Məhkəmə qərarları › İş №2-1(107)-296/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-296/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-296/2020 29.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Gürcüstan Respublikası İlia Dövlət Universitetinin verdiyi diplomu üzrə ixtisasının Azərbaycan Respublikasında tanınması və ixtisası üzrə müvafiq işlə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-1022/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“Gürcüstan Respublikası İlia Dövlət Universitetinin verdiyi diplomu üzrə ixtisasının Azərbaycan Respublikasında tanınması və ixtisası üzrə müvafiq işlə təmin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli məktub göndərilmiş və ona hazırkı iddianın Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8.1.1, 8.1.2, 8.1.3 və 8.1.3-1-ci maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun gəlmədiyindən və iddia tələbinə cavab verən Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi ünvanı olan Xətai prospekti 49, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılması, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarında Bakı şəhəri Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilməsi Bu səbəbdən də hazırkı iş baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməli olduğu izah edilmişdir. Ona mübahisəyə baxılmasının ərazi aidiyyəti ilə bağlı münasibətini 10 gün müddətində məhkəmə təqdim etməsi xahiş olunmuş, müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun mübahisənin aidiyyət məsələsinə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən şifahi məhkəmə iclası keçirilmədən hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İddiaçının xx.xx.2020-ci il tarixli aidiyyət məsələsinə dair münasibəti xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş və o, iddiasına Şəki İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 1022/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Gürcüstan Respublikası İlia Dövlət Universitetinin verdiyi diplomu üzrə ixtisasının Azərbaycan Respublikasında tanınması və ixtisası üzrə müvafiq işlə təmin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassız olduğuna görə lğv edilməli və onun iddiasına Şəki İnzibati Məhkəməsində baxılması təmin edilməlidir. Ona görə də onun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Gürcüstan Respublikası İlia Dövlət Universitetinin verdiyi diplomu üzrə ixtisasının Azərbaycan Respublikasında tanınması və ixtisası üzrə müvafiq işlə təmin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi haqqında Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-1022/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mahiyyəti üzrə Şəki İnzaibati Məhkəməsində baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edənİddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-1022/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mahiyyəti üzrə Şəki İnzaibati Məhkəməsində baxılması haqqında qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollegiyası ilk onu qeyd edir ki, iddiaçının iddia tələbi inzibati orqan kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı yönəlmişdir və iddia öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşdə olan sənədlərə görə iddiaçı “Gürcüstan Respublikasının Tibilisi şəhərində yerləşən İlia Dövlət Universitetinin fiolologiya fakültəsini bitirmişdir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 42- ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15- ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların məzmununa əsasən qeyd edir ki, cavabdeh təşkilatın yerləşdiyi ərazi (Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49) aidiyyət baxımından Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 04 nömrəli qərarının 15-ci bəndinə əsasən Bakı şəhəri Binəqədi rayonu; Xətai rayonu; Xəzər rayonu; Qaradağ rayonu; Nərimanov rayonu; Nəsimi rayonu; Nizami rayonu; Pirallahı rayonu; Sabunçu rayonu; Səbail rayonu; Suraxanı rayonu; Yasamal rayonu ərazi vahidləri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi işə baxılması üçün onun aidiyyatı üzrə göndərilməsi haqqında qərar çıxarmaqda haqlı olmuşdur. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Gürcüstan Respublikası İlia Dövlət Universitetinin verdiyi diplomu üzrə ixtisasının Azərbaycan Respublikasında tanınması və ixtisası üzrə müvafiq işlə təmin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə yəni Bakı İnzibati Məhkəməsinə göndərilməsi bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Gürcüstan Respublikası İlia Dövlət Universitetinin verdiyi diplomu üzrə ixtisasının Azərbaycan Respublikasında tanınması və ixtisası üzrə müvafiq işlə təmin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə göndərilməsi barədə qərardad qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-1022/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-1022/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar