Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-298/2020 05.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xx xxxxxxxx 2018-ci il tarixli 1369 Ş/H saylı əmrdə işdən çıxarılmasının əsasının dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-524/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xx xxxxxxxx 2018ci il tarixli 1369 Ş/H saylı əmrdə işdən çıxarılmasının əsasının dəyişdirilməsinin cavabdehin üzərinə quyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və xx.xx.2020-ci il tarixində Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2007-2010-cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə oxumuş, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında təhsilini davam etdirmişdir. Bundan sonra Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. Hərbi hissənin 11-ci sərhəd zastavasının zastava rəisinin müavini vəzifəsini icra etmişdir. Bundan sonra 6-cı sərhəd zastavasının rəis müavini, bir müddət sonra isə zastava rəisi vəzifəsini icra etmiş və baş leytenant hərbi rütbəsi almışdır. Nümunəvi xidmətimə görə dəfələrlə hərbi hissə komandiri tərəfindən mükafatlandırılmış və fəxri fərman almışdır. 2017-ci ildə İslam oyunları çərçivəsində Bayraqdar olmuşdur. Xidmət keçdiyi müddətdə heç bir nöqsanı olmamışdır. Sərhəd xidmətinin nə qədər ağır, çətin olduğunu həmişə hiss etmiş və işində məsuliyyətli olmağa çalışmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx xxxxxxxx 2018-ci il tarixli 1369 Ş/H üzrə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzduğa görə) müvafiq olaraq, o, 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinə göndərilmişdir. Bir ildən artıqdır ki, iddiaçı hərbi zabit kimi işsizdir. Ehtiyata buraxılmağına baxmayaraq, yuxarıda sözü gedən qanunun xidməti uyğunsuzluğa görə müddəasına əsasən o, xidmətə çağırılmamışdır. Həmçinin həmin əsasla onun ehtiyata buraxılmağına görə o, müstəqil olaraq başqa işlə təmin olunmağı üçün müraciət edə bilməmişdir. Başqa sözlə, xidməti uyğunsuzluğa görə heç bir yerdə iş tapa bilmir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin qeyd olunan əmri ona qarşı qərəzli olmuş, onun xidməti hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. O, gənc bir hərbiçi kimi əsassız olaraq xidmətdən kənarda saxlanmışdır. İllərlə hərbi təhsil almış, vətənimizə xidməti üçün bu yolu seçmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx xxxxxxxx 2018-ci il tarixli 1369 Ş/H üzrə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən verilən əmri ona imkan vermir ki, müvafiq işlə təmin olunsun. Ona görə də iddiaçı «işdən çıxarılma barədə əmrdə işdən çıxarılmanın əsasının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili mübahisəli əmrdən şikayət edilməsi müddətinin ona izah edilmədiyi üçün müddəti ötürmədiyini qeyd edib, iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 524/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, iddiaçıya mübahisələndirdiyi xx xxxxxxxx 2018-ci il tarixli əmr elan edilmiş, o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə ehtiyata buraxılmışdır. xx.xx.2019-cu il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməklə (ərizə xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1 -ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür.Şəki İnzibati Məhkəməsinin mübahisələndirdiyimiz qərardadına münasibət bildirərək qeyd edirik ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən;İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.62.3 Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibatı akt almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.62 - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akLdərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır.62.5. Yazılı inzibati aktın kütləvi informasiya vasitələrində dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir.Sadalanan normaların tələblərindən göründüyü kimi inzibati aktı maraqlı şəxsə şəxsən və ya digər üsullarla təqdim edilməlidir, eləcə də qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Qanun ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.Habelə həmin qanunun 62.3-cü maddəsinə əsasən inzibati aktın təqdim etmə faktını və müddətini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Qanunun bu tələbindən o nəticəyə gəlmək olar ki, vaxtın axımının başlanması üçün ilk növbədə təqdim olunma baş tutmalıdır. Əgər təqdim olunma baş tutmayıbsa onda həmin şəxsə münasibətdə vaxtın axımı başlaya bilməz.Həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018- ci il tarixli 1369 Ş/H nömrəli əmri (inzibati aktı) 2018-ci ildə qəbul etməsi və iddiaçı işdən çıxarılmasının 2018-ci ilin sentyabr ayından bilməsi ona inzibat orqan tərəfindən qəbul edilmiş inzibati aktın təqdim edilməsi kimi başa düşülə bilməz və ya iddiaçıya hərbi bileti təqdim olunması, hərbi biletində mübahihəsi əmrin tarixinin, nömrəsinin və məzmunun qeyd olunması mövcud inzibati aktın maraqlı şəxsə təqdiminin baş tutması kimi hesab edilə bilməz.Eyni zamanda qeyd edək ki, inzibati aktın iddiaçıya elan edilməsi dedikdə elanın hansı formada edilməsi və inzibati aktın maraqlı şəxsə təqdiminin baş tutması ilə bağlı cavabdeh orqan məhkəməyə heç bir subut təqdim etməmiş, məhkəmə şəxsin bilməsini və ya bilməli olmasını əsas götürərək iş üzrə məkəmə aktı qəbul etmişdir.Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmçinin həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.Hüquq normalarından göründüyü kimi məhkəmə obyektiv gerçəkliyə nail olmaq üçün mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Habelə həmin məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hesab edir ki, cavabdeh (inzibati orqan) inzibati aktı rəsmi qaydada maraqlı şəxsə (iddiaçıya) təqdim edilməsinə dair sənədləri məhkəməyə təqdim olunmamış, aktın iddiaçıya təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi cavabdehin (inzibati orqanın) üzərinə düşür, çünki müddətin axımı təqdim edilmə anından başlayır. İnzibati icraat zamanı inzibati orqan tərəfindən toplanmış materiallarda qeyd edilən hallar öz əksini tapır. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-524/2020 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-524/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apelyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, İddiaçıya mübahisələndirdiyi xx xxxxxxxx 2018-ci il tarixli əmr elan edilmiş, o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə ehtiyata buraxılmışdır. xx.xx.2019-cu il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməklə (ərizə xx.xx.2019- cu il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı işdə mübahisə olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdməti rəisinin xx.xx.2018-ci il tarixli 1369 Ş/H nömrəli əmri 2018-ci ildə verilmişdir. İddiaçı işdən çıxarılmasının əsasını ən azından 2018-ci ilin sentyabr ayından bilmiş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Ona hərbi bileti təqdim olunmuş, hərbi biletində mübahihəsi əmrin tarixi, nömrəsi və məzmunu qeyd olunmuşdur. Hərbi biletin 16-cı səhifəsindən də görünür ki, iddiaçı SHXÇDX-nin Balakən rayon şöbəsində xx.xx.2018-ci il tarixində hərbi qeydiyyata alınmışdır. İddiaçıya mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdməti rəisinin xx.xx.2018-ci il tarixli 1369 Ş/H nömrəli əmri elan edilsə də, mübahisələndirilən əmrin iddiaçıya rəsmi qaydada təqdim edilməsi barədə hər hansı sənəd yoxdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 saylı xx.xx.2019-cu il tarixli əmrini rəsmi qaydada almadığına görə hazırkı iddia tələbi ilə inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməmişdir. Halbuki, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İş materiallarında səhifə 3-də olan və iddiaçı tərəfindən mübahisələndirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdməti rəisinin xx.xx.2018-ci il tarixli 1369 Ş/H nömrəli əmrindən görünür ki, onun «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə ehtiyata buraxılması göstərilsə də lakin vətəndaş tərəfindən inzibati aktla razılaşmadığı halda hansı hüquqi müdafiə vasitələrindən istifadə edəcəyi haqda məlumat verilməyərək İddiaçı hüquqları pozulmuşdur. Bununla yanaşı, mübahisələndirilən əmrin inzibati orqan tərəfindən iddiaçıya rəsmi qaydada təqdim edilməsi göstərilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdməti rəisinin xx.xx.2018-ci il tarixli 1369 Ş/H nömrəli əmri 2018-ci ildə verilməsini, iddiaçı işdən çıxarılmasının əsasını ən azından 2018-ci ilin sentyabr ayından bilmiş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməməsini, ona hərbi bileti təqdim olunmuş, hərbi biletində mübahihəsi əmrin tarixi, nömrəsi və məzmunu qeyd olunmasını, hərbi biletin 16-cı səhifəsindən də iddiaçı SHXÇDX-nin Balakən rayon şöbəsində xx.xx.2018-ci il tarixində hərbi qeydiyyata alınmasını əsas gətirərək iddianı mümkünsüz saysa da, lakin inzibati iş üzrə iddiaçının Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdməti rəisinin xx.xx.2018-ci il tarixli 1369 Ş/H nömrəli əmrini mübahisələndirməsi üçün iddiaçı ilk növbədə həmin əmri rəsmi qaydada almalı olmasını, əmr mübahisələndirilən zaman inzibati orqan tərəfindən əmrin iddiaçıya təqdim edilməsini, inzibati aktın məzmunu ilə tanış olmasını və həmin əmrin mübahisələndirməsi ilə bağlı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə edə bilməsini nəzərə almamışdır. Hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqi, inzibati aktın iddiaçıya lazımi qaydada çatdırılıb-çatdırılmamasından daha da əhəmiyyətli məsələ olan vətəndaşın inzibati orqanın qəbul etdiyi inzibati aktdan müdafiə vasitələri haqqında məlumatın ona izah edilməməsidir ki, bu barədə İddiaçı mübahisələndirilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdməti rəisinin xx.xx.2018-ci il tarixli 1369 Ş/H nömrəli əmrindən hansı qaydada və hansı orqana şikayət edəcəyi barədə məlumat verilməyərək “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 59.1.5-ci maddəsinə əsasən yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. -72.1-ci maddəsinə əsasən, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. -74.1-ci maddəsinə əsasən, inzibati şikayət yazılı formada tərtib edilir. -74.2-ci maddəsinə əsasən, inzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir: şikayətin verildiyi inzibati orqanın adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti; barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik); şikayəti verən şəxsin tələbi və tələbin əsasları; şikayətin tərtib edildiyi tarix; şikayəti verən şəxsin imzası. Qeyd olunan qanunvericiliyin normalarında göstərilən tələblərinə əsasən kollegiya belə qənayətə gəlir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdməti rəisinin xx.xx.2018-ci il tarixli 1369 Ş/H nömrəli əmrini mübahisələndirməsi üçün “İnzibati icraat haqqında” Qanunun tələblərini yerinə yetirmək imkanı da olmamışdır. Bununla yanaşı, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdməti rəisinin xx.xx.2018-ci il tarixli 1369 Ş/H nömrəli əmrindən məlumatlı olmasına baxmayaraq, həmin əmrin surətini rəsmi qaydada almamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. -73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-524/2020 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-298/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-298/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver