Məhkəmə qərarları › İş №2-1(107)-3/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-3/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-3/2021 08.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Vəkil; Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin nümayəndəsi X4; Üçüncü şəxs - Zamanova Radə Emin qızının və onun vəkili X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər Göyçay rayonu Potu Bələdiyyəsinə və Zamanova Radə Emin qızına qarşı “Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən ona satılmış və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində Zamanova Radə Emin qızının mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-1(84)-477/2017 nömrəli qərarından üçüncü şəxs Zamanova Radə Emin qızı və Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli protokol qərarına əsasən Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılmış və bununla bağlı torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib edilərək xx.xx.2007-ci il tarixdə 24 nömrə ilə qeydiyyata alınmışdır. Habelə, xx.xx.2007-ci il tarixli aktla sözügedən torpaq sahəsi yer üzərində ölçülərək iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı DTXK-nın Göyçay rayon şöbəsi və Potu Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin 16 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli 390 nömrəli mütəxəssis rəyi ilə Potu Bələdiyyəsinin baş sxemindən çıxarışda göstərilmiş 1310B/0,10 torpaq sahəsinin iddiaçıya ayrılan torpaq sahəsi olması, DTXK-nın Göyçay rayon şöbəsi və Potu Bələdiyyəsi tərəfindən təsdiq edilmiş iddiaçıya verilən torpaq sahəsinin yerquruluşu planında göstərilən 0,11 ha torpaq sahəsi ilə üst-üstə düşməsi, 2015-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əlavə olunmuş rəqəmsal kadastr xəritəsindən çıxarışda göstərilən 0,11 ha torpaq sahəsinin iddiaçıya verilən torpaq sahəsinin yerquruluşu planında göstərilən 0,11 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Xəritədə iddiaçıya satılmış 1310B/0,10 torpaq sahəsinin sərhəd qonşuluğunda 1313B/0,18, 1314B/0,07 və digər mülkiyyətçilərin torpaq sahələrinin yerləşdiyi göstərilmişdir. Digər tərəfdən, Göyçay Rayon X11 xx.xx.1998-ci il tarixli qərarı ilə Zakirov Rövşən Əhməd oğlunun mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, bununla bağlı noyabr 2003-cü il tarixli JN- 502F nömrəli (kod 40812018) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Həmin şəhadətnamənin “torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”ndə verilən torpaq sahəsinin alt sərhəd qonşuluğunda 1313 BB torpaq sahəsinin yerləşdiyi, digər sərhəd qonşuluğu isə gediş-gəliş yerləri kimi göstərilmişdir. Potu Bələdiyyəsinin baş sxemindən çıxarışda 502F nömrəli torpaq sahəsi göstərilməmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli 390 nömrəli mütəxəssis rəyində JN-502F nömrəli (kod 40812018) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin elektron baza məlumatlarında qeyd olunmadığı göstərilmişdir. Zakirov Rövşən Əhməd oğlu həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında X2, Q.Talıbovanın hüquqları dövlət qeydiyyatına alınarkən torpaq sahəsi reyestr orqanı tərəfindən müayinə edilməmişdir. X8 sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında hazırkı iş üzrə üçüncü şəxs Zamanova Radə Emin qızına satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Cavabdeh Radə Zamanovanın hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən sonuncu cavabdeh olaraq həmin orqana qarşı 0,11 ha torpaq sahəsinin qeydə alınması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə Zamanova Radə Emin qızının 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərar əsasında sözügedən torpaq sahəsi üzərində Zamanova Radə Emin qızının mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX-0774497 saylı çıxarış və A-030056 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı nümayəndəsi Ömərov X20 İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmənin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə Radə Zamanovanın adına qeydiyyata alınması tələb olunan 0,11 ha həyətyanı torpaq sahəsinin Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli protokol qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akta əsasən İddiaçı satıldığını, Zamanova Radə Emin qızının mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsinin koordinatlarının hazırda İddiaçı qanuni istifadə və sahibliyində olan torpaq sahəsinə vurulduğunu, hüququna toxunulan İddiaçı isə həmin məhkəmə prosesinin iştirakçısı olmadığını bildirməklə sözügedən qərarın ləğv edilərək iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərardadına əsasən İddiaçı ərizəsi təmin edilərək yeni açılmış hallarla bağlı iddiaçı Zamanova Radə Emin qızının Cavabdehnə qarşı “xx.xx.2008-ci il tarixdə notariat qaydasında alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraat təzələnmişdir. Zamanova Radə Emin qızı apelyasiya şikayəti verərək iş üzrə icraatın təzələnməsinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(107)-94/2016 nömrəli qərardadı ilə iddiaçı Zamanova Radə Emin qızının apelyasiya şikayəti təmin edilməmişdir. Zamanova Radə Emin qızı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(102)-866/2016 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-94/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərardadı ləğv edilərək, İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış 2-1(84)-772/2015 nömrəli inzibati iş üzrə məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsinə dair ərizəsi təmin edilməmişdir. Bundan sonra, İddiaçı qeydiyyat orqanına qarşı məhkəməyə müraciət edərək üçüncü şəxsin adına olan torpaq sahəsinin planı və ölçüsü sənədini onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamış və iddiaçıya üçüncü şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu mübahisələndirməli olması barədə izah verilmişdir. Bundan sonra, hazırkı iş üzrə iddiaçının nümayəndəsi Ömərov Vüqar Muxtar oğlu cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində Zamanova Radə Emin qızının mülkiyyət hüququnun ləğv edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən tələbi təmin edilmədiyindən hazırkı iddianı irəli sürmüşdür. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə qərarı və torpaqların alqı-satqısına dair akt əsasında ona satılmış, yerində ölçülərək xx.xx.2007-ci il tarixli aktla ona təhvil verilmişdir. Qeyd edilən torpaq sahəsi Respublikada torpaq islahatı aparılan vaxt bələdiyyə mülkiyyətinə verilmiş, qanunvericiliyin tələblərinə tam uyğun olaraq ona satılmışdır. Qanunvericiliyin tələbinə görə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmaq onun vəzifəsi deyil, hüququdur. Həmin sahə üzərində onun sahiblik və istifadə hüququ vardır. Cavabdeh inzibati orqana torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq üçün müraciət etdikdə bildirmişdir ki, ona satılmış torpaq sahəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı əsasında üçüncü şəxsin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Halbuki, üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsinə dair mövcud olan ilkin sənəd, yəni JN-502F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə barədə elektron bazada hər hansı məlumat mövcud deyildir. Onun əsasında qeydə alınmış hüquq da ləğv edilməlidir. Çünki, həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsinin harada yerləşməsi müəyyən edilmədən cavabdeh inzibati orqan bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsini üçüncü şəxsin adına qeydiyyata almışdır. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2017-ci il tarixli məktubla iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı Ərazi İdarəsinə müraciət etmiş, sözügedən torpaq sahəsindən götürülmüş koordinatlar elektron kadastr məlumat bazasında yoxlanılarkən, həmin koordinatların **********60 reyestr nömrəsilə mülkiyyətə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Göyçay Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə Zakirov Rövşən Əhməd oğlunun mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, adına JN-502F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işlənilmişdir. Göyçay Rayon Notariat kontorunda xx.xx.2005-ci il tarixli 4Ə-286 reyestr nömrəsilə qeydiyyata alınmış alqısatqı müqaviləsi əsasında Zakirov Rövşən Əhməd oğlu sözügedən torpaq sahəsini X2, sonuncunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən MH-0004464 nömrəli çıxarış və AA-001094 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X8 həmin torpaq sahəsini Göyçay Rayon Notariat Kontorunda xx.xx.2008-ci il tarixli 4Ə-411 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi əsasında Zamanova Radə Emin qızına satmış, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə sonuncunun mülkiyyət hüququ Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Ərazi idarəsi tərəfindən aparılmış qeydiyyat qanuni əsaslarla həyata keçirildiyindən hazırkı iddianı əsassız hesab edirlər. Belə ki, Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında yuxarıda qeyd olunanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Zamanova Radə Emin qızının nümayəndəsi X13 birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirmişdir ki, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarına əsasən mübahisəli torpaq sahəsi üzərində Zamanova Radə Emin qızının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən də hesab etmişdir ki, aparılmış qeydiyyat qanuni və əsaslıdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxx 2017-ci il tarixli 2-1(84)- 477/2017 nömrəli qərarı ilə iddia təmin edilərək, Cavabdeh üzərinə Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən İddiaçı satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində Zamanova Radə Emin qızının mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxx 2017-ci il tаrixli, 2-1(84)-477/2017 saylı qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsi və üçüncü şəxs Zamanova Radə Emin qızı apellyasiya şikayəti vermişlər. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli 2- 1(107)-64/2018 saylı qərarı ilə üçüncü şəxs Zamanova Radə Emin qızı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı dəyişdirilmiş, İddiaçı Cavabdehnə, üçüncü şəxslər Göyçay Rayon Potu Bələdiyyəsi və Zamanova Radə Emin qızına qarşı “Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən ona satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində Zamanova Radə Emin qızının mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə” iddia tələbi qismən təmin edilərək , Cavabdeh üzərinə Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən İddiaçı satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması, apelyasiya icraatı zamanı təyin edilmiş məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin İddiaçı tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(102)-1725/2018 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2-1(107)-64/2018 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2- 1(107)-9/2019 saylı qərarı ilə üçüncü şəxs Zamanova Radə Emin qızı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-1(84)-477/2017 nömrəli qərarı dəyişdirilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər Göyçay Rayon Potu Bələdiyyəsi və Zamanova Radə Emin qızına qarşı “Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən ona satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində Zamanova Radə Emin qızının mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən İddiaçı satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-1(84)-477/2017 saylı qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-1582/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X24 və 3-cü şəxs Zamanova Radə Emin qızı tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)- 9/2019 saylı qərarı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qərarı maddi hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual hüquq normalarının tələblərini pozmaqla, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən qanunsuz və əsassızdır. Ona görə də, həmin məhkəmə tərəfindən qəbul olunmuş Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxx 2017-ci il tаrixli, 2-1(84)-477/2017 saylı qərarıın ləğv edilməsini və iddia tələbinin təmi edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxx 2017-ci il tаrixli, 2-1(84)-477/2017 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Zamanova Radə Emin qızı və onun vəkili X10 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxx 2017-ci il tаrixli, 2- 1(84)-477/2017 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin edilməməsini və Şəki İnzibаti- İqtisаdi Məhkəməsinin xx xxx 2017-ci il tаrixli, 2-1(84)-477/2017 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və digər üçüncü şəxs Göyçay rayon Potu Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra- Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin materiallara, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə sənədlər, mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər toplusu, qanuni qüvvəsini almış məhkəmə aktları, mütəxəssis rəyi, ekspert rəyi, cavabdeh orqanın məlumat xarakterli məktubları və sair sənədlər toplusu daxildir. Əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs X14 apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdə qismən haqlı olmuşdur. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2018-ci il tarixli 2-1(102)-1725/2018 saylı qərarında göstərilmişdir ki, “...üçüncü şəxs Zamanova Radə Emin qızının bununla bağlı əsas dəlili ondan ibarətdir ki, İddiaçı adından qaldırılmış iddianı etibarnamə əsasında imza etmiş Ömərov Vüqar Muxtar oğlu belə səlahiyyətə malik olmamışdır. Çünki İddiaçı etibarnamədə onun adından məhkəmədə iddia qaldırmaq səlahiyyətini V.Ömərova verməmişdir. Lakin iş materiallarında verilmiş səlahiyyətlərin həcmi fərqli olan xx xxxxxx 2012-ci il tarixli iki etibarnamə vardır. Onlardan biri iddia ərizəsi verilərkən təqdim edilmişdir, digərini isə üçüncü şəxsin vəkili sorğu əsasında əldə edərək məhkəməyə təqdim etmişdir. Apellyasiya məhkəməsi göstərilən ziddiyyətli halın araşdırılmasını təmin etməmişdir. Halbuki, bu hal verilmiş iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasının müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşımışdır...”. Hazırkı işin əvvəlki apellyasiya baxışında Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq araşdırma aparan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən Vüqar Ömərova verilmiş xx xxxxxx 2012-ci il tarixdə etibarnamədə göstərilən səlahiyyətlərlə bağlı qeyd edir ki, ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir, bununla yanaşı inzibati prosessual qənaət prinsipi məhkəmə icraat zamanı inzibati proses gedişində proses iştirakçılarının hər birininə öz mövqeyini ifadə etməyə, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün onlara imkanlar yaratmaqla məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, süründürməçiliyin qarşısının alınması minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolunu oynayır. İddiaçı tərəfindən Vüqar Ömərova verilmiş xx xxxxxx 2012-ci il tarixli etibarnamə ilə mübahisəli torpaq sahəsinə dair onun adından məhkəmədə iddia qaldırmaq səlahiyyətinin də verilmiş olduğunu hesab etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, Vüqar Ömərovun həmin etibarnamə ilə məhkəmədə səlahiyyətli şəxs kimi iddiaçının adından iddia qaldırmaq səlahiyyəti olmuşdur. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2011-ci il tarixdə Göyçay Rayon Potu Bələdiyəsinə məxsus inzibati bina naməlum səbəbdən yanmışdır. Yanğın zamanı 2011-ci il tarixə kimi olan bələdiyyəyə aid bütün sənədlər yanmışdır. O cümlədən, İddiaçı aid olan 2007-ci ildə bələdiyyədən alqı-satqı yolu ilə alınmış həyətyanı torpaq sahəsinə aid sənədlər yanmışdır. İddiaçı aid olan 2007-ci ildə bələdiyyədən alqısatqı yolu ilə alınmış həyətyanı torpaq sahəsinə aid sənədlər yandığından sonuncuya 2007-ci ildə bələdiyyədən alqı-satqı yolu ilə alınmış və ona məxsus olan mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olduğunu göstərir. Bundan başqa, Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının yuxarıda qeyd olunan xx xxxxxx 2018-ci il tarixli 2-1(102)-1725/2018 saylı qərarında Zakirov Rövşən Əhməd oğlunun və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların iddiaçıya məxsus torpaq sahəsinə aparılıb-aparılmadığının araşdırılması ilə bağlı göstərişini nəzərə alaraq apellyasiya insytansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Rövşən Zakirov və Qətibə Talıbovaya qarşı həmin torpaq sahəsinin mübahisələndirilməsinə dair iddia qaldırması ilə bağlı yardım göstərilmiş, iddiaçı məhkəmə kollegiyasının iclasında bununla bağlı izahatında bildirmişdir ki, Rövşən Zakirov və Qətibə Talıbovanın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatları mübahisələndirilən torpaq sahəsinə işlənməsi onun hüquq və maraqlarına toxunsa belə hal-hazırkı iddia tələbini müdafiə edərək mahiyyəti üzrə baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin, qeyd etmişdir ki, hətta Rövşən Zakirov və Qətibə Talıbovanın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatları mübahisələndirilən torpaq sahəsinə işlənməsi onun hüquq və maraqlarına toxunması ilə baglı iddiacı bu mübahisənin baxılmasını xahiş etsə də belə iddiaçı tərəfindən Rövşən Zakirov və Qətibə Talıbovaya münasibətdə mübahisə predmeti olan torpaq sahəsinə dair öhdəliyin icrası haqqında iddia növünə aid olan iddianın mümkünlük şərtlərinə əməl edilməmiş, onlara münasibətdə əvvəlcədən cavabdeh inzibati orqana müraciət edilməmişdir. Belə olan halda hazırkı iş üzrə Rövşən Zakirov və Qətibə Talıbovaya münasibətdə baxılması mümkün sayılmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyası hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-1582/2019 saylı qərarında Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-9/2019 saylı qərarında göstərilmiş həmin xüsasatlarla razılaşdığına görə məhkəmə kollegiyasi həmin məsələləri yenidən araşdırmır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 59-cu maddəsinin 1-ci bəndində göstərilir ki, yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka (həmçinin daşınmaz əşyalara) mülkiyyət hüququnun əldə edilməsi üsullarından biridir. Daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqeyinə müvafiq olaraq, daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə qərarı və torpaqların alqı-satqısına dair akt əsasında iddiaçıya satıldığından, həmin vaxtdan mübahisəli torpaq sahəsi iddiaçının sahiblik və istifadəsində olduğundan iddiaçı həmin torpaq sahəsi ilə bağlı tələb irəli sürməyə hüququ olan şəxs olmuşdur. Bundan başqa, məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, Göyçay Rayon X11 xx.xx.1998-ci il tarixli qərarı ilə Zakirov Rövşən Əhməd oğlunun mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, bununla bağlı “noyabr 2003-cü il” tarixli JN-502F nömrəli (kod 40812018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlanmışdır. Həmin şəhadətnamənin “torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”ndə verilən torpaq sahəsinin alt sərhəd qonşuluğunda 1313 BB torpaq sahəsinin yerləşdiyi, digər sərhəd qonşuluğu isə gediş-gəliş yerləri kimi göstərilmişdir. Zakirov Rövşən Əhməd oğlu həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında X7, sonuncu isə sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında hazırkı iş üzrə 3-cü şəxs Zamanova Radə Emin qızına satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Cavabdeh Radə Zamanovanın hüquqlarını qeydə almaqdan imtina etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı əsasında Zamanova Radə Emin qızının həmin 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq xx.xx.2015-ci il tarixli RX-0774497 saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və A-030056 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, Potu Bələdiyyəsinin baş sxemindən çıxarışda 502F nömrəli torpaq sahəsi göstərilməmiş, ümumiyyətlə JN-502F nömrəli (kod 40812018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə elektron baza məlumatlarında qeyd olunmamışdır. İş materiallarında olan cavabdeh inzibati orqanın məlumat xarakterli məktublarında göstərilmişdir ki, üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsinin arxiv qovluğunda ərazinin mühəndis tərəfindən vurulmuş koordinatları mövcud deyildir. Belə olan halda həmin sahənin döngə nöqtələrinin koordinatlarının hazırlanması notarial qaydada təsdiq edilmiş müqavilə və JN- 502F nömrəli (kod 40812018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən aparılmışdır. İşin hallarından göründüyü kimi, cavabdeh inzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F nömrəli (kod 40812018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində sözügedən torpaq sahəsi başqa ərazidə yerləşmiş, həmin şəhadətnamənin “torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”ndə verilən torpaq sahəsinin alt sərhəd qonşuluğunda 1313 BB torpaq sahəsinin yerləşdiyi, digər sərhəd qonşuluğu isə gediş-gəliş yerləri kimi göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə iddiaçıya satılmış, Potu Bələdiyyəsinin baş sxemindən çıxarışda sərhəd qonşuluğunda 1313B/0,18, 1314B/0,07 və digər mülkiyyətçilərin torpaq sahələrinin yerləşdiyi 1310B/0,10 kimi göstərilmiş torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir ki, bununla da həmin torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququ pozulmuş, gələcəkdə həmin torpaq sahəsinə sərəncam hüququnun yaranması imkanı mümkünsüz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın və üçüncü şəxsin etiraz dəlili, yəni mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında dövlət qeydiyyatına alınması barədə mülahizə ilə razılaşmır. Əvvəla, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə Cavabdeh üzərinə xx.xx.2008-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində Zamanova Radə Emin qızının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur ki, cavabdeh orqan tərəfindən hüquqların dövlət qeydiyyatının aparıldığı sahə məhz həmin sahə olmamaqla, bələdiyyə qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsidir. Digər tərəfdən, iddiaçı, Şəki İnzibati- İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarının çıxarılması ilə nəticələnmiş məhkəmə icraatının iştirakçısı olmadığı üçün həmin məhkəmə qərarının və orada müəyyən olunmuş halların onun üçün məcburi hüquqi qüvvəsi yoxdur. Bu o deməkdir ki, hər hansı inzibati orqan və ya məhkəmə tərəfindən sübut kimi yalnız həmin qərarın qanuni qüvvədə olmasına və preyudisiallığına istinadla İddiaçı hüquqlarının pozulmasına səbəb olan qərar qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda həmin tələblə məhkəməyə müraciət edə bilərlər. Bu şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Eyni zamanda, sözügedən məhkəmə aktı daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının qeydə alınmasına əsas verən sənədlərin qüvvəsinə təsir etməmişdir. Başqa sözlə, nə qədər ki, Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli protokol qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli aktı ləğv edilməyib, iddiaçının sözügedən daşınmaz əmlaka dair qeydiyyatının hüquqi əsasları aradan qalxmamışdır. İşə əlavə edilmiş və məhkəkə kollegiyasınını iclasında tədqiq edilmiş: - Zakirov Rövşən Əhməd oğlunun adına tərtib olunmuş “noyabr 2003-cü il” tarixli JN- 502F nömrəli (kod 40812018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Göyçay rayonu Potu kəndinin baş sxemində, yerquruluşu xəritələrində, kadastr baza məlumatlarında əks edilməmişdir, həmçinin iş materiallarında təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin baş sxemində göstərilmiş 1310B/0.10 torpaq sahəsi ilə üstüstə düşmür. X5 adına verilmiş MH-0004464 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA-030056 saylı “Torpaq sahəsinin plan və ölçü" sənədinin iş materiallarında təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin baş sxemində göstərilmiş 1310B/0.10 torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur; - İddiaçı Göyçay Rayon Potu Bələdiyyəsi tərəfindən satılmış 0.11 ha torpaq sahəsinin işdə olan yerquruluşu planı həmin torpaq sahəsinin yerdə (naturada) mövcudluğunu və koordinatlarını müəyyən etməyə imkan verir. Həmin torpaq sahəsi Göyçay rayonu Potu kəndinin baş sxemində, yerquruluşu xəritələrində əksini tapmışdır. Həmin torpaq sahəsinin Potu Bələdiyyəsinin baş sxemində 1310B/0.10 kimi işarələnmiş torpaq sahəsi olduğu barədə mütəxəssis rəyi doğrudur. Sözügedən torpaq sahəsinin faktiki ölçüsünün götürülmüş koordinatlara əsasən 0.11 ha olduğu müəyyən edilir; - Zamanova Radə Emin qızının adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli RX- 0774497 saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və A-030056 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində nəzərdə tutulmuş 0.11 ha torpaq sahəsinin Potu bələdiyyəsinin baş sxemində 1310B/0.10 kimi işarələnmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur; - Torpaq sahələri üst-üstə düşdüyündən qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmır. Lakin qeyd olunur ki, mübahisəli torpaq sahəsində Ömərov Vüqar Muxtar oğlu tərəfindən inşa edilmiş tikililərin Göyçay Rayon Potu Bələdiyyəsinin mülkiyyətində olmuş və sonradan İddiaçı satılmış torpaq sahəsi daxilində yerləşdiyi müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 30868 nömrəli rəyi ilə də təsdiq olunur ki, Zamanova Radə Emin qızının adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli RX-0774497 saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və A-030056 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində nəzərdə tutulmuş 0,11 ha torpaq sahəsi əvvəllər Göyçay Rayonu Potu Bələdiyyəsinin mülkiyyətində olmuş, həmin torpaq sahəsi Göyçay rayonu Potu kəndinin yerquruluşu və kadastr xəritələrində, eləcə də Potu Bələdiyyəsinin baş sxemində 1310B/0.10 kimi (yəni bələdiyyə torpağı kimi) işarələnmişdir. Halbuki, X18 Talıbovadan və sonuncunun da Rövşən Zakirovdan aldığı “noyabr 2003-cü il” tarixli JN-502F nömrəli (kod 40812018) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə nəzərdə tutulmuş 0,11 ha torpaq sahəsi Göyçay rayonu Potu kəndinin baş sxemində, yerquruluşu və kadastr xəritələrində, kadastr baza məlumatlarında əksini tapmamışdır (mövcud olmamışdır). Mübahisəli 0,11 ha torpaq sahəsinin koordinatları JN- 502F nömrəli şəhadətnamənin plan-ölçü sxemində 1310B/0.10 saylı bələdiyyə torpağının üzərinə işlənilsə (vurulsa) də, lakin bu sənəd kadastr baza məlumatlarında əks edilməmişdir.X5 adına verilmiş MH-0004464 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA-030056 saylı “Torpaq sahəsinin plan və ölçü” sənədinin koordinatları və yerdə sərhədləri müəyyən olunur. Zakirov Rövşən Əhməd oğlunun adına tərtib olunmuş “noyabr 2003-cü il” tarixli JN-502F nömrəli (kod 40812018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Göyçay rayonu Potu kəndinin baş sxemində, yerquruluşu xəritələrində, kadastr baza məlumatlarında əks edilmədiyindən X5 adına verilmiş MH-0004464 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA- 030056 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Zakirov Rövşən Əhməd oğlunun adına tərtib olunmuş “noyabr 2003-cü il” tarixli JN-502F nömrəli (kod 40812018) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Göyçay rayonu Potu kəndinin baş sxemində, yerquruluşu xəritələrində, kadastr baza məlumatlarında əks edilmədiyindən vahid torpaq sahəsi kimi baxıla bilməz. X5 adına verilmiş MH-0004464 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA- 030056 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsi 0,11 ha kimi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyası hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-1582/2019 saylı qərarında göstərmişdir ki, ... iş üzrə müəyyən edilir ki, İddiaçı və 3-cü şəxs R.Zamanova mübahisəli torpaq sahəsinə dair qanuni sənədlərə malikdirlər, belə ki, iddiaçı öz torpaq sahəsini Göyçay rayon Bələdiyyənin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına uyğun olaraq satıcı qismində çıxış edən həmin Bələdiyyədən almış; R.Zamanova isə öz torpaq sahəsini notarial qaydada təsdiq edilmiş xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı X3, sonuncu isə bu torpaq sahəsini onun Göyçay rayon X11 xx.xx.1998-ci il tarixli qərarına əsasən mülkiyyətçisi olmuş (“Torpaq sahəsinin mülkiyyət verilməsinə dair” JN seriyalı 502 F nömrəli noyabr 2003-cü il tarixli Şəhadətnamə) Zakirov Rövşən Əhməd oğlundan notarial qaydada təsdiq edilmiş xx.xx.2005ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Satıcı Q.Talıbova öz torpaq sahəsini 3-cü şəxs R.Zamanovaya satarkən öz adına olan MH seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa və torpaq sahəsinin dəqiq koordinatları (döngə nöqtələri) qeyd olunmuş AA seriyalı 030056 saylı “Torpaq sahəsinin plan və ölçü” sənədinə (bax, i.c. İİ, i.v. 91) malik olmuşdur və həmin sənədlər nəzərə alınmaqla, 3-cü şəxs R.Zamanovaya xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövalət Reyestrindən Çıxarış verilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası həmin qərarda həmçinin vurgulamışdır ki, işə baxan apelyasiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin əsas sualını, yəni mübahisəli torpaq sahəsinin kimə məxsus olması sualını cavablandıra bilməmişdir. Eyni zamanda bu suala işə cəlb edilmiş nə mütəxəssisin rəyində, nə də təyin edilmiş ekspertizanın rəyində cavab verilmişdir. Halbuki, yuxarıda qeyd edildyi kimi, mübahisə edən tərəflərin, yəni iddiaçının və 3-cü şəxs R.Zamanovanın torpaq sahələri haqqında plan ölçü (kadastrdan çıxarış) sənədlərində onları məxsus sahələrin dəqiq koordinatları (döngə nöqtələri) qeyd olunmuşdur. Məsələn, iddiaçıya məxsus sənəddə torpağın 1-ci döngə nöqtəsi: X- 731192.824; Y450129.997 göstərilsə də, 3-cü şəxsin müvafiq sənədində 1-ci döngə nöqtəsi: X-223778.90; Y4502793.12 qeyd olunmuşdur. Hər 2 sənəd müqayisə edildikdə, müəyyən olunur ki, onlarda əks olunmuş döngə nöqtələrinin heç biri üst-üstə düşmür, ümumiyyətlə nöqtələrin sayı da biri-birindən fərqlənir (iddiaçıya məxsus sənəddə nöqtələrin sayı 4-dür, 3-cü şəxsə məxsus sənəddə nöqtələrin sayı 6-dır). Ona görə də, belə nəticəyə gəlmək olar ki, mübahisə tərəfləri eyni torpaq sahəsinə iddia etsələr də, əslində onların sənədlərinə görə, onlara məxsus torpaq sahələri başqa-başqa yerlərdədir, lakin mübahisəli torpaq sahəsinin koordinatları (döngə nöqtələri) işin materiallarında toplanmış sənədlərdə əks olunmadığından, reallıqda onun mübahisə tərəflərinə məxsus hansı torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmək mümkün deyildir. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı hallar göstərilmişdir. İş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin İnzibаti- İqtisаdi kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-114/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/1936 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadstrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı ərazi idarəsi tərəfindən Göyçay rayon Potu kəndində yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinə Daçınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə Aktına və Rəqəmsal kadastr xəritəsindən çıxarışa əsasən qeyd edilən torpaq sahəsinin X-731202.820, Y- 4501278.473 döngə nöqtələrinin koordinatlarına və X5 mülkiyətində olmuş (sonradan Zamanova Radə Emin qızına satılmış) Göyçay rayon Potu kəndində yerləşən həyətyanı torpaq sahəsinin plan-ölçü (kadastrdan çıxarış) sənədində əks olunmuş 1-ci X-223778.90 Y- 4502793.12, 2-ci X- 223761.32 Y-4502760.34, 3-cü X- 223737.99 Y-4502773.16, 4-cü X-223736.04 Y-4502774.23, 5-ci X-223753.70 Y- 4592806.40, 6-cı X-223755.36 Y-4502805.54 döngə nöqtələrinin uyğun torpaq sahələri üst-üstə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və X12 Mərkəzinin 16 saylı ərazi idarəsi tərəfindən Göyçay rayon Potu kəndində yerləşən İddiaçı adına verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinə Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə Aktında qeyd edilən torpaq sahəsinin koordinatı mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Göründüyü kimi, İddiaçı mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinə Daçınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə Aktına və Rəqəmsal kadastr xəritəsindən çıxarışa əsasən qeyd edilən torpaq sahəsinin X-731202.820, Y-4501278.473 döngə nöqtələrinin koordinatlarına və X5 mülkiyətində olmuş (sonradan Zamanova Radə Emin qızına satılmış) Göyçay rayon Potu kəndində yerləşən həyətyanı torpaq sahəsinin plan-ölçü (kadastrdan çıxarış) sənədində əks olunmuş torpaq sahələri üst-üstə düşmür və Göyçay rayon Potu kəndində yerləşən İddiaçı adına verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinə Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə Aktında qeyd edilən torpaq sahəsinin koordinatı mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş işdə olan sənədlərdən və inzibati iş üzrə olan tərəflərin izahatlarından müəyyən olunur ki, 0,11 ha mübahisəli torpaq sahəsi Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli protokol qərarına əsasən İddiaçı satılmış və bununla bağlı torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib edilərək keçmiş DTXKnin Göyçay rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 24 nömrə ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin 16 saylı ərazi idarəsinin 2015-ci ildə tərtib və təsdiq etdiyi “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış)” Aktından görünür ki, mərkəzi elektron baza məlumatlarına əsasən Potu Bələdiyyəsinin baş sxemində 1310B/0.10 kimi işarələnmiş 0,11 ha torpaq sahəsi İddiaçı ayrılmış (satılmış) torpaq sahəsidir, həmin torpaq sahəsinin naturada (yerdə) olan sərhədləri ilə rəqəmsal kadastr xəritəsində olan koordinatları üst-üstə düşür. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinin texniki vəziyyətinin həmin müayinəsi aparılarkən nə Qətibə Talıbovanın adına tərtib olunmuş MH-0004464 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA-030056 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində, nə də Rövşən Zakirovun adına tərtib olunmuş JN- 502F nömrəli (kod 40812018) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə nəzərdə tutulmuş 0,11 ha torpaq sahəsi elektron baza məlumatlarında mövcud olmamış və bu torpaq sahəsinin İddiaçı ayrılmış (satılmış) torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar edilməmişdir. Bu da əvvəllər Rövşən Zakirov və Qətibə Talıbovaya məxsus olmuş, hazırda isə üçüncü şəxs Radə Zamanova tərəfindən alınmış 0,11 ha torpaq sahəsinin İddiaçı torpaq sahəsinin olduğu yerdə deyil, başqa yerdə axtarılmalı olduğuna dəlalət edir. Cavabdeh imtina cavabı verəndən sonra Radə Zamanova həmin idarəyə (inzibati orqana) qarşı 0,11 ha torpaq sahəsinin adına qeydə alınması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə Zamanova Radə Emin qızının 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərar əsasında mübahisəli torpaq sahəsi üzərində Radə Zamanovanın mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən adına xx.xx.2015-ci il tarixli RX-0774497 saylı çıxarış və A-030056 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh olan inzibati orqan daha əvvəl İddiaçı bələdiyyə tərəfindən qanuni olaraq ayrıldığını özü təsdiq etdiyi və hüdudlarında fərdi yaşayış evi olan torpaq sahəsinin üzərində başqa şəxsin - Radə Zamanovanın mülkiyyət hüququnu qeydiyyata almaqda səhvə yol vermişdir. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Radə Zamanovanın mülkiyyət hüququnun məhz həmin torpaq sahəsinin üzərində qeydiyyata alınması öhdəliyi qoyulmamışdır. İnzibati orqan məhkəmənin qərarını düzgün icra etməmiş, nəticədə yeni məhkəmə mübahisəsinə şərait yaratmışdır. Bundan başqa, mübahisəli torpaq sahəsinin üzərində üçüncü şəxs Radə Zamanovanın mülkiyyət hüququnun qeydiyyata alınması ilə İddiaçı həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları, habelə gözlənilən (qanuni gözləntiyə əsaslanan) mülkiyyət hüququ pozulmuşdur. İşdə olan sənədlərdən müəyyən olunur ki, inzibati iş üzrə İddiaçı xx xxxxxx 2012-ci il tarixdə Ömərov Vüqar Muxtar oğlunun adına 80 il müddətinə baş etibarnamə vermiş, bu etibarnamə ilə özünə məxsus (hazırkı iş üzrə mübahisə predmeti olan) 0,11 ha torpaq sahəsindən V.Ömərovun istifadə etməsinə, orada tikinti işləri aparmasına, həmin torpaq sahəsi ilə bağlı bütün sənədləşmə işləri aparmasına, bu tapşırığın icrası ilə əlaqədar adından ərizə verməsinə və digər hərəkətləri etməsinə ixtiyar vermişdir. Sözügedən etibarnamə ilə Vüqar Ömərov faktiki olaraq mübahisəli torpaq sahəsini İddiaçı almış və həmin vaxtdan orada ev inşa etmişdir. Həmçinin işdən görünür ki, üçüncü şəxs Zamanova Radə Emin qızı Göyçay Rayon Notariat Kontorunda xx.xx.2008-ci il tarixli 4Ə-411 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi əsasında X1 məxsus, MH-0004464 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA-030056 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində nəzərdə tutulmuş 0,11 ha torpaq sahəsini almış, həmin torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün 2015-ci ilin iyul ayında Cavabdehnə müraciət etmiş, bu idarədən ona cavab olaraq göndərilmiş xx.xx.2015-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi müayinə olunan zaman əmlak üzərində mübahisəli halların olduğu (yəni həmin torpaq sahəsinin hüdudlarında başqasına məxsus fərdi yaşayış evinin mövcud olduğu) müəyyən edildiyindən müraciətin təmin olunmasından imtina edilir. Göründüyü kimi, İddiaçı məxsus torpaq sahəsi xx.xx.2012-ci il tarixli etibarnamə əsasında Vüqar Ömərovun sərəncamına və faktiki istifadəsinə keçəndən sonra sonuncu həmin torpaq sahəsini hasara almış, orada fərdi yaşayış evi tikmiş və hal-hazıra kimi ailəsi ilə birlikdə bu evdə yaşayır. Üçüncü şəxs Radə Zamanova isə yalnız 2015-ci ildə (3 ildən sonra) Vüqar Ömərovun evi yerləşən torpaq sahəsinə özünün mülkiyyət hüququnun olmasını mübahisələndirməyə başlamış, həmin torpaq sahəsinə mülkiyyət hüququ haqqında çıxarış almaq üçün Cavabdehnə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı verdiyi etibarnamə əsasında Vüqar Ömərovun mübahisəli torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi sənədsiz tikinti olsa da, həmin tikinti qanuni şəkildə bələdiyyədən alınmış və dövlət torpaq kadastrında (elektron baza məlumatlarında) qeydiyyatda olan torpaq sahəsində inşa edilmişdir. Bununla baglı,Konstitusiya Məhkəməsinin “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında təsbit etdiyi hüquqi mövqeyinə əsaslanaraq,məhkəmə kollegiyasınını qənayətinə görə, İddiaçı və onun verdiyi etibarnamə əsasında Vüqar Ömərovun mübahisəli torpaq sahəsi üzərində qanuni əsasla sahiblik və istifadə hüquqları, habelə gözlənilən yəni qanuni gözləntiyə əsaslanan mülkiyyət hüquqları olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ və İV hissələrinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan huquqlarının və əsas azadlıqlarının mudafiəsi haqqında Konvensiyaya dair 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “X19rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Dаşınmаz əmlаkın dövlət reyestri hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, qanuni qüvvəyə minmiş məhkəmə qərarları, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə), 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi, 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi yolu ilə aparılır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları və hüquqi dəyərləndirilməsi ilə bağlı gəldiyi nəticələrlə qismən razılaşır. Belə ki, cavabdeh inzibati orqan “mülkiyyət hüququnu” deyil, “mülkiyyət hüququnun qeydiyyatını” ləğv edə bilər, mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnu ləğv etmək isə məhkəmənin səlahiyyətinə aiddir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın üzərinə “RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində Zamanova Radə Emin qızının mülkiyyət hüququnun ləğv edilməsi” öhdəliyini qoymaqla icrası baxımdan anlaşılmaz olan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmunundan və məhkəmə kollegiyasınını iclasında iddiaçının izahatından məlum olunur ki iddiaçının hüquqi marağı Göyçay Rayon Potu Bələdiyyəsi tərəfindən ona satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsinə yönəlmişdir. İddiaçı üçüncü şəxs Radə Zamanovanın qanuni şəkildə (notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında) əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu deyil, bu hüququn ona (İddiaçı) məxsus torpaq sahəsi üzərində qeydiyyata alınmasını mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı dəyişdirilməli, iddia tələbi qismən təmin edilərək, cavabdehin üzərinə mübahisəli torpaq sahəsinin üzərində üçüncü şəxs Radə Zamanovanın adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul üçüncü şəxs Zamanova Radə Emin qızından tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarlaşdırılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 112.90 manat məbləğində pul üçüncü şəxs Zamanova Radə Emin qızından tutulmalı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Zamanova Radə Emin qızı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(84)-477/2017 saylı qərarı dəyişdirilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər Göyçay Rayon Potu Bələdiyyəsi və Zamanova Radə Emin qızına qarşı “Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən ona satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində Zamanova Radə Emin qızının mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən İddiaçı satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs Zamanova Radə Emin qızının adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyi qoyulsun. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-1(84)-477/2017 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul üçüncü şəxs Zamanova Radə Emin qızından tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarlaşdırılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 112.90 manat məbləğində pul üçüncü şəxs Zamanova Radə Emin qızından tutulsun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar