Məhkəmə qərarları › İş №2-1(107)-309/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-309/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-309/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanunsuz hesab edilməsi və Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsində inşa etdirdiyi kənd təsərrüfatı ilə bağlı obyektə (mal-qara fermasına) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2-1(116)-477/2021 saylı qərarından cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanunsuz hesab edilməsi və Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsində inşa etdirdiyi kənd təsərrüfatı ilə bağlı obyektə (mal-qara fermasına) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Şəki rayonu 2 saylı notariat kontorunda 09 mart 2018-ci ildə 4Ə-55 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən, ümumi sahəsi 0,35 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə əldə etmişdir. Bu barədə iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 27 mart 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, qeyd olunan 0.35 ha torpaq sahəsi üzərində inşa etdirdiyi qeyri-yaşayış binasına (mal-qara ferması) çıxarış verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 01.03.2021-ci il tarixli, **********59 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Şəki rayonu, Öryət kəndində yerləşən qeyriyaşayış binasının (tövlə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. Ərizəyə 19 mart 2018-ci il tarixli, A№244650 saylı torpaq sahəsinin planı və ölçüsü, 27 mart 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi əlavə edilsə də, inşa edilmiş qeyri-yaşayış binasının ümumi sahəsi 271.9 kv.m olduğundan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində göstərilən tikintisinə icazə tələb olunmayan və həmin Məcəllənin 80-cı maddəsində göstərilən məlumatlandırma icraatı tətbiq edildiyi tikinti obyekti olmadığından, həmçinin sözügedən Məcəllənin 74-cü maddəsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyekti olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyindən, eyni zamanda ərazidə inşa edilmiş çoban evi təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsində yalnız baş planda göstərildiyindən vətəndaşın ərizəsinin icrasından imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2-1(116)-477/2021 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuz hesab edilir və onun üzərinə Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsində İddiaçı inşa etdirdiyi kənd təsərrüfatı ilə bağlı obyektə (mal-qara ferması) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bildiririk ki, inşa edilmiş qeyriyaşayış binasının ümumi sahəsi 271.9 kv.m olduğundan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində göstərilən tikintisinə icazə tələb olunmayan və həmin Məcəllənin 80-ci maddəsində göstərilən məlumatlandırma icraatı tətbiq edildiyi tikinti obyekti olmadığından, həmçinin sözügedən Məcəllənin 74-cü maddəsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyekti olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsi 03.05.2021-ci il tarixli, 2- 1(116)-477/2021 saylı qərarı ləğv edilərək iş üzrə iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2-1(116)-477/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 85.2- ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.3-cü maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı sahibliyində olan torpaq sahəsində inşa etdiyi tikiliyə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınmasını xahiş etmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 19.03.2018-ci il tarixli, 244650 nömrəli Plan ölçü sənədinin surəti, RX seriyalı, ******* nömrəli, 27.03.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Öryət kəndində yerləşən 0.35 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) ehtiyat fondu torpaqlarına aiddir. İddiaçının Şəki Şəhər İcra Hakimiyyətinə ünvanladığı 04.03.2019-cu il tarixli məktubda qeyd edilir ki, Şəki rayonu, Öryət kəndində xüsusi mülkiyyətində olan 0.35 ha torpaq sahəsində kiçik sahibkarlıqla məşğul olmaq məqsədi ilə mal-qara saxlamaq üçün bir ədəd ferma binasını iddiaçı tikib başa çatdırmış, bina hazırda istifadəyə yararlıdır. 29.04.2019-cu il tarixdə “X5” MMC tərəfindən tərtib edilən qeyri-yaşayış binasının eskizlayihəsinin surətindən görünür ki, tikinti sahəsi 300 kv.m olan Şəki şəhəri, Öryət kəndində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının sifarişçisi İddiaçıdur. Layihənin bütün səhifələri Şəki şəhərinin baş memarı tərəfindən imzalanmış və möhürlənmişdir. Daşınmaz Əmlakın 26.12.2019-cu il tarixli müayinə baxış aktının surətində qeyd edilir ki, ümumi torpaq sahəsi sənəd üzrə və faktiki 0.35 ha-dır, daşınmaz əmlakın ümumi sahəsi sənəd üzrə 270.5 kv.m, faktiki 337.8 kv.m, əsas sahə sənəd üzrə 230 kv.m, faktiki 271.9 kv.m, köməkçi sahə sənəd üzrə 40.5 kv.m, faktiki 66.4 kv.m-dir. Torpaq sahəsi qonşu sahələrlə əhatə olunmuşdur. Sahəsi 29.4 kv.m olan quş damı icazəsiz tikilidir. Ferma binası eskiz layihəyə uyğun tikilib. Ərazidə yerləşən çoban evi eskiz layihədə yalnız baş planda göstərilib. Tikililər kommersiya xətlərinin mühafizə zolağına düşmür. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı aparatının 31.03.2021-ci il tarixli, 2/417 nömrəli məktubunda qeyd edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi 11 nömrəli evin 85 nömrəli mənzilində yaşayan İddiaçı Şəki Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Öryət kəndində xüsusi mülkiyyətində olan 0,36 ha torpaq sahəsində mal-qara saxlamaq üçün tikib başa çatdırdığı bir ədəd ferma binasının istifadəyə yararlı olduğunu bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. 80.1-ci bəndinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü bəndinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4-cü bəndinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 82.2-ci bəndinə əsasən məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Yuxarıda sadalanan normalardan göründüyü kimi iddiaçının inşa etdirdiyi mal-qara fermasının ölçüsü 100 kv.m-dən artıq olduğu üçün həmin obyektin tikintisinə məlumatlandırma icraatı şamil olunduğu üçün onun tərəfindən icra hakimiyyətinə məlumat verilmiş, tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsi icra hakimiyyətinin baş memarı tərəfindən təsdiqlənmişdir. Tikinti başa çardıqdan sonra icra hakimiyyətinə məlumat verilmişdir. Həmçinin daşınmaz əmlakın 26.12.2019-cu il tarixli müayinə baxış aktının surətində qeyd edilir ki, ümumi torpaq sahəsi sənəd üzrə və faktiki 0.35 ha-dır, daşınmaz əmlakın ümumi sahəsi sənəd üzrə 270.5 kv.m, faktiki 337.8 kv.m, əsas sahə sənəd üzrə 230 kv.m, faktiki 271.9 kv.m, köməkçi sahə sənəd üzrə 40.5 kv.m, faktiki 66.4 kv.m-dir. Torpaq sahəsi qonşu sahələrlə əhatə olunmuşdur. Sahəsi 29.4 kv.m olan quş damı icazəsiz tikilidir. Ferma binası eskiz layihəyə uyğun tikilib. Ərazidə yerləşən çoban evi eskiz layihədə yalnız baş planda göstərilib. Tikililər kommersiya xətlərinin mühafizə zolağına düşmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. Apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti sahəsi 300 kv.m olan Şəki şəhəri, Öryət kəndində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının sifarişçisi İddiaçı olmaqla layihənin bütün səhifələri Şəki şəhərinin baş memarı tərəfindən imzalanmış və möhürlənmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2- 1(116) 477/2021 saylı, 03.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2-1(116) 477/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar