Məhkəmə qərarları › İş №2-1(107)-299/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-299/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-299/2022 28.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X20 və 3-cü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 09 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X21 və ailə üzvlərinin adına hazırlanmış JN- 066A saylı “Torpağın mülkiyyətə X13”nin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X10 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-524/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X21 və ailə üzvlərinin adına hazırlanmış JN-066A saylı “Torpağın mülkiyyətə X13”nin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X10 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-524/2022 nömrəli qərardadı ilə X14, X22 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.2004-cü il tarixli 216902 №-li müqavilə əsasında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 48.0 kv.m olan 2 otaqlı yaşayış evinin mərhum X21 tərəfindən mərhum X2, lakin buna baxmayaraq, “Torpağın mülkiyyətə verilməsinə dair” X1 və ailə üzvlərinin adına hazırlanmasını bildirərək həmin şəhadətnamənin ləğv edilməsini, iddia olunan torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı mərhum atasının adına vahid daşınmaz əmlak kimi çıxarışın və texniki pasportun hazırlanması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu - xx.xx.2004-cü il tarixli 216902 №-li müqavilə əsasında iddia olunan daşınmaz əmlakın onun atasına satılması ilə əsaslandırmış və alqı-satqı müqaviləsinin olmasına baxmayaraq, şəhadətnamənin əvvəlki mülkiyyətçinin adına tərtib edilməsinin düzgün olmadığını bildirmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını - şəhadətnamənin ləğv edilməsinin onun səlahiyyətində olmaması, iddia olunan torpaq sahəsi və fərdi yaşayış evinə vahid daşınmaz əmlak olaraq çıxarışın və texniki pasportun verilməsinin mümkünsüzlüyünü isə həmin torpaq sahəsi üzərində Ramiz Əzizov və ailə üzvlərinin adına müvafiq şəhadətnamənin tərtib edilməsi ilə əsaslandımışdır. İddiaçı və onun nümayəndəsi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxslər birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək iddianın təmin edilməməsini xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, iddia olunan torpaq sahəsi ataları tərəfindən iddiaçının mərhum atasına satılmamış, əmlakın dəyəri onlara tam həcmdə ödənilməmişdir. X41 fərdi yaşayış evini və torpaq sahəsində özünə məxsus olan payını satsa da, torpaq sahəsinin qalan hissəsi özlərinin və mərhum Qərənfil Əzizovanın mülkiyyətində olmuşdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: xx.xx.2004-cü il tarixli 216902 №-li müqavilədən görünür ki, X4 şəhəri Gənclik küçəsi ev 2 ünvanında yerləşən, ümumi sahəsi 48.0 kv.m olan 2 otaqlı yaşayış evini X3. 2047 №-li Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi X10 adına mülkiyyət hüququ əsasında 01 iyun 2004-cü ildə qeydə alınmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Oğuz rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 1213 №-li DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, qanun üzrə vərəsə İddiaçı ərizəsi əsasında xx.xx.2008-ci ildə vəfat etmiş mərhum atası X15 vərəsəlik işi açılmış və elektron notariat informasiya sisteminə daxil edilmişdir. Qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edildikdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyetsri haqqında” Qanunun 5.1-1-ci maddəsinin tələbinə uyğun X15 məxsus olan əmlaklar barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və yaxud məhdudiyyət və yüklülük arayışının sorğunu təqdim etmiş şəxs vasitəsi ilə Oğuz rayon notariat ofisinə göndərilməsi xahiş olunur. AZ-İ 310957 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2008ci ildə vəfat etmişdir. JN-066 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X21, X11, X25, X27 və X19 həyətyanı məqsədilə 0.09 ha torpaq sahəsi verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Oğuz şəhəri üzrə torpaq payı almış subyektlər siyahısından X21 və ailə üzvlərinə aid çıxarışdan görünür ki, Ramiz Əzizovun (4 nəfər ailə üzvü ilə birlikdə) adının qarşısında 0.06, 0.40 qeydləri icra edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-066 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş0.09 ha torpaq sahəsinin koordinatları Oğuz şəhəri Gənclik küçəsində yerləşən, iddia olunan 0.09 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçı X7 nümayəndəsi tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 0.0948 ha torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri Ərazi vahidinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan ərazidə yerləşir, JN-66A kod 40501004 №-li şəhadətnaməyə əsasən X12 xüsusi mülkiyyətindədir. Sözügedən 0.0948 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. “AZEMİS”-dən çıxarışdan görünür ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim Vüqar Musayev) 28 iyul 2022-ci il tarixli, 2-1(116)- 524/2022 saylı qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 09 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X21 və ailə üzvlərinin adına hazırlanmış JN066A saylı “Torpağın mülkiyyətə X13”nin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X10 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. Şəki İnzibаti Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-524/2022 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-524/2022 nömrəli qərarı ləğv olunmalıdır. Belə ki, xx.xx.2004-cü il tarixli, 4Ə-1/44 saylı alqı-satqı müqaviləsi əsasında X8 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.09 ha torpaq sahəsini mərhum atası X24 almışdır. Həmin müqavilə əsasında atasına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitrktura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat vəsiqəsi və Texniki Pasport verilmişdir. Onlar iyirmi ilə yaxın müddətdirki, həmin torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini qoruyub saxlamışlar. X21 və onun ailə üzvləri bu müddət ərzində bir dəfədə olsun gəlib onlara torpaq sahəsi ilə bağlı hər-hansı müraciət etməmişdir. Hansıkı onlar həmin evi və evin yerləşdiyi torpaq sahəsini sənədləşdirmək istədikləri vaxt məlum olmuşdur ki, həmin evin yerləşdiyi tprpaq sahəsinə dair Torpağın Mülkiyyətə X13 aşkar olmuşdur. Hansıki Torpağın Mülkiyyətə X13 hazırlanan zaman artıq həmin əmlak mərhum atası X10 mülkiyətində və istifadəsində idi. Bununlada sözü gedən JN-066A saylı “Torpağın Mülkiyyətə X13”-nin olması özdüyündə şüphə doğuran məsələdir. Çünkü həmin vaxt torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi mərhum atası X10 mülkiyyətində və istifadəsində olub və bu halda həmin torpağa mülkiyyət şəhadətnaməsi veilməsi mümkünsüzdür. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini mərhum atası xx.xx.2004-cü il tarixli, 4Ə- 1/44 saylı alqı-satqı müqaviləsi əsasında X8 alqı- saatqı yolu ilə əldə etmişdir. Bu zaman X21 həmin fərdi yaşayış evinin yerləşdiyi 0.09 ha torpaq sahəsinə münasibətdə sahiblik və istifadə hüquqları da mərhum atasına keçmişdir. 0.09 ha həyətyanı torpaq sahəsinə dair JN-066A saylı “Torpağın Mülkiyyətə X13” xx.xx.2006-cı ildə tərtib olunmuşdur. Bununla da hesab edirlər ki, sözü gedən JN-066A saylı “Torpağın Mülkiyyətə X13” mərhum atası X10 adına verilməsi gərəkirkən yanlışlıqla daha əvvəlki mülkiyyətçi X12 adına verilmişdir. Bununla da yeni mülkiyətçi mərhum atası X24 varkən JN-066A saylı şəhadətnamənin əvvəlki mülkiyyətçi X12 adına verilməsi düzgün deyildir. Çünki JN-066A saylı şəhadətnamə tərtib olunmazdan əvvəl satın almışdır. Həyətyanı torpaq sahəsi 2004-cü il tarixdən atasının qanuni və faktiki istifadəsində olduğundan, X21 və ailə üzvlərinin adına JN-066A saylı Torpağın Mülkiyyətə X13nin hazırlanmasını qanunsuz və əsassız hesab edir. Bildirmək istəyir ki, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin” Oğuz rayon şöbəsi tərəfindən X21 və ailə üzvlərinin adına verilmiş JN-066A saylı “Torpağın Mülkiyyətə X13”-nin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.09 ha torpaq sahəsini mərhum atam X10 adına vahid daşınmaz əmlak kimi çxarış və texniki pasportun hazırlanması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Odur ki, Şəki İnzibati məhkəməsinin 28 iyul 2022ci il tarixli, 2-1(116)-524/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının 27 oktyabr 2022-ci il tarixli iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 09 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibаti Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-524/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının 27 oktyabr 2022-ci il tarixli iclasında iştirak edən 3-cü şəxs X23 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibаti Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-524/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X20 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibаti Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-524/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X16 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibаti Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)- 524/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 09 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və 3-cü şəxslər X22 və X23 məhkəmə kollegiyasının hazırki iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə iddiaçının, cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İşin faktiki halı ondan ibatrətdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi və 0.09 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mərhum atası X10 adına çıxarış və texniki pasportun hazırlanmasına nail olmaqdır. Belə ki, iddiaçı bildirir ki, torpaq islahatı zamanı mərhum atası Hidayət Kərimovun adına həmin evin yerləşdiyi 0.09 ha torpaq sahəsinə şəhadətnamə hazırlanmamışdır. İddiaçı, Oğuz rayon AİK-nın xx.xx.1998ci il tarixli 75 nömrəli qərarını yox, cavabdeh orqanın, müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Yəni iddiaçı, həmin fərdi yaşayış evi və torpaq sahəsinin mərhum atasına xx.xx.2004-cü il tarixli 216902 №-li alqı-satqı müqaviləsi ilə satılmasını, buna görə də həmin əmlak üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olmasını iddia edir. İddiaçı hesab edir ki, müvafiq alqı-satqı müqaviləsi olduğundan həmin evin yerləşdiyi 0.09 ha torpaq sahəsinə şəhadətnamə mərhum atası X10 adına hazırlanmalı idi. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qərarında qeyd etmişdir ki, iddia tələbində ləğvi tələb edilən JN-066 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi X17 ailə üzvləri ilə birlikdə Oğuz rayon AİKnın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə verilmişdir. Müvafiq şəhadətnamənin hansı tarixdə tərtib edilməsindən asılı olmayaraq, müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı qərar 1998-ci ildə verilmişdir. xx.xx.2004-cü il tarixdə X21 ilə, X24 arasında 216902 №-li alqı-satqı müqaviləsi bağlanarkən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 48.0 kv.m olan 2 otaqlı yaşayış evi - satıcı: X12 mülkiyyətində olmuş və o, mülkiyyətində olan həmin əmlakla bağlı sərəncam verərək, yaşayış sahəsini X3. Nəzərə alınmalıdır ki, Ramiz Əzizov həmin fərdi yaşayış evinə aid olan həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biri olmuşdur. Buna görə də o, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə digər ailə üzvləri ilə birlikdə ona verilmiş torpaq sahəsi üzərində bütövlükdə sərəncam verə bilməzdi. İşin hallarından da göründüyü kimi Ramiz Əzizov yalnız fərdi yaşayış evini, iddiaçının atasına satmışdır. İddia olunan torpaq sahəsinin 1/5 hissəsi Ramiz Əzizovun mülkiyyətində olduğundan onun yalnız həmin hissədə torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmuşdur. İddiaçı, torpaq islahatı aparılan zamanı atasının adına şəhadətnamə hazırlanmadığını bildirsə də, məhkəmə qeyd edir ki, belə bir şəhadətnamə iddiaçının atasının adına ümumiyyətlə hazırlana da bilməzdi. Belə ki, Oğuz rayonunda torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi Ramiz Əzizov və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş, torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi isə islahatdan 6 il sonra həyata keçirilmişdir. Başqa sözlə şəhadətnamənin hansı tarixdə hazırlanmasından asılı olmayaraq, müvafiq torpaq sahəsinin hansı subyektlərin mülkiyyətinə veriləcəyi məsələsi artıq 1998-ci ildə öz həllini tapmışdır. İstinad olunan xx.xx.2004-cü il tarixli müqavilədən göründüyü kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı müqavilədə hər hansı qeyd yoxdur. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarda qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən (Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi) vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2004-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri).

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315http://eqanun.az/framework/13662İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində də (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarının hələ fərdi yaşayış evinin satılmasından əvvəl mövcud olması mövqeyi ilə bağlı bildirir ki, həmin qərar X41 və onun ailə üzvlərinə fərdi olaraq deyil həmin rayonda o zaman qeydiyyatda olub yaşayan şəxslər barədə qəbul edilmişdir. Azərbaycan Respublikası Aqrar İslahat Komissiyaları ölkədə torpaq islahtı aparılması məqsədi ilə yaradılmış və 2005-ci ilin aprel ayında ləğv edilmişdir. Göründüyü kimi tərəflər arasında evin alqı-satqısına dair müqavilə 31 may 2004-cü ildə bağlanmış və Hidayət Kərimov həmin evin altında olan torpaq sahəsini qəbul etmiş və ailə üzvləri ilə birgə uzun müddət həmin torpaq sahəsindən istifadə etmişdir. İddiaçının atasına satılmış fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitrktura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2047 nömrəli qeydiyyat vəsiqəsinə əlavə edilmiş eyni tarixli yaşayış evinin texniki pasportunda həmin evin yerləşdiyi torpaq sahəsi 600,0 kv.m, əslində 854,7 kv.m olması qeyd edilmişdir. Lakin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi torpaq sahəsinin iddiaçının atası və ailə üzvləri tərəfindən istifadə etmələrini, yuxarda göstərilən sənədləri, habelə Aqrar İslahat Komissiyası hələ 2005-ci ilin aprel ayına kimi fəaliyyət göstərməsini nəzərə almamış, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbini pozaraq torpaq sahəsi 2004-cü ildən sonra X41 və digər şəxlərin adına JN-066A saylı kod 40501004 olan torpağın mülkiyyətə X13 verilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən fərdi yaşayış evi satıldıqdan sonra nə X41, və onun övladları-hazırda iş üzrə üçüncü şəxslər evdə hal-haza kimi yaşamamışlar. Həmin vaxtdan hal-hazıra kimi uzun müddət küçməsinə baxmayaraq onlar tərəfindən torpaqla bağlı mərhum Hidayət Kərimov və hazırki iddiaçıya qarşı heç bir etiraz daxil olmamışdır. Bu fakt isə məhkəmə kollegiyasında daxili inam yaradır ki, X41 və mərhum Hidayət Kərimov arasında fərdi yaşayış evi ilə yanaşı torpağın da satılaraq onun mülkiyyətinə verilməsinə dair razılaşma baş vermişdir. Ölkədə mövcud olan işgüzar adətlər və formalaşmış təcrübə onu göstərir ki, fərdi yaşayış evləri əsasən yerləşdiyi torpaq sahəsi ilə birgə satılır. Çünki əks halda satılan evdən istifadə imkanları məhdudlaşdırılmış olardı. Hazırki işlə bağlı faktiki hallardan görünür ki, mərhum X24 və X21 arasında fərdi yaşayış evinin alqı-satqısına dair 31 may 2004-cü ildə müqavilə bağlanarkən həmin evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən heç bir sənədin olmadığından satılması mümkün olmamışdır. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri dövlət qeydiyyatı üçün əsas hesab edilirdi. İşə əlavə edilmiş sənədlərdən görünür ki, X41 və Hidayət Kərimov arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinə dair 31 may 2004-cü il tarixdə müqavilə bağlanmış və iddiaçının atası Hidayət Kərimovun adına 01 iyun 2004cü ildə 2047 №-li Qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2004cü il tarixli alqı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində bütövlükdə Hidayət Kərimovun mülkiyyət hüququnun yaranmasına əsas olduğından, cavabdeh orqan, JN066A saylı “Torpağın mülkiyyətə X13”nin ləğv edilməsindən, həmçinin fərdi yaşayış evi və 0.09 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mərhum X10 mülkiyyət hüququnun dövlət qeydiyatına alınmasından imtina etməkdə haqlı olmamışdlr. Birinci instansiya məhkəməsi işin yuxarda göstərilən faktiki hallarını düzgün araşdırmayaraq iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində mülkiyyət hüquq anayışı və məzmunundan bəhs edilərək qeyd edilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz itədiyi kimi sahib olamq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası MM-nin 157.1 -ci maddəsində göstərilir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanımasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərtbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində deyilir ki, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsiziyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-524/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iş üzrə iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X21 və ailə üzvlərinin adına hazırlanmış JN-066A saylı “Torpağın mülkiyyətə X13 ləğv edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X10 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 09 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-524/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. İddiaçı "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X21 və ailə üzvlərinin adına hazırlanmış JN-066A saylı “Torpağın mülkiyyətə X13 ləğv edilsin, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsinə mərhum X10 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 09 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar