Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-305/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının qanuni təmsilçisi X7 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-456/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 8822.50 manat ƏDV borcuna dair qəbul edilmiş qərarının ləğv edilməsi, sözügedən qaimələrin qanuna müvafiq olması səbəbindən risksiz olması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarının ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 01 dekabr 2023-cü il tarixində "xxxx" MMC ilə müqavilə bağlamışdır. Həmin müqavilə və ona əlavə olunmuş qaiməfakturalara əsasında xx.xx.2024-cü ildə ümumi dəyəri 8235.50 manat olan 19 adda, xx.xx.2024-cü ildə ümumi dəyəri 10676 manat olan 21 adda, ümumi dəyəri 30102 manat olan 32 adda məhsullar almışdır. Beləliklə "xxxx" MMC-dən cəmi 49013.90 manat dəyərində mal alınmışdır. Alınan malın ümumi dəyəri və ƏDV-si "xxxx" MMC-nin hesabına ödənilmişdir. "xxxx" MMC ilə müqavilə bağlanarkən və mal alınarkən onlar, 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəfələrlə bildirmişdirlər ki, bu əməliyyatın riskli olması barədə məlumatları olmayıb, başqa sözlə desək, mövcud problemin yaranması onların təqsirindən və ya hər hansı hüquqazidd əməllərindən yaranmamışdır. Onlar apardıqları əməliyyat üzrə ƏDV və gəlir vergisi hesabatlarını təqdim etmişdirlər. Bir vacib məsələ də qeyd edilir ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə, hətta ondan əvvəl də Riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Belə ki, onlar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında da bu məsələni yoxlamışlar. "xxxx" MMC ilə həmin malların təhvil-təslim edilməsinə dair yuxarıda qeyd etdiyi tarixlərdə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturada malların təhvil-qəbulu ilə bağlı razılaşma olmuşdur. Bir sözlə, onlar bütün rəsmi prosedur və qaydalara əməl etməklə mal almışlar. Onlar mal aldıqdan 70 gün sonra "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. - Lakin 11 saylı Ərazi Vergilər Baş İdarəsi heç bir əsas olmadan, tamamilə qanunsuz şəkildə ona 8822.50 manat ƏDV borcu hesablamaqla qərar qəbul etmişdir. Onlar bu qərarla razı deyil və vergi orqanına da dəfələrlə bildirmişdirlər ki, bu qərar əsassız və qanunsuzdur. Lakin müsbət nəticə əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onlar ölkə qanunvericiliyinin tələblərinə tam riayət edərək fəaliyyət göstərir. Bu gün 11 saylı Ərazi Vergilər Baş İdarəsinin onlara qarşı bu hərəkətlərini qanunsuz hesab edirlər. Dövlət orqanı olaraq bu qədər qanusuzluğa yol verilməsi və sahibkarın hüquqlarını pozulması başa düşülən hal deyil və Vergi Məcəlləsinə və qanunvericiliyə ziddir. - 2023-cü ilin nəticəsinə əsasən xx.xx.2024-cü il tarixdə onların tərəfindən dövlət büdcəsinə 6191 manat mənfəət vergisi (ödəniş tapşırığı iddia ərizəsinə əlavə edilir) ödənilmişdir. Bununla da dövlət büdcəsinə heç bir borcları qalmamışdır. Bu onu sübut edir ki, onlar bütün prosedurları düz və qanuna müvafiq yerinə yetirmişdirlər. İşin qeyd edilən faktiki halları ilə yanaşı, hüquqi tərəfləri də, bu qərarın tamamilə yanlış və səhvlərə əsasən qəbul edilməsini sübuta yetirir. Çülki onlar ƏDV ödədikləri "xxxx" MMC öz növbəsində həmin məbləği dövlət büdcəsinə ödəmişdir. Yəni dövlət büdcəsi heç bir zərərə məruz qalmamışdır. Onların təkrarən ikinci dəfə sözügedən vergi və ödənişləri ödəməyi qanunsuz və əsassızdır.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, aparılmış araşdırma zamanı İddiaçı MMC-nin "xxxx" MMC-dən (VÖEN: **********) 57836.40 manat (malın dəyəri 49013.90, ƏDV 8822.50) olan müxtəlif elektrik malları alınması barədə xx.xx.2023-cü il tarixli EBDU 160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 135318 nömrəli elektron qaimələr tərtib edilsə də əslində 4 müəssisənin (İddiaçı MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) iştirakı ilə qurulmuş vergidən yayınma sxemi əsasında əmtəəsiz əməliyyatın aparıldığı müəyyən edilmişdir. Əməliyyatın əmtəəsiz aparıldığının vergi orqanı tərəfindən müəyyən edilməsini çətinləşdirmək və ya mümkünsüz etmək məqsədilə çoxpilləli alqı-satqı əməliyyatları (yalançı əqdlər) sxeminin qurulduğu müəyyən edilmişdir. Belə ki, sözügedən qaimələrdə göstərilən malların mənşəyinin müəyyən edilməsi məqsədilə aparılmış inzibati araşdırma ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 160665 nömrəli qaimədə göstərilən malların "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2023cü il tarixli EBDU seriyalı 159544 nömrəli qaimə ilə eyni qiymətə (9717.89 manat) alındığı, "xxxx" MMC tərəfindən isə həmin malların eyni qiymətə "xxxx" MMC-dən alınması barədə xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 9752 nömrəli qaimənin tərtib olunduğu aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli EBDU seriyalı 562730 nömrəli qaimədə göstərilən malların isə NUBOSTA TRADE" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2023-cü il tarixli EBDU seriyalı 553692 nömrəli qaimə ilə eyni qiymətə (12598.15 manat) alındığı, "xxxx" MMC tərəfindən isə həmin malların eyni qiymətə "xxxx" MMC-dən alınması barədə xx.xx.2023-cü il tarixli EBDU seriyalı 552102 nömrəli qaimənin tərtib olunduğu aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135318 nömrəli qaimədə göstərilən malların isə NUBOSTA TRADE" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135308 nömrəli qaimə ilə eyni qiymətə (35520.36 manat) alındığı, "xxxx" MMC tərəfindən isə həmin malların eyni qiymətə "xxxx" MMC-dən alınması barədə xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135293 nömrəli qaimənin tərtib olunduğu aşkar edilmişdir. "xxxx" MMC (VÖEN:**********) xx.xx.2023-cü il tarixdə onlayn qaydada X13 tərəfindən təsis edilmişdir. X13 tərəfindən eyni tarixdə həm də "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) təsis edilmiş və o, həm də həmin müəssisələrin direktoru kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024 tarixinə borc: "xxxx" MMC - 3.084.601,97 manat. "xxxx" MMC - 1.396.405,77 manat. - "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə X19 tərəfindən onlayn qaydada təsis edilmişdir. X19 tərəfindən eyni tarixdə həm də "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) təsis edilmiş və o, həm də həmin müəssisələrin direktoru kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024 tarixinə borc: "xxxx" MMC - 915.317,12 manat. "xxxx" MMC - 361.925,69 manat. "xxxx" MMC - 769.464,39 manat. - "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə X5 tərəfindən onlayn qaydada təsis edilmişdir. X5 tərəfindən xx.xx.2023-cü il tarixdə həm də "xxxx" MMC (VÖEN: **********) təsis edilmiş və o, həm də həmin müəssisələrin direktoru kimi dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC - 651.782,03 manat. "xxxx" MMC - 365.422,55 manat. - "xxxx" MMC (VÖEN:**********) xx.xx.2023-cü il tarixdə X16 tərəfindən onlayn qaydada təsis edilmişdir. X16 tərəfindən eyni tarixdə həm də "xxxx" MMC (VÖEN: **********) təsis edilmiş və o, həm də həmin müəssisələrin direktoru kimi dövlət qeydiyyatına alınmışdır. Bundan başqa X16 xx.xx.2023-cü il tarixdən X3 təsisçisi olduğu "xxxx" MMC-nin (VÖEN:**********) direktoru kimi qeydiyyata alınmışdır. xx.xx.2024 tarixinə borc: "xxxx" MMC - 0 manat. "xxxx" MMC - 9777.68 manat "FRUİTS GARDEN 2023” MMC - 409222.06 manat. - Yuxarıda göstərdikləri xx.xx.2023-cü il tarixli EBDU seriyalı 160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135318 nömrəli qaimələrdə göstərilən mallar barədə əmtəəsiz əməliyyatın aparıldığını sübut edən aşağıdakı faktlar mövcuddur: 1) EBDU seriyalı 160665 nömrəli, 562730 nömrəli və MT2312 seriyalı 135318 nömrəli qaimələrdə göstərilən malların alqısatqısı tərəflər arasında eyni tarixli qaimələrlə rəsmiləşdirilmişdir və qaimələrdəki alış və satış qiymətləri eyni olmuşdur. 2) Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən əmtəəsiz əməliyyatların rəsmiləşdirilməsində iştirak edən müəssisələrin xx.xx.2023-cü il tarixə aşağıdakı məbləğdə vergi borclarının olduğu müəyyən edilmişdir: ✓ "xxxx" MMC - 3.084.601,97 manat. ✓ "xxxx" MMC - 915.317,12 manat. ✓ "xxxx" MMC - 651.782,03 manat. ✓ "xxxx" MMC-0 manat. - Yuxarıda göstərilən müəssisələrin dövlət büdcəsinə cəmi ödənişləri isə aşağıdakı kimi olmuşdur: ✓ "xxxx" MMC - 96.573,82 manat. ✓ "xxxx" MMC - 1 manat. ✓ "xxxx" MMC - 8.803,00 manat. ✓ "xxxx" MMC - 0 manat. - Yuxarıda göstərilən müəssisələrin təsərrüfat subyektləri barədə məlumatlar aşağıdakı kimi olmuşdur: "xxxx" MMC - X6 müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmaqla icarə müqaviləsi əsasında AZ1063, BAKİ ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, DADAŞ BÜNYADZADƏ (LÖKBATAN) ev.2 D ünvanında “Anbar” adlı təsərrüfat subyekti qeydiyyata qoymuşdur. Obyekt vergi ödəyicisinin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən qeydiyyatdan çıxarılmışdır. "xxxx" MMC - X6 müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmaqla icarə müqaviləsi əsasında AZ1063, BAKİ ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, DADAŞ BÜNYADZADƏ (LÖKBATAN) ev.2 D ünvanında “Anbar” adlı təsərrüfat subyekti qeydiyyata qoymuşdur. Obyekt vergi ödəyicisinin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən qeydiyyatdan çıxarılmışdır. "xxxx" MMC - Təsərrüfat subyekti olmamışdır. "xxxx" MMC - Təsərrüfat subyekti olmamışdır. Yuxarıda göstərilən müəssisələrin əmək müqaviləsi ilə bağlanmış işçi sayı barədə məlumatlar aşağıdakı kimi olmuşdur: "xxxx" MMC - 0. "xxxx" MMC - 0. "xxxx" MMC - 0. - Həmçinin bildiririk ki, "xxxx" MMC-nin təsisçisi olan X2 Elşən Soltan oğlu tərəfindən aldadılaraq adına müəssisələrin açılması barədə hüquq mühafizə orqanlarına müraciətlər etmişdir. Bundan əlavə yuxarıda göstərilən alqı-satqı sxemlərinin heç birində malların daşınmasını təsdiq edən sənədlər aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın (bundan sonra Qaydalar adlanacaq) 1.1-ci maddəsinə əsasən bu Qaydalar avtomobil daşıyıcıları (bundan sonra — daşıyıcılar) tərəfindən avtonəqliyyat vasitələri ilə yüklərin beynəlxalq və ölkədaxili daşınmasının təşkilini və yerinə yetirilməsini, ayrı-ayrı yük növlərinin daşınmasına dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir, onların hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirir. - Qaydaların müvafiq maddələrinə əsasən: 3.1. Daşıyıcı avtomobil nəqliyyatı ilə kommersiya daşımalarının yerinə yetirilməsi üçün yükləri sifarişçi ilə bağlanmış müqavilə əsasında qəbul etməlidir. 3.2. Şərtlərindən asılı olaraq daşıyıcı ilə sifarişçi arasında aşağıdakı müqavilələr bağlanıla bilər: 3.2.1. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi; 3.2.2. avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə; 3.2.3. yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi. 3.4. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə daşıyıcı ona tapşırılmış yükü təyinat məntəqəsinə çatdırmalı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməli, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınması üçün müəyyən edilmiş daşınma haqqını ödəməlidir. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinin bağlanması bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun olaraq üç nüsxədə tərtib edilmiş əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yüklər daşınma üçün qəbul edilə bilməz. Əmtəə-nəqliyyat qaiməsinin düzgün tərtib olunmaması və ya itirilməsi bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. - Yuxarıda göstərilənlərlə EBDU seriyalı 160665 nömrəli, 562730 nömrəli və MT2312 seriyalı 135318 nömrəli qaimələrdə göstərilən alqı-satqı əməliyyatlarının əmtəəsiz olduğu və bunun aşkar edilməsinin mümkün qədər çətinləşdirilməsi üçün müvafiq vergidən yayınma sxeminin qurulduğu sübuta yetirilmiş, vergi ödəyicisi bunun əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. Göründüyü kimi yuxarıda göstərdiyimiz müəssisələr əslində yalan əqd bağlamaqla pul nağdlaşdırma və vergidən yayınma sxemlərində iştirak üçün təsis edilmiş müəssisələrdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən: 13.2.82-ci. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 130.1. vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. - Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının 3.1-ci maddəsinə əsasən Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaiməfakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. 3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışım təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktı"nda (“Malların elektron alış aktf’nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. - “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına əsasən yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci maddəsinə görə bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan vergi ödəyicisi, 2.1.2-ci maddəsinə görə isə aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin meyarların 3.1.2-ci maddəsinə görə vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyatlar hesab edilir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi “UĞUR-V" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli EBDU seriyalı 160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135318 nömrəli elektron qaimə ilə təqdim olunduğu göstərilən mallara münasibətdə əmtəəsiz əməliyyatlar aparıldığı öz təsdiqini tapmışdır. Analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-1212/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da göstərilmişdir. - Göründüyü kimi “UĞUR-V" MMC-nin "xxxx" MMC ilə əmtəəsiz əməliyyat aparmış və bu səbəbdən də “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 mart 2024-cü il tarixli **********458900 nömrəli qərar Vergi Məcəlləsinin 163.1.1-ci, 163.2.2-ci və 175.11-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Ona görə də vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2024-cü ilin yanvar ayının ƏDV bəyannaməsi kameral qaydada yoxlanan zaman həmin maddənin tələbləri nəzərə alınaraq vergi ödəyicisinin əmtəəsiz əməliyyat rəsmiləşdirdiyi xx.xx.2023-cü il tarixli EBDU seriyalı 160665 nömrəli, xx.xx.2023cü il tarixli EBDU seriyalı 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135318 nömrəli nömrəli elektron qaimələrə əsasən əvəzləşdirdiyi 8822.50 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq həmin məbləğə uyğun ƏDV-nin dəqiqləşdirilməklə hesablanması təmin edilmişdir. Beləliklə də, "xxxx" MMC-dən (VÖEN: **********) elektron qaimə-fakturalar əsasında əmtəəsiz əməliyyatlar üzrə ümumilikdə 49013,90 manat dəyərində (ƏDV-siz) mallar alınmış, 2023-cü ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirmə üçün daxil edilmiş MT2312 seriyalı 00135318 nömrəli elektron qaimə-faktura üzrə 5418,36 manat, EBDU seriyalı 160665 nömrəli elektron qaimə-faktura üzrə 1482,39 manat və EBDU seriyalı 562730 nömrəli elektron qaiməfaktura üzrə 1921,75 manat, cəmi 8822,50 manat dəyərində elektron qaimə-fakturalarla əmtəəsiz əməliyyatlar rəsmiləşdirildiyindən həmin qaimələrdəki ƏDV məbləğinin əvəzləşdirilməsi Vergi Məcəlləsinə zidd hesab edilmişdir. Qeyd edilənlərə əsasən 2024-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsinin dəqiqləşdirilən dövriyyə hissəsinin 324-cü sətrində 8822,50 manat əvəzləşdirilən ƏDV məbləği azaldılmışdır.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubu, - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərar, - Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli Arayışı, - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışlar, - Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 yanvar 2025-ci il tarixli 2- 1(116)-456/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarının ləğvinə nail olmaqdır. Ləğv edilməsi tələb edilən mübahisələndirilən inzibati akta əsasən iddiaçıya 8822,50 manat məbləğində ƏDV hesablanmışdır. Belə ki, cavabdeh orqanın qənaətinə görə iddiaçının "xxxx" MMC ilə apardığı müvafiq əməliyyatları riskli əməliyyatlar hesab olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında malların və xidmətlərin alışına dair müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış, "xxxx" MMC-dən (VÖEN: **********) 57836.40 manat (malın dəyəri 49013.90, ƏDV 8822.50) olan müxtəlif elektrik malları alınması barədə xx.xx.2023-cü il tarixli EBDU 160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 135318 nömrəli elektron qaimələr tərtib edilmişdir. "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin xx.xx.2024cü il tarixli, “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********339200 saylı qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. - İddiaçının dəlili ondan ibarətdir ki, o, "xxxx" MMC-dən cəmi 49013.90 manat dəyərində mal almış, alınan malın ümumi dəyəri və ƏDV-si "xxxx" MMC-nin hesabına ödənilmişdir. "xxxx" MMC ilə müqavilə bağlanarkən və mal alınarkən "xxxx" MMC Riskli vergi ödəyiciləri siyahısında olmamışdır. "xxxx" MMC ilə həmin malların təhvil-təslim edilməsinə dair malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturada Malların təhvil-qəbul ilə bağlı razılaşma olmuş, mal alındıqdan 70 gün sonra "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. - Cavabdeh orqan "xxxx" MMC-nin vergidən yayınma sxemi əsasında əmtəəsiz əməliyyatın aparmasını və əməliyyatların əmtəəsiz aparıldığının vergi orqanı tərəfindən müəyyən edilməsini çətinləşdirmək və ya mümkünsüz etmək məqsədilə çoxpilləli alqı-satqı əməliyyatları (yalançı əqdlər) sxeminin qurulduğunu bildirmiş, 2023-cü ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirmə üçün daxil edilmiş MT2312 seriyalı 00135318 nömrəli elektron qaimə-faktura üzrə 5418,36 manat, EBDU seriyalı 160665 nömrəli elektron qaimə-faktura üzrə 1482,39 manat və EBDU seriyalı 562730 nömrəli elektron qaimə-faktura üzrə 1921,75 manat, cəmi 8822,50 manat dəyərində elektron qaimə-fakturalarla əmtəəsiz əməliyyatların rəsmiləşdirilməsi qənaətinə gəlmiş, həmin qaimələrdəki ƏDV məbləğinin əvəzləşdirilməsinin Vergi Məcəlləsinə zidd hesab edilməklə 2024-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsinin dəqiqləşdirilən dövriyyə hissəsinin 324cü sətrində 8822,50 manat əvəzləşdirilən ƏDV məbləği azaldılmışdır. Göründüyü kimi, iddiaçı barəsində 8822,50 manat məbləğində ƏDV-nin hesablanması barədə xx.xx.2024cü il tarixli **********458900 nömrəli qərarın qəbul edilməsinə səbəb "xxxx" MMC-nin tərəfindən təqdim edilmiş MT2312 seriyalı 00135318 nömrəli, EBDU seriyalı 160665 nömrəli və EBDU seriyalı 562730 nömrəli elektron qaimə-faktura üzrə əməliyyatların əmtəəsiz əməliyyatlar hesab olunmasıdır. Lakin, "xxxx" MMC xx.xx.2024-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni, iddiaçı ilə "xxxx" MMC arasında elektron qaimə-fakturalar üzrə əməliyyatlar aparılan zaman sonuncu, riskli vergi ödəyicisi hesab edilməmişdir. - Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması və fəaliyyətində yol verdiyi vergidən yayınma ilə bağlı hallar birmənalı olaraq hazırkı iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz olması qənaətini yaratmır. Belə ki, elektron qaimə-fakturalarda qeyd edilən mallara dair əməliyyatların əmtəəsiz aparılmasına istinad edilməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin faktiki mahiyyətinə də uyğun deyil. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı, cavabdehin xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-456/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və bu hallara tətbiq olunacaq vergi qanunvericiliyinin normaları düzgün müəyyən ediməmiş, iddiaçı ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş alqı-satqı əməliyyatının əmtəəsiz olmasına dair cavabdehin təqdim etdiyi sübutlara qiymət verilməmiş, həmin sübutlar əsassız olaraq mülahizə kimi qiymətləndirilmiş və qərar əsaslandırılmamışdır. Belə ki, mübahisələndirilən qərarın qəbul edilməsinin əsasını "xxxx" MMC-nin barəsində riskli vergi ödəyicisi olması barədə qərarın qəbul edilməsi və onun vergi borcunun olması deyil, "xxxx" MMC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş alqısatqı əməliyyatının əslində əmtəəsiz əməliyyat olmasını təsdiq edən kifayət qədər sübutların olması nəticəsində Vergi Məcəlləsinin 175.11-ci maddəsi təşkil etmişdir. - Belə ki, burada alqı-satqı əməliyyatının əslində əmtəəsiz əməliyyat olmasını sübut edən əsas fakt “UĞUR-V" MMC-yə malların satışı barədə qaimə təqdim etmiş "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli EBDU seriyalı 160665 nömrəli qaimədə göstərilən malların "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2023-cü il tarixli EBDU seriyalı 159544 nömrəli qaimə ilə eyni qiymətə (9717.89 manat) alınması, "xxxx" MMC tərəfindən isə həmin malların eyni qiymətə "xxxx" MMC-dən alınması barədə xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 9752 nömrəli qaimə tərtib olunsa da, həmin malların "xxxx" MMC tərəfindən alınmadığı, idxal edilmədiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli EBDU seriyalı 562730 nömrəli qaimədə göstərilən malların isə “NUBOSTA TRADE" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2023-cü il tarixli EBDU seriyalı 553692 nömrəli qaimə ilə eyni qiymətə (12598.15 manat) alınması, "xxxx" MMC tərəfindən isə həmin malların eyni qiymətə "xxxx" MMC-dən alınması barədə xx.xx.2023-cü il tarixli EBDU seriyalı 552102 nömrəli qaimə tərtib olunsa da, həmin malların "xxxx" MMC tərəfindən alınmadığı, idxal edilmədiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135318 nömrəli qaimədə göstərilən malların isə “NUBOSTA TRADE" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135308 nömrəli qaimə ilə eyni qiymətə (35520.36 manat) alınması, "xxxx" MMC tərəfindən isə həmin malların eyni qiymətə "xxxx" MMC-dən alınması barədə xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 135293 nömrəli qaimə tərtib olunsa da, həmin malların "xxxx" MMC tərəfindən alınmadığı, idxal edilmədiyi müəyyən edilmişdir. - İşin faktiki hallarında göstərilən digər sübutlar isə "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli EBDU 160665 nömrəli xx.xx.2023-cü il tarixli EBDU 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 135318 nömrəli elektron qaimələrlə əmtəəsiz əməliyyatın rəsmiləşdirildiyini göstərən əlavə sübutlardır. Burada məhkəmə kollegiyasının diqqətini cəlb etmək istədiyimiz məqamlardan biri odur ki, iddiaçı mübahisə predmeti olan əməliyyatın əmtəəli olmasını yalnız "xxxx" MMC ilə aralarında alqı-satqı müqaviləsinin və təhvil aktının olması ilə əsaslandırır. Lakin, nəzərə alınmalıdır ki, hər hansı alqı-satqı əməliyyatın əmtəəsiz olması elə məhz alıcı ilə satıcı arasında alqı-satqı müqaviləsinin, təhvil aktının və qaimənin olmasını, lakin həmin sənədlərdə göstərilən malların reallıqda alıcıdan satıcıya verilmədiyini özündə ehtiva edir. Həmçinin o da nəzərə alınmalıdır ki, əmtəəsiz əməliyyat apardığına görə barəsində riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmiş "xxxx" MMC tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Yəni əmtəəsiz əməliyyatın tərəflərindən olan alıcı müəssisə əməliyyatın əmtəəli olmasını iddia etsə də, satıcı tərəfindən belə bir iddia irəli sürülmür və əmtəəsiz əməliyyat apardığına görə məruz qaldığı məhdudiyyətlərə etiraz edilmir. - Vergi məcəlləsinin 175.11-ci maddəsində isə əmtəəsiz əməliyyatların və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV əvəzləşdirilməsini istisna edən və biri digərindən asılı olmayan iki fərqli hal kimi müəyyən edilmişdir. Yəni, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iş üzrə mübahisələndirilən qərarının qəbul edilməsinin əsasını iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli EBDU160665 nömrəli, xx.xx.2023cü il tarixli EBDU 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 135318 nömrəli qaimələr ilə əmtəəsiz əməliyyatın rəsmiləşdirilməsi təşkil etmişdir. Odur ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilmə tarixinin və onun riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsinin mübahisələndirilən qərarın qanuniliyinə aidiyyəti yoxdur. Beləliklə də, "xxxx" MMC "xxxx" MMC ilə əmtəəsiz əməliyyat rəsmiləşdirmiş və bu səbəbdən də "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərar Vergi Məcəlləsinin 163.1.1ci, 163.2.2-ci və 175.11-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. - Məhkəmə tərəfindən prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Belə ki, hazırkı şikayətin 5-ci bölməsində də qeyd etdiyimiz kimi əmtəəsiz əməliyyatın tərəflərindən olan alıcı müəssisə əməliyyatın əmtəəli olmasını iddia etsə də, satıcı tərəfindən belə bir iddia irəli sürülməmiş və əmtəəsiz əməliyyat apardığına görə məruz qaldığı məhdudiyyətlərlə etiraz edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə əmtəəsiz əməliyyatın rəsmiləşdirilməsində iştirak etmiş "xxxx" MMC-nin rəhbəri inzibati məhkəmə icraatına cəlb edilmədən birtərəfli qərar qəbul edilmişdir. Məhkəmənin vəzifəsi inzibati mübahisə üzrə mütləq həqiqətin müəyyən edilməsi olduğu halda, nəinki öz təşəbbüsü ilə həmin istiqamətdə heç bir araşdırma aparmamış, hətta cavabdehin məhkəməyə təqdim etdiyi, xx.xx.2023-cü il tarixli EBDU 160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU 562730 nömrəli xx.xx.2023-cü il tarixli MT2312 135318 nömrəli qaimələrdə rəsmiləşdirilmiş alqı-satqı əməliyyatının əmtəəsiz olduğunu sübut edən faktları görməzdən gələrək heç bir hüquqi qiymət vermədən onları mülahizə hesab etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-456/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-456/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Vergi Məcəlləsi Maddə 13.2.81. Əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
16. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1 Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Apellyasiya şikayətinin mümkünlüyü
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı barəsində inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********458900 nömrəli qərarın ləğv edilməsi ilə bağlıdır.
24. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlili "xxxx" MMC ilə müqavilə tərəfləri arasında aparılmış əməliyyatın əmtəəsiz əməliyyatlar olması ilə bağlıdır.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
26. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Belə ki, hazırkı iş üzrə müəyyən edilmiş hallar özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.
27. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir.
28. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
29. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin onunla əməliyyatlar aparılmamışdan əvvəl riskli vergi ödəyicisi olması faktı iş materialları ilə təsdiq olunmur, bu barədə müvafiq qərarın iddiaçının əməliyyat apardığı tarixlərdən sonra qəbul edilməsi də iş üzrə mübahisələndirilmir.
31. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
32. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
34. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.
35. Nəzərə almaq lazımdır ki, cavabdehin özü də həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclasında iddiaçının müəssisə ilə apardığı müvafiq əməliyyatların həmin müəssisənin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını qeyd etmişdir.
36. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.
37. Cavabdeh orqanın digər dəlili ondan ibarətdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iş üzrə mübahisələndirilən qərarının qəbul edilməsinin əsasını iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli EBDU160665 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU 562730 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 135318 nömrəli qaimələr ilə əmtəəsiz əməliyyatın rəsmiləşdirilməsi təşkil etmişdir. Odur ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilmə tarixinin və onun riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsinin mübahisələndirilən qərarın qanuniliyinə aidiyyəti yoxdur. Beləliklə də, "xxxx" MMC "xxxx" MMC ilə əmtəəsiz əməliyyat rəsmiləşdirmişdir.
38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malları digər müəssisələrdən eyni qiymətə alması və ilkin satıcı müəssisənin həmin malları idxal etməməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisə ilə aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir.
39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.
40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmtəəsiz əməliyyat apardığına görə barəsində riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmiş "xxxx" MMC tərəfindən həmin qərarın mübahisələndirilməməsi, yəni əmtəəsiz əməliyyatın tərəflərindən olan alıcı müəssisə əməliyyatın əmtəəli olmasını iddia etsə də, satıcı tərəfindən belə bir iddianın irəli sürülməməsi və əmtəəsiz əməliyyat apardığına görə məruz qaldığı məhdudiyyətlərə etiraz etməməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Eyni zamanda, bu dəlillər iddianın rədd olunması üçün də yetərli əsas sayıla bilməz.
41. Cavabdeh orqanın digər dəlili ondan ibarətdir ki, əmtəəsiz əməliyyatın rəsmiləşdirilməsində iştirak etmiş "xxxx" MMC-nin rəhbəri inzibati məhkəmə icraatına cəlb edilmədən birtərəfli qərar qəbul edilmişdir.
42. Kollegiya hesab edir ki, şikayətin həmin dəlili birinci instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir. Belə ki, Kollegiya hesab edir ki, "xxxx" MMC-nin rəhbərinin iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməsinə (zəruri cəlbetmə) də zərurət yoxdur.
43. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə görə, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə); - 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.
44. Göründüyü kimi, hazırki iş üzrə mübahisə edilən hüquq münasibətində "xxxx" MMC-nin rəhbərinin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və "xxxx" MMC-nin rəhbəri barəsində vahid qərarın qəbul olunmasını şərtləndirmir.
45. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan müddəalarına görə adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur.
46. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.
47. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zaman həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanın qəbul etdiyi hazırda mübahisələndirilən qərarın qanunsuz və əsassız olmasına dəlalət edir. Ona görə ki, cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisənin əvvəllər apardığı əməliyyatlarını da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamış və bununla da qanun pozuntusuna yol vermişdir.
48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.
50. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-456/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.