Məhkəmə qərarları › İş №2-1(107)-3/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-3/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-3/2022 23.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon Poçt filialında və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd Bələdiyyəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1(116)-1002/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuşdur. O, 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon poçt filalında, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək Tülü kənd Bələdiyyəsində işləmişdir. xx.xx.2020-ci il tarixində ona əmək pensiyası təyin olunması üçün yaşı çatdığına görə DSMF-in Balakən rayon şöbəsinə müracət etmişdir. Lakin onun yuxarıda qeyd etdiyi iş stajlarının sığorta stajına daxil edilməsindən əmək kitabçası olmadığına görə imtina edilmişdir.

2. İddiaçı iddia ərizəsində 1976-1977-ci illərdə Balakən rayonunun Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon poçt filialında, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək Tülü kənd Bələdiyyəsində işlədiyini qeyd etmişdir. xx.xx.2020-ci il tarixində iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF publik hüquqi şəxsin Balakən rayon filialına müraciət etmiş, lakin şəxsin əmək kitabçası olmadığı üçün filial tərəfindən ona imtina verilmişdir.

3. İlk öncə qeyd etmək lazımdır ki, iddia tələbi qanunaziddir. Belə ki, iddiaçı 1976- 1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixədək Balakən rayon poçt filialında və xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Tülü kənd Bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçının qeyd etdiyi yerlərdə işlədiyini təsdiq edən əmək kitabçası olmadığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edildiyi üçün ona yasa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Vətəndaşın əmək kitabçası əvəzində Balakən rayonu Tülü kəndi N.Nərimanov adına kolxozda işləməsi ilə bağlı təqdim etdiyi arxiv arayışı və digər arayışlar ona əmək pensiyası təyin edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki iddiaçının Balakən rayonu Tülü kəndi N.Nərimanov adına kolxozda işləməsi ilə bağlı Balakən rayon Dövlət Arxivindən əldə etdiyi arxiv arayışında şəxsin atasının adı qeyd edilməmişdir. Buradan da məlum olur ki, arxiv arayışında adı keçən şəxsin İddiaçı olması şübhə doğurur. Eyni zamanda arxiv arayışında şəxsin işlədiyi illər qeyd edilsə də, əmək haqqı qeyd edilməmişdir.

4. İddiaçıya X5n verilən arayışda onun Tülü poçt şöbəsində xx.xx.1977-ci il tarixli 66 saylı əmrlə poçtalyon işinə qəbul edilməsi, xx.xx.1999-cu il tarixli 02 saylı əmrlə işdən azad edilməsi əks olunmuşdur. Bu arayış da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki iddiaçının işə qəbul edilmə və işdən azad edilmə barədə əmrin mövcudluğu arayışla təsdiq edilə bilməz. Bunun üçün əmrlərin özü və ya təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilməli idi.

5. Bundan əlavə, iddiaçıya X5n verilən 1992-1999-cu il dövr ərzində X4 Tülü poçt şöbəsində poçtalyon vəzifəsində işləməsi ilə bağlı əmək haqqı cədvəli də məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki əmək haqqı cədvəli X6 tərəfindən deyil, Balakən rayon Dövlət Arxivi tərəfindən verilməli idi. Eyni zamanda iddiaçı iddia ərizəsində X5 1977-1999-cu illərdə işlədiyini qeyd etmiş, lakin X4 təqdim etdiyi əmək haqqı cədvəlində 1992-1999-cu illər öz əksini tapmışdır. İddiaçıya X6 tərəfindən verilən arayışda Tülü poçt şöbəsində işdən azad olunması barədə verilən əmr xx.xx.1999-cu il tarixlidir. Lakin X6 tərəfindən verilən əmək haqqı cədvəlində 1999-cu ilin ilk 3 ayı üçün əmək haqqı göstərilməmiş, lakin digər aylarda ödəmələr əks olunmuşdur.

6. Digər bir məsələ ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd Bələdiyyəsində işlədiyi illərin də sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçının Tülü kənd Bələdiyyəsində işlədiyini təsdiq edən sənəd kimi Tülü kənd Bələdiyyəsi tərəfindən arayış verilmişdir. Lakin bələdiyyələr arayış deyil, akt vermək səlahiyyətinə sahibdirlər.

7. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 22 oktyabr 2020-ci il tarixli 2- 1(116)-1002/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon Poçt Filialında və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd Bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-80/2021 nömrəli qərardadı ilə iş Balakən Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh DSMF-in Balakən rayon filialına qarşı “arxiv arayışının ona məxsus olması” faktının təsdiq olunması tələbinə dair mülki işə bаxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(107)-80/2021 nömrəli iş üzrə icrааt dayandırılmşdır.

12. İddiaçı cavabdeh DSMF-in Balakən rayon filialına qarşı “arxiv arayışının ona məxsus olması” faktının təsdiq olunması tələbinə dair mülki işə baxılaraq yekun məhkəmə aktı qəbul edilmiş və qanuni qüvvəsini almışdır.

13. Şəki Apellyasiya Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia tələbi qanunaziddir. Belə ki, iddiaçı 1976- 1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixədək Balakən rayon poçt filialında və xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Tülü kənd Bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçının qeyd etdiyi yerlərdə işlədiyini təsdiq edən əmək kitabçası olmadığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edildiyi üçün ona yasa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Vətəndaşın əmək kitabçası əvəzində Balakən rayonu Tülü kəndi N.Nərimanov adına kolxozda işləməsi ilə bağlı təqdim etdiyi arxiv arayışı və digər arayışlar ona əmək pensiyası təyin edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki iddiaçının Balakən rayonu Tülü kəndi N.Nərimanov adına kolxozda işləməsi ilə bağlı Balakən rayon Dövlət Arxivindən əldə etdiyi arxiv arayışında şəxsin atasının adı qeyd edilməmişdir. Buradan da məlum olur ki, arxiv arayışında adı keçən şəxsin İddiaçı olması şübhə doğurur. Eyni zamanda arxiv arayışında şəxsin işlədiyi illər qeyd edilsə də, əmək haqqı qeyd edilməmişdir. İddiaçıya X5n verilən arayışda onun Tülü poçt şöbəsində xx.xx.1977-ci il tarixli 66 saylı əmrlə poçtalyon işinə qəbul edilməsi, xx.xx.1999-cu il tarixli 02 saylı əmrlə işdən azad edilməsi əks olunmuşdur. Bu arayış da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki iddiaçının işə qəbul edilmə və işdən azad edilmə barədə əmrin mövcudluğu arayışla təsdiq edilə bilməz. Bunun üçün əmrlərin özü və ya təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilməli idi. Bundan əlavə, iddiaçıya X5n verilən 1992-1999-cu il dövr ərzində X4 Tülü poçt şöbəsində poçtalyon vəzifəsində işləməsi ilə bağlı əmək haqqı cədvəli də məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki əmək haqqı cədvəli X6 tərəfindən deyil, Balakən rayon Dövlət Arxivi tərəfindən verilməli idi. Eyni zamanda iddiaçı iddia ərizəsində X5 1977-1999cu illərdə işlədiyini qeyd etmiş, lakin X4 təqdim etdiyi əmək haqqı cədvəlində 1992-1999cu illər öz əksini tapmışdır. İddiaçıya X6 tərəfindən verilən arayışda Tülü poçt şöbəsində işdən azad olunması barədə verilən əmr xx.xx.1999-cu il tarixlidir. Lakin X6 tərəfindən verilən əmək haqqı cədvəlində 1999-cu ilin ilk 3 ayı üçün əmək haqqı göstərilməmiş, lakin digər aylarda ödəmələr əks olunmuşdur. Digər bir məsələ ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd Bələdiyyəsində işlədiyi illərin də sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçının Tülü kənd Bələdiyyəsində işlədiyini təsdiq edən sənəd kimi Tülü kənd Bələdiyyəsi tərəfindən arayış verilmişdir. Lakin bələdiyyələr arayış deyil, akt vermək səlahiyyətinə sahibdirlər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1(116)- 1002/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1(116)-1002/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1(116)- 1002/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuşdur. - DSMF-in Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının 1976-1977-ci illərdə N.Nərimanov adına kolxozda, 1977-1999-cu illərdə Balakən Poçt şöbəsində, xx.xx.2001-xx.xx.2001-ci illərdə Tülü Bələdiyyəsində işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. - Tülü Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 67 nömrəli arayışından görünür ki, Tülü kənd sakini İddiaçı Tülü Bələdiyyəsində 30 aprel 2001-ci il tarixindən 1 noyabr 2001-ci il tarixinədək “vergi agenti” vəzifəsində işləmişdir. - "xxxx" MMC-nin X4 xx.xx.2020-ci il tarixli 21 nömrəli arayışından görünür ki, iddiaçı Tülü poçt şöbəsində 04 may 1977-ci il tarixli 66 saylı ƏMR-lə poçtalyon işinə qəbul edilmiş, 05 yanvar 1999-cu il tarixli 02 saylı ƏMR-lə işdən azad edilmişdir. - Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 51 nömrəli arxiv arayışından və xx.xx.2020-ci il tarixli aktından görünür ki, İddiaçı 1976-1977-ci il tarixlərdə “N.Nərimanov” adına kolxozda işləmişdir. - DSMF-in Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən 64 yaş 6 ayı tamam olmuş onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi sığorta stajı 25 il 5 ay təşkil etmişdir. Lakin İddiaçı X5kı 21 il 8 ay, Tülü Bələdiyyəsindəki 6 ay və kolxozdakı 8 ay cəmi 22 il 10 ay iş stajları əmək kitabçasında qeyd edilməmişdir. - Tülü Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmrdən çıxarışlarının surətindən görünür ki, İddiaçı 02 nömrəli əmrlə Tülü Bələdiyyəsinə “vergi agenti” vəzifəsinə təyin edilmiş, 06 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. - "xxxx" MMC-nin X4 xx.xx.2020-ci il tarixli 269 nömrəli arayışından və əmrlərdən çıxarışdan görünür ki, iddiaçı Tülü poçt şöbəsində 4 may 1977-ci il tarixli 66 saylı ƏMR-lə poçtalyon işinə qəbul edilmiş, 5 yanvar 1999-cu il tarixli 02 saylı ƏMR-lə işdən azad edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

22. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.

23. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

24. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi).

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1(116)-1002/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətlərin stajına daxil ediləcəyi təqdirdə yaşa görə pensiya hüququnun yaranmasından ibarətdir.

31. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon Poçt Filialında və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd Bələdiyyəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır.

32. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 51 nömrəli arxiv arayışına və xx.xx.2020-ci il tarixli aktına əsasən, İddiaçı 1976-1977-ci il tarixlərdə “N.Nərimanov” adına kolxozda işləmişdir. "xxxx" MMC-nin X4 xx.xx.2020-ci il tarixli 269 nömrəli arayışına və əmrlərdən çıxarışa əsasən, iddiaçı Tülü poçt şöbəsində 4 may 1977-ci il tarixli 66 saylı ƏMR-lə poçtalyon işinə qəbul edilmiş, 5 yanvar 1999-cu il tarixli 02 saylı ƏMR-lə işdən azad edilmişdir. Tülü Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmrdən çıxarışlara əsasən, İddiaçı 02 nömrəli əmrlə Tülü Bələdiyyəsinə “vergi agenti” vəzifəsinə təyin edilmiş, 06 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir.

33. İstinad olunan normaların tələblərindən də göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

34. Belə ki, iddiaçının 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon Poçt Filialında və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd Bələdiyyəsində işləməsi Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 51 nömrəli arxiv arayışında, "xxxx" MMC-nin X4 xx.xx.2020-ci il tarixli 269 nömrəli arayışından, əmrlərdən çıxarışda və Tülü Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmrdən çıxarışlarının surətində öz təsdiqini tapmışdır. Həmin sənədlər iddiaçının iş stajını təsdiq edir. Arxiv arayışları iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan arxiv arayışında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur.

35. İddiaçı tələbində 1976-1977-ci illərdə Balakən rayonunun Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etişdir ki, onun həmin illərdə adam günü norması tam olmadığı üçün faktiki işlədiyi müddət (8 ay) stajına daxil edilməlidir.

36. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon Poçt filialında və xx.xx.2001-ci ildən xx.xx.2001ci ilədək Tülü kənd Bələdiyyəsində işlədiyi illərin sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

38. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1(116)-1002/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar