Məhkəmə qərarları › İş №2-1(107)-297/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-297/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-297/2020 27.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı ”xxxxxxxx” ASC-nin informasiya bazasında “P” statusu olan **********5 nömrəli abunə kodunun aktivləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-964/2020nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”xxxxxxxx” ASC-nin informasiya bazasında “P” statusu olan **********5 nömrəli abunə kodunun aktivləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2020 tarixli yardım məktubu göndərilərək tələbin inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu bildirilmişdir. Həmçinin, qeyd olunan tələblə bağlı aidiyyəti üzrə ümumi məhkəmələrə müraciət edilməsi tövsiyə olunmuşdur. Yuxarıda qeyd olunanlarla bağlı münasibətini bildirməsi üçün iddiaçıya 10 (on) gün vaxt verilmişdir. Əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiasının mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə yardım məktubunu almasına baxmayaraq münasibət bildirməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 964/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı ”xxxxxxxx” ASC-nin informasiya bazasında “P” statusu olan **********5 nömrəli abunə kodunun aktivləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-964/2020 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı ’’xxxxxxxx” ASC-nin informasiya bazasında “P” statusu olan **********5 nömrəli abunə kodunun aktivləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, məhkəmənin sözügedən qərardadı qanuni və əsaslı olmadığı üçün ləğv edilməli və iddia tələbim mümkün hesab edilərək, icraata götürülməlidir. Məhkəmə iddia tələbini mümkün saymamasını belə əsaslandırmışdır ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Belə ki, iddia ərizəsindən də görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə texniki şərt verilmiş, onunla enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır, iddia ərizəsinə əlavə olunmuş xxxxxxxx ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan da görünür ki, iddiaçıya məxsus obyektə **********05283 nömrəli elektrik sayğacı quraşdırılmışdır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan kommersiya və ya rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. ”Bununla bağlı qeyd etməyi zəruri hesab edirəm k», cavabdehlə aramızda yaranmış mübahisə mülki hüquq münasibətindən irəli gələn öhdəlikdən deyil, başqa sözlə desək cavabdehlə bağladığım müqavilə öhdəliyinin pozulması nəticəsində deyil, cavabdehin qanunsuz hərəkəti nəticəsində yaranan mübahisədir. Belə ki, mülkiyyətimdə olan və Göyçay rayonu 49-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə texniki şərt əsasında cavabdeh tərəfindən elektrik enerjisi verilmiş, sayğac quraşdırılmış, abonent kodu verilmiş, bir müddət istifadə edilmiş elektrik enerjisinin dəyəri tərəfimdən ödənilmişdir. Rayon ərazisində dövlət proqramı çərçivəsində su və kanaliziyasiya xətləri çəkildiyi üçün tərəfimdən obyektdən təyinatı üzrə istifadə edilməmiş, qeyd edilən səbəbdən elektrik enerjisindən istifadə edilmədiyindən, ödənişlər həyata keçirilməmişdir. Bundan sonra, cavabdeh “xxxxxxxx” ASC informasiya bazasında **********5 nömrəli abunə kodumu passivləşdirmişdir. Tərəfimdən cavabdehə müraciət edilərək mənə məxsus olan abunə kodunun akvləşdirilməsi xahiş olunmuş, iakin müraciətim təmin olunmamış və bu səbəbdən qeyd edilən tələblə Şəki inzibati Məhkəməsinə müraciət edilmişdir. Göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2- 1(116)-964/2020 nömrəli qərardadının ləğv edilərək, onun cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “xxxxxxxx” ASC-nin informasiya bazasında “P” statusu olan **********5 nömrəli abunə kodunun aktivləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin mümkün sayılmasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 13-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Belə ki, iddia ərizəsindən də görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə texniki şərt verilmiş, onunla enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş xxxxxxxx ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan da görünür ki, iddiaçıya məxsus obyektə **********05283 nömrəli elektrik sayğacı quraşdırılmışdır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan kommersiya və ya rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Məhkəmə kollegiyasının baxışı zamanı İddiaçı ilə cavabdeh “xxxxxxxx” ASC arasında hər hansı kommersiya və mülki münasibətlərdə doğran müqavilənin olmaması müəyyən edilir. Halbuki iddiaçı iddia ərizəsində cavabdeh ilə aralarında alqı-satqı müqavilə bağlanmaması qeyd edilir. Tikinti obyektinin inerji təchizatı şəbəkəsinə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarf’nın 3.5-ci bəndinin tələblərinin və texniki şərtlərin müddəalarının yerinə yetirilməsindən və texniki şərtlərin 4-cü və 6-cı bəndlərində göstərilən “Dövlət Enerjinəzarət” İdarəsindən istismara buraxılış AKT-ı alındıqdan və enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra yerinə yetirilir. Göründüyü kimi tərəflər arasında hər hansı bir öhdəlik yalnız onlar arasında azad şəkildə bağlanmış müqavilədən doğa bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə cavabdeh “xxxxxxxx” ASC arasında hər hansı bir alqı-satqı müqaviləsi olmuş olarsa öhdəliyin yerinə yetirilməsindən imtina yalnız tərəflərin hüquqi statusundan aslı olaraq ümumi və ya kommersiya məhkəmədəsində mübahisələndirilməlidir. Məhkəmə kollegiyasının araşdırması nətəcəsidə belə bir qənaətə gəlir ki, İddiaçı iddiası mümkün sayıla bilməz. Birinci instansiya məhkənəsi isə iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-964/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar