Məhkəmə qərarları › İş №2-1(107)-305/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-305/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-305/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X9 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “**********38 qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli çıxarışın və onun plan-ölçü sənədinin 313A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin TEKUİS-də yerləşmə vəziyyətilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2-1(116)-242/2024 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X31 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X13, X32, X18, X23 və X12 adına verilmiş reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci tarixli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2068/2023 nömrəli qərardadı ilə X32, X18, X23 və X31 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “**********38 qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli çıxarışın və onun planölçü sənədinin 313A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin TEKUİS-də yerləşmə vəziyyətilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia ərizəsinin əsaslarına görə, Göyçay Aqrar islahat Komissiyasının 21 iyul 1998- ci il tarixli 39 saylı qərarına əsasən iddiaçının X3 və nənəsi X25 0,26 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin sahə üçün onların adına JN 313A seriyalı kod 40812018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Həmin torpaq sahəsi üçün onlar xx.xx.2015-ci ildə hüquqlarını qeydiyyata aldıraraq, reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** olan çıxarış əldə etmişlər. X3 xx.xx.2021-ci ildə vəfat etmişdir. O vəfat etməmişdən əvvəl mülkiyyətində olan həmin torpaq sahəsini ona vəsiyyət etmişdir. Notariat ofisinə müraciət edərək vərəsəlik açılmasını xahiş etmişdir. Notariat ofisi cavabdeh tərəfə məktub ünvanlayaraq həmin torpaq sahəsi üçün Texniki pasportun verilməsinin mümkünlüyünə baxılmasını xahiş etmişdir. Həmin müraciətə baxılaraq 06 oktyabr 2022-ci il tarixli məktubla imtina vermişlər. İmtina səbəbi kimi üçüncü şəxslərin adına qeydiyyata alınan torpaq sahəsi üzrə üst-üstə düşməsi göstərilmişdir. Bundan sonra təkrar olaraq üst-üstə düşən hissədə cavabdehlərə məxsus çıxarışın ləğv edilməsi xahiş edilsə də, xx.xx.2023-cü il tarixli məktubla mübahisənin məhkəməyə aid olduğu bildirilmişdir. Sənədlərlə tanış olarkən məlum olmuşdur ki, Göyçay Aqrar islahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən üçüncü şəxsin ailə üzvülərinin adına 0,44 ha və 1,426 olmaqla pay torpaq verilərək onların adına JN 529 seriyalı, kod 40812018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı işlənmişdir. Həmin akt əsasında üçüncü şəxslərin xx.xx.2015-ci ildə hüquqları qeydiyyata aldınaraq, reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. İşdə olan üçüncü şəxslərin adına olan çıxarışdan göründüyü kimi onların hüquqları iddiaçının hüquqları qeydə alınandan bir gün sonra qeydə alınmışdır. Yəni, həmin şəxslərə çıxarış verilərkən artıq ona məxsus olan 0,26 ha həyətyanı sahə üzrə çıxarış mövcud idi.

6. Eyni zamanda iş materiallarından göründüyü kimi, üçüncü şəxslərə kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ayrılmışdır. Onların istifadəsində olan sahə isə faktiki həyətyanı torpaq sahələri kateqoriyasına aiddir. Göründüyü kimi, cavabdeh tərəf üçüncü şəxslərə məxsus kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini yalnışlıqla həyətyanı torpaq sahəsinin üzərinə işləmişdir. Həmin əraziyə diqqətlə baxdıqda görünür ki, bu gün üçüncü şəxslərə ayrılmış torpaq sahəsi istifadəsiz boşda qalmışdır. Cavabdeh tərəf öz səhvini etiraf etsə də, aradan qaldırmamış və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhz buna görə də hesab edir ki, üçüncü şəxslərin adına verilmiş çıxarış ləğv edilməlidir. Mübahisə etidiyi 0,26 ha sahəsi uzun illərdir iddiaçının istifadəsində olmuşdur. Həmin torpaq sahəsi indi yaşadıqları köhnə fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəyə bitişik ərazidir. İslahat zamanı həyətyanı sahələrdə kimlər qeydiyyatda olmuşdursa həmin sahə və ona bitişik ərazilər əvvəzsiz həmin şəxslərin birgə mülkiyyətini verilmişdir.

7. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Göyçay rayonu, Potu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın texniki pasportunun verilməsi ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’’ publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Göyçay rayonu, Potu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın texniki pasportunun verilməsi ilə bağlı zəruri olan inventarlaşdırma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, elektron kadastr baza məlumatları ilə mərhum X14 məxsus olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları X13 və ailə üzvülərinə məxsus 0.44 hektar kənd təsərrüfat! təyinatlı torpaq sahəsinə verilmiş **********38 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənin icası mümkün olmamışdır.

8. Üçüncü şəxs iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39-saylı qərarı ilə X7, X4, X19, X20 və X26 1.88 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X6, X2, X15, X16 və X21 torpağa mülkiyyət hüququ JN-529, KOD 40812018 saylı «torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin 1.88 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi X7, X4, X19, X20 və X26 ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd etmişdir ki, torpaq sahəsi 2 konturdan (1-ci kontur “529” 14360.63 kv.m) və (2-ci kontur “529 A” 4423.00 kv.m) ibarətdir, torpaq sahəsinin 1-ci konturda yerləşən hissəsi satılmışdır. Torpaq sahəsinin 2-ci konturda yerləşən hissəsinə isə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 Saylı Ucar Ərazi İdarəsinin üçüncü şəxslər X13, X32, X18, X33, X12 adına verilmiş Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci tarixli çıxarışın və plan-ölçü sənədi verilmişdir.

9. Göründüyü kimi iddiaçının ləğv edilməsini tələb etdiyi X13, X32, X18, X33, X12 adına verilmiş Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci tarixli çıxarışın və plan-ölçü sənədi JN529, KOD 40812018 saylı «torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əsasında, JN-529, KOD 40812018 saylı «torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı isə Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39-saylı qərarının əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3621/2019-saylı, xx.xx.2019- cu il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyə əsasən məhkəmələr 2 plan və ölçü sənədinin verilməsinə əsas təşkil etmiş Aqrar-İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı mübahisələndirilmədən birbaşa plan və ölçü sənədinin ləğvinə dair qaldırılmış hazırkı iddiaya iddiaçının hüquqi marağının mövcudluğu məsələsinə qiymət verməmişlər. Çünki həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda plan və ölçü sənədinin ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir.

10. Göründüyü kimi İddiaçı JN-529, KOD 40812018 saylı «torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını və Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998ci il tarixli, 39-saylı qərarını mübahisələndirmədən birbaşa çıxarışın və plan-ölçü sənədinin ləğvinə dair iddia qaldırmışdır. Halbuki, həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda çıxarışın və plan-ölçü sənədinin ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir. Bu səbəbdən hesab edirəm ki, İddiaçı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 Saylı Ucar Ərazi İdarəsinin üçüncü şəxslər X13, X32, X18, X33, X12 adına verilmiş Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci tarixli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 fevral 2024-cü il tarixli 2- 1(116)-242/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X31 həmin qərardan apellyasiya şikayəti vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2-1(116)-242/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Üçüncü şəxs X31 apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2-1(116)-242/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2-1(116)-242/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X31 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2- 1(116)-242/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2-1(116)-242/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

20. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər üçüncü şəxslər iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.

21. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

22. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-529 kod 40812018 Dövlət Aktından görünür ki, Göyçay RAİK-nın xx.xx.1998- ci il tarixli 39 nömrəli qərarı ilə X7 4 nəfər ailə üzvü ilə birlikdə 1,88 ha torpaq sahəsi ayrılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 0,44 ha torpaq sahəsi üzərində X13, X34, X18, X27 və X16 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 0,26 ha torpaq sahəsi üzərində X28 və X22 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - AZ-İİ 224010 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. - xx.xx.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, X28 ona məxsus olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli RX- 0657122 nömrəli və xx.xx.2015-ci il tarixli RX-0657119 Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göyçay rayonu Potu kəndində 0,39 ha və 0,26 ha torpaq sahəsini Göyçay rayon Potu kəndində yaşayan nəvəsi İddiaçı vəsiyyət etmişdir. - JN-313A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Göyçay RAİK-nın xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə X10 və X22 Göyçay şəhəri Potu kəndindən 0,26 ha torpaq sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4225/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən JN-529A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,44 ha torpaq sahəsi ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən JN-313A nömrəli “Torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş 0,26 torpaq sahəsi üst-üstə düşmür. Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) göstərilən JN-529A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında tərtib edilən **********38 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0,44 ha torpaq sahəsi ilə Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) göstərilən JN-313A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında tərtib edilən ilə **********97 reyestr nömrəli çıxarışla verilmiş 0,26 ha torpaq sahəsinin 475 kv.metr hissəsi üst-üstə düşür. X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, **********38 reyestr nömrəli çıxarışa əlavə olunmuş xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlarla müəyyənləşən 0,44 ha torpaq sahəsi elektron uçot məlumatlarında (TEKUİS) göstərilən JN-529 nömrəli Dövlət Aktı ilə verilmiş 0,44 ha torpaq sahəsinin 0,1491 ha hissəsi ilə və elektron uçot məlumatlarında göstərilən (TEKUİS) JN-313A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsinin 0,1525 ha hissəsi ilə üst-üstə düşür. İddiaçıların baxış zamanı naturada göstərdikləri (iddia etdikləri) 0,2379 ha torpaq sahəsinin 0,21 ha hissəsi elektron uçot məlumatlarında (TEKUİS) göstərilən JN-313A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. **********97 reyestr nömrəli çıxarışla (RX 0657119) X28 və X22 mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü sənədi" tərtib edilməmişdir. Lakin elektron baza məlumatlarında **********97 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi koordinat sürüşməsi mövcud olan Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) görünən JN-313A nömrəli torpaq sahəsinin koordinatlarına uyğun olaraq göstərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) koordinat sürüşməsi mövcud olduğu üçün sözügedən torpaq sahələrinin naturada yerləşdiyi ərazi mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Lakin koordinat sürüşməsi mövcud olan islahat xəritəsi (DWG) üzərində tərtib edilmiş çıxarışlar sxemdə göstərilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.

26. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

27. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi: 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; ... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; ... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək.

28. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.

29. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1 Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2 Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3 Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir.

30. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

31. Cavabdeh orqanın və üçüncü şəxsin apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

32. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

33. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

34. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. ... Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

37. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın və onun plan-ölçü sənədinin 313A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin TEKUİS-də yerləşmə vəziyyətilə üst-üstə düşdüyü hissədə ləğv edilməsinə nail olmaqdır.

38. Belə ki, Göyçay RAİK-nın xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə X7 4 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayonu Potu kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,88 ha (JN-529), X10 və X25 isə həyətyanı məqsədilə 0,26 ha torpaq sahəsi ayrılmışdır.

39. Hər iki torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatı aparılaraq çıxarışla rəsmiləşdirilmişdir.

40. ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışla 529A planşeti üzrə Göyçay rayonu Potu kəndində yerləşən 0,44 ha torpaq sahəsi üzərində X13 və digərlərinin, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışla 0,26 ha torpaq sahəsi üzərində X28 və X22 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

41. Mütəxəssis rəyi və ona əlavə olunmuş yeruquruluşu planı ilə müəyyən edilmişdir ki, elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-529A nömrəli Dövlət Aktının 529A planşetində qeyd edilmiş 0,44 ha torpaq sahəsi ilə JN-313A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0,26 ha torpaq sahəsi üst-üstə düşmür.

42. Lakin, JN-529 nömrəli Dövlət Aktının A planşeti üzrə tərtib edilmiş **********38 reyestr nömrəli çıxarışa əlavə olunmuş xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədi elektron uçot məlumatlarında (TEKUİS) göstərilən JN-529 nömrəli Dövlət Aktı ilə verilmiş 0,44 ha torpaq sahəsi ilə tam yox, 0,1491 ha hissədə üst-üstə düşür. Halbuki, mübahisələndirilən çıxarış və plan-ölçü sənədi elektron uçot məlumatlarında göstərilən JN-529 nömrəli Dövlət Aktı ilə tamamilə üst-üstə düşməlidir. Qeyd olunan hal mübahisələndirilən çıxarışın və plan-ölçü sənədinin JN-529 nömrəli Dövlət Aktının A planşetinin elektron uçot məlumatlarına uyğun tərtib edilmədiyini göstərir.

43. Eyni zamanda mütəxəssis rəyi ilə müəyyən edilir ki, **********97 reyestr nömrəli çıxarışla (RX 0657119) X28 və X22 mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü sənədi" tərtib edilməsə də, elektron baza məlumatlarında **********97 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi koordinat sürüşməsi mövcud olan Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) görünən JN-313A nömrəli torpaq sahəsinin koordinatlarına uyğundur. Üçüncü şəxslərə məxsus torpaq sahəsinə dair tərtib edilmiş mübahisələndirilən çıxarış və plan-ölçü sənədi iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib edilmiş JN-313A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,1525 ha hissədə üst-üstə düşür.

44. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

45. **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci tarixli çıxarışın və plan-ölçü sənədinin JN-529, KOD 40812018 saylı «Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əsasında, JN-529, KOD 40812018 saylı «Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının isə Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39-saylı qərarı əsasında tərtib edilməsi, buna görə də iddia tələbinin mümkünsüzlüyü ilə bağlı üçüncü şəxsin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirilən, üçüncü şəxslərə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bərabər, həmin çıxarışların ayrılmaz tərkib hissəsi olan və barəsində çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq plan-ölçü sənədləri verilmişdir.

46. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər deyil, həmin sənədlər əsasında cavabdeh tərəfindən səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi, yəni torpaq sahələrinə dair qeydiyyatın özü və bununla bağlı plan-ölçü sənədi mübahisələndirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları da onu göstərir ki, cavabdeh orqan **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci tarixli çıxarışı və plan-ölçü sənədini Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39-saylı qərarı əsasında tərtib edilmiş JN-529, KOD 40812018 saylı «Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına uyğun tərtib etməli olduğu halda sözügedən sənədi iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürməklə səhvə yol vermişdir. Buna görə də, artıq yuxarıda qeyd olunmuş hüquqi mövqeyə görə, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılmalıdır.

47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhəri H.Əliyev prospekti 84A ünvanda yerləşən 43 kv.m qeyri-yaşayış binası və 57.8 kv.m torpaq sahəsi üzərində alqı-satqı müqaviləsinə uyğun olaraq, tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X31 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2-1(116)-242/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar