Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-303/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı Zaqatala rayonu Qandax Bələdiyyəsinin vəkili X11, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X12 və üçüncü şəxslər X10 və X2 iştirakı ilə, İddiaçı Zaqatala rayonu Qandax Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: X10 və X4) qarşı “X10 və X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli **********40-06301 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-204/2021 nömrəli qərarından üçüncü şəxslər X10 və X4 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Zaqatala rayonu Qandax Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X10 və X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 10.05.2002-ci il tarixli qərarının və onun əsasında X6 və X1 adına 16.01.2020-ci il tarixdə qeydiyyat alınmış **********40-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Zaqatala rayonu Qandax Bələdiyyəsi iddia tələbi belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.01.2000-ci il tarixli 15S saylı sərəncamına əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı 21.01.2000-ci il tarixli 11 saylı sərəncam imzalamışdır. Sərəncamda Zaqatala rayon Bələdiyyə orqanlarının inzibati binalar ilə təmin edilməsi öz əksini tapır. Həmin sərəncama əsasən Rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndələrinə tapşırılmışdır ki, təsərrüfatda aqrar islahatlar zamanı ərazi nümayəndələrinə təhvil verilmiş rayon Komissiyasının təklifləri əsasında bələdiyyə orqanlarının inzibati idarə fəaliyyəti üçün nəzərdə tutulan binalar əvəzsiz olaraq bələdiyyələrin sərəncamına verilməsini təmin etsinlər. Həmin Sərəncama əlavə olaraq Zaqatala rayonu üzrə Bələdiyyə şuralarının bina təchizatı haqqında məlumatda Zaqatala rayon X8 kənd YAİKnın binası ayrılmışdır. Eyni zamanda həmin sərəncama uyğun olaraq Qandax ərazi nümayəndəsinin 24.01.2000-ci il tarixli 03 saylı sərəncamı ilə Qandax kənd bələdiyyəsinə YAİK-nın binasının ayrılması, YAİK-nın fəaliyyəti dövründə iki otağın müvəqqəti olaraq YAİK-nın istifadəsində saxlanılmasına dair sərəncam verilmişdir. Eyni zamanda Zaqatala rayon Aqrar İslahat Komissiyasının Zaqatala rayonu “Ukrayna” adına kolxozun aqrar islahat proqramında Bələdiyyə mülkiyyətinə verilən 28088000 dəyərində obyektlərin içərisində beş milyon dəyərində olan YAİK-nın inzibati binası nəzərdə tutulmuşdur. Qandax kənd X15 Komissiyasının 18 iyun 2001-ci il tarixli 3 saylı protokolundan çıxarışa əsasən 5 milyon manat dəyərində inzibati idarə binasında YAİK-ya bir iş otağı saxlamaq şərti ilə pay fondundan çıxarılmaqla ümumi istifadədə saxlanılmaqla məqsədə uyğun hesab edilməsinə dair qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq tərtib olunmuş RİHB-nin sərəncamına zidd olaraq YAİK 10 may 2002-ci il tarixdə protokol tərtib edərək X9 və X3 YAİK-ya məxsus idarə binasından əmlak vermişdir. Qandax kənd YAİK-nın 10 may 2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən X3 hesablanmış 1.133000 manat əmlak payı hesabına və X9 təsərrüfatda aldığı zədəyə görə hesablanmış 1.100000 manat müavinət hesabına Qandax kənd YAİK-ya məxsus olan idarə binasından əmlak verilməsi qərara alınmışdır. Lakin qərarda və əmlakın pay verilməsi barədə aktlarda idarə binasından payın hansı hissədə olması qeyd olunmur. Tərəflərin DƏDRX-yə təqdim etdiyi sənədlərdə əmlakdan pay verilməsi barədə aktlarda idarə binasının 1/2 hissədə olması qeyd olunmuşdur. Lakin Zaqatala rayon Dövlət Arxiv idarəsindən əldə olunmuş sənədlərdə tərəflərin payı qeyd olunmamış, sadəcə olaraq pay bölgüsündə idarə binasından payın olması qeyd olunur. DƏDRX-yə təqdim olunan sənədlərdə və Arxiv arayışlarında uyğunsuzluq mövcuddur və sənədlərə düzəliş olunaraq idarə binasının 1/2 hissəsinə dair tərəflərə çıxarış verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərə verilən çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X11 birinci instansiya məhkəməsinin dəftərxanasına 24.02.2021-ci il tarixdə daxil olmuş ərizəsində iddia tələbində dəqiqləşdirmə apararaq “X10 və X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli **********40-06301 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 24.02.2021-ci il tarixli, 2-1(116)-204/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan 30.03.2021-ci il tarixli, **********25 nömrəli iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Zaqatala rayonu, Qandax bələdiyyəsi 24.02.2021-ci il tarixində iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “3-cü şəxslərin adına 16.01.2020-ci il tarixdə qeydiyyata alınmış **********40-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə ilə bağlı bildirilir ki, iddiaçı Zaqatala rayonu, Qandax bələdiyyəsi X6 və X2 adına 16 yanvar 2020-ci il il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi məqsədi ilə 20 aprel 2020-ci il tarixli, 04 saylı məktubla 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətdə qeyd olunan məsələnin icrası mümkün olmamış və bu barədə bələdiyyəyə 30.04.2020-ci il tarixdə **********83 nömrəli məktub ünvanlanmışdır. Bundan sonra, iddiaçı Zaqatala rayonu Qandax bələdiyyəsi cavabdehlər X9 və X3 qarşı cavabdehlərin adına qeydiyyata alınmış 16 yanvar 2020-ci il il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2(033)-585/2020 nömrəli qərardadı ilə iddia ərizə üzrə işin icraatına xitam verilmişdir. Həmin qərardaddan apellyasiya şikayətinin verilməsi barədə məlumat ərazi idarəsinə daxil olmamışdır. İddia ərizəsi ilə əlaqədar məlumat verilir ki, X6 (payı 1/2) və X2 (payı 1/2) Zaqatala rayonu, Qandax kəndində yerləşən qeyri-yaşayış binası (idarə heyətinin binası) üzərində mülkiyyət hüququ müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 16.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxslər və onların vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 21.01.2000-ci il tarixli, 11 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 253 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 saylı 19 yanvar 2000-ci il tarixli sərəncamına müvafiq olaraq bələdiyyə torpaqlarının və əmlakının bələdiyyələrin sərəncamına verilməsi, onların təşəkkülünün və inkişafının təmin edilməsi məqsədi ilə qərara alınmışdır: Komissiyaya tapşırılsın ki, RİHB ərazi nümayəndələri və YAİKO ilə birlikdə 3 gün müddətində bələdiyyə orqanları üçün binaların ayrılması, həmin binaların telefonlaşdırılması, avadanlıq və dəftərxana ləvəzimatları ilə təmin edilməsi və digər məsələlər köməklik göstərilməsi barədə təkliflərini RİHB versinlər. RİHB ərazi nümayəndələri və YAİKO tapşırılsın ki, 01 fevral 2000-ci ilədək RİHB verilmiş təkliflər üzrə bələdiyyə orqanlarına binaların və avadanlıqların təhvil-təslimini, dəftərxana ləvazimatları ilə təchiz olunmalarını və həmin orqanların fəaliyyət başlaması üçün digər köməkliklər göstərilməsini təmin etsinlər. RİHB ərazi nümayəndələrinə tapşırılsın ki, aqrar islahatların aparılması zamanı bələdiyyə orqanlarına verilməsi nəzərdə tutulan sosial infrastruktur obyektlərinin və avadanlıqların və digər əmlakın 01 aprel 2000-ci ilədək komission qaydada təhvil-təslimini təmin etsinlər. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin 02.11.2020-ci il tarixli, 57 nömrəli məktubuna əlavə edilən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 24.01.2000-ci il tarixli, 15 saylı sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.01.2000-ci il tarixli, 15s saylı və Zaqatala RİHB-nin 21.01.2000-ci il tarixli, 11 saylı sərəncamının icrası ilə əlaqədar rayonun bələdiyyə orqanlarına inzibati binaların ayrılması haqqında verilmişdir. Sərəncamla RİHBnin ərazi nümayəndələrinə tapşırılmışdır ki, təsərrüfatlarda aqrar islahatlar zamanı ərazi nümayəndələrinə təhvil verilmiş rayon komissiyasının təklifləri əsasında bələdiyyə orqanlarının inzibati idarə heyəti üçün nəzərdə tutulan binaların əvəzsiz olaraq bələdiyyələrin sərəncamına verilməsini təmin etsinlər. Sərəncamın təsdiq edilmiş surətinə əlavə edilən Zaqatala rayonu üzrə bələdiyyə şuralarının bina təchizatı haqqında məlumat sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qandax kənd YAİK-nın binası Zaqatala rayonu, Qandax bələdiyyəsinə verilmişdir. Zaqatala RİHB-nin Qandax ərazi nümayəndəsinin 27.01.2000-ci il tarixli, 03 saylı sərəncamına əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 24.01.2000-ci il tarixli, 15 saylı sərəncamına uyğun olaraq Qandax kənd bələdiyyəsinə YAİK-nın binası ayrılmış, YAİK-nın fəaliyyəti dövründə iki otağın müvəqqəti olaraq onların istifadəsində saxlanılması qərara alınmışdır. İş materiallarında olan Zaqatala Rayon Dövlət Arxivinin 02.12.2011-ci il tarixli, 937 və 938 nömrəli arxiv arayışlarının təsdiq edilmiş surətlərindən görünür ki, Qandax kənd keçmiş “Ukrayna” adına kolxozun YAİK-nın 10.05.2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən Zaqatala RİHB-nin 03.07.2001-ci il tarixli, 443 nömrəli məktubuna və əməyin ödənilməsinin təlimatları haqqında qanunun 178-ci maddəsinə əsasən X6 1975-ci ildə təsərrüfatda aldığı zədəyə görə hesablanmış ******* manat müavinət pulu hesabına YAİK-ya məxsus idarə binasından əmlak verilməsi qərara alınmışdır. Həmçinin eyni tarixli və nömrəli iclas protokluna əsasən müəyyən edilir ki, X3 hesablanmış ******* manat əmlak payı hesabına Qandax YAİK-ya məxsus olan idarə binasından əmlak verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan iclas protokolundan çıxarışlara, həmçinin iş materiallarında olan əmlakdan pay haqqının verilməsi barədə 27.05.2002-ci il tarixli, 6 və 7 saylı aktlara əsasən X6 adına qeyri-yaşayış binasına Texniki pasport və 16.01.2020-ci il tarixli, **********40-06301 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Çıxarış əsasən ümumi sahəsi 361.8 kv.m olan daşınmaz əmlakın 1/2 hissəsi X6, 1/2 hissəsi isə X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Zaqatala rayonu Qandax YAİK-nın 01.11.2002-ci il tarixli, 1 nömrəli iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Ukrayna” adına kolxozda aqrar islahatlar başa çatdırılmış, yekunları barədə arayış tərtib edilmişdir. İclas protokoluna əsasən “Ukrayna” kolxozunda aqrar islahatların aparılması barədə YAİK-nın yekun hesabatı qəbul və təsdiq edilmiş, Qandax kənd YAİK-da islahat başlanan dövrdən 01.11.2002-ci il tarixədək olan dövr ərzində islahat komissiyasına məxsus əmlakın bölüşdürülməsinə dair yekun məlumat təsdiq edilmiş, 01.11.2002-ci il tarixdən Zaqatala rayonu, Qandax kənd YAİK-nın fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.09.2020-ci il tarixli, **********88 nömrəli arayışdan qeyd edilir ki, "xxxx" MMC-nin arxivlərində Zaqatala rayon AİK-nın 10.05.2002-ci il tarixli qərarı və Zaqatala rayonu, Qandax kəndinin keçmiş “Ukrayna” adına kolxozun X15 komissiyasının 10.05.2002-ci il tarixli qərarı aşkar edilməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 21 aprel 2021-ci il tarixli, 2- 1(116)-204/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə X10 və X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli **********40-06301 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin qoyulması qərara alınmışdır. Üçüncü şəxslər X10 və X4 həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər X10 və X4 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi 21 aprel 2021-ci il tarixli 2-1(116)- 204/2021 iş nömrəli qərarını aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edirik. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Dövlət Arxivinin 02.12.2011-ci il tarixli, 937 və 938 nömrəli arxiv arayışlarının təsdiq edilmiş surətlərindən görünür ki, Qandax kənd keçmiş "Ukrayna" adma kolxozun YAİK-nın 10.05.2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən Zaqatala RİHB-nin 03.07.2001-ci il tarixli, 443 nömrəli məktubuna və əməyin ödənilməsinin təlimatları haqqında qanunun 178-ci maddəsinə əsasən X6 1975-ci ildə təsərrüfatda aldığı zədəyə görə hesablanmış ******* manat müavinət pulu hesabına YAİK-ya məxsus idarə binasından əmlak verilməsi qərara alınmışdır. Həmçinin eyni tarixli və nömrəli iclas protokluna əsasən müəyyən edilir ki, X3 hesablanmış ******* manat əmlak payı hesabına Qandax YAİK-ya məxsus olan idarə binasından əmlak verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan iclas protokolundan çıxarışlara, həmçinin iş materiallarında olan əmlakdan pay haqqınm verilməsi barədə 27.05.2002-ci il tarixli, 6 və 7 saylı aktlara əsasən X6 adına qeyri-yaşayış binasına Texniki pasport və 16.01.2020-ci il tarixli, **********40-06301 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Çıxarış əsasən ümumi sahəsi 361.8 kv.m olan daşmmaz əmlakın 1/2 hissəsi X6, 1/2 hissəsi isə X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Zaqatala rayonu Qandax YAİK-nın 01.11.2002-ci il tarixli, 1 nömrəli iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, "Ukrayna" adma kolxozda aqrar islahatlar başa çatdırılmış, yekunları barədə arayış tərtib edilmişdir. İclas protokoluna əsasən "Ukrayna" kolxozunda aqrar islahatların aparılması barədə YAİK-nın yekun hesabatı qəbul və təsdiq edilmiş, Qandax kənd YAİK-da islahat başlanan dövrdən 01.11.2002-ci il tarixədək olan dövr ərzində islahat komissiyasına məxsus əmlakın bölüşdürülməsinə dair yekun məlumat təsdiq edilmiş, 01.11.2002-ci il tarixdən Zaqatala rayonu, Qandax kənd YAİK-nın fəaliyyəti dayandırılmışdır. Qeyd olunanlar ona dəlalət edir ki, "Ukrayna" adına kolxozun YAİK-nın 10.05.2002-ci il tarixli qərarı qüvvədədir və bu günədək də iş üzrə üçüncü şəxslər həmin binanının mülkiyyətçisi statusunda olmuş, eyni zamanı həmin binanın müəyyən hissəsi ilə bağlı icarə müqaviləsi də bağlamışlar. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Odur ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-1(116)- 204/2021 nömrəli qərarmın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X10 və X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2- 1(116)-204/2021 nömrəli qərarmın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Zaqatala rayonu Qandax Bələdiyyəsinin vəkili X11 apellyasiya şikayətinin təmin edilməməsini və və Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-1(116)-204/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2- 1(116)-204/2021 nömrəli qərarmın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər Əsaslandırma hissəsi Üçüncü şəxslərin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslıdır Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-1(116)-204/2021 nömrəli qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.01.2000-ci il tarixli 15S saylı sərəncamına əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı 21.01.2000-ci il tarixli 11 saylı sərəncam imzalamışdır. Sərəncamda Zaqatala rayon Bələdiyyə orqanlarının inzibati binalar ilə təmin edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən Rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndələrinə tapşırılmışdır ki, təsərrüfatda aqrar islahatlar zamanı ərazi nümayəndələrinə təhvil verilmiş rayon Komissiyasının təklifləri əsasında bələdiyyə orqanlarının inzibati idarə fəaliyyəti üçün nəzərdə tutulan binalar əvəzsiz olaraq bələdiyyələrin sərəncamına verilməsini təmin etsinlər. Həmin Sərəncama əlavə olaraq Zaqatala rayonu üzrə Bələdiyyə şuralarının bina təchizatı haqqında məlumatda Zaqatala rayon X8 kənd YAİK-nın binası ayrılmışdır. Eyni zamanda həmin sərəncama uyğun olaraq Qandax ərazi nümayəndəsinin 24.01.2000-ci il tarixli 03 saylı sərəncamı ilə Qandax kənd bələdiyyəsinə YAİK-nın binasının ayrılması, YAİK-nın fəaliyyəti dövründə iki otağın müvəqqəti olaraq YAİK-nın istifadəsində saxlanılmasına dair sərəncam verilmişdir. Binalara dair təhvi-təslimin 01.04.2000-ci ilə qədər yekunlaşdırılması tapşırılmışdır. İdarə binası bələdiyyənin mülkiyyətinə verildiyi halda Qandax kənd keçmiş “Ukrayna” adına kolxozun YAİK-nın 10.05.2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən 3-cü şəxslərə idarə binasından əmlak verilmişdir. Halbuki idarə binası “Ukrayna” adına kolxozun YAİK-nın mülkiyyətində olmamış, binanın 2 otağı müvəqqəti olaraq onların istifadəsində saxlanmışdır. Ümumiyyətlə protokoldan çıxarışda əmlak payının nədən ibarət olması qeyd olunmamış, 6 və 7 saylı aktlara əsasən 3-cü şəxslərin hər birinə idarə binasının ½ olmaqla pay verildiyi yazılmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdehin təqdim etdiyi aktlarda payın ½ oduğu yazılsa da, arxivin təqdim etdiyi aktlarda pay qeyd olunmamışdır. Həmçinin Zaqatala rayon Dövlət Arxivi tərəfindən məlumat verilmişdir ki, 10.05.2002-ci il tarixli, 1 nömrəli protokolun əsli və ya surəti arxivdə mövcud deyil, yanlız həmin protokoldan çıxarışları mövcuddur. Həmçinin məhkəməyə arxivdən göndərilən noyabr 2002-ci Zaqatala rayonu Qandax kənd YAİK-nın iclas protokolundan görünür ki, iclas protokolu nömrə 1 qeyd olunmuşdur. YAİK sədri Hənifə Kərimov olmaqla Qandax kənd “Ukrayna” kolxozunda aqrar islahatın aparılmasının yekunları barədə olmuşdur. Eyni ildə may ayında 1 nömrəli və noyabr ayında 1 nömrəli iclasın olması mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Dövlət Arxivinin 02.12.2011-ci il tarixli, 937 və 938 nömrəli arxiv arayışlarının təsdiq edilmiş surətlərindən görünür ki, Qandax kənd keçmiş "Ukrayna" adına kolxozun YAİK-nın 10.05.2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən Zaqatala RİHB-nin 03.07.2001-ci il tarixli, 443 nömrəli məktubuna və əməyin ödənilməsinin təlimatları haqqında qanunun 178-ci maddəsinə əsasən X6 1975-ci ildə təsərrüfatda aldığı zədəyə görə hesablanmış ******* manat müavinət pulu hesabına YAİK-ya məxsus idarə binasından əmlak verilməsi qərara alınmışdır. Həmçinin eyni tarixli və nömrəli iclas protokluna əsasən müəyyən edilir ki, X3 hesablanmış ******* manat əmlak payı hesabına Qandax YAİK-ya məxsus olan idarə binasından əmlak verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan iclas protokolundan çıxarışlara, həmçinin iş materiallarında olan əmlakdan pay haqqınm verilməsi barədə 27.05.2002-ci il tarixli, 6 və 7 saylı aktlara əsasən X6 adına qeyri-yaşayış binasına Texniki pasport və 16.01.2020-ci il tarixli, **********40-06301 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Çıxarışa əsasən ümumi sahəsi 361.8 kv.m olan daşmmaz əmlakın 1/2 hissəsi X6, 1/2 hissəsi isə X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Zaqatala rayonu Qandax YAİK-nın 01.11.2002-ci il tarixli, 1 nömrəli iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, "Ukrayna" adma kolxozda aqrar islahatlar başa çatdırılmış, yekunları barədə arayış tərtib edilmişdir. İclas protokoluna əsasən "Ukrayna" kolxozunda aqrar islahatların aparılması barədə YAİK-nın yekun hesabatı qəbul və təsdiq edilmiş, Qandax kənd YAİK-da islahat başlanan dövrdən 01.11.2002-ci il tarixədək olan dövr ərzində islahat komissiyasına məxsus əmlakın bölüşdürülməsinə dair yekun məlumat təsdiq edilmiş, 01.11.2002-ci il tarixdən Zaqatala rayonu, Qandax kənd YAİK-nın fəaliyyəti dayandırılmışdır. Qeyd olunanlar ona dəlalət edir ki, "Ukrayna" adına kolxozun YAİK-nın 10.05.2002-ci il tarixli qərarı qüvvədədir və bu günədək də iş üzrə üçüncü şəxslər həmin binanının mülkiyyətçisi statusunda olmuşdur. Sovxoz və Kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 4cü maddəsinə əsasən islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X15 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Həmin qanunun 9-cu maddəsinə əsasən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmitədqiqat və tədris müəssisələrinin, təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Həmin qanunun 11-ci maddəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqqhesabı aparılır və əmək haqqı üzrə borclar. ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. Həmin qanunun 12-ci maddəsinə əsasən kolxozların əmlakının bölüşdürülməsi kollektivin ümumi yığıncağının qərarı əsasında aparılır. Bölgü əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarından istifadə olunmaqla həyata keçirilir. Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Reyestri haqında qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri dövlət qeydiyyatı üçün əsas hesab edir. İş materialları ilə müəyyən olundu ki, “Ukrayna” adına kolxozun YAİK 10 may 2002ci il tarixli qərarı ilə idarə binası üçüncü şəxslər X9 və X3 pay verilmişdir. İddiaçı tərəf olan Zaqatala rayonu Qandax Bələdiyyəsi istinad etdiyi halları təsdiq edən heç bir sübut təqdim etmədi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021ci il tarixli, 2-1(116)-204/2021 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməli, iddiaçı Zaqatala rayonu Qandax Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X10 və X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli **********40-06301 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X10 və X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-204/2021 nömrəli qərarı ləğv edilsin və inzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı Zaqatala rayonu Qandax Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X10 və X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli **********40-06301 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-303/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-303/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver