Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-298/2021 10.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X5 və vəkili X6 iştirakı ilə, Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-1(116)-593/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “cavabdeh tərəfindən X2 adına verilmiş ********** qeydiyyat nömrəli 04.12.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli 11.09.2020-ci il tarixli çıxarışların ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-373/2020 saylı, 21.05.2020-ci il tarixli qətnaməsinə əsasən X2 və cavabdeh İddiaçı ümumi-birgə mülkiyyətlərində olan Şəki şəhəri Ziya Bünyadov küçəsindəki 56 (keçmiş Miçurin küçəsi 56) nömrəli evdən iddiaçı X2 və cavabdeh İddiaçı hər birinin 1/2 payı müəyyən edilmişdir. DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışına əsasən X2 və İddiaçı ½ payları müəyyən edilərək çıxarış verilmişdir. Bundan başqa, DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışına əsasən X2 tam payı müəyyən edilərək çıxarış verilmişdir. Hazırkı vəziyyətdə bir-biri ilə ziddiyyət təşkil edən iki çıxarış mövcuddur. Belə ki, Cumayeva (Ramazanova) Tamara Abdulkərim qızının evin bəxşiş edilmə müqaviləsinə əsasən sözügedən mülkiyyət bərabər şəkildə onlara bağışlanılmışdır. Bu azmış kimi X1 Rayon Məhkəməsinə müraciət edərək özünün mülkiyyətindən əlavə ona qarşı evin, evin köməkçi sahələrinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclası 12 fevral 2021-ci il tarixə, saat 14:40-a təyin edilmişdir. buna görə də DƏDRX tərəfindən verilmiş hər iki çıxarış ləğv edilməlidir. Göstərdiklərini nəzərə alaraq X2 adına verilmiş ********** qeydiyyat nömrəli 04.12.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli 11.09.2020-ci il tarixli çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-1(116)-593/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, İddiaçı Şəki Rayon Məhkəməsinin icraatında olan “bağışlama müqaviləsinin ləğvinə dair” işə baxılıb qurtarılanadək iş üzrə icraatın dayandırılmasına dair ərizəsi təmin edilməmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-1(116)-593/2021 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsində “bağışlama müqaviləsinin ləğvinə dair” iddia qaldırmışdır. Həmin işin hazırki işlə bağlılığı vardır. Ona görə də Şəki Rayon Məhkəməsinin icraatında olan “bağışlama müqaviləsinin ləğvinə dair” işə baxılıb qurtarılanadək iş üzrə icraat dayandırılmalıdır. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış, əsassız olaraq ərizəni təmin etməmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-1(116)- 593/2021 nömrəli qərardadınnın ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, nümayəndəsi X5 və vəkili X10 həm iddianın mümkün sayılmamasını, həm də icrraatın dayandırılmamasını qəbul etməyərək apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-1(116)-593/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Nümayəndənin iştirak etməməsinin üzrlü səbəbdən olması haqqında hər hansı sübut daxil olmamışdır. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla, həmçinin icraatın dayandırılması barədə ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli 2(075)-373/2020 saylı qətnaməsindən görünür ki, Texniki (inventarlaşdırma Bürosu tərəfindən verilmiş 10 noyabr 1986-cı ii tarixli 3028/2907 nömrəli qeydə alma vəsiqəsinə əsasən iddiaçı X2 və cavabdeh İddiaçı ümumi birgə mülkiyyətlərində olan Şəki şəhəri Ziya Bünyadov küçəsindəki 56 (keçmiş Miçurin küçəsi 56) nömrəli evdən iddiaçı X2 və cavabdeh İddiaçı hər birinin 1/2 payı müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2 (075)-373/2020 nömrəli qərardadına əsasən iddiaçı X2 iddia tələbinin ünvan 1 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinə onun və cavabdeh İddiaçı bərabər payları müəyyənləşdirilməklə 1/2 hissə onun paylı mülkiyyət hüququnun müəyyən edilməsi ilə bağlı hissəsinə xitam verilməsinin qərara alınması nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş ********** qeydiyyat nömrəli DƏDR-dən Çıxarışdan görünür ki, Şəki şəhəri, Ziya Bünyadov küçəsi, ev 62 (Yeni qaydalarla AZ 5500, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hər birinin payı ½ hissə olmaqla X2 və İddiaçı paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 1979-cu il tarixli, 7065 inventar nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, Ziya Bünyadov küçəsi, ev 56 (Yeni qaydalarla AZ 5500, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi X3 məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş ********** qeydiyyat nömrəli DƏDR-dən Çıxarışdan görünür ki, Şəki şəhəri, Ziya Bünyadov küçəsi, ev 56 (Yeni qaydalarla AZ 5500, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X2 tam xüsusi mülkiyyətindədir. Belə ki, iddiaçının ləğvini tələb etdiyi ünvan 4 ünvanında yerləşən (yeni qaydalarla Ziya Bünyadov küçəsi ev 84), 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış üçüncü şəxs X3 1979-cu ilin fevral ayında verilmiş inventar nömrəsi 7065 olan texniki pasport əsasında verilmişdir. Mübahisə predmeti olan, ünvan 4 ünvanında yerləşən (yeni qaydalarla Ziya Bünyadov küçəsi ev 84) fərdi yaşayış evi üzrə (04.12.2019- cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə) iddiaçının hər hansı subyektiv yoxdur. İddiaçının həmin fərdi yaşayış evi üzrə çıxarışı mübahisələndirməsi üçün subyektiv hüququ ancaq o halda ola bilərdi ki, onun mübahisələndirdiyi fərdi yaşayış evindən istifadə etməsinə ixtiyar verən qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olsun. İş materiallarından isə görünür ki, ünvan 4 ünvanında yerləşən (yeni qaydalarla Ziya Bünyadov küçəsi ev 84) fərdi yaşayış evinin iddiaçıya heç bir aidiyyəti yoxdur və X2 tam xüsusi mülkiyyətindədir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirməhaqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İddiaçı tərəfindən mübahisələndirilən 04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə (Şəki şəhəri, Z.Bünyadov küçəsi, ev 62, yeni qaydalarla ev 86) Şəki Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(075)-373/2020 nömrəli qətnaməsi əsasında verilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Odur ki, müvafiq çıxarışla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və bu qətnamə proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qətnamə ilə müəyyən edilmiş hallara yenidən baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Odur ki, 04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, 04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa münasibətdə iddiaçının subyektiv hüququ olmadığından iddia mümkün sayıla bilməz. İş materiallarından göründüyü kimi cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 10 (on) gün müddətində vaxt təyin edilməklə 29.04.2021-ci il tarixdə məktub göndərilmiş, müvafiq yardım məktubunu iddiaçı 05.05.2021-ci il tarixdə imzalayaraq qəbul edilmiş və 16.05.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Şəki Rayon Məhkəməsinin icraatında olan “bağışlama müqaviləsinin ləğvinə dair” işə baxılıb qurtarılanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia mümkün sayılmadığından iş üzrə icraatın dayandırılmasına da zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. İPM-nin 7.2-ci maddəsinin məzmunundan göründüyü kimi icraat o zaman dayandırıla bilər ki, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı məhkəmə qərarı mülki işlər üzrə məsələnin həllindən asılı olsun. Hazırki iş üzrə mübahisənin predmeti inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı olmadığından iddiaçı tərəfindən verilmiş iş üzrə icraatın dayandırılmasına dair vəsatət təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-1(116)-593/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-1(116)-593/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-298/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-298/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver