Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-307/2020 10.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Tibb Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qarafasında “3-cü dərəcəli əlillik” ifadəsinin “2-ci dərəcəli əlillik” ifadəsi ilə, səbəb qrafasında“ “ümumi xəstəlik” ifadəsinin “Hərbi travmadır. Azərbaycan Respublikası müdafisəi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-615/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu 3-cü dərəcəli əlillik, səbəb-ümumi xəstəlik qeyd edilmişdir. Ərizəyə əlavə olunmuş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli 3321 nömrəli və xx.xx.2017-ci il tarixli **********7 nömrəli məktublarında qeyd edilmişdir ki, o, xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinədə olmuşdur, 2-ci dərəcə ümumi səbəbdən 5 il müddətinə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci ildir. Buna baxmayaraq cavabdeh tərəfindən bugünədək heç bir dəyişiklik edilməmişdir. Cavabdeh məktublarında qeyd etsə də, icrası ilə bağlı heç bir hərəkət yoxdur. Bu da onun sosial təminat hüququnu pozur. Cavabdeh etirazında bildirmişdir ki, müəyyən olunmuşdur ki, İddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi (88 nömrəli forma) ilə xx.xx.2016cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinə edilmiş və beş il müddətinə ümumi səbəbdən üçüncü dərəcə əlillik təyin edilmişdir. Xəstənin təqdim etdiyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli, 436 nömrəli qərarında göstərilən, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış “Sağ budun içəri səthində yumşaq toxumalarını dəlib keçən qəlpə yarası və sol budun bayır səthində kor qəlpə yarası” diaqnozlu travmanın hal-hazırda əlilliyin təyininə əsas verəcək ağırlaşmaları aşkar edilmədiyinə və əlilliyin təyininə səbəb olan “Kəllədaxili travmaların nəticələri, Postravmatik ensefalopatiya, Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Təkrarlanan paroksizmlər” diaqnozlu xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilmədiyinə görə əlilliyin səbəbi “ümumi xəstəlikdən” müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, 2016-cı ildə qüvvədə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx xxxxxx 1998-ci il tarixdə qeydiyyata alınmış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 1998-ci il tarixli, 19-5 nömrəli təsdiq edilmiş “Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə” Təlimatın 3.1. bəndinə görə, eləcə də hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş "Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatın 3.1. bəndinə görə “Keçmiş hərbi qulluqçuya hərbi xidmətlə əlaqədar əlillik onun hərbi xidmətlə əlaqələndirilmiş yaralanması (travma, kontuziya zədələnmə) xəstəliyi bilavasitə, ayrılıqda götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir” Qeyd edildiyi kimi hərbi həkim komissiyasının qərarında "Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəbi ilə əlaqələndirilmiş “Sağ budun içəri səthində yumşaq toxumalarını dəlib keçən qəlpə yarası və sol budun bayır səthində kor qəlpə yarası” diaqnozlu travmanın hal-hazırda əlilliyin təyininə əsas verəcək ağırlaşmaları aşkar edilməmişdir. Buna görə də hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilməmiş və əlilliyə səbəb olan “Kəllədaxili travmaların nəticələri, Postravmatik ensefalopatiya, Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Təkrarlanan paroksizmlər” diaqnozlu xəstəliyə əsasən əlillik səbəbi ümumi xəstəlik müəyyən edilmişdir. Əlilliyin səbəbinin müəyyən edilməsi zamanı TSEK tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, İddiaçı hüquqlarını məhdudlaşdıracaq heç bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Eləcə də bildiririk ki, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. İddiaçı Azərbaycan Respublikasında aldığı travma ilə bağlı səhhətində ağırlaşma olduğu halda səhiyyə müəssisəsi tərəfində müayinə edildikdən sonra göndəriş rəsmiləşdirildiyi təqdirdə əlillik vəziyyəti iştirakı olmadan qiymətləndirilib. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1 (84)-71/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı "Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3-cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1 (84)-71/2019 saylı qərardadından İddiaçı apellyasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(107)-446/2019 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Sarıyev Musa Kahov oğlu kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3229/2019 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 615/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3-cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tibbi Sosial Ekspert Komissiyasının məlumatı Hərbi Həkim Komissiyasının qərarı əsasında verilir. Deməli, Tibbi Sosial Ekspert Komissiyasının məlumatı pozitiv legitimləşdirmədir, yəni Hərbi Həkim Komissiyasnın qərarına əsasən qəbul edilmiş məlumatları özündə əks etdirir, burada mübahisələndirmədən yox, öhdəliyin icrasından söhbət gedir, öhdəliyin icrası inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlərin dilməsidir. Burda Hərbi Həkim Komissiyasının qərarında göstərilən faktlara örə məhkəmə şəxsə ikinci və üçüncü qrup ümumi səbəbdən və yaxud da aralanma səbəbindən əlilliyin düşməsini müəyyən etməli idi. Bununla bağlı aidiyyəti üzrə müvafiq sorğular verməli idi və həmin sorğuların nəticəsi əsasında qanunilik müəyyən olunmalı idi. Əgər Hərbi Həkim Komissiyasının qərarında göstərilən hallar ikinci qrupa və müharibədə yaralanmaya uyğundursa ikinci qrup, ya da üçüncü qrup olmalıdır. Lakin məhkəmə sadəcə olaraq həmin məlumatı inzibati akt hesab etmişdir. Halbuki, Tibbi Sosial Ekspert Komissiyasının məlumatı inzibati akt deyil, inzibati akt Hərbi Həkim Komissiyasının qərarıdır. Həmin qərar hüquqi nəticə yaradır, lakin məlumat hüquqi nəticə yaratmır. Məlumat sadəcə olaraq Hərbi Həkim Komissiyasının qərarının rekvizitlərini özündə əks etdirir. Hesab edir ki, müddətin tətbiq edilməsi əsassızdır, çünki burada onun qanunla qorunan hüquq və mənafeyi pozulur. uzun sürən məhkəmə prosesinin gedişi zamanı xx.xx.2020-ci il tarixdə Hərbi Həkim Komissiyasının qərarı ilə dəyişiklik edilməklə əvvəlki qərar ləğv edilib. Yeni qərarda komissiya tərəfindən vətəndaşın səhhətində pisləşmələrin olması barədə əlavələr edilib. Bu əlavələr əsasında da məhkəmə heç bir araşdırma aparmayıb. Araşdırma aparılsaydı görünərdi ki, TSEK-in məlumatında göstərilənlər həqiqəti əks etdirmir. AR İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam, faktiki məlumatların formalaşmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımmdan əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-615/2020 saylı qərardadının ləğv edilməsini və inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edəniddiaçı X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-615/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mahiyyəti üzrə Şəki İnzaibati Məhkəməsində baxılması haqqında qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollegiyası ilk onu qeyd edir ki,iddiaçının iddia tələbi inzibati orqan kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı yönəlmişdir və iddia öhdəliyin icrasına dair iddiadır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1 -ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşdə olan DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən İİİ qrup ümumi xəstəlikdən əlilliyə görə sosial müavinət ödənilir. İddiaçı xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinədə olmuş, üçüncü dərəcə ümumi səbəbdən beş il müddətinə əlillik təyin olunması qərarı verilmiş və növbəti müayinə vaxtı xx.xx.2021-ci il tarix göstərilmişdir. İddiaçı “3-cü dərəcəli əlillik" və "ümumi xəstəlik" ifadələrinin yazıldığını ən azından 2016-cı ilin aprel ayından bilmiş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2016-cı il 15 aprel tarixdə qəbul edilmiş və surəti ona təqdim olunmuş, iddiaçı həmin vaxtdan sosial müavinət almışdır. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların məzmununa əsasən qeyd edir ki, İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2016-cı il 15 aprel tarixdə qəbul edilmiş və surəti ona təqdim olunmuş, iddiaçı həmin vaxtdan sosial müavinət almışdır. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3-cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" tələbinə dair iddiası iddia müddəti ötürüldüyü üçün mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bununla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3-cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-615/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-615/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-307/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-307/2020
10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver