Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-301/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı hərbi rütbəsinin bir pillə endirilməsi ilə bağlı N5.05.20N8-ci il tarixli 0N73 nömrəli əmrin ləğv olunması, “Hərbi vəzifə xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə N5.05.20N8-ci il tarixli 69N ş/h nömrəli əmrin dəyişdirilərək barəsində “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 aprel 202N-ci il tаrixli, 2-N(NN6)-37/202N saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən, işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “cavabdehin üzərinə barəsində verdiyi uyğunsuzluqla buraxılma barədə N4.05.20N8-ci il tarixli əmrinin ləğv edilməsi, barəsində həmin tarixli öz arzusu ilə xidmətdən buraxılma (Azərbaycan Respublikasının N997-ci il tarixli 03 oktyabr tarixli, 377İQ nömrəli qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin N56-cı bəndinin “j” yarımbəndinə uyğun olaraq) bərədə yeni əmrin verilməsi və əvvəlki polkovnikleytenat hərbi rütbəsinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.08.20N9-cu il tarixli, 2-N(8N)2586/20N9 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, iş NN.N0.20N9-cu il tarixində Şəki İnzibati Məhkəməsinə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iyul N996-cı ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə başlamış, müxtəlif hərbi hissələrdə xidmət keçmiş və sonuncu xidmət yeri N saylı hərbi hissə olmuşdur. Adı çəkilən hərbi hissədə polkovnik-leytenant hərbi rütbəsində 2-ci sərhəd komendantlığının komendantı vəzifəsində işləmişdir. Xidmət etdiyi dövrə rəhbərlik tərəfindən hər hansı bir ciddi intizam tənbehinə məruz qalmamışdır. Əksinə, dəfələrlə nümunəvi və qüsursuz xidmətinə görə təltif edilmişdir. İddiaçı 26 yanvar 20N8-ci il tarixdə N saylı hərbi hissənin komandirinə raport yazaraq müvafiq qanuna uyğun olmaqla öz arzusu ilə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvvələrin ehtiyatına buraxılması üçün müvafiq vəsatət qaldırmasını xahiş etmişdir. Hərbi hissə komandanlığı iddiaçını öz arzusu ilə ehtiyata buraxmamaq üçün ona qarşı müxtəlif təzyiq və təsirlər göstərmiş, bəhanələr gətirmişdir. Lakin iddiaçı fikrindən dönmədikdə komandanlıq onun barəsində qanunsuzluğa yol verərək heç bir əsas olmadan hərbi rütbəsini aşağı salmış, daha sonra onun N4 may 20N8-ci il tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 4N.0.6-cı maddəsinə uyğun olaraq xidməti uyğunsuzluq əsası ilə xidmətdən ehtiyata buraxılmasına dair əmr vermişdir. İddiaçı hesab edir ki, komandanlıq ona qarşı qərəzli olaraq qeyd edilən qanunsuz əmri vermişdir. Belə ki, 20N8-ci ilin yanvar ayında sözügedən raportu hərbi hissəyə göndərdikdən bir müddət keçməsinə baxmayaraq hərbi hissə komandiri tərəfindən raporta cavab verilməmişdir. İddiaçı fevral ayında bir daha raportla hərbi hissə komandirinə müraciət etmiş, lakin yenə raportuna cavab verilməmişdir. İddiaçı hərbi hissə komandirindən raportlarına baxılmasını xahiş etdikdə o, hər dəfə tez bir zamanda baxılacağını bildirmiş, gah da Sərhəd Qoşunlarının komandanının narazılıq etdiyini qeyd etmişdir. İddiaçının tərxislə bağlı raportla müraciətindən sonra Dövlət Sərhəd Xidmətinin baş qəragah rəisi general-leytenant Rəşad Sadiqov N nömrəli hərbi hissənin ərazisində xidməti ezamiyyətdə olanda iddiaçı ilə görüşmüş və nə üçün tərxis olmaq istədiyi ilə maraqlanaraq bildirmişdir ki, tərxislə bağlı müraciətə DSX rəisi qərar verir. Daha sonra DSX Sərhəd Qoşunlarının komandanı general-mayor Əsgər Xəlilov hərbi hissədə olarkən iddiaçı ilə görüşmüş, söhbət aparmış və ona demiş ki, tərxislə bağlı müraciətinə baxılacaq. Bundan sonra iddiaçının rəhbərlik etdiyi 2-ci sərhəd komendantlığına qərargah rəisi vəzifəsinə yeni zabit təyin edilmiş və hərbi hissə komandiri ona bildirmiş ki, həmin zabit xidmətə alışdırıİdıqdan sonra tərxislə bağlı iddiaçının müraciətinə baxılacaq. Lakin alışdırma müddəti də bitməsinə baxmayaraq iddiaçının müraciətinə yenə də baxılmamışdır. Sonradan iddiaçı poçt vasitəsi ilə hərbi hissə komandirinə raport ünvanlamış, lakin həmin raporta da cavab verilməmişdir. Əlavə olaraq iddiaçının atası tərəfindən də bir neçə dəfə iddiaçının tərxis olmasına köməklik edilməsi barədə DSX-nin rəsmi saytına elektron müraciət olunmuşdur. Bundan sonra 20N8-ci ilin mart ayında DSX Sərhəd Qoşunlarından iddiaçının rəhbərlik etdiyi 2-ci sərhəd komendantlığına 4 nəfərlik qrup tərkibində xüsusi tapşırıqla qəfləti yoxlama gəldi. Həmin qrup 3 gün müddətində sərhəd komendantlığında və iddiaçının tabeliyində olan 3 sərhəd zastavasınında yoxlama keçirmişdir. Yoxlama bitdikdən bir müddət sonra iddiaçı N nömrəli hərbi hissəyə çağırılmış və komandir müavinləri səviyyəsində attestasiya edilmişdir. Attestasiya olunan zaman artıq iddiaçıya bildirilmişdir ki, DSX aparatının göstərişinə əsasən attestasiyanın qərarı artıq hazırdır. Qərarda iddiaçı barəsində vəzifəsi, rütbəsi endirilməsi və xidməti uyğunsuzluqla tərxis edilməsi qeyd edilmişdir. İddiaçı həmin vaxt attestasiyanın nəticələrini qəbul etməmiş və bir müddət sonra o, DSX-nin aparatına çağırılmış və barəsində DSX Sərhəd Qoşunları komandanlığı səviyyəsində attestasiya keçirilmişdir. Attestasiya keçirilən zaman komandan müavinləri təkrarən nəyə görə tərxis olmaq istədiyini iddiaçıdan soruşmuşlar. Bu attestasiyada da iddiaçıya məlum olmuşdur ki, hər şey formaldır və əslində qərar çoxdan hazırdır. İddiaçı 04.04.20N9-cu il tarixdə cavabdehə rəsmi müraciət edərək, barəsində verilən xidməti uyğunsuzluq barədə əmrin ləğv edilməsini, öz arzusu ilə xidmətdən azad olma barədə yeni əmrin verilməsini xahiş etmiş, lakin onun müraciəti cavablandırılmamış və beləliklə onun hüquqları pozulmuşdur. Məhkəmənin 22.06.2020-ci il tarixli, 2-N(NN6)-N88/2020 nömrəli qərardadı ilə iddia tələbi müddətin ötürülməsi səbəbi ilə mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N8.09.2020-ci il tarixli, 2-N(N07)- 349/2020 nömrəli qərardadı ilə təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 22.06.2020-ci il tarixli, 2- N(NN6)-N88/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı 30.03.202N-ci il tarixdə məhkəmə ərizə göndərərək iddia tələbində dəqiqləşdirmə aparmış və "hərbi rütbəsinin bir pillə endirilməsi ilə bağlı N5.05.20N8-ci il tarixli 0N73 nömrəli əmrin ləğv olunması, “Hərbi vəzifə xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə N5.05.20N8-ci il tarixli 69N ş/h nömrəli əmrin dəyişdirilərək barəsində “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin N0.03.202N-ci il tarixli, N6/NN93 nömrəli etirazında qeyd edilir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı, barəsində verilmiş xidməti uyğunsuzluqla bağlı əmrin ləğv edilməsi və polkovnik-leytenant hərbi rütbəsinin bərpa edilməsi tələbinə N5.05.20N8-ci il tarixli əmrin ləğv edilməsi və əvvəlki polkovnik-leytenant hərbi rütbəsinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri Məhkəməyə təqdim etməklə bildiririk ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi məqsədilə 24 aprel 20N8-ci il tarixdə X2 attestasiya komissiyasının iclasında dinlənilmiş və hərbi rütbəsi bir pillə aşağı salınmaqla Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı barədə qərar qəbul olunmuş, qərar nəzərinə çatdırılaraq attestasiya vərəqəsi ilə tanış edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı barəsində keçirilmiş attestasiya materiallarından görünür ki, hərbi hissə komandirinin və sərhəd komendantlığına gedən yoxlamaların məruzələrinə əsasən İddiaçı son dövrlər özünü qeyri-sabit hərbi qulluqçu kimi göstərmiş, vəzifə borclarının icrasına səhlənkar münasibət bəsləmiş və xidməti mütəmadi olaraq nöqsanlarla müşaiyət olunmuşdur. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə İddiaçı rəhbərlik tərəfindən dinlənilmiş, problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilmişdir. Lakin sonuncu tutulan iradlardan və verilmiş tövsiyyələrdən xidmət müddətində heç bir müsbət nəticə çıxarmamış və dönüş yaratmamışdır. Bu səbəbdən də yuxarı rəhbərlik tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı xidməti fəaliyyəti və iş keyfiyyətləri nəzərə alınaraq attestasiya komissiyasının qərarına əsasən rütbəsi bir pillə endirilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq sabiq hərbi qulluqçu E.XNN Xidməti rəisinin N5.05.20N8-ci il tarixli 0N73 nömrəli əmri ilə rütbəsi bir pillə aşağı endirilmiş və N5.05.20N8-ci il tarixli 69N ş/h nömrəli əmri ilə isə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikası Silahlı XN 43-cü maddəsinə (komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər) müvafiq olaraq nizamnamə üzrə zabitlərə verilə biləcək intizam cəzasını təyin etmiş və İntizam Nizamnaməsinin 90-cı maddəsinə (Əgər rəis tabeliyində olanın törətdiyi nalayiq hərəkətin ağırlığına görə ona verilən cəza üçün özünün intizam səlahiyyətini kifayət saymırsa, rəis özündən böyük rəisin intizam səlahiyyətindən istifadə etmək üçün vəsatət qaldırır.) əsasən İntizam Nizamnaməsinin 67-ci maddəsinin “e” bəndinə (hərbi rütbənin bir pillə aşağı salma intizam cəzaları verilə bilər) müvafiq olaraq hərbi rütbəsi bir pillə aşağı salınmaqla eyni zamanda hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə Azərbaycan Respublikası Qanununun 4N.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair vəsatət qaldırmışdır. İddia ərizəsində attestasiyanın keçirilməsinin qanunvericiliyə zidd olmasına cavab olaraq qeyd edilir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 86-cı maddəsinə əsasən (Hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. Attestasiya zamanı hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir) attestasiyaların keçirilməsi, həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 87-ci maddəsinin (Dinc dövrdə zabitlərin attestasiyası dörd ildən bir dəfə keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bütün hərbi qulluqçuların, yaxud ayrı-ayrı kayeqoriyalarının attestasiyası başqa müddətlərdə də keçirilə bilər) tələbləri nəzərə alınmaqla planlaşdırılır və həyata keçirilir. İddiaçı cavabdehin etirazına yazılı münasibətində qeyd etmişdir ki, cavabdeh onun iddiasını əsassız saysa da, iddianın əsassız olduğunu sübut edəcək konkret bir qanuni sənəd və ya sübut təqdim etməyib. Məhkəmə tərəfindən verilən sorğulardan da görünür ki, DSX onun barəsində heç bir sorğuya əsaslı, düzgün, dolğun cavab verməyib. Bundan əlavə olaraq 20N8-ci ilin yanvar, fevral və aprel aylarında N nömrəli hərbi hissənin komandirinə təxris olmaq istəyi barədə rəsmi qaydada göndərdiyi raportlar barədə Dövlət Sərhəd Xidməti heç bir araşdırma aparmayıb, aparıbsa da məlumatları gizlədərək bu barədə məhkəməyə məlumat verməyib. Bir daha qeyd edir ki, ona qarşı haqsızlıqlar təxris olmaq istədiyi barədə yazdığı ilk raportdan sonra başlayıb. Dövlət Sərhəd Xidməti qeyd edir ki, 24 aprel 20N8-ci ildə X2 attestasiya komissiyasının iclasında dinlənilmişdir, lakin qeyd etməyiblər ki, attestasiya komissiyasına qədər onun hansı nöqsanlarına görə attestasiyaya cəlb olunmuş və konkret hansı nöqsanları olub (cəzalar olubsa, əmrlərdən çıxarış təqdim olunmalı idi). Sərhəd Qoşunları onun attestasiyasını keçirməzdən əvvəl tərəfindən yol verilən nöqsanlar (əgər olubsa) araşdırmalı, onunla ən azı iki dəfə söhbət aparılmalı idi və bundan sonra hansısa ciddi intizam pozuntusuna yol verdiyi halda attestasiya olunmalıydı. Bundan əlavə qeyd edir ki, attestasiya olunduğu otaqdan çıxan kimi dərhal digər başqa bir otaqda attestasiyanın nəticələri barədə tanış olmağı üçün ondan imza istəyiblər. “Hərbi Xidmət Haqqında” Əsasnamənin N05-ci maddəsində qeyd edilib ki, təsdiq edilmiş attestasiya vərəqələri attestasiya edilənlərin bilavasitə rəisləri tərəfindən attestasiya vərəqələri hərbi hissəyə daxil olduqdan sonra N0 gün müddətində attestasiya edilənlərə elan edilir. Yalnız ezamiyyətdə, məzuniyyətdə, yaxud müalicədə olan zabitlər barədə istisnaya yol verilir: təsdiq edilmiş attestasiya vərəqələri onlar hərbi hissəyə qayıdan kimi dərhal elan olunur. Buradan da görünür ki, attestasiyanın qərarı əvvəlcədən hazırlanmışdır. Sərhəd Qoşunları tərəfindən attestasiya olunmamışdan əvvəl bir dəfə də hərbi hissə rəhbərliyi tərəfindən qanunsuz olaraq attestasiyası keçirilmiş və orda komandir müavinləri ona bildirmişdilər ki, DSX-dən verilən göstərişə əsasən attestasiya olunmalı və qərarda qeyd olunmalıdır ki, vəzifəsi, rütbəsi bir pillə endirilsin və xidməti uyğunsuzluqla təxris edilsin. Qərar kadrlar bölməsinə təqdim olunsa da o bu qərarla razılaşmadı və qol çəkməkdən imtina etdi. Qərarın sonda necə olduğunu bilmədi. Sonradan ona məlum olub ki, hərbi hissə səviyyəsində attestasiyası keçirilə bilməz. Ola bilər bunun üçün həmin qərar gizlədilib və məhkəməyə təqdim edilməyib. Dövlət Sərhəd Xidməti qeyd edir ki, o, xidmət müddətində özünü qeyri-sabit aparmış, vəzifələrinin icrasına səhlənkar yanaşmış, guya ki, hərbi hissə rəhbərliyi onu dinləmiş, problemləri öyrənmiş, lakin o, verilmiş tövsiyyələrdən heç bir müsbət nəticə çıxarmamışdır. Bu səbəbdən də dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuşdur. Bildirir ki, DSX tərəfindən qeyd olunmuş nöqsanların ümumiyyətlə heç biri olmayıb, çünki bu nösanlar olsaydı DSX hansısa bir sübüt təqdim edərdi. Onun şəxsi işində bütün fəaliyyəti, yəni rəğbətləndirilmələri və nöqsanları barədə qeydlər olub və artıq şəxsi işə müdaxilə edə bilmirlər. Dövlət Sərhəd Xidməti qeyd edir ki, onun barəsində keçirilən attestasiya qanuna müvafiq qaydada keçirilib, lakin sübuta yetirmək üçün heç bir sənəd təqdim etmir. Buradan da görünür ki, DSX onun rütbəsinin bir pillə endirilməsi, eləcə də xidməti uyğunsuzluq maddəsi ilə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmağında qərəzli olub. Bu qərəz ondan irəli gəlir ki, o öz arzusu ilə Silahlı Qüvvələrin Ehtiyyatına buraxılmaq istəmişdir. Çünki DSX, eləcə də Sərhəd Qoşunları rəhbərliyi onu attestasiya etməzdən qabaq barəsində heç bir araşdırma aparmadan attestasiya olunmağına qərar verib və nəticədə ona qarşı bilərəkdən qanunsuz hərəkətlərə yol veriblər. Şəki İnzibati Məhkəməsinin 22 aprel 202N-ci il tarixli, 2-N(NN6)-37/202N saylı (hakim İlqar Cabbarov) qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İddiaçı hərbi rütbəsinin bir pillə endirilməsi ilə bağlı 0N73 saylı, N5 may 20N8-ci il tarixli əmri ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N5.05.20N8-ci il tarixli 69N ş/h nömrəli əmrinin İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması hissəsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması kimi dəyişdirilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 22 aprel 202N-ci il tаrixli, 2-N(NN6)-37/202N saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin həmin qərarını əsassız hesab edir. Belə ki, İddiaçı işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi məqsədilə 24 aprel 20N8-ci il tarixdə X2 attestasiya komissiyasının iclasında dinlənilmiş və hərbi rütbəsi bir pillə aşağı salınmaqla Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı barədə qərar qəbul olunmuş, qərar nəzərinə çatdırılaraq attestasiya vərəqəsi ilə tanış edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı barəsində keçirilmiş attestasiya materiallarından görünür ki, hərbi hissə komandirinin və sərhəd komendantlığına gedən yoxlamaların məruzələrinə əsasən son dövrlər özünün qeyri-sabit hərbi qulluqçu kimi göstərmiş, vəzifə borclarının icrasına səhlənkar münasibət bəsləmiş və xidməti mütəmadi olaraq nöqsanlarla müşayət olunmuşdur. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə İddiaçı rəhbərlik tərəfindən dinlənilmiş, problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilmişdir. Lakin sonuncu tutulan iradlardan və verilmiş tövsiyyələrdən xidmət müddətində heç bir müsbət nəticə çıxarmamış və dönüş yaratmamışdır. Bu səbəbdən də yuxarı rəhbərlik tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı xidməti fəaliyyəti və iş keyfiyyətləri nəzərə alınaraq attestasiya komissiyasının qərarına əsasən rütbəsi bir pillə endirilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir, yuxarıda qeyd olunanlarla əlaqədar olaraq sabiq hərbi qulluqçu E.XNN Xidməti rəisinin N5.05.20N8-ci il tarixli 0N73 nömrəli əmri ilə rütbəsi bir pillə aşağı endirilmiş və N5.05.20N8-ci il tarixli 69N ş/h nömrəli əmri ilə isə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 07 may tarixli 2- N(NN6)N03/2020 saylı iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 07 may tarixli 2-N(NN6)N03/2020 saylı iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 aprel 202N-ci il tarixli 2-N(NN6)-37/202N nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 22 aprel 202N-ci il tarixli 2-N(NN6)- 37/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.NN və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.N-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən müəyyən edilir ki, iddiaçıya DSX rəisinin 0N73 nömrəli, N5.05.20N8-ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi verilmişdir. Hərbi biletin 5-ci səhifəsində iddiaçının 23.05.20N8-ci il tarixdə “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.6-cı maddəsinə əsasən AR SQ-dən ehtiyata buraxıldığı qeyd olunur. İş materiallarında olan DSX-nin N nömrəli hərbi hissənin N0.02.2020-ci il tarixli, 3N6 nörmrəli məktubunda 22.0N.2020-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı barədə məlumatlar DSX İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. İş materiallarında olan DSX İstintaq və Təhqiqat İdarəsinin 24.02.2020-ci il tarixli, N6/NN59 nömrəli məktubda qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yazdığı raportların qeyd olunduğu jurnal (0N.0N.20N4-cü il arixli N03 nömrəli «Sərhəd komendantlığında hazırlanmış sənədlərin qeydiyyatı jurnalı») müvafiq təlimatın tələblərinə uyğun olaraq saxlama müddəti (N il bənd 792) başa çatdığı üçün məhv edilmişdir. Həmçinin İddiaçı tərəfindən 20N8-ci ilin aprel ayı ərzində N nömrəli hərbi hissə komandirinə poçt vasitəsi ilə ünvanlanmış raport barədə müvafiq kitab və jurnallara hərbi hissə tərəfindən baxış keçirilmiş, heç bir qeydiyyat mövcud olmamışdır. Sabiq hərbi qulluqçu İddiaçı 24 aprel 20N8-ci i tarixdə X3 attestasiya komissiyasının iclasında dinlənilmiş və hərbi rütbəsi bir pillə aşağı endirilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı barədə qəbul olunmuş qərar nəzərinə çatdırılaraq attestasiya vərəqi ilə tanış edilmişdir. İş materiallarında olan 24.04.20N8-ci il tarixli attestasiyanın nəticəsində qeyd edilir ki, polkovnik-leytenant İddiaçı tutduğu vəzifəyə uyğun deyil. Hərbi rütbəsi bir pillə endirilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N-ci maddəsinin 4N.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa layiqdir. İş materiallarında olan 24.04.20N8-ci il tarixli X6 N-ci müavini-qərargah rəisi polkovnik P.Musayevin rəyində qeyd edilir ki, polkovnik-leytenant İddiaçı tutduğu vəzifəyə uyğun deyil. Hərbi rütbəsi bir pillə endirilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Attestasiya komissiyasının 3 nömrəli protokolunun surətində qeyd edilir ki, polkovnik-leytenant İddiaçı tutduğu vəzifəyə uyğun deyil. Hərbi rütbəsi bir pillə endirilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğundur. İş materiallarında olan iddiaçının xidmət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı 3N.05.20N7-ci il tarixdə “xidməti fəaliyyətində əldə etdiyi müsbət nəticələrə görə”, N4.06.20N7-ci il tarixdə “xidməti vəzifələrinin icrası zamanı əldə etdiyi nəaliyyətlərə görə və 5-ci SD-nin yaradılmasının 25-ci il dönümü münasibətilə”, N7.08.20N7-ci il tarixdə “xidməti vəzifələrinin icrası zamanı əldə etdiyi müsbət nəticələrə görə və 98-ci ildönümü münasibətilə” həvəsləndirilmiş, N8.NN.20N6-cı il tarixdə “tabeliyində olan sərhəd zastavasının dövlət sərhəddinin pozulmasına dair qabaqlayıcı əməliyyat məlumatları təmin etmədiyinə, xidmətin təşkilinə zəif nəzarət etdiyinə görə”, 02.02.20N7-ci il tarixdə “xidməti döyüş fəaliyyətinin təşkilində yol verdiyi nöqsanlara görə”, 25.0N.20N8-ci il tarixdə “sərhəd komendantlığında yıxılaraq qabırğasının qapalı yerdəyişmiş sınığı xəsarətini alması faktını vaxtında məruzə etmədiyinə görə”, 08.02.20N8-ci il tarixdə “tabeliyində olan sərhəd bölmələrinin XDT-nə zəif nəzarət etdiyinə görə” cəzalandırılmışdır. İş materiallarında olan “Azərbaycan Respublikası Silahlı Qüvvələri 20 il Qüsursuz Xidmətə Görə” N-ci dərəcəli medalın vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 0408 nömrəli 3N.N2.20N7-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri 20 il Qüsursuz Xidmətə Görə” N-ci dərəcəli medalı ilə təltif edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Silahlı Qüvvələri N5 il Qüsursuz Xidmətə Görə” 2-ci dərəcəli medalın vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 02N9 nömrəli N8.08.20N5-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri N5 il Qüsursuz Xidmətə Görə” 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Silahlı Qüvvələri 20 il Qüsursuz Xidmətə Görə” N-ci dərəcəli medalın vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 0408 nömrəli 3N.N2.20N7-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri 20 il Qüsursuz Xidmətə Görə” N-ci dərəcəli medalı ilə təltif edilmişdir. İş materiallarında olan “Hərbi Xidmətdə Fərqlənməyə Görə” 2-ci dərəcəli medalın vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 0238 nömrəli N8.08.20N6-cı il tarixli əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. İş materiallarında olan “Hərbi Xidmətdə Fərqlənməyə Görə3-cü dərəcəli medalın vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 0N74 nömrəli N7.08.20N3-cü il tarixli əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə3-cü dərəcəli medalı ilə təltif edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandiri polkovnik Aqil Babayeva yazılan 26.0N.20N8-ci il və 09.03.20N8-ci il tarixli raportlardan görünür ki, iddiaçı “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.9-cu maddəsinə (öz arzusu) müvafiq olaraq həqiqi hərbi xidmətdən SQin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İş materiallarında olan (səh. 55-58) xəbərnamədən görünür ki, iddiaçı tərəfindən N saylı hərbi hissə komandirinə göndərilən məktub 24.04.20N8-ci il tarixində xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan N03 nömrəli 2-ci sərhəd komendantlığında hazırlanmış sənədlərin qeydiyyatı jurnalının səhifələrinin surətindən görünür ki, N0-cu və 29-cu sırada iddiaçının təxris olunma barədə rapotu müvafiq olaraq 26.0N.20N8-ci və 09.03.20N8-ci il tarixlərində qeydə alınmışdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmrləri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmrləri mübahisələndirmişdir. X8 Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N07)-298/2020 nömrəli, 05.08.2020-ci il tarixli qərardadı ilə iddiaçının müddəti ötürmədiyi müəyyən olunmuşdur. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: N) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: N. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli əmrləri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə müəyyən olunmalıdır ki, ilk növbədə hərbi qulluqçuların öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması prosedurunu tənzimləyən qanunvericiliyin müvafiq müddəaları təhlil edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 4N.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 4N.0.N. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 4N.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 4N.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 4N.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 4N.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 4N.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 4N.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X4»nin 6N-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 4N.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 4N.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı N0 il xidmət etmiş kadr zabitlər; 4N.0.N0. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Həmçinin «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N62-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; Əsasnamənin N68-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin N56–N58-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məlum olduğu kimi iddiaçının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin N5 may 20N8-ci il tarixli 0N73 nömrəli əmri ilə rütbəsi bir pillə aşağı endirilmiş və o, N5 may 20N8-ci il tarixli 69N ş/h nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 4N.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, hərbi qanunvericiliyin sadalanan normalarının mənasına görə, hərbi qulluqçuların öz arzusu ilə yaxud xidməti uyğunsuzluqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müxtəlif faktiki və qanuni əsaslara söykənir. Bu eyni zamanda buraxılmağa təqdim olunmazdan qabaq bilavasitə rəis tərəfindən tərtib olunan buraxılma haqqında təqdimatın (raportun) əsaslarının da fərqli olması deməkdir. Lakin iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün bilavasitə rəisinə raportla müraciət etməsi iş materialları ilə öz təsdiqi tapmasına baxmayaraq cavabdeh tərəfindən buna dair məhkəməyə heç bir məlumat verilməmiş, iddiaçının hansı səbəbdən rütbəsinin bir pillə aşağı salınması və xidməti uyğunsuzluqla ehtiyata buraxılması əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə göndərilmiş mübahisəli əmrin qəbul olunmasına əsas olan araşdırma materialı; əmrin iddiaçıya təqdim edilməsinə dair sübut (təqdim olunma üsulu, vaxtı, əmrin iddiaçıya verilməsinə dair sübutlar əlavə olunmaqla), iddia ərizəsində qeyd olunan dəlillərə dair ətraflı izahat və arayış, mübahisəli əmr verilərkən aparılmış inzibati icraat və iddiaçının dinlənilmə hüququnun təmin olunubolunmaması barədə ətraflı arayış, sərəncamda qeyd olunmayan, lakin iş üçün əhəmiyyət kəsb edən və ya edə biləcək digər zəruri sənədlər, sübutlar və məlumatlar təqdim edilməsi barədə sərəncama və N5.05.20N8-ci il tarixli 0N73 nömrəli və N5.05.20N8-ci il tarixli 69N ş/h nömrəli əmrlərin təsdiqlənmiş surətləri; İddiaçıya verilmiş intizam tənbehləri barədə 25.0N.20N8-ci il tarixli və 08.02.20N8-ci il tarixli əmrlərin təsdiqlənmiş surəti; İddiaçı barəsində aparılmış xidməti araşdırma materialı; İddiaçı barəsində aparılmış attestasiyaların (bütün xidmət dövrünə aid) təsdiqlənmiş surəti; İddiaçı ilə aparılmış söhbətlərlə bağlı söhbət vərəqələrinin təsdiqlənmiş surəti; İddiaçı barəsində bütün xidmət dövrü ərzində verilmiş xasiyyətnamələrin təsdiqlənmiş surəti; İddiaçının şəxsi işinin təsdiqlənmiş surəti; İddiaçının 20N8-ci ilin əvvəlində (yanvar, fevral aylarında) məzuniyyətə buraxılması barədə əmrin təsdiqlənmiş surəti; İddiaçı barəsində aparılmış hər hansı yoxlama və onun nəticələri; 20N8-ci ilin aprel ayı ərzində N nömrəli hərbi hissə komandirinə poçt vasitəsi ilə ünvanladığı raport barədə müvafiq kitab və jurnallarının yanvar, fevral, mart, aprel və may aylarına aid səhifələrin təsdiqlənmiş surətinin təqdim olunmasına dair sorğuya cavab verilməmiş, tələb olunan sənədlər məhkəməyə təqdim olunmamışdır. Halbuki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın nümayəndəsinə N2.03.202Nci il tarixində məhkəmə iclasında sərəncamla tələb olunan sənədləri təqdim etməyi tapşırmış, həmçinin əlavə olaraq iş üçün əhəmiyyət kəsb edən digər zəruri məlumatların verilməsini tələb etmişdir. Sonradan da məhkəmə tərəfindən N6.03.202N-ci il tarixli sorğu ilə məhkəmə iclasında tələb olunan sənədlərin verilməsi tələb olunmuşdur. İnzibati işin birinci instansiya məhkəməsinin icraatında olduğu bütün müddət ərzində cavabdeh tərəfindən yanlız iddia tələbinə etiraz, iddiaçının 24.04.20N8-ci il tarixli attestasiyasına dair sənədlər (3 vərəq), xidmət vərəqəsi (N vərəq) təqdim olunmuşdur. Hazırkı iş üzrə iddiaçı hərbi rütbəsinin bir pillə endirilməsi ilə bağlı N5.05.20N8-ci il tarixli 0N73 nömrəli əmrin ləğv olunması və N5 may 20N8-ci il tarixli 69N ş/h nömrəli əmrin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 4N.0.6-cı maddəsi ilə deyil, həmin Qanunun 4N.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ilə müraciət etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının iddia ərizəsinin dəlillərinin, iş üzrə verdiyi izahatların təhlili onu göstərir ki, iddiaçı “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılması ilə razılaşmır və bunu qanunsuz hesab edir. Bundan əlavə, iddiaçı qeyd edir ki, mübahisələndirilən əmr verilməmişdən öncə, o, öz arzusu ilə hərbi xidmətdən buraxılması ilə əlaqədar müvafiq raportlarla cavabdehə müraciət etmişdir. İddiaçının hüquqi marağını iki hissəyə bölmək olar: N) “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılmasının qanunsuz hesab edilməsi; 2) mübahisələndirilən əmrin verilməsindən əvvəl təqdim etdiyi hərbi xidmətdən öz arzusu ilə buraxılması barədə ərizəsinin icra edilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmrlərin qanuniliyinə qiymət verilməlidir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarına əsasən, iddiaçı barəsində 24 aprel 20N8-ci il tarixində attestasiya keçirilmiş, qeyd edilmişdir ki, hərbi hissə komandirinin və sərhəd komendantlığına gedən yoxlamaların məruzələrinə əsasən İddiaçı son dövrlər özünü qeyri-sabit hərbi qulluqçu kimi göstərmiş, vəzifə borclarının icrasına səhlənkar münasibət bəsləmiş və xidməti mütəmadi olaraq nöqsanlarla müşaiyət olunmuşdur. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə İddiaçı rəhbərlik tərəfindən dinlənilmiş, problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilmişdir. Lakin sonuncu tutulan iradlardan və verilmiş tövsiyyələrdən xidmət müddətində heç bir müsbət nəticə çıxarmamış və dönüş yaratmamışdır. Bu səbəbdən də yuxarı rəhbərlik tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı xidməti fəaliyyəti və iş keyfiyyətləri nəzərə alınaraq attestasiya komissiyasının qərarına əsasən rütbəsi bir pillə endirilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir. Sabiq hərbi qulluqçu E.XNN Xidməti rəisinin N5.05.20N8-ci il tarixli 0N73 nömrəli əmri ilə rütbəsi bir pillə aşağı endirilmiş və N5.05.20N8-ci il tarixli 69N ş/h nömrəli əmri ilə isə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, attestasiyada iddiaçının müəyyən nöqsanlara yol verdiyi qeyd olunsa da, bu hallara dair hər hansı aktlaşdırılmış sənəd, izahat, sübut təqdim edilməmiş, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə və ya töhmət verilməsinə dair sənəd cavabdeh tərəfindən təqdim edilməmiş, attestasiya komissiyasının rəyi ümumi ifadələrdən istifadə edilməklə tərtib edilmiş, əsaslandırılmamış, orada qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilməmiş, bunun əsasında da mübahisələndirilən əmrlər verilməklə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Əksinə, iddiaçı xidmət dövründə fəxri fərmanlarla, Azərbaycan Respublikası Silahlı Qüvvələri 20 il Qüsursuz Xidmətə görə” N-ci dərəcəli medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələri N5 il Qüsursuz Xidmətə görə” 2-ci dərəcəli medalı, “Hərbi Xidmətdə Fərqlənməyə görə 2-ci və 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıbalmamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin N2-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin N7-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQnin N7-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində mübahisəli əmrlər qəbul olunarkən heç bir araşdırma aparılmamış, onun dinlənilmə hüququ təmin edilməmiş, 3N.N2.20N7-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri 20 il Qüsursuz Xidmətə görə” N-ci dərəcəli medalı ilə təltif edilmiş hərbi qulluqçunun “özünü qeyri-sabit hərbi qulluqçu kimi göstərməsi, vəzifə borclarının icrasına səhlənkar münasibət bəsləməsi və xidmətinin mütəmadi olaraq nöqsanlarla müşayiət olunması” dəlili əsaslandırılmamışdır. Xidmət vərəqəsində qeyd olunan 25.0N.20N8-ci il tarixdə “sərhəd komendantlığında yıxılaraq qabırğasının qapalı yerdəyişmiş sınığı xəsarətini alması faktını vaxtında məruzə etmədiyinə görə”, töhmətin və 08.02.20N8-ci il tarixdə tabeliyində olan sərhəd bölmələrinin XDT-yə zəif nəzarət etdiyinə görə şiddətli töhmətin verildiyi qeyd olunsa da, həmin cəzaların hansı əmr (tarixi və nömrəsi) və kim tərəfindən verilməsi qeyd olunmamışdır. İddiaçının rütbəsinin bir pillə aşağı salınması barədə cavabdeh tərəfindən gəlinən nəticənin motivi ümumiyyələ anlaşılmır. Qeyri-müəyyən ifadələrə əsasən 20 il qüsursuz xidmət etmiş zabitin rütbəsinin bir pillə aşağı salınması üçün onun hansı intizam pozuntusuna yol verdiyi barədə heç bir məlumat verilməmişdir. 3 dəfə təxris raportu ilə müraciət olunduğu halda cavabdehin iddiaçını məhz xidməti uyğunsuzluqla tərxis etməsinin məqsədi məhkəməyə aydın deyil. Cavabdeh tərəfindən də bu istiqamətdə tutarlı heç bir dəlil irəli sürülməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının N7 may 2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnaməyə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər N0, N5 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” N-ci dərəcəli medal Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə N5 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3cü dərəcəli medal - Silahlı Qüvvələrdə N0 təqvim ili xidmətə görə. N-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın N-ci dərəcəsi ilə təltif olunmuşdur. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən onun birdən-birə qüsurlu xidmət etməsi, nəticə etibarı ilə qüsursuz xidmətə görə əldə edə biləcəyi güzəştlərdən özünü məhrum etməsi inandırıcı görünmür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.N-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.N-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.N-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 aprel 202N-ci il tarixli 2-N(NN6)-37/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 3N8) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-N025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-301/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-301/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver