Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-302/2025 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “## ##### 2023-cü il tarixində verilən ******* nömrəli orta ixtisas təhsili haqqında diplomunun akademik və peşə tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “## ##### 2023-cü il tarixində verilən ******* nömrəli orta ixtisas təhsili haqqında diplomunun akademik və peşə tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-2022-ci illərdə Türkiyə Respublikasının Istanbul Kültür Universitetində “X1 işletmeciliği" ixtisası üzrə orta ixtisas təhsili almışdır. ## ##### 2023-cü il tarixində iddiaçıya verilən ******* nömrəli diplomunu tanıtmaq məqsədilə xxxxnə müraciət etmiş, cavabdehin ## #### 2024-cü il tarixli qərarı ilə xarici kvalifikasiyanın tanınmasından imtina edilmişdir. Agentlik iddiaçının təhsil aldığı ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda ekvivalentinin olmamasını əsas gətirmiş, bununla da Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.2-ci bəndinə əsasən diplomunun tanınmasından imtina etmişdir.
3. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir.
4. Iddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin ##.##.2024-cü il tarixli imtina qərarından görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur; - Azərbaycan Respublikasının DSX Sərhəd Nəzarətinin ##.##.2024-cü il tarixli 3-38- */**- ****/**** nömrəli məktubunda iddiaçının sərhəd çıxma məlumatları qeyd edilmişdir; - Iddiaçıya məxsus 0109185 seriyalı ##.##.2023-cü il tarixli diplomun surəti; - Iddiaçıya məxsus C ******** nömrəli xarici pasportun surəti; - Ali təhsil barədə diploma əlavənin surəti.
5. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ##.##.2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “## ##### 2023-cü il tarixində verilən ******* nömrəli orta ixtisas təhsili haqqında diplomunun akademik və peşə tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. - Təqdim edilən diplomdan görünür ki, iddiaçı “X1cılığı işletmeciliyi” ixtisası üzrə orta ixtisas təhsili almışdır. Həmin ixtisasın yuxarıda qeyd edilən Təsnifata uyğunluğu mövcud deyildir. - Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri).
7. Iddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gedişatı zamanı tərəfindən diplomunun qanunvericiliyin tələblərinə əsasən ən azından alternativ tanınmasının həyata keçirilməsi ilə bağlı vəsatət verilməsinə baxmayaraq, vəsatətinə baxılmamış, məhkəmə xüsusi biliklər tələb olunan sahə üzrə məhkəmə icraatında ancaq yazılı icraatla kifayətlənən cavabdehin bir etirazı əsasında iddia tələbini rədd etmişdir. - Türkiyə Respublikasında təhsil aldığı ixtisasın eyni özü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda hazırda yer almasa da, təhsil aldığı ixtisas üzrə tədris olunan fənlərin həcmi və məzmunu nəzərə alınaraq, həmin Təsnifatda göstərilmiş digər ixtisaslar (məsələn, 040552- Nəqliyyatın logistikası) üzrə alternativ tanınma həyata keçirilə bilərdi. - Lakin məhkəmə nəinki alternativ tanınmanın mümkünlüyü barədə təhqiqat aparmamış, vəsatəti barədə qərarında belə heç bir qeyd etməmişdir. - Məhkəmə xüsusi bilik tələb olunan məsələ ilə bağlı ekspertiza da təyin etməmişdir. - Halbuki cavabdeh tanınma üzrə real və hərtərəfli icraat aparmış olsa idi, onun əldə etdiyi kvalifikasiyanın alternativ tanınması üzrə mümkünlüyünü dəyərləndirməli, bu barədə əsaslandırılmış rəy qəbul etməli idi. Inzibati orqan isə bu vasitəni ümumiyyətlə nəzərdən keçirməmiş, bununla da konstitusion hüquqlarını məhdudlaşdırmışdır. - Yuxarıda qeyd edilənlər onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, hərtərəfli araşdırma aparılmamış, məhkəmə icraatı prosessual hüquq normalarının kobud pozuntusu ilə aparılmışdır. Odur ki, məhkəmənin qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi hazırki məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh orqanın nümayəndəsi məhkəməyə ərizə göndərərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
11. Məhkəmə kollegiyası əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 14.2. Inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.
14. Azərbaycan Respublikası Prezidentinin *** nömrəli ##.##.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”: 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.
15. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, *** nömrəli Fərmanı: 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” 1.4.9-cu bəndinə əsasən tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidir.
4. Tanınmaya dair tələblər: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.
1.4. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. 1.5.3. əhəmiyyətli fərq – xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq; 1.5.2. alternativ tanınma – xarici dövlətin ali təhsilə aid Azərbaycan Respublikasında mövcud olmayan kvalifikasiyanın həmin xarici dövlətdə aid olduğu təhsil pilləsindən (səviyyəsindən) daha aşağı pillə (səviyyə) üzrə və ya eyni pillə (səviyyə) üzrə, lakin fərqli kvalifikasiyaya uyğun olaraq həyata keçirilən akademik tanınma növü; 1.5.7. qismən tanınma – xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növü; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 1.5.13. şərti tanınma – ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilinə) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçiyə ixtisasına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə mövcud əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verən akademik tanınma növü. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda.
4. Tanınmaya dair tələblər 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);
6. Peşə tanınması 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzinin (bundan sonra – DIM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DIM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir.
Apellyasiya şikayətinin mümkünlüyü
18. Iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ## ##### 2023-cü il tarixində verilən ******* nömrəli orta ixtisas təhsili haqqında diplomunun akademik və peşə tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
24. Iş materiallarında olan cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
25. Iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli diplomdan görünür ki, iddiaçı 2020-2022-ci illərdə Türkiyə Respublikasının Istanbul Kültür Universitetində “X1 işletmeciliği" ixtisası üzrə orta ixtisas təhsili almışdır.
26. Iş materiallarından görünür ki, ## ##### 2023-cü il tarixində iddiaçıya verilən ******* nömrəli diplomunu tanıtmaq məqsədilə xxxxnə müraciət etmiş, cavabdehin ## #### 2024-cü il tarixli qərarı ilə xarici kvalifikasiyanın tanınmasından imtina edilmişdir. Agentlik iddiaçının təhsil aldığı ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda ekvivalentinin olmamasını əsas gətirmiş, bununla da Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.2-ci bəndinə əsasən diplomunun tanınmasından imtina etmişdir.
27. Iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Türkiyə Respublikasında təhsil aldığı “X1 Işletmeciliği” ixtisasının adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda hazırda yer almasa da, həmin ixtisas üzrə tədris olunan fənlərin həcmi və məzmunu nəzərə alınmaqla, həmin Təsnifatda göstərilmiş digər uyğun ixtisaslar, o cümlədən 040552 – “Nəqliyyatın logistikası” ixtisası üzrə alternativ tanınma həyata keçirilə bilərdi.
28. Kollegiya bildirir ki, xarici dövlətdə əldə edilmiş təhsilə aid kvalifikasiyanın tanınması məsələsinə qiymət verilərkən yalnız həmin kvalifikasiyanın adının Azərbaycan Respublikasında mövcud olan ixtisasın adı ilə eyni olub-olmaması deyil, xarici kvalifikasiyanın əsas elementləri və onun Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya ilə müqayisəsi nəzərə alınmalıdır.
29. Belə ki, ## ###### 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2003-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.
30. Kollegiya qeyd edir ki, həmin Qaydaların III hissəsinin müddəalarına əsasən, xarici ölkələrdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi zamanı təhsilin məzmununun araşdırılması əsas əhəmiyyət kəsb edir. Belə ki, Qaydaların 3.2-ci bəndinə əsasən, ekvivalentliyin müəyyən olunması zamanı xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması ilə yanaşı, xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğu və təhsilin məzmununun dövlət standartlarına uyğunluğu müəyyən edilir.
31. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən isə ekspertiza zamanı tədris planının və proqramlarının məzmunu, attestasiya sistemləri, öyrənilmiş fənlərin həcmi, fənlər üzrə attestasiyanın nəticələri, istehsalat təcrübəsi və onun müddəti, habelə yekun attestasiyanın nəticəsi nəzərə alınır.
32. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda da xarici kvalifikasiyaların qiymətləndirilməsi zamanı müvafiq meyarlar müəyyən edilmişdir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi, əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi, yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir.
33. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 1.5.3-cü yarımbəndində “əhəmiyyətli fərq” anlayışı müəyyən edilmiş və xarici kvalifikasiyanın əsas elementləri, o cümlədən kvalifikasiyanın səviyyəsi, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında müəyyən fərqin nəzərə alınması nəzərdə tutulmuşdur.
34. Kollegiya bildirir ki, qeyd olunan normaların sistemli təhlilindən göründüyü kimi, xarici kvalifikasiyanın tanınması zamanı təhsilin yalnız formal adına deyil, həmin kvalifikasiyanın faktiki məzmununa və onu əldə edən şəxsin qazandığı bilik, bacarıq və səriştələrə qiymət verilməsi tələb olunur. Bu baxımdan, iddiaçının apellyasiya şikayətində istinad etdiyi alternativ tanınma məsələsinin həlli üçün onun Türkiyə Respublikasında əldə etdiyi “X1 Işletmeciliği” ixtisasının Azərbaycan Respublikasında mövcud olan ixtisaslardan hər hansı biri ilə, o cümlədən 040552 – “Nəqliyyatın logistikası” ixtisası ilə təhsil proqramı, tədris olunan fənlər, təlimin həcmi və istiqaməti baxımından uyğunluğunun müəyyən edilməsi zəruri olmuşdur.
35. Belə ki, Kollegiya tərəfindən qeyd edilən xüsusatın hərtərəfli və obyektiv araşdırılması məqsədilə cavabdeh orqana və aidiyyəti dövlət qurumlarına müvafiq sorğular göndərilmiş, həmin sorğulara verilmiş cavablar iş materiallarına əlavə edilərək qiymətləndirilmişdir.
36. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ## ######## 2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli cavab məktubundan müəyyən olunur ki, iddiaçı İddiaçı təhsil aldığı “X1 Işletmeciliği” ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın 5-ci hissəsində göstərilən “Texniki və texnoloji ixtisaslar qrupu” ilə müəyyən edilmiş ixtisaslar üzrə hər hansı təhsil proqramına uyğun gəlib-gəlməməsi barədə məlumatın əldə edilməsi üçün məsələ müvafiq struktur bölmələrə yönləndirilmişdir.
37. Bundan sonra, mübahisənin obyektiv həlli üçün əhəmiyyətli olan halların tam müəyyən edilməsi məqsədilə Kollegiya tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinə də müvafiq sorğu göndərilmişdir.
38. Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, “Texniki və texnoloji ixtisaslar qrupu” ilə müəyyən edilmiş ixtisaslar üzrə təhsil proqramlarına dair Dövlət Mülki Aviasiya Agentliyi publik hüquqi şəxsində hər hansı məlumat yoxdur.
39. Həmçinin, Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin ## ###### 2026-cı il tarixdə Kollegiyaya daxil olmuş cavab məktubu və ona əlavə edilmiş ## #### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubdan aşağıdakılar müəyyən edilmişdir: - vətəndaş İddiaçı sənədlərinin ekspertizası çərçivəsində onun xaricdə əldə etdiyi "Mülki hava nəqliyyatının idarə edilməsi" ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”nın 5-ci hissəsində göstərilən "Texniki və texnoloji ixtisaslar qrupu" ilə müəyyən olunmuş hər hansı təhsil proqramına uyğunluğunun müəyyən edilməsi məqsədilə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə sorğular ünvanlanmışdır. Kollec tərəfindən ##.##.2024-cü il tarixli cavab məktubunda yerli təsnifata əsasən sözügedən ixtisas üzrə proqramın tədris olunmadığı bildirilmişdir. - Bu xüsusda, qeyd olunan rəy nəzərə alınaraq, tərəfimizdən verilmiş imtina qərarından vətəndaş məhkəmə qaydasında şikayət vermişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikasında mövcud olan orta ixtisas təhsili üzrə ixtisasların təsnifatında “Mülki hava nəqliyyatının idarə edilməsi” ixtisasına yaxın və ya uyğun hər hansı ixtisasın mövcudluğunun araşdırılması məqsədilə xxxxnə müvafiq sorğu ünvanlanmışdır. - Bununla əlaqədar olaraq, tərəfimizdən yenidən Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə sorğu göndərilmiş və kollecin ##.##.2025-ci il tarixli cavab məktubunda yerli təsnifatda sözügedən ixtisasa uyğun və ya ekvivalent hər hansı ixtisasın mövcud olmadığı bildirilmişdir.
40. Bundan başqa, işə əlavə edilmiş Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və X2 Hüquqi Şəxsin ## ###### 2025-ci il tarixli *** nömrəli məktubundan görünür ki, Türkiyə Respublikasının Istanbul Kültür Universiteti tərəfindən vətəndaş İddiaçı verilmiş diplom üzrə aldığı “Mülki hava nəqliyyatının idarə edilməsi” ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”nın 5-ci hissəsində göstərilən “Texniki və texnoloji ixtisaslar qrupu” ilə müəyyən olunmuş hər hansı təhsil proqramına uyğunluğu yoxdur. “Nəqliyyatın logistikası” təhsil proqramında qazanılan 120 kreditdən yalnız “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənni üzrə 15 kredit “Mülki hava nəqliyyatının idarə edilməsi” ixtisasına uyğun gələ bilər. Ona görə də, “Mülki hava nəqliyyatının idarə edilməsi” ixtisasının “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”nın 5-ci hissəsində göstərilən “Texniki və texnoloji ixtisaslar qrupu” ilə müəyyən olunmuş hər hansı ixtisasa uyğunluğu barədə rəy vermək mümkün deyildir.
41. Kollegiya hesab edir ki, qeyd olunan cavab məktubları iddiaçının apellyasiya şikayətində irəli sürdüyü alternativ tanınma ilə bağlı dəlilin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
42. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı “X1 Işletmeciliği” ixtisasının Azərbaycan Respublikasında mövcud olan ixtisaslardan hər hansı biri ilə uyğunluğu və ya ekvivalentliyi müəyyən edilməmişdir. Əksinə, aidiyyəti təhsil müəssisəsi tərəfindən verilmiş cavablarda həmin ixtisasa uyğun və ya ekvivalent ixtisasın yerli təsnifatda mövcud olmadığı bildirilmişdir.
43. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı verilmişdir. Həmin Təsnifata əsasən orta ixtisas təhsili üzrə ixtisaslar (Təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, mədəniyyət və incəsənət ixtisasları, iqtisadiyyat və idarəetmə ixtisasları, texniki və texnoloji ixtisaslar, kənd təsərrüfatı ixtisasları, səhiyyə, rifah və xidmət ixtisasları və xüsusi təyinatlı ixtisaslar olmaqla səkkiz qrupa bölünmüşdür. Təqdim edilən diplomdan görünür ki, iddiaçı “X1cılığı işletmeciliyi” ixtisası üzrə orta ixtisas təhsili almışdır. Həmin ixtisasın yuxarıda qeyd edilən Təsnifata uyğunluğu mövcud deyildir.
44. Bundan başqa, iddiaçının apellyasiya şikayətində alternativ tanınma üçün nümunə kimi göstərdiyi 040552 – “Nəqliyyatın logistikası” ixtisası ilə onun Türkiyə Respublikasında əldə etdiyi “X1 Işletmeciliği” ixtisası arasında təhsil proqramlarının məzmunu, təlimin həcmi, ixtisasın istiqaməti və təlim nəticələri baxımından uyğunluğun mövcudluğunu təsdiq edən hər hansı səlahiyyətli qurum rəyi və ya digər mötəbər sübut iş materiallarında müəyyən edilməmişdir.
45. Kollegiya bildirir ki, Avropa Şurası və UNESCO tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən də kvalifikasiyaların ədalətli tanınması təhsil hüququnun mühüm elementlərindən biri kimi qəbul edilir. Konvensiyanın müvafiq müddəaları xarici kvalifikasiyanın qiymətləndirilməsi zamanı tanınmadan imtinaya əsas verən əhəmiyyətli fərqin müəyyən edilməsinin vacibliyini nəzərdə tutur.
46. Eyni zamanda, Konvensiyanın tətbiqi ilə bağlı yanaşmaya əsasən, tanınma zamanı qiymətləndirmə aparılarkən oxşar tanınma hallarında formalaşmış əvvəlki təcrübənin də nəzərə alınması və təcrübədə hər hansı əhəmiyyətli dəyişiklik olduğu halda bunun əsaslandırılması tələb olunur.
47. Bununla belə, Kollegiya qeyd edir ki, tanınma prezumpsiyasının mövcudluğu xarici kvalifikasiyanın Azərbaycan Respublikasında mövcud olan hər hansı ixtisasla avtomatik olaraq eyniləşdirilməsi anlamına gəlmir. Xarici kvalifikasiyanın tanınması məsələsində həmin kvalifikasiyanın səviyyəsinin, təlimin həcminin, istiqamətinin və təlim nəticələrinin Azərbaycan Respublikasındakı uyğun kvalifikasiya ilə müqayisəli şəkildə qiymətləndirilməsi zəruridir.
48. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 3.10.2-ci yarımbəndinə əsasən, ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda, kvalifikasiyanın tanınmasından imtina edilir.
49. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının xaricdə əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya ilə əhəmiyyətli fərqinin müəyyən edilməsi və ya alternativ tanınmanın mümkünlüyünün qiymətləndirilməsi üçün tələb olunan araşdırma aparılmışdır.
50. Eyni zamanda, həmin araşdırma nəticəsində iddiaçının əldə etdiyi “X1 Işletmeciliği” ixtisasının yerli təsnifatda hər hansı uyğun və ya ekvivalent ixtisasla, o cümlədən 040552 – “Nəqliyyatın logistikası” ixtisası ilə uyğunluğu müəyyən edilməmişdir.
51. Bundan başqa, Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “xxxxnin Nizamnaməsi”nin 2.2.2-ci yarımbəndinə əsasən Agentliyin fəaliyyət istiqamətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək, 3.1.4-cü yarımbəndinə əsasən isə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etməkdir.
52. Bu baxımdan, kvalifikasiyanın tanınması məsələsində aidiyyəti qurum tərəfindən aparılmış ekspertiza və həmin ekspertizanın nəticələri, habelə xarici kvalifikasiyanın Azərbaycan Respublikasında mövcud olan kvalifikasiya ilə uyğunluğunun müəyyən edilməsinə dair səlahiyyətli qurumların rəyləri xüsusi əhəmiyyət daşıyır.
53. Kollegiya bildirir ki, 2003-cü il ## ### tarixli, ** nömrəli Qərarla təsdiq edilmiş Qaydaların 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi təqdim edilməlidir. Həmin Qaydaların 3.8-ci bəndində isə təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandıqda və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsili istiqamətlərinə və ixtisaslarına uyğun gəlmədikdə sınaq yoxlamalarının aparılması imkanı nəzərdə tutulmuşdur.
54. Lakin hazırkı iş üzrə aparılmış araşdırmanın nəticələrindən görünür ki, iddiaçının xaricdə əldə etdiyi “Mülki hava nəqliyyatının idarə edilməsi” ixtisasının yerli təsnifatda mövcud olan konkret ixtisasla uyğun və ya ekvivalent olması müəyyən edilməmişdir. Bu səbəbdən, iddiaçının apellyasiya şikayətində istinad etdiyi 040552 – “Nəqliyyatın logistikası” ixtisası üzrə alternativ tanınmanın həyata keçirilməsi üçün zəruri olan uyğunluğun mövcudluğu təsdiq olunmur.
55. Eyni zamanda, Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində yalnız təhsil aldığı ixtisas üzrə tədris olunan fənlərin həcmi və məzmununun nəzərə alınmalı olması barədə ümumi mülahizənin irəli sürülməsi öz-özlüyündə həmin ixtisasın 040552 – “Nəqliyyatın logistikası” ixtisası ilə ekvivalentliyini təsdiq etmir.
56. Belə ki, xarici kvalifikasiyanın alternativ qaydada tanınması üçün yalnız ayrı-ayrı fənlərin oxşarlığının deyil, bütövlükdə təhsil proqramının məzmununun, təlimin həcminin, ixtisasın istiqamətinin (profilinin), təlim nəticələrinin və digər müvafiq meyarların Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiyanın tələbləri ilə müqayisəsi aparılmalıdır.
57. Odur ki, Kollegiya belə qənaətə gəlir ki, iş üzrə aparılmış araşdırmanın nəticələri iddiaçının “X1 Işletmeciliği” ixtisasının 040552 – “Nəqliyyatın logistikası” ixtisası üzrə alternativ tanınmasının mümkün olması barədə apellyasiya şikayətinin dəlilini təsdiq etmir.
58. Göründüyü kimi, iddiaçının hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. Iddiaçının tələbi ona münasibətdə kvalifikasiyanın tanınmasını zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin imtinası iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır.
59. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 3.10.2-ci yarımbəndinə əsasən ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadığından və qismən, şərti və ya alternativ tanınma mümkün olmadığından kvalifikasiyanın tanınmasından imtina etməkdə cavabdeh orqan haqlı olmuş, birinci instansiya məhkəmsi də iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir.
60. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
61. Nəticədə, iddiaçıya münasibətdə diplomun tanınması üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri hüquqi əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə gəlinmiş nəticə həm maddi hüquq normalarının düzgün tətbiqi baxımından, həm də işin faktiki hallarının düzgün qiymətləndirilməsi baxımından əsaslı və qanuni hesab edilməlidir.
62. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, zəruri hesab edildiyi halda işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməlidir.
63. Bununla bağlı isə qeyd olunmalıdır ki, işin yenidən baxılması üçün Şəki Inzibati Məhkəməsinə qaytarılması hazırda mübahisələndirilən qərarın ləğvindən (IPM-nin 87.7-ci maddəsi tətbiq edilməklə) sonra asılı (törəmə) tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.
64. Bundan başqa, iş üzrə IPM-in 87.7-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
65. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları hərtərəfli və obyektiv qiymətləndirməklə faktiki halları düzgün müəyyən etmiş, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq edərək iddia tələbinin təmin olunmaması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir.
66. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir.
67. Belə olan halda, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Bu əsasla da Kollegiyanın qənaətinə görə iddiaçının hüquqları pozulmamış, hər hansı səbəbdən məhdudlaşdırılmamışdır.
68. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Cavabdeh ## ##### 2023-cü il tarixində verilən ******* nömrəli orta ixtisas təhsili haqqında diplomunun akademik və peşə tanınması ilə bağlı şəhadətnamənin verilməsindən imtinası iddiaçının hazırki tələbinə münasibətdə qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
69. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.