Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-298/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X6 və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı “Zaqatala rayonu Göyəm kəndində yerləşən 75 kv.m sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2-1(116)- 279/2025 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən Mağaza” binası və onun yerləşdiyi 0,007 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozan cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi və “Mağaza” binası bərpa edilməklə onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Zaqatala rayonu Göyəm kəndində yerləşən 75 kv.metr sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması, vurulmuş 280.387 (iki yüz səksən min üç yüz səksən yeddi) manat maddi ziyanın, 15.000 (on beş min) manat mənəvi ziyanın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1557/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Zaqatala rayonu, Göyəm kəndində yerləşən 75 kv.m sahəsi olan “Mağaza” binası 12 sentyabr 2004-cü il tarixli, 223509 saylı müqaviləyə əsasən, yerləşdiyi 0,007 ha torpaq sahəsi isə 21 aprel 2005-ci il tarixli torpağın alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən alınmışdır.
5. Həmin əmlak üzərində mülkiyyət hüquqları 03 noyabr 2004-cü il tarixli Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən qeydə alınmışdır.
6. Adı çəkilən 75 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üç hissədən ibarət olmaqla, 25 kv.m hissəsi qapı-darvaza sexi, 25 kv.m hissəsi plastik qapı-pəncərə sexi, 25 kv.m hissəsi su çəni hazırlanan sex kimi fəaliyyət göstərilməsi üçün icarəyə verilmişdir. Hər bir sahənin icarəyə verilməsinə görə aylıq 300 manat olmaqla, cəmi 900 manat icarə haqqı ödənilirdi.
7. Mülkiyyətində olan əmlak qanunsuz olaraq sökülmüş və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından, gəlirdən qanunsuz olaraq məhrum edilmişdir. Əmlakının qanunsuz sökülməsi və torpaq sahəsinin zəbt edilməsi ilə bağlı aidiyyatı orqanlara dəfələrlə müraciət etmiş, səlahiyyətli şəxslərin qəbulunda olmuşdur.
8. Əmlakının sökülməsi və torpaq sahəsinin mənimsənilməsinə əsas olan sərəncamlar ona təqdim edilməmişdir. Həmin əmlakla bağlı qəbul edilmiş sərəncamın ləğv edilməsi, mülkiyyət hüququna maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş əmlakın geri qaytarılması ilə bağlı dəfələrlə etdiyi müraciətləri nəticəsiz qalmışdır.
9. Cavabdehə ünvanlanmış 20 dekabr 2023-cü il tarixli müraciətində mülkiyyətində olan əmlakla bağlı qanunsuz qəbul edilmiş sərəncamın ləğv edilməsini təkrarən xahiş etsə də, Zaqatala Rayon İcra Hakimiyyətinin 11 yanvar 2024-cü ildə daxil olmuş 08 yanvar 2023-cü il tarixli,5-82/1-B-37-149/2023 saylı cavabında müraciətin mahiyyəti üzrə cavablandırılmasından yayınılaraq, “Azərbaycan Respublikasında mülkiyyət hüququ” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən mülkiyyət hüququnun məhkəmə qaydasında müdafiə olunması kimi anlaşılmaz mövqe irəli sürülmüşdür.
10. Beləliklə, mülkiyyətində ola əmlakın sökülməsi ilə bağlı cavabdehin qanunsuz sərəncamının ləğv edilməsi və sökülmüş qeyri-yaşayış sahəsi bərpa edilməklə onun yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 04 fevral 2025-ci il tarixli 2- 1(116)-279/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
13. İddiaçının vəkili Nümayəndə həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermədən, iddia üzrə Zaqatala Rayon İcra Hakimiyyətinin cavabdeh statusundan yayındırmaq məqsədilə iddia tələbinin torpaq sahəsinin geri qaytarılması hissəsində mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. İlk növbədə, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, xüsusi mülkiyyətdə olması iddiaçı tərəfindən təqdim edilən mülkiyyət sənədləri ilə təsdiq edilir. Belə ki, iş materiallarına əlavə olunmuş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 29 may 2001-ci il tarixli, 73 nömrəli sərəncamı ilə X1 mülkiyyətində olan Zaqatala rayon Göyəm kəndində yerləşən 0,007 ha torpaq sahəsində tikinti aparılması üçün icazə verilmişdir. Həmin torpaq sahəsində yerləşən X2 tərəfindən inşa edilmiş 75 kv.m sahəsi olan “Mağaza” binası 12 sentyabr 2004-cü il tarixli, 223509 saylı müqaviləyə əsasən, onun yerləşdiyi 0,007 ha torpaq sahəsi isə 21 aprel 2005-ci il tarixli torpağın alğı-satqısı haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən satın alınmışdır. Habelə, iş materiallarına əlavə olunan Zaqatala bələdiyyəsinin04 iyul 2024-cü il tarixli, 290 nömrəli cavab məktubunda Zaqatal rayon Polis Şöbəsinin inzibati binası ilə üzbəüz yerləşən parkinqin Zaqatala Bələdiyyəsinin istifadəsində olmaması və sözügedən ərazidə 2015-2016-cı illər ərzində aparılmış söküntü işlərinin hansı qaydada həyata keçirilməsi haqqında Zaqatala bələdiyyəsində heç bir məlumatın olmadığı açıq- aşkar ifadə olunmuşdur. İstinad olunan sənədlər onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanına əsasən, rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikinti- planlaşdırma layihələri) təsdiq etmək rayon İcra Hakimiyyəti başçısının vəzifə və səlahiyyətinə aid olduğundan və dayanacaqlar da məhz şəhərin müfəssəl planında öz əksini tapdığından iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması, əmlakın sökülməsində cavabdehlik Zaqatala Rayon İcra Hakimiyyətinin üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozaraq süründürməçiliyə yol vermiş, uzun müddət icraatında olan iş üzrə heç bir əsas olmadan torpağın qaytarılması hissəsində iddia tələbini mümkün hesab etməmişdir. Halbuki, məhkəmə torpaq sahəsinin qaytarılmasının bələdiyyənin səlahiyyətində olması qənaətinə gəldikdə, öz təşəbbüsü ilə və ya iddiaçıya hüquqi yardım göstərməklə Bələdiyyənin iş üzrə tərəf qismində cəlb edilməsini təmin edə bilərdi. Odur ki, Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2-1(116)-279/2025 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmaqla iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiklərini bildirdilər. Əlavə olaraq onu qeyd etmişdirlər ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsassız olaraq qanunazidd qərardad qəbul edilmişdir. Sədirlik edənin sualına cavab olaraq iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini və sözügedən torpaq sahəsinin hazırda ümumi istifadədı olduğunu bildirmişdir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 bildirdi ki, sözügedən torpaq sahəsi üzərində Zaqatala Rayon İcra Hakimiyyətinin heç bir hüquqi statusu yoxdur. İcra hakimiyyətinin bu torpaq sahəsini iddiaçıdan alması, faktiki sahiblik və istifadə etməsi müəyyən edilmir. Faktiki olaraq bələdiyyə mülkiyyətində olan və parkinq kimi istifadə edilən torpaq sahəsinin geri qaytarılması tələbinə münasibətdə Zaqatala Rayon İcra Hakimiyyətinin hər hansı cavabdehliyi yoxdur. Odur ki, iddianı qəbul etmədiklərini bildirmişdilər.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Zaqatala Bələdiyyəsinin nümayəndəsi X7 bildirmişdir ki, Zaqatala şəhər inzibati ərazi dairəsinin genişləndirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2010-cu il tarixli 1055 İİİQ saylı sərəncamına əsasən həmin ərazi Zaqatala şəhərinin hüdudlarına daxil edilmişdir. 2010-cu ilə qədər həmin ərazi Zaqatala rayonu Göyəm bələdiyyəsinin ərazisi olmuşdur. Bu dövr ərzində sözügedən 70 kv.m torpaq sahəsinin Göyəm bələdiyyəsi tərəfindən hər-hansı bir şəxsin mülkiyyətinə verilib-verilməməsi barədə Zaqatala Bələdiyyəsində heç bir məlumat yoxdur. Odur ki, alqı- satqı müqaviləsində iştirak etmədiklərini bildirmişdir.
18. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Bu qərarın müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.
26. Belə ki, iş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana qarşı irəli sürdüyü tələb Zaqatala rayonu Göyəm kəndində yerləşən 75 kv.metr sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması ilə bağlıdır.
27. Birinci instansiya məhkəməsi tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan 0.007 ha torpaq sahəsi TEKUİS məlumat bazasında Zaqatala bələdiyyəsinin mülkiyyətində olan kateqoriyası yaşayış məntəqələri torpaqları, alt kateqoriyası umumi istifadədə olan torpaqlar. Alt uqodiyası digər sahələr, islahat uqodiyası isə təmiz örüş sahəsi kimi işlənilmişdir.
28. İddiaçının vəkili və nümayəndəsinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədə Zaqatala rayon Göyəm bələdiyyəsinin və Zaqatala RPŞ-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-298/2025 saylı qərardadı ilə Zaqatala rayon Göyəm bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
29. Məhkəmə kollegiyasının Zaqatala rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 2-1(107)-298/2025 saylı sorğuda Zaqatala rayon Göyəm kəndində yerləşən 75 kv.m sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxslərin istiadəsində olub-olmamasının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Zaqatala rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-82/2- 290/2025 nömrəli məktubunda bildirilmişdir ki, Zaqatala şəhərinin V.İsmayılov küçəsində (rayonun Göyəm kəndindən Zaqatala şəhərinə sonradan birləşdirilmiş ərazidə) 75 kv.m sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin fiziki və ya hüquqi şəxslərin istifadəsində olub-olmaması barədə Zaqatala rayon İcra Hakimiyyətində hər hansı məlumatın olmaması göstərilmişdir.
30. Zaqatala rayon Göyəm bələdiyyəsi məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2025-ci il tarixli, 54 nömrəli məktubunda İddiaçı bəhs etdiyi torpaq sahəsi hal-hazırda Zaqatala şəhər bələdiyyəsi ərazisinə məxsusdur. Belə ki, həmin əraziyə görə qaldırılan iddia barəsində məlumatları olmadıqlarını bildirmişdirlər.
31. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq Zaqatala rayon Bələdiyyəsinə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq, Zaqatala rayon Göyəm kəndində yerləşən 75 kv.m sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxslərin istiadəsində olub-olmaması barədə məlumatın verilməsi bildirilmişdir. Zaqatala rayon Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 312 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Zaqatala şəhər inzibati ərazi dairəsinin genişləndirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2010-cu il tarixli 1055 İİİQ saylı sərəncamına əsasən həmin ərazi Zaqatala şəhərinin hüdudlarına daxil edilmişdir. 2010-cu ilə qədər həmin ərazi Zaqatala rayonu Göyəm bələdiyyəsinin ərazisi olmuşdur. Bu dövr ərzində sözügedən 70 kv.m torpaq sahəsinin Göyəm bələdiyyəsi tərəfindən hər-hansı bir şəxsin mülkiyyətinə verilibverilməməsi barədə Zaqatala Bələdiyyəsində heç bir məlumat yoxdur.
32. Belə ki, Zaqatala Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, qeyd edilən ərazi 2010-cu ilə qədər Zaqatala rayon Göyəm bələdiyyəsinin ərazisi olmuşdur. Bundan sonra məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)- 298/2025 saylı qərardadı ilə Zaqatala Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmişdir.
33. Kollegiya onu da qeyd edir ki, işə əlavə edilmiş Zaqatala rayonu, Göyəm kəndində yerləşən 75 kv.m sahəsi olan “Mağaza” binası 12 sentyabr 2004-cü il tarixli, 223509 saylı müqaviləyə əsasən, yerləşdiyi 0,007 ha torpaq sahəsi isə 21 aprel 2005-ci il tarixli torpağın alqı-satqısı haqqında yalnız alqı-satqı müqaviləsi mövcudur, lakin həmin torpaq sahəsi barədə ilkin hüquqmüəyyənedici sənədlər və harada yerləşməsi barədə ayrıc aktı yoxdur.
34. Hazırkı iş üzrə yaranmış mübahisə, konkret olaraq əmlakın qanunsuz sökülməsi və torpaq sahəsinin zəbt edilməsi ilə bağlıdır.
35. İddiaçıya məxsus olmuş və sökülmüş tikilinin yerləşdiyi torpaq sahəsi hazırda Zaqatala bələdiyyəsinin mülkiyyətində olmaqla avtodayanacaq kimi istifadə olunur. Həmin torpaq sahəsi üzərində Zaqatala rayon İH-nin heç bir hüquqi statusu yoxdur. İcra hakimiyyətinin bu torpaq sahəsini iddiaçıdan alması, faktiki sahiblik və istifadə etməsi müəyyən edilmir. Faktiki olaraq bələdiyyə mülkiyyətində olan və parkinq kimi istifadə edilən torpaq sahəsinin geri qaytarılması tələbinə münasibətdə Zaqatala rayon İH-nin hər hansı cavabdehliyi yoxdur.
36. İddiaçının vəkilinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahata əsasən müəyyən edilir ki, iddiaçının icra hakimiyyətini cavabdeh qismində göstərməsi rayon icra hakimiyyətinin rayona ümumi rəhbərliyi həyata keçirməsi və müvafiq hüquqpozmalarla bağlı cavabdeh orqan olması kimi yanaşmaya əsaslanır. Lakin, məhkəmə kollegiyası bu mövqeni əsaslı hesab etmir.
37. Belə ki, inzibati məhkəmə icraatı zamanı konkret mübahisəyə münasibətdə konkret inzibati orqanın hərəkət və hərəkətsizliklərinin hüquqi əsasları yoxlanılır. Bu zaman cavabdeh orqan yalnız həmin hərəkət və ya hərəkətsizliyi həyata keçirən və ya müvafiq inzibati aktı qəbul edən orqan olmalıdır. Yəni, inzibati mübahisənin cavabdehi qismində yalnız o orqan ola bilər ki, onun hərəkətləri və ya hərəkətsizliyi iddiaçının hüquqlarını birbaşa pozmuş olsun. Bu halda, icra hakimiyyəti ümumi rəhbərliyi həyata keçirən orqan olsa da, mübahisəyə səbəb olan hərəkət və ya qərar icra hakimiyyəti tərəfindən (həmin orqanın qəbul etdiyi inzibati akt və ya göstəriş əsasında) həyata keçirilmiş olmalıdır.
38. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
39. Hazırkı işdə isə cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcudluğu müəyyən edilmir.
40. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçının vəkilinə izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir.
41. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
42. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2-1(116)- 279/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2-1(116)-279/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.