Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-308/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "ona xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-559/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1991-ci il tarixində anadan olmuşdur. xx.xx.2009-cu il tarixədək sağlamlıq imkanları məhdud uşaqlıqdan əlil kimi müavinət almışdır. xx.xx.2009-cu il tarixdən ona İİİ qrup əlillik dərəcəsi verilmiş və xx.xx.2016-cı il tarixdən İİİ qrup əlillik dərəcəsi xx.xx.2021-ci il tarixədək uzaldılmışdır. Hal-hazırda 110 manat məbləğində İİİ qrup əlilliyə görə sosial müavinət alır. xx.xx.2012-ci il tarixdən «xxxxxxxxxxx» MMC-də işləyir. Bu barədə «e-sosial» portalında məlumatlar daxil edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyini üçün tələb olunan sənədlərlə Şəki Regional “Asan Xidmət Mərkəzi” vasitəsilə DSMF-nin Şəki şəhər şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına məktub göndərilərək ona əmək pensiyası təyininin mümkün olmadığı bildirilmişdir. Əmək pensiyası təyininin mümkün olmaması səbəbi kimi 9000 manat pensiya kapitalınının olmaması qeyd olunmuşdur. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. İddiaçı xx.xx.2020-ci il tarixli birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddiaya qarşı münasibətindən görünür ki, iddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Vətəndaşın müraciət tarixinə tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. Vətəndaşın xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan 7 il sosial sığorta stajı və 4255.77 manat pensiya kapitalı mübahisələndirilmir. İddiaçı sosial müavinət aldığı üçün əmək pensiyası təyin olunması üçün 9000 manat pensiya kapitalı tələb olunur. İddiaçıya xx.xx.2003-cü il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşadək əlilliyə görə, xx.xx.2009-cu il tarixdən isə İİİ qrup əlillik təyin olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan sosial sığorta stajı olmadığı üçün iddiaçının əlilliyə görə əmək pensiyası almaq hüququ olmadığından iddianı əsassız hesab edir və Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəməiclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli ş/v surəti, İddiaçı aid Sosial arayış, X8 Sistemindən şəxsi hesabın çıxarışı, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********7 nömrəli etirazı, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2003-cü il tarixli 07/211 nömrəli qərarı, iddia tələbini dəqiqləşdirmə barədə xx.xx.2020-ci il tarixli ərizə aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-559/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdən əliliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqinin ödənilməsi öhdəliyinin qoyulmasıqərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında CavabdehŞəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-559/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(116)-559/2020 saylı qərarı ilə X1 iddia tələbini təmin etmiş və «Cavabdeh Əmək və X6 Nazirliyi yanında Cavabdeh üzərinə X2 xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyi»ni qoymuşdur. Aşağıdakı səbəblərdən Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsi Şəki İnzibati Məhkəməsinin yuxarıdakı qərarının ləğv olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçı xx.xx.2019-cu il tarixdə əlilliyə görə əmək pensiyası təyini üçün müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan 9000.0 manat pensiya kapitalı olmadığı üçün əmək pensiyası almaq hüququ olmamışdır. Həmçinin Məhkəmə Qərarında əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı bu vaxta qədər əlilliyə görə sosial müavinət almışdır. Məlumdur ki, sosial müavinətəlr Dövlət büdcəsindən, əmək pensiyaları isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən maliyyələşdirilir. Məhkəmə qərarında isə müxtəlif büdcələr üzrə əvəzləşdirilmə aparılmışdır.Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-559/2020 nömrəli iş üzrə qərarın ləğv edilməsini və iddia tələbinin apelyasiya şikayətində qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyasında yeni qərar qəbul etməyinizi xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-559/2020 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-559/2020 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşdə olan Sosial arayışdan görünür ki, X2 xx.xx.2016-cı tarixdən 3-cü dərəcəli ümumi xəstəlik səbəbindən 5 il müddətinə əlillik təyin olunmuşdur. Həmin arayışdan görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən 3-cü qrup əlliliyə görə müavinət təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxxxxx 2017-ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.1991-ci il tarixdə doğulmuş, onun hüququ yarandığı xx xxxxxx 2017-ci il tarixdə 26 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 5 il sosial sığorta stajı tələb olunur. (əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə). İddiaçının məhkəmə təqdim etdiyi Sosial arayış və X8 Sistemindən şəxsi hesabın çıxarışına əsasən isə iddiaçının həmin tarixə tələb olunan 5 il sosial sığorta stajı var. Beləliklə, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, xx.xx.2017-ci il tarixdə iddiaçının əlilliyə görə əmək pensiyasının alması hüququ yaranmış və həmin dövürdə minimum pensiya kapitalı tələb olunmur. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-559/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-308/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-308/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver