üzərində əmlak kompleksi kimi müəssisə inşa edilmişdir. "Zaqatala Rayonu Əliabad X19" Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, yuxarıda qeyd olunan qeyri-yaşayış binasında təhsil fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya əldə etmək məqsədi ilə Azərbaycan Respublikasmm Elm və Təhsil Nazirliyinə müraciət etmiş və Nazirlik ondan əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi tələb etmişdir. Nəticədə "Zaqatala Rayonu Əliabad X19"nə məxsus Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,70 ha torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilmiş, lakin sonuncu, 23 dekabr 2022-ci il tarixli **********16 nömrəli məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

7. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Zaqatala Rayonu Əliabad X19 Zaqatala rayonu, Əliabad qəsəbəsində fəaliyyət göstərən İslam mədrəsəsinə aid əmlak kompleksi kimi müəssisənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsinin icrası ilə bağlı aparılan araşdırma zaman məlum olmuşdur ki, ərizəyə Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (İslam mədrəsəsinin) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, istismara icazə sənədi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası mümkün olmamış və ona tələb olunan sənədləri ərizəsinə əlavə edərək yenidən ərazi idarəsinə müraciət olunması barədə xx.xx.2022-ci tarixli, **********16 nömrəli məktub göndərilmişdir. Mübahisələndirilən qeyriyaşayış binalarına dair müvafiq icazə sənədləri iddiaçı tərəfindən təqdim edilmədiyini nəzərə alaraq, həmin binalara müvafiq icazələrin (tikintiyə və istismara) verilm əsində s əlahiyyəti olan müvafin icra hakimiyyəti orqanlarının (Fövqəladə Hallar Nazirliyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanının) işin obyektiv həlli üçün 3-cü şəxs qismində məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə prosesə cəlb etməsi zəruridir.

8. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.1-ci və 28.2-ci maddələrinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələbləri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri əsas sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdın İmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Əlavə olaraq bildiririk ki, iddia olunan 0,70 ha torpaq sahəsi müvafiq sahətnamədə mülkiyyət hüququ üzrə yox, daimi istifadə hüququ üzrə 0,44 ha ölçüdə qeyd olunaraq rəsmiləşmişdir. Buna görə də iddia olunan 0,70 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına aınması üçün qanuni əsas yoxdur.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 fevral 2024-cü il tarixli 2- 1(116)-121/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

12. İddiaçı Zaqatala Rayonu Əliabad X19 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)-121/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı Zaqatala Rayonu Əliabad X19 apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)-121/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)-121/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)-121/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xx.xx.2008ci il tarixli 118 nömrəli sərəncamından görünür ki,

1. Zaqatala rayonu Əliabad X19 yenidən dövlət qeydiyyatına alınmış və dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir.

2. Zaqatala rayonu Əliabad X19nə Ədliyyə Nazirliyi tərəfindən 29 dekabr 1998-ci il tarixdə verilmiş 256 saylı Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə hüquqi qüvvəsini itirmiş hesab edilmişdir.

3. X15 Reyestrinə 94 qeydiyyat nömrəsi ilə daxil edilmişdir. - Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 1998-ci il tarixli A 191 nömrəli şəhadətnamədən görünür ki, torpaq mülkiyyətçisinə (iddiaçıya) verilmiş torpaq sahəsinin təsnifatına aid cədvəldə “daimi istifadə” qrafasının qarşısında 0,44 ha qeyd edilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 35 nömrəli arxiv çıxarışından görünür ki, Əliabad kəndində yarımçıq tikili 150 yerlik balans dəyəri 52261 min manat olan uşaq bağçasının kəndin imamı Darçın İslam oğlu və X1 Əliabad X12 yaradılması üçün verilmiş, X11 və X1 yarımçıq tikintinin öz şəxsi vəsaiti hesabına və sponsor axtarmaq yolu ilə başa çatdırılması tapşırılmışdır. - Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1097 nömrəli sərəncamından görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi X12 mülkiyyətinə 0,70 ha torpaq sahəsi verilmiş, Tikintinin aparılmasına icazə verilmişdir. - Zaqatala rayonu Əliabad qəsəbəsi İslam Mədrəsəsinin istifadəsində olan bina və tikililərin eskizindən görünür ki, sözügedən eskiz Zaqatala RİHB aparatı Memarlıq və Tikinti şöbəsinin müdiri rayonun baş memarı F.Əhmədov tərəfindən möhürlə təsdiq olunmuşdur. - cavabdehin xx.xx.2023-ci il tarixli 3-21-3-47/2-4049/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki,

1. İddia olunan torpaq sahəsinin 0.44 ha hissəsi A191 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə"də qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir və yeni elektron uçot bazasına əsasən mülkiyyəti dövlət, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və ictimai Tikinti Altında olan torpaqlara, Alt uqodiyası Məktəb, islahat uqodiyası Tikinti altında olan torpaqlar kımı işlənilmişdir. Həmin ərazinin faktiki istifadəçisi Zaqatala rayonu Əliabad qəsəbəsində fəaliyyət göstərən X8 rayonu Əliabad qəsəbəsində fəaliyyət göstərən islam Mədrəsəslinin naturada istifadəsində olan 0.5957 ha torpaq sahəsinin 0.0158 ha hissəsi X6 və X3 adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış çıxarış sənədində göstərilən 0.22 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerğuruluşu planlarında öz əksini tapmışdır.

2. İddia olunan torpaq sahəsinin mövcud olmuş fiziki sərhədləri daxilində naturada ölçüsü 0.5951 hektardır. Mubahisələndirilən 0.70 ha torpaq sahəsinə dair hər hansı bir sxem və ona aid koordinatlar olmadığına gorə həmin torpaq sahəsinin hansı ölçülərlə yerləşməsini müəyyən etmək olmamışdır Həmin 0.5951 ha torpaq sahəsinin hüdudları daxilində A191 nömrəli 'Torpağa mülkiyyət, sahiblik və dainhi istifadə hüququna dair şəhadətnaməmdə qeyd edilmiş 0 44 ha torpaq sahəsinin cizgiləri yerləşir. Əlavə qalan 0.1551 ha torpaq sahəsinin 0.0158 ha hissəsi X6 və X4 adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış çıxarış sənədində göstərilən 0 22 ha torpaq sahəsinin hüdudları daxilinə, qalan 0.1393 ha torpaq sahəsi isə elektron uçot bazasına əsasən mülkiyyəti dövlət, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası Təhsil. Səhiyyə. Mədəniyyət. Nəqliyyat, Rabitə və Digər Sosial və ictimai Tikinti Altında olan torpaqlara Alt uqodiyası Məktəb, İslahat uqodiyası Tikinti altında olan torpaqlar kimi işlənilmişdir.

3. Mübahisələndirilən 0.70 ha torpaq sahəsinə dair hər hansı bir sxem və ona aid koordinatlar olmadığına gorə torpaq sahəsinin yerləşmə vəziyyətini və üzərində yerləşən bina və tikililərin həmin torpaq sahəsinin hansı hissəsində yerləşdiyini müəyyən etmək olmamışdır. Zaqatala rayonu Əliabad X19nin istifadəsində olan bina və tikililər həmin Mədrəsənin naturada istifadəsində olan 0.5951 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. "Torpaq islahatı haqqında" qanunun 25-ci maddəsinə əsasən (keçid müddəalar) Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1996-cı il tarixli, 482№-li Fərmanının 3- cü bəndində qeyd edilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər həmin Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

23. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə Təsdiq edilmiş, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının 9.1-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 9.2. Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.

24. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Torpaq Məcəlləsi: Maddə 14. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Maddə 30. Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir.

25. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. .

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

32. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və çıxarışın verilməsinə nail olmaqdır.

33. İddiaçı, sözügedən torpaq sahəsinin Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1097 nömrəli sərəncamı əsasında (yaşayış və bağ evlərinin tikintisi məqsədi ilə ayrılmadığından Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın 2.1-ci bəndinin tətbiqi istisna edilir) Zaqatala rayonu Əliabad qəsəbəsi X12 mülkiyyətinə verilməsini bildirsə də, nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 1998-ci il tarixli A 191 nömrəli şəhadətnamədə 0.44 ha torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir.

34. Hazırkı qərarın 21-22-ci bəndlərində qeyd edilən maddi hüquq normalarının tələbinə görə iddia olunan torpaq sahəsi bələdiyyələrə ayrılan torpaq sahələrinə aid olduğu halda həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1097 nömrəli sərəncamı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas ola bilərdi.

35. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətləri öyrənilmiş, müəyyən edilmişdir ki, torpaq sahəsi Dövlət mülkiyyətindədir.

36. İddia olunan torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsi də müəyyən edilmir. Həmçinin nəzərə alınmalıdır ki, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində yalnız istifadə və icarə hüquqları alqısatqı obyekti olduğundan və yerli icra hakimiyyəti orqanlarının yalnız torpaq sahəsini istifadəyə vermək səlahiyyəti olduğundan, istinad olunan Sərəncam 0,44 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilməz.

37. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Torpaq Məcəlləsinin 14-cü maddəsinin tələbinə görə (Torpaq sahələrindən daimi istifadə) müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir.

38. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Odur ki, həmin torpaq sahəsi “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 1998-ci il tarixli A 191 nömrəli şəhadətnamədə əsasında iddiaçının daimi istifadəsinə verilmişdir.

39. İddia olunan 0.44 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən tikilinin 1996-cı ildə tikilməsi (240 inventar nömrəli texniki pasporta əsasən) işin mübahisəsiz halıdır. Yəni, sözügedən tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmişdir.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

41. Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir.

42. İş materiallarından görünür ki, iddia olunan qeyri-yaşayış sahəsinə dair Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1097 nömrəli sərəncamında torpaq sahəsinin ayrılması və tikilinin inşasına icazə verilməsi məsələləri öz əksini tapmış, həmçinin tikiliyə dair sonradan layihə tərtib edilərək müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmışdır. Bununla belə tikilinin istismara qəbul aktı tərtib edilməmişdir.

43. Nəzərə alınmalıdır ki, tikilinin istismara qəbul edilməsi tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü deməkdir ki, hazırkı iş üzrə ümumiyyətlə tikilinin dayanıqlığı, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu yoxlanılmamışdır. Göründüyü kimi iddia olunan qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər tam yerinə yetirilmir.

44. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsi və qeyri-yaşayış sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur

45. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

47. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı Zaqatala Rayonu Əliabad X19nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində “Zaqatala Rayonu Əliabad X19”nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı Zaqatala Rayonu Əliabad X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)-121/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar