Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-308/2024 29.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)-96/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı Yevlax şəhəri X4 küçəsi 2 ünvanda özünə məxsus torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Ona məxsus olan həyətyanı torpaq sahəsinin bütün sənədləri qaydasındadır. Həmin torpaq sahəsi üzərində tikilən 2 mərtəbəli fərdi yaşayış evinin layihəsi hazırlanmış və həmin layihə Yevlax şəhər İcra Hakimiyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı fərdi yaşayış evi üzrə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabden iddiaçının müraciətindən imtina etmişdir.
4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak üzərində inventarlaşdırma işləri aparılan zaman məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsində inşa edilmiş binada tamamlama işləri başa çatmamış və bina istismar olunmadığı üçün onun yaşama ilə əlaqədar olduğunu və ya qeyri-yaşayış məqsədli bina olduğunu müəyyən etmək mümkün deyildir. Belə olan halda iddiaçıya, yuxarıda qeyd olunan səbəbdən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsinin mümkün olmadığı bildirilmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 fevral 2024-cü il tarixli 2- 1(116)-96/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, özəlləşdirilməsi nəzərdə tutulan tikilinin fərdi-yaşayış evi və ya qeyri-yaşayış təyinatlı olub-olmaması tam şəkildə aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən iş üzrə mütəxəssisin rəyinin alınması barədə göstəriş olsa da, mütəxəssis rəyi ilə Ərazi İdarəsinin faktiki mövqeyi eyni olduğu halda (hansı ki imtinanın verilməsində mahiyyət tikilinin qeyri-yaşayış olması ilə bağlı olmuşdur) məhkəmə tərəfindən mütəxəssis rəyi nəzərə alınmamış, işin faktiki hallarına daxil edilməmişdir. Hesab etmişlər ki, analoji işlərlə bağlı məhkəmənin istinad etməli olduğu əsas mənbələrdən biri də elə mütəxəssis qarşısına qoyulmuş suallara verilən cavablar olmalı idi. Digər bir tərəfdən hesab etmişlər ki, iş üzrə verilmiş bütün rəylərdən (fotoşəkil də əlavə edilmişdir) göründüyü kimi, mübahisə predmeti olan tikilinin xarici görkəmi, daxili elementləri, planlanması fərdi yaşayış evinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən, birinci instansiya məhkəməsindəki icraat zamanı alınmış mütəxəssis rəyi ilə kifayətlənməməli, işin mahiyyəti ilə əlaqədar olaraq bütün faktiki halların araşdırılması üçün Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi alınmalı, iş üzrə tərtib edilmiş bütün sənədlər (qeyri-yaşayış tipli olub-olmaması, nəticəsindən asılı olaraq istismara yararlılığı və s.) yenidən tədqiq edilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)-96/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)-96/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)- 96/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. RX seriyalı ******* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Yevlax şəhəri X4 küçəsi 2 nömrəli ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (əvvəl tikilmiş) İddiaçı mülkiyyətindədir.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu,
3. İN/L-611/2017 nömrəli xx.xx.2017-ci il tarixli Lisenziyanın surəti,
4. Yevlax şəhəri X4 küçəsi 2 nömrəli ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin tikinti Layihəsi,
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3980/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən tikilinin faktiki ümumi sahəsi 146.74 kv.m-dir. İddia olunan tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. İddia olunan tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar (həyətyanı sahələrin altında olan torpaqlar), mülkiyyətçisi İddiaçıdur. İddiaçının naturada göstərdiyi və iddia etdiyi tikilinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti yerquruluşu planında göstərilmişdir. Digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Qeydə alınması iddia olunan binanın tikintisi başa çatmışdır və ilkin layihəyə uyğun inşa edilmişdir. Qeydə alınması iddia olunan binanın təyinatı qeyri-yaşayış binasıdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0.27. tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusu; Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 82. Tikinti işlərinin başlanmasına əsaslar barədə məlumat verilməsi Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada məlumat verilməsi təmin edilir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ünvan 4 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin paylı mülkiyyətindədir.
23. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, özəlləşdirilməsi nəzərdə tutulan tikilinin fərdi-yaşayış evi və ya qeyri-yaşayış təyinatlı olubolmaması tam şəkildə aydınlaşdırılmamışdır. İş üzrə verilmiş bütün rəylərdən göründüyü kimi, mübahisə predmeti olan tikilinin xarici görkəmi, daxili elementləri, planlanması fərdi yaşayış evinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən, birinci instansiya məhkəməsindəki icraat zamanı alınmış mütəxəssis rəyi ilə kifayətlənməməli, işin mahiyyəti ilə əlaqədar olaraq bütün faktiki halların araşdırılması üçün Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi alınmalı, iş üzrə tərtib edilmiş bütün sənədlər (qeyri-yaşayış tipli olub-olmaması, nəticəsindən asılı olaraq istismara yararlılığı və s.) yenidən tədqiq edilməlidir.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, işə əlavə edilmiş Yevlax şəhəri, şəhid H.Əliyev küçəsi 2 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin tikinti layihəsi "xxxx" MMC tərəfindən hazırlanmış və həmin layihə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Layihədən də göründüyü kimi, qeyri-yaşayış binasının deyil, fərdi yaşayış evinin tikintisi məqsədilə hazırlanmışdır.
25. Bundan başqa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3980/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən tikilinin faktiki ümumi sahəsi 146.74 kv.m-dir. İddia olunan tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. İddia olunan tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar (həyətyanı sahələrin altında olan torpaqlar), mülkiyyətçisi İddiaçıdur. İddiaçının naturada göstərdiyi və iddia etdiyi tikilinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti yerquruluşu planında göstərilmişdir. Digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Qeydə alınması iddia olunan binanın tikintisi başa çatmışdır və ilkin layihəyə uyğun inşa edilmişdir. Qeydə alınması iddia olunan binanın təyinatı qeyri-yaşayış binasıdır.
26. Mütəxəssis qarşısında qoyulmuş 4-cü suala cavab olaraq qeydə alınması iddia olunan binanın tikintisinin başa çatması və ilkin layihəyə uyğun inşa edilməsi göstərilsə də lakin 5-ci suala cavab olaraq qeydə alınması iddia olunan binanın təyinatının qeyri-yaşayış binası olması göstərilmişdir. Göründüyü kimi mütəxəssis rəyində tikintinin ilkin layihəyə uyğun inşa edilməsinin müəyyən edilməsinə baxmayaraq həmin rəydə binanın təyinatının qeyri-yaşayış binası olmasının göstərilməsinə məhkəmə kollegiyası tənqidi yanaşır.
27. Belə ki, iddiaçının həmin ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə layihə hazırladaraq, məlumatlandırma icraatı qaydasında Yevlax Rayon İcra Hakimiyətinə təqdim etdiyi müəyyən edilmişdir. Verilmiş sorğuya cavab olaraq Yevlax Rayon İcra Hakimiyəti tərəfindən fərdi yaşayış evinə dair sənədlər təqdim edilmişdir. İddiaçının inşa etdiyi və üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi fərdi yaşayış evinin həmin layihəyə uyğun olduğu, həmçinin tikintinin başa çatdığı mütəxəssis rəyinə əsasən də təsdiq olunmuşdur.
28. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
29. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmamasına dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)-96/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.