Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-3/2020 19.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, İddiaçı3, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi Ömərov Rəfael Ömər oğlunun, üçüncü şəxs X11 vəkili X26 iştirakı, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Ərazi İdarəsi və üçüncü şəxslər X22 və X14 qarşı “İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2- 1(84)-10/2018 saylı qərarından üçüncü şəxs X19 nümayəndəsi X23 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Balakən rayon Mahamalar kənd Musabəyov adına kolxozun xx.xx.1992-ci il tarixli 01 nömrəli iclas protokol qərarına əsasən, İddiaçı2 Cəmil oğluna 0,08 ha, İddiaçı1 isə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır (əsas: Dövlət Arxivinin Şəki filialının xx.xx.2015-ci il tarixli 124 nömrəli arxiv çıxarışı). Daha sonra, Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən Qazbinə kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi İddiaçı2 və Uluxanova Nəzakət Vəkil qızının mülkiyyətinə verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli (kod: 40108038) şəhadətnamə ilə rəsmiləşdirilmiş, İddiaçı1 adına isə onun mülkiyyət hüququnu təsdiq edən sənəd hazırlanmamışdır. Balakən rayon Mahamalar kənd Musabəyov adına kolxozun xx.xx.1998-ci il tarixli 04 nömrəli iclas qərarı ilə X4 adında olan 0,08 ha torpaq sahəsi X15 adına keçirilmişdir (əsas: Balakən rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 296 nömrəli arxiv arayışı). Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmiş Mahamalar kənd inzibati ərazi nümayəndəliyi kolxozun islahatı ilə əlaqədar kənddə yaşayan pasport qeydiyyatında olan, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 1636 sıra nömrəsində X19 adına 0,08 ha qanuni həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Bundan sonra, Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına istinad edilərək Qazbinə kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi X19 (JN seriyalı 544 A nömrəli şəhadətnamədə adı X10 göstərilmişdir) mülkiyyətinə verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli (kod: 40108038) şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırda Balakən şəhəri, Müslüm Maqamayev küçəsində yerləşən həmin 0,1787 ha torpaq sahəsi üzərində X19 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə 47 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tərtib edilmiş, daha sonra xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sonuncu həmin torpaq sahəsini X14 bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi üzərində X11 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, adına xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Bununla yanaşı, Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına istinad edilərək Qazbinə kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi də X20 mülkiyyətinə verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: 40108038) şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan başqa, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli iclas qərarına və xx.xx.2006-cı il tarixli 88 nömrəli sərənacamına əsasən, bələdiyyənin mülkiyyətinə aid olan kəndin prespektiv inkişafı üçün saxlanmış ərazidən alqı-satqı yolu ilə İddiaçı3 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin tarixdə bələdiyyə ilə İddiaçı3 arasında torpaqların alqı-satqısına dair akt bağlanmış, alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin yerquruluşu hazırlanaraq bələdiyyənin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı3 həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh2nə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: 40108038) və JN seriyalı 319 A nömrəli (kod: 40108038) şəhadətnamələrin ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: 40108038) şəhadətnamədə qeyd olunan 0,18 ha torpaq sahəsinə münasibətdə Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarının və şəhadətnamə əsasında verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli (kod: 40108038) şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsinə naturada torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılardan İddiaçı2 tələbini onunla əsaslandırmışdır ki, kolxozun məlum qərarı ilə ona 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış, 2009-cu ildə həmin torpaq sahəsinə dair adına torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli (kod: 40108038) şəhadətnamə hazırlanaraq ona təqdim edilmişdir. Daha sonra ona məlum olmuşdur ki, onun qanuni istifadəsində olan həmin torpaq sahəsi də daxil olmaqla üçüncü şəxs X19 mülkiyyətinə Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən 0,18 ha həyətyanı torpaq sahəsi verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli (kod: 40108038) şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Halbuki, 2010-cu ilədək üçüncü şəxs həmin torpaq sahəsindən istifadə etməmiş, torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı olmamışdır. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Digər İddiaçı1 isə tələbini onunla əsaslandırmışdır ki, kolxozun məlum qərarı ilə ona 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış, lakin ona məlum olmayan səbəblərdən adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmamışdır. İddiaçı2 adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli (kod: 40108038) şəhadətnamədə qeyd olunan torpaq sahəsi onun qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Buna görə də hazırki iddianı irəli sürmək məcburiyyətində qalmışdır. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı3 isə tələbini onunla əsaslandırmışdır ki, bələdiyyə qərarı ilə 0,08 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş, bələdiyyə ilə aralarında alqı-saqtı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, 11 ildən artıq müddətdir ki, ailəsi ilə birlikdə həmin evdə yaşamaqdadır. 2010-cu ildən sonra ona məlum olmuşdur ki, bələdiyyə qərarı ilə ona satılmış 0,08 ha həyətyanı torpaq sahəsi də daxil olmaqla üçüncü şəxs X19 mülkiyyətinə Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən 0,18 ha həyətyanı torpaq sahəsi verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli (kod: 40108038) şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hesab edir ki, bələdiyyə qərarı ilə mübahisəli torpaq sahəsi onun mülkiyyətinə verildiyindən həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına başqa bir mülkiyyət sənədinin olması qanunsuzdur. Bu səbəbdən də qeyd olunan iddiayla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı3 birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X21 izahatında qanuna müvafiq qərar qəbul edilməsini məhəmədən xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi Ömərov Rafael Ömər oğlu məhkəmə iclasında izahatında bildirdi ki, X12 xx xxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X22 Balakən rayonu, Qazbinə kəndində 0,18 ha həyətyanı torpaq sahəsi verilmiş və Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN seriyalı 544A, KOD 40108038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. X19 JN seriyalı 544A, KOD 40108038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2-1(102)-934/2015 qərarı əsasında Balakən rayonu, Qazbinə kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla rəsimləşdirilmişdir. Qeyd olunan torpaq sahəsini X7 rayon Dövlət notariat kontorunın xx xxx 2017-ci il tarixli, 4Ə-298 nömrəli bağışlama müqavilə ilə X14 bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında X11 Balakən rayonu, Qazbinə kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla rəsimləşdirilmişdir. İddia ərizəsində qeyd olunan JN 319 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”ilə bağlı bildiririk ki, X17 xx xxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı2 və Uluxanova Nəzakət Vəkil qızının Balakən rayonu, Qazbinə kəndində ümumibirgə mülkiyyətinə 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş və Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN seriyalı 319A KOD 40108038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. JN seriyalı 319A, KOD 40108038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə daşınmaz əmlakın dövlət reyestrində hər-hansı bir əməliyyat aparılmamışdır. Məlumat üçün bildiririk ki, İddiaçı3 və X31 hazırda mübahisələndirilən JN 544 A nömrəli və JN 319 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilməsi tələbi ilə müvafiq instansiyalı məhkəmələrə müraciət etmiş, lakin Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2-1(102)-934/2015 nömrəli və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(102)-389/2017 nömrəli qərarları ilə iddia tələbləri mümkün sayılmamışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhəmədən xahiş etmişdir. Üçüncü şəxs X19 nümayəndəsi X27 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı3 saxta sənədlə zəbt edib ev tikdiyi torpaq sahəsi Balakən rayon AİK-in 1998-ci il 30 iyun tarixli 08 qərarı ilə 0,18 ha JN 544A kod 40108038 nömrəli həyətyanı torpaq sahəsidir ki həmin əmlak üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Aqrar islahatlar keçirilən zaman bələdiyyələr mövcud devildir. İddiaçı3 hələ də Balakən şəhər ərazisində atasının təsərrüfatında və orada qeydiyyatda ola-ola Oazbinə kəndində qeydiyyatda düşmədən ona həyətyanı torpaq sahəsi saxta yolla satılıb Oazbinə bələdiyyəsi tərəfindən verilən 146 saylı 26.8.2011-ci il tarixli arayışında JN 544A nömrəli şəhadətnamənin verildiyi tarixdən həmin torpaq sahəsinin vergilərini Ağacanova Naimə tərəfindən ödənildiyi sübut edib. İddiaçı2 özünə verilmiş həyətyanı torpaq sahəsini, özü ilə birğə iddiaçı olan İddiaçı1 və diğər işdə eyni ilə iddiaçı (arvadı) olmuş X3 satmışdır. Həmin torpaq sahəsini satdıqdan sonra özünə aid olmayan, Ağacanova Naimənin mülkiyyətini zəbt edərək bir hissəsini İddiaçı3 diğər hissəsini isə X2 bağışlamışdır. Əvvəlki məhkəmə proseslərində mübahisə predmeti olan JN544A və JN 319A nömrəli şəhadətnamələrdəki torpaq sahələrinin üst -üstə düşməsi halları məhkəmə qaydasında araşdırılaraq, DTXK-nın ləğv olunmuş Balakən rayon şöbəsinin xx xxxxxx 2012-ci il tarixli rəyi alınmışdır. Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 0,18 ha həyatyam torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə verilmişdir və bunun əsasında DƏDRX -in 18 saylı Ərazi idarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarış alınmışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən, üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmiş X23 digər üçüncü şəxs X19 nümayəndəsinin izahatına əlavələrinin olmadığını bildirərək iddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2017-ci il tarixli 80 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli şəhadətnamə ilə X19 (şəhadətnamədə X42, Tacı kimi yazılıb) mülkiyyətinə verilmiş 0,18 ha torpaq sahəsinin 0,09 ha hissəsi İddiaçı3 tərəfindən daş hasara alınaraq istifafə edilir. Digər 0,09 ha torpaq sahəsini X5 metal torla bağlayaraq istifadə edir. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli şəhadətnamə ilə X19 mülkiyyətinə verilmiş 0,18 ha torpaq sahəsində İddiaçı3 tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli iclas qərarı ilə İddiaçı3 satılması nəzərdə tutulan həyətyanı torpaq sahəsinin Yerquruluşu planı düzgün tərtib olunmadığı üçün həmin sahənin hansı hissədə yerləşdiyini mümkün olmamışdır. İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsi ilə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli şəhadətnamə ilə X19 mülkiyyətinə verilmiş 0,18 ha torpaq sahəsi üst-üstə düşmür. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli və 544 B nömrəli şəhadətnamələrlə X19 mülkiyyətinə verilmiş 0,18 ha və 0,05 ha torpaq sahələri baza məlumatlarına əsasən üst-üstə düşmür. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli şəhadətnamə ilə X19 mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi M.Maqamayev küçəsində yerləşir və həmin torpaq sahəsində tikili olmamaqla dəmir torla hasara alınmışdır. Qeyd olunan şəhadətnamə ilə mülkiyyətə 0,05 ha torpaq sahəsi verilsə də, faktiki istifadədə 0,21 ha torpaq sahəsi hasarlanmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli şəhadətnamə ilə İddiaçı2 mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsi ilə JN seriyalı 544 A və B nömrəli şəhadətnamələrlə X19 mülkiyyətinə verilmiş torpaq sahələri üst-üstə düşmür. Torpaq sahəsi Xalqlar Dostluğu küçəsində yerləşir, ətrafı daş hasara alınmış, orada fərdi yaşayış evi və yarımçıq tikili var, X16 istifadəsindədir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən, iddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh2nə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: 40108038) və JN seriyalı 319 A nömrəli (kod: 40108038) şəhadətnamələrin ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: 40108038) şəhadətnamədə qeyd olunan 0,18 ha torpaq sahəsinə münasibətdə Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarının və şəhadətnamə əsasında verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 319 A nömrəli (kod: 40108038) şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsinə naturada torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair və İddiaçı3 cavabdehlər Cavabdeh2nə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: 40108038) şəhadətnamənin 0,10 ha torpaq sahəsinə (ona məxsus fərdi yaşayış evi və yerləşdiyi 0,08 ha həyətyanı torpaq sahəsindən kənarda yerləşən hissəsi üzrə) münasibətdə ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 B nömrəli (kod: 40108038) şəhadətnamədə qeyd olunan 0,18 ha torpaq sahəsinə münasibətdə Balakən rayon X17 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarının və şəhadətnamə əsasında verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiaları bir hissədə onlar tələbi mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olmadıqlarından, digər hissədə isə tələb mülki xarakterli olduğundan mümkün sayılmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qərarla İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X29 və X23 ) “İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinin əsaslılığına hüquqi qiymət vermişdir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli, 2-1(84)-10/2018 saylı qərarı ilə (hаkim Rüfət Məcidov) iddia təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 7 avqust tarixli 2-1(107)-333/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-2232/18 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2018-ci il 7 avqust tarixli 2-1(107)-333/2018 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli, 2-1(84)-10/2018 saylı qərarından üçüncü şəxs və digər üçüncü şəxs X19 nümayəndəsi X23 apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlərə məhkəmə tərəfindən ədalətli yanaşılmamışdır. Hazırkı işə əlavə olunmuş əvvəlki məhkəmə qərarlarında iş üzrə iddiaçılardan olan İddiaçı3 münasibətdə məhkəmələr qeyd etmişdir ki, iş materiallarına əsasən İddiaçı3 bələdiyyə tərəfindən 0,08 ha torpaq sahəsi satılan zaman “Bələdiyyə torpaqlarının ayrılmasına” dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin tələbləri yerinə yetirilməmiş, İddiaçı3 torpaq sahəsinin ona satılması barədə bələdiyyəyə müraciət edərkən torpaq sahəsinin yerini, yaxud həmin yerin ünvanını və ölçüsünü göstərməmiş, bələdiyyə tərəfindən 0,08 ha torpaq sahəsinin ona satılması qərara alınsa da, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmamış, torpaq sahəsinin naturada vəziyyəti mövcud sənədlər əsasında müəyyən deyildir. Bundan başqa İddiaçı3 torpaq sahəsini bələdiyyənin 2006-cı il tarixli qərarı ilə əldə etmiş olsa da, X29 ondan əvvəl həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmişdir. Belə olan halda torpaq sahəsi İddiaçı3 satılan zaman bələdiyyə mülkiyyətində olmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, Naimə Ağacanovaya həyətyanı torpaq sahəsi Balakən Rayon AİK-nın xx.xx.1998-ci il tarixli,08 nömrəli qərarı ilə anıldığından, həmin qərar isə qüvvədə olduğundan, qeyd edilən qərar əsasında hazırlanan şəhadətnamənin ləğv edilməsini tələb etmək qanuni hesab edilə bilməz. Göründüyü kimi İddiaçı3 hazırda mübahisələndirilən JN-544 A nömrəli Torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə əvvəllər iddia qaldırmış və istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə onlann iddiası mümkün sayılmamış və iddia tələbləri təmin edilməmişdir. Ona görə də, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli, 2-1(84)-10/2018 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 vəkili X33 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli, 2-1(84)-10/2018 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi Ömərov Rafael Ömər oğlu qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxx 2018ci il tаrixli, 2-1(84)-10/2018 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına təqdim olunmuşdur. Həmin materiallara işin yuxarıda sadalanan hallarını təsdiq edən arxiv arayışları, mülkiyyət sənədləri, bələdiyyə qərarı, mütəxəssis rəyi və sair sənədlər aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, üçüncü şəxs üçüncü şəxs X19 nümayəndəsi X23 tərəfindən verilən apellyasiya şikayəti mahiyyət etibarı ilə əsaslı olduğundan uğurlu sayılmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-2232/18 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2018-ci il 7 avqust tarixli 2-1(107)-333/2018 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. İnzibati iş üzrə Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-2232/18 saylı qərarında qeyd edilmişdir ki, işdən göründüyü kimi üçüncü şəxsin adına sənədləşdirilmiş 0.05 ha torpaq sahəsi mübahisə predmeti deyil. 0.18 ha ölçüdə torpaq sahəsinə gəldikdə, işin müəyyən edilmiş hallarına görə, iddiaçının iddia etdiyi torpaq sahəsi həmin 0.18 ha torpaq sahəsinin hüdudlarındadır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin sorğusuna və sorğuda qoyulmuş suallara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 18 saylı X30 İdarəsi tərəfindən təqdim olunmuş rəyə görə, JN 544 A saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə ilə X19 mülkiyyətinə verilmiş 0.18 ha torpaq sahəsinin 0.09 ha hissəsini İddiaçı3 mişar daşı ilə hasara alaraq istifadə edir. Digər 0.09 ha torpaq sahəsini X8 metal torla bağlayaraq istifadə edir... Beləliklə, məhkəmələr Balakən rayon X17 1998-ci il 30 iyun tarixli, 08 nömrəli Qərarı ilə X22 cəmi 0.08 ha ölçüdə torpaq sahəsinin və Qazbinə Bələdiyyəsi tərəfindən iddiaçıya 0.08 ha ölçüdə torpaq sahəsinin ayrılması faktına əsaslanırlarsa, bu halda, aydınlaşdırılmalı olan hal həmin torpaq sahələrinin sənəd üzrə yerləşmə vəziyyətlərini müəyyən etməkdir. Belə ki, məhkəmələrin istinad etdikləri eyni faktlardan çıxış edərək X22 ayrılmış 0.08 ha torpaq sahəsinin iddiaçının hasara aldığı torpaq sahəsi ilə, yaxud da hazırkı icraatın iştirakçısı olmayan, lakin rəydə göstərilən X1 metal torla bağlayaraq istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü qənaətinə gəlmək olar. Yuxarıda istinad edilən rəydə göstərilir ki, Qazbinə bələdiyyəsinin 2006-cı il 30 dekabr tarixli, 07 saylı qərarı ilə İddiaçı3 satılması nəzərdə tutulan həyətyanı torpaq sahəsinin yerquruluşu planı düzgün tərtib olunmadığı üçün həmin sahənin hansı hissədə yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin rəylə kifayətlənməyərək İddiaçı3 satılan həyətyanı torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi, bununla da mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı idi. Yalnız bundan sonra, yaxud da bütün tədbirlərin görülməsinə baxmayaraq, əlavə məlumat və sübutları əldə etmək mümkün olmadıqda işin faktiki halları və işdə olan digər sübutlar əsasında, həm onlara İPM-in 58.7-ci maddəsində müəyyən edilmiş qaydada qiymət verilməklə qərar qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 30321 nömrəli məhkəmə tikinti texniki ekspertizasının rəyindən görünür ki, Balakən rayon X17 1998-ci il 30 iyun tarixli, 08 nömrəli Qərarı ilə X22 ayrılmış cəmi 0.08 ha ölçüdə olan torpaq sahəsi Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli iclas qərarına və xx.xx.2006-cı il tarixli 88 nömrəli sərənacamına əsasən, bələdiyyənin mülkiyyətinə aid olan kəndin prespektiv inkişafı üçün saxlanmış ərazidən alqı-satqı yolu ilə İddiaçı3 verilmiş 0,08 ha həyətyanı torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin Şəki LTİ-nin mühəndisi R.Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, mövcud vəziyyətdə elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi X11 adına 0.1787 ha RX ******* seriyalı çıxarış işlənmiş və həmin mübahisəli ərazidən İddiaçı3 0.09 ha hissəsini istifadə edir. Həmin ərazinin naturada yerləşmə vəziyyəti mütəxəssis rəyində tərtib olunmuş sxem1də(cild 2, iş vərəqi 242) göstərilmişdir. Məhkəmə kollegiyası iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı yerli baxış keçirilməsi qərarlaşdırmış, xx xxxx 2020-ci il tarixdə İddiaçı3, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala lahiyə Tədqiqat İdarəsinin mühəndisi X6 iştirakı ilə yerli baxış keçirilmişdir. Bаxış zаmаnı müəyyən оlundu ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala lahiyə Tədqiqat İdarəsinin mühəndisi X9 mübahisəli torpaq sahəsinin kordinatları göstərdi ki, tоrpаq sаhəsinin ətrаfı mişаr dаşı hаsаrlа bаğlı оlmаqlа iddiаçının istifаdəsindədir. Dəmir darvaza qoyulmuş, içərisində ev inşа edilmişdir. Qanunvericiliyin tələbinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə- 14.2). Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Ərazi İdarəsi və üçüncü şəxslər X22 və X14 qarşı “İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbi əsassızdır. Hazırkı mübahisə predmeti olan 0.80 ha torpaq sahəsinin JN seriyalı 544A nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin Şəki LTİ-nin mühəndisi R.Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, mövcud vəziyyətdə elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi X11 adına 0.1787 ha RX ******* seriyalı çıxarış işləndiyindən və həmin mübahisəli ərazidən İddiaçı3 0.09 ha hissəsini istifadə etdiyindən apellyasiya məhkəməsi hesab edir ki, iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(84)-10/2018 saylı qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Ərazi İdarəsi və üçüncü şəxslər X22 və X14 qarşı “İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarladırılmasına dair ekspertiza xərcinin dəyri olan 60 manat və 73.2 manat olmaqla cəmi 133.2 (yüz otuz üç manat iyirmi qəpik) məbləğində pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB********************) hesabına iddiaçıdan tutularaq ödənilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(84)-10/2018 saylı qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Ərazi İdarəsi və üçüncü şəxslər X22 və X14 qarşı “İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 544A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarladırılmasına dair ekspertiza xərcinin dəyri olan 60 manat və 73.2 manat olmaqla cəmi 133.2 (yüz otuz üç manat iyirmi qəpik) məbləğində pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB********************) hesabına iddiaçıdan tutularaq ödənilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov
Məhkəmə qərarları › İş №2-1(107)-3/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-3/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver