Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-303/2023 17.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər X17 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1966-cı ildə ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1985-ci ildə X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. İddiaçı subay ikən növbəlilik əsasında adına mənzil ayrılmışdır. Ailə qurduqdan sonra Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzili Azərbaycan SSR Mingəçevir şəhər X21 İcraiyyə Komitəsinin Mənzil Uçotu və Bölgüsü şöbəsi tərəfindən 30 sentyabr 1987-ci il tarixli qərarına əsasən 02 oktyabr 1987-ci il tarixli 5673 saylı orderlə, iddiaçı Mamedova (Mirzəyeva) Minə Qədim qızı həmin mənzillə təmin olunmuş. İddiaçıya mənzil təhvil veriləndə ailəli olmuşdur. Mənzil iddiaçının istifadəsinə verildiyi gündən ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Orderdə həmçinin X5 adı qeyd olunmuşdur. Ancaq iddiaçının qardaşı M.Məmmədov həmin mənzildə nə yaşamamış, nə də ki, qeydiyyatda deyildir. Öz ailəsi vardır. Daimi yaşayış yeri olmaqla, arvadı ilə birlikdə bir mənzildə yaşayırlar, iddiaçının eşitdiyinə görə yaşadıqları mənzil arvadının adınadır, birgə nikah dövründə almışlar. Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilində iddiaçı və ailə üzvlərindən başqa heç kim qeydiyyatda deyil. İddiaçının istifadəsində olan bu mənzil dövlət fondu mənzilidir. İddiaçı həmin mənzilin onun mülkiyyətinə verilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********34 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhəri, N.Nərimanov küşəsi 32 saylı binanın 1 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə müraciət etmişdir. İddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11 maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edildiyi bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
4. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərardadı ilə X13, X7, X15 və X14 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 22 iyun 2022-ci il tarixli 21(116)-876/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev sədrlik edən və məruzəçi, V.İ.Məlikov, G.İ.Cavadova) 26 oktyabr 2022-ci il tarixli, 2-1(107)-234/2022 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(116)-876/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 26 oktyabr 2022-ci il tarixli 2-1(107)-234/2022 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07 fevral 2023-cü il tarixli 2-1(102)-283/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 26 oktyabr 2022-ci il tarixli 2-1(107)- 234/2022 nömrəli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları:
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin nümayəndəsi X18 apelyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - X9 filialının xx.xx.2022-ci il tarixli 10-Asan nömrəli arxiv arayışında qeyd olunur ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən xx.xx.1987-ci il tarixli 280 saylı qərarında X8 adına ev bölgüsü qeyd olunmuşdur. - ASAN-Mingəçevir tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, X15, X14 və X2 şəhəri N.Nərimanov küçəsi ev 32 mənzil 1 ünvanında qeydiyyatdadırlar. - “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X3 şəhəri ünvan 2 ünvanında qeydiyyatdadır. - 485684 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X19 arasında xx.xx.1985-ci ildə nikah bağlanmışdır. İddiaçı Mirzəyeva soyadını qəbul etmişdir. - 02.10.1987-ci il tarixli 5673 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçıya mənzillə təmin olunması üçün Mingəçevir Şəhər XDS-in xx.xx.1987-ci il tarixli 280 nömrəli qərarı ilə verilmişdir. - X9 filialının xx.xx.2022-ci il tarixli T-29 nömrəli arxiv arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X11 6 nəfər ailə üzvü ilə birlikdə mənzil sahəsi tutmaq üçün verilmişdir. Sonradan digər ailə üzvlərinin ərizələrinə əsasən sözügedən mənzildə order 2 nəfərin adına, yəni X16 və qardaşı X5 adına işlənilmişdir. - Mingəçevir Şəhər İcra Hakimiyyətindən göndərilən 17 may 2023-cü il tarixli məktubdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov (keçmiş Sos.Bolqariya) küçəsindəki 32 nömrəli yaşayış binası 1968-ci ildə inşa edilmişdir. Həmin yaşayış binasındakı mənzillər vətəndaşlara 2009-cu ilin oktyabr ayının 1-nə qədər qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 45-ci maddəsinə uyğun orderlər əsasında verilmiş və orderlərdə ailə üzvlərinin qohumluq dərəcələri və adları qeyd edilmişdir. Mənzil verilmiş şəxslərlə əlavə mənzil kirayə müqavilələri bağlanmamışdır. Mingəçevir şəhəri N.Nərimanov (Sos.Bolqariya) küçəsindəki 32 nömrəli yaşayış binasının 1 nömrəli mənzili 02 oktyabr 1987-ci il tarixli 5673 nömrəli orderlə vətəndaş X12 verilmiş və orderdə yalnız onun ailə üzvü kimi qardaşı Məmmədov Mehman göstərilmişdir. - Mingəçevir şəhəri Mənzil Təsərrəüfatı və Abadlaşdırma İdarəsi 14 saylı Mənzil İstismar Sahəsindən təqdim edilən xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 32, mənzil 1-də X13 qeydiyyatda deyil. 1987-ci il tarixdən həmin mənzildə yaşamır.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. Azərbaycan Respublikasının Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 18.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
19. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X21nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 20.“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğundur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı “Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07 fevral 2023-cü il tarixli 2-1(102)-283/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 26 oktyabr 2022-ci il tarixli 2-1(107)-234/2022 nömrəli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə hazırkı iş üzrə Kollegiyası 07 fevral 2023-cü il tarixli 2- 1(102)-283/2023 nömrəli nömrəli qərarında qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, onlara hüquqi qiymət verməmişdir.Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 280 saylı qərarı ilə Mingəçevir şəhəri, Sos.Bolqariya küçəsində (indiki N.Nərimanov küçəsi) yerləşən 32 saylı evin 1 saylı mənzili iddiaçının adına (ailə üzvü –qardaşı Mehmanla birgə) rəsmiləşdirilmiş və həmin qərar əsasında müvafiq order verilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı sözügedən mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlıdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə orderdə adı olan X5 razılığı olmadığı üçün cavabdehin imtinasını qanuni hesab etmişdir.Bununla bağlı qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Sözügedən normanın məzmunundan göründüyü kimi, özəlləşdirmədə iştirak etmək hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Lakin hazırkı iş üzrə işə baxan məhkəmələr X5 adının yalnız orderdə olması halından çıxış etmiş, iddiaçı mənzilin özəlləşdirilməsi üçün müraciət edən vaxt X5 adının kirayə müqaviləsində olub-olmamasını araşdırmamışdır (sözügedən kirayə müqaviləsi iş materiallarında mövcud deyil və məhkəmələr tərəfindən də tələb edilməmişdir). Bundan əlavə, işə baxan məhkəmələr sözügedən normanın bütün dizpozisiya şərtlərinin ödənilməsini məsələsinə də qiymət verməmişlər. Belə ki, şəxsin adının kirayə müqaviləsində əks etdirilməsi özəlləşdirmədə iştirak hüququnun mövcudluğuna birbaşa dəlalət etmir. Başqa sözlə, kirayə müqaviləsində göstərilmiş kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri hər bir halda özəlləşdirmədə pay sahibi kimi iştirak etmək hüququna malik deyillər. Onlar bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirmə üçün müraciət edilən anda həm də özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X3 şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır.
30. Həmçinin, iş materiallarında olan ünvan 5zil İstismar Sahəsinin rəisi A.Zeynalov, N.Nərimanov küçəsi 32 mənzil 26-da yaşayan A.Rəhimova, mənzil 21-də yaşayan İ. Əliyeva, mənzil 24-də yaşayan D.Cahangirova, mənzil 4-də yaşayan A.Sadıqova tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktda qeyd edilir ki, X13 1987-ci il tarixdən etibarən sözügedən mənzildə yaşamamışdır.
31. Qeyd edilən sənədlər X1 mənzil özəlləşdirilərkən həmin mənzildə faktiki yaşamasını şübhə altına alır. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan sübutlara qiymət verilməmiş, qərar qəbul edilərkən həmin hallara istinad edilməmişdir.
32. Apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətindən göndərilən 17 may 2023-cü il tarixli məktubdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov (keçmiş Sos.Bolqariya) küçəsindəki 32 nömrəli yaşayış binası 1968-ci ildə inşa edilmişdir. Həmin yaşayış binasındakı mənzillər vətəndaşlara 2009-cu ilin oktyabr ayının 1-nə qədər qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 45-ci maddəsinə uyğun orderlər əsasında verilmiş və orderlərdə ailə üzvlərinin qohumluq dərəcələri və adları qeyd edilmişdir. Mənzil verilmiş şəxslərlə əlavə mənzil kirayə müqavilələri bağlanmamışdır. Mingəçevir şəhəri N.Nərimanov (Sos.Bolqariya) küçəsindəki 32 nömrəli yaşayış binasının 1 nömrəli mənzili 02 oktyabr 1987-ci il tarixli 5673 nömrəli orderlə vətəndaş X12 verilmiş və orderdə yalnız onun ailə üzvü kimi qardaşı Məmmədov Mehman göstərilmişdir.
33. Apellyasiya məhkəməsi araşdırması zamanı Mingəçevir şəhəri Mənzil Təsərrəüfatı və Abadlaşdırma İdarəsi 14 saylı Mənzil İstismar Sahəsindən təqdim edilən xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 32, mənzil 1-də X13 qeydiyyatda deyil. 1987-ci il tarixdən həmin mənzildə yaşamır.
34. Göründüyü kimi, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 13cü maddəsinə əsasən, iddiaçıya iddia tələbinin nədən ibarət olması, arzuladığı hansı əlverişli aktın qəbul edilməsi ilə bağlı hüquqi yardım göstərmədən və İPM-in 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməmişdir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
36. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07 fevral 2023-cü il tarixli 2-1(102)-283/2023 nömrəli qərarında qoyulmuş mövqeyi nəzərə alaraq hesab edir ki, Mingəçevir şəhəri N.Nərimanov (Sos.Bolqariya) küçəsindəki 32 nömrəli yaşayış binasının 1 nömrəli mənzili 02 oktyabr 1987-ci il tarixli 5673 nömrəli orderlə vətəndaş X12 verilmiş və orderdə onun ailə üzvü kimi qardaşı X13 göstərilsə də o, həmin ünvamnda qeydiyyatda deyil və 1987-ci il tarixdən həmin mənzildə yaşamadığından birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı
qərara aldı:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsi qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən bir аy müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.