Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-3/2024 27.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X18 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-380 kod 90105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş Yevlax rayonu, Havarlı kəndində yerləşən 1,37 ha torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin koordinatlarının mövcud vəziyyətə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 2-1(116)-62/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, JN-380 kod 90105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş Yevlax rayonu Havarlı kəndində yerləşən 1,37 ha torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin koordinatlarının mövcud vəziyyətə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Yevlax rayonu Havarlı kəndində 1,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ “Torpağa mülkiyyət hüququna dair” JN-380 saylı 90105018 kodlu Dövlət aktına əsasən təsbit edilmişdir. İddiaçının ailə üzvləri olan ümumi birgə mülkiyyətçilər iddiaçı, X4, X12 (vəfat edib), X15 (Qarabağ qazisi), X5 və X10r (vəfat edib).
3. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********66 nömrəli imtina məktubunda qeyd etmişdir ki, JN-380 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,37 ha kənd təsərrüfatı təyinatlı (pay) torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə xx.xx.2016-cı il tarixli 2V1157, 2V-1158, 2V-1164, 2V-1165, 2V-1166. 2V-1167 və 2V-1168 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum X6 və X11 düşən miras əmlak onlara keçmişdir. Bundan sonra vərəsəlik qaydasında torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı iddiaçı tərəfindən ərizə ilə müraciət edilmişdir. Müraciət əsasında 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron xəritə baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, JN-380 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən torpaq sahəsi naturada göstərilən torpaq sahəsindən kənarda yerləşir, həmçinin dövlət aktında qeyd edilən koordinatlara əsasən torpaq sahəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunan səbəblərdən 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********15 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, idarənin elektron xəritə baza məlumatlarına əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron xəritə baza (DWG) məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş “ASAN xidmət” mərkəzinin notariat ofisinin verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməsi və ləğv edilmiş DT və XK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-380 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumbirgə mülkiyyətdə olan 13654 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınacaq naturada yerləşən torpaq sahəsindən kənarda yerləşir. Həmçinin, ləğv edilmiş DT və XK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş idarənin elektron xəritə bazasında JN-380 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, başqa bir ailə üzvlərinin ümumbirgə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.
5. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-763/2022 nömrəli qərardadı ilə X4, X15 və X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 2 fevral 2023-cü il tarixli 2- 1(116)-62/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 nömrəli qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Yevlax rayonu Havarlı kəndində 1,37 ha torpaq sahəsi verilmiş, mülkiyyət hüququna dair JN-380 saylı 90105018 kodlu Dövlət Aktı işlənmişdir. Onlar hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etsə də, oradan bildirilmişdir ki, JN-380 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə ümumi birgə mülkiyyətlərinə verilən 1,37 ha torpaq sahəsi naturada göstərilən torpaq sahəsindən kənarda yerləşir, həmçinin dövlət aktında qeyd edilən koordinatlara əsasən torpaq sahəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Elektron xəritə baza məlumatlarında onlara məxsus torpaq sahəsi başqa torpaq sahələri ilə üst-üstə düşə bilməz, baza məlumatlarında koordinatların səhv işlənməsi onların mülkiyyət hüquqlarının qeydə alınmasına maneə ola bilməz. Bundan başqa ailələrinə verilən Dövlət Aktı dövlətin orqanı tərəfindən verilmişdir, həmin sənəd Dövlət Aktının qeydiyyat kitabına işləndikdən sonra onlara verilmişdir. Birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, istifadələrində olan torpaq sahəsinə Dövlət Aktı olmasına baxmayaraq həmin aktda koordinatların düzgün qeyd edilməməsi səbəbindən iddialarını rədd etmişdir ki, bu da qanunsuzdur. Torpaq sahəsinin koordinatları cavabdeh orqanın mütəxəssisləri tərəfindən düzgün ölçülməmiş, koordinartlar baza məumatlarına səhv daxil edilmişdir. Bu səbəbdən də torpaq sahəsinin bir hissəsi başqa şəxsin mülkiyyətində olan torpağa düşür. Ona görə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 2-1(116)-62/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 2-1(116)-62/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: JN-380 kod 90105018 nömrəli Dövlət Aktının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə 1,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X4, X12, X15, X5 və X11 ayrılmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: Dövlət Aktlarının elektron adlı siyahısından çıxarışdan görünür ki, siyahıda 380-ci nömrə ilə İddiaçı, X4, X12, X15, X5 və X7 adları qeyd edilmişdir. 2V-1167 nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi qızı X8r. Miras əmlak JN-380 nömrəli Dövlət Aktına əsasən Havarlı kəndində yerləşən 1,3654 ha torpaq sahəsinin mərhum X11 ümumibirgə mülkiyyət hüququ ilə məxsus hissəsindən ibarətdir. 2V-1166 nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi arvadı X2r. Miras əmlak JN-380 nömrəli Dövlət Aktına əsasən Havarlı kəndində yerləşən 1,3654 ha torpaq sahəsinin mərhum X11 ümumibirgə mülkiyyət hüququ ilə məxsus hissəsindən ibarətdir. 2V-1165 nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi anası X1r. Miras əmlak JN-380 nömrəli Dövlət Aktına əsasən Havarlı kəndində yerləşən 1,3654 ha torpaq sahəsinin mərhum X11 ümumibirgə mülkiyyət hüququ ilə məxsus hissəsindən ibarətdir. 2V-1164 nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi atası İddiaçıdur. Miras əmlak JN-380 nömrəli Dövlət Aktına əsasən Havarlı kəndində yerləşən 1,3654 ha torpaq sahəsinin mərhum X11 ümumibirgə mülkiyyət hüququ ilə məxsus hissəsindən ibarətdir. 2V-1158 nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi anası X1r. Miras əmlak JN-380 nömrəli Dövlət Aktına əsasən Havarlı kəndində yerləşən 1,3654 ha torpaq sahəsinin mərhum X6 ümumibirgə mülkiyyət hüququ ilə məxsus hissəsindən ibarətdir. 2V-1157 nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi atası İddiaçıdur. Miras əmlak JN-380 nömrəli Dövlət Aktına əsasən Havarlı kəndində yerləşən 1,3654 ha torpaq sahəsinin mərhum X6 ümumibirgə mülkiyyət hüququ ilə məxsus hissəsindən ibarətdir. 2V-1168 nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi qızı X13r. Miras əmlak JN-380 nömrəli Dövlət Aktına əsasən Havarlı kəndində yerləşən 1,3654 ha torpaq sahəsinin mərhum X11 ümumibirgə mülkiyyət hüququ ilə məxsus hissəsindən ibarətdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubunda qeyd olunur ki, torpaq sahəsinə baxış zamanı iddiaçı Yevlax rayonu Hacıselli kənd ərazisində yerləşən, özünün və ailə üzvlərinin JN-380 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 1,37 ha torpaq sahəsini istifadə etmədiyi üçün naturada döngə nöqtələrini mütəxəssislərə göstərməyib. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X9 X14nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixi 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr X14nin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Yevlax rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Elektron məlumat bazasında təqdim olunan “X9 X14”də 0,6667 ha göstərilmişdir və həmin çevrədə yerləşən digər mülkiyyətçilərin pay torpaq sahələrinin ölçülərində azalma müşahidə edilmişdir. Bununla əlaqədar İddiaçı və ailə üzvlərinin razılığı olduğu təqdirdə “X9 X14”ndə təsbit olunmuş 0,6667 ha torpaq sahəsi naturada tanıdıla bilər. Cavabdeh inzibati orqan tərəfindən eyni məzmunlu xx.xx.2023-cü il tarixli məktub məhkəmə kollegiyasına da təqdim edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.5-ci maddəsinə görə, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3-cü maddəsində deyilir ki, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
17. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
19. “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsi: Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, iddiaçının ona ayrılmış torpaq sahəsindən istifadə etməməsi, ona məxsus sənəddə qeyd edilən koordinatların faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması üçün əsas deyildir. Odur ki, işin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
27. Belə ki, məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından mübahisə predmeti olan JN-380 kod 90105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş Yevlax rayonu Havarlı kəndində yerləşən 1,37 ha torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi (mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin üst-üstə düşən hissələrinin koordinatları (dəqiq ölçüləri) göstərilməklə, rəyə torpaq sahəsinin üst-üstə düşən hissələri ilə əlaqədar sxemlər əlavə edilməklə), əgər torpaq sahələri üst-üstə düşmürsə hansı sahələrdə yerləşməsi barədə mütəxəssis rəyinin verilməsi üçün cavabdeh inzibati orqana sorğu göndərilmiş, lakin iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu ödənilmədiyindən mütəxəssis rəyinin təqdim edilməsi mümkün olmamışdır.
28. Bundan başqa məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın təklif etdiyi 0.66 ha torpaq sahəsinə dair iddiaçının münasibəti ilə bağlı iddiaçıya sərəncam göndərilmiş, məhkəmə iclasları dəfələrlə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin buna baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş, inzibati orqanın təklif etdiyi torpaq sahəsinə dair münasibətini bildirməmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, JN-380 kod 90105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş Yevlax rayonu, Havarlı kəndində yerləşən 1,37 ha torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin koordinatlarının mövcud vəziyyətə uyğunlaşdırılmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 2-1(116)-62/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.