Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-31/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X37 (bundan sonra cavabdeh və ya DƏDRX-in 17 saylı X41) qarşı “JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi və həmin hissədə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-443/2019nömrəli qərarından üçüncü şəxs X17 tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Yevlax Rayon XDS İK-in xx.xx.1991-ci il tarixli 34 nömrəli qərarına əsasən, rayonun "Kommunist" kolxozunun səmərəsiz istifadə olunan 52 ha torpaq sahəsində "Səbael" adlı kəndli (fermer) təsərrüfatının yaradılması və əsasnaməsinin qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Torpaq islahatı zamanı Yevlax Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra RAİK) xx.xx.1998-ci il tarixli 424 nömrəli qərarına istinadən, Yevlax rayon Malbinəsi kənd sakini X25 mülkiyyətinə 2,75 ha torpaq payı verilmiş və onun adına xx.xx.1999-cu il tarixli JN-5xx xxx 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənədə görə, torpaq sahəsi 6637,13 kv.m. və 20906,62 kv.m. olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. Yevlax RAİK-in xx.xx.1998-ci il tarixli 424 nömrəli qərarına istinadən, Yevlax rayon Malbinəsi kənd sakinləri X18, X22, X26, X27 və X19 ümumi mülkiyyətinə 3,27 ha torpaq payı verilmiş və onların adına xx.xx.1999-cu il tarixli JN-05xx xxx 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənədə görə, torpaq sahəsi 11801,54 kv.m. və 20906,62 kv.m. olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. X36 xx.xx.2014-cü ildə vəfat etmişdir. X18, X22, X26, X27 və X28 ümumi mülkiyyətlərində olan və JN-05xx xxx 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,27 ha torpaq sahəsini xx.xx.2015-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" əsasında X1. Həmin 3,27 ha torpaq sahəsinin 1,1802 ha hissəsinə xx.xx.2015-ci ildə, qalan 2,0907 ha hissəsinə isə xx.xx.2015-ci ildə X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilmişdir. X6 xx.xx.2018-ci il tarixli ******* nömrəli və eyni tarixli ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilə"ləri əsasında müvafiq olaraq 1,1802 ha və 2,0907 ha torpaq sahələrini İddiaçı satmışdır. İddiaçı həmin 2,0907 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, həmin torpaq sahəsi JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə X25 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2,0907 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa, X4 JN-510 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında alqı-satqı yolu ilə əldə etdiyi 2,0907 ha torpaq sahəsi elektron baza xəritəsində mövcud deyil. Bu səbəblərə görə torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" verilməsi mümkün deyil. Bununla bərabər, X25 adına olan JN-5xx xxx 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsinin 2,0907 ha və 0,6637 ha hissələrinə X25 mülkiyyət hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Eyni zamanda, X25 adına 2,0907 ha torpaq sahəsi ilə bağlı xx.xx.2015-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehə qarşı "JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ləğv edilməsi, AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilə"sinə əsasən 2,0907 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bundan sonra X25 adına xx.xx.2015-ci ildə qeydiyyata alınmış 2,0907 ha torpaq sahəsi ilə bağlı xx.xx.2019-cu ildə onun qızı X8 adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Həmin 2,0907 ha torpaq sahəsi ilə bağlı X8 adına xx.xx.2019-cu ildə "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Mərhum X24 miras qalmış 0,6637 ha və 2,0907 ha torpaq sahələrinə X8 mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi və həmin hissədə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2019-cu il tarixli etirazında iddiaçıya göndərdiyi imtina məktubunun dəlillərinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X17 da iddianı qəbul etməmiş və yazılı etirazında bildirmişdir ki, onun mərhum anası X36 "Səbael" kəndli (fermer) təsərrüfatının üzvü olaraq, torpaq islahatı zamanı həmin təsərrüfatın istifadəsində olan ərazidən 2,75 ha torpaq payı almışdır. Həmin torpaq sahəsi Yevlax RAİK-in xx.xx.1998-ci il tarixli 424 nömrəli qərarı ilə verilmiş, həmin qərar isə ləğv edilməmiş, dəyişdirilməmiş və etibarsız sayılmamışdır. Belə olan halda, Dövlət aktının ləğv edilməsinə yol verilə bilməz. Bundan başqa, iddiaçının özünü mülkiyyətçisi hesab etdiyi torpaq sahəsi cavabdehin elektron baza məlumatlarında əks edilmir və həmin torpaq sahəsinə dair JN- 510 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında yoxdur. Birinci instansiya məhkəməsinin iclasında izahat verən üçüncü şəxsin vəkili Vəkil izahatında əlavə olaraq bildirmişdir ki, "Səbael" kəndli (fermer) təsərrüfatının istifadəsində olan torpaq sahəsi həmin təsərrüfatın üzvləri arasında bölüşdürülmüş və mərhum X30 2,75 ha torpaq payı verilmişdir. Bu, "Kəndli (fermer) təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun baş vermişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-443/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, JN-5xx xxx 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi, həmin hissədə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin DƏDRX-in 17 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X17 apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-443/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X17 məhkəmə kollegiyasına xx xxxxxx 2020-ci il tarixli yazılı vəsatət verərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı ilə keçirilməsi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə müvafiq mütəxəssis rəyinin tərtib edilərək Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi vəzifəsi qoyulmuş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli 155 nömrəli rəyi məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş ekspertizаnın аpаrılmаsı “Müstəqil Məhkəmə Ekspertizаsı” X13 həvalə edilmişdir. “Müstəqil Məhkəmə Ekspertizаsı” X9 xx xxxxxx 2020-ci il tarixli 243 nömrəli ekspert rəyi məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apelyasiya şikayətinin dəlilləri Tacmahal Yusifovanın apelyasiya şikayəti etiraz ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X17 və vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-443/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 443/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı verilən suallara cavab olaraq bildirdi ki, sözügedən torpaq sahəsindən torpaq islahatının aparıldığı 1998-ci ildən etibarən ilk mülkiyyətçi X18, sonra həmin torpaq sahəsini almış X6 istifadə etmişlər. xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi ilə X2 aldıqdan sonra oradan özü istifadə etmişdir, indi də istifadə edir. Üçüncü şəxs X17 və onun mərhum anası X36 həmin torpaq sahəsindən heç vaxt istifadə etməmuişlər. X29 qizi həmin torpaq sahəsinin yerini də bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən DƏDRX-in 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X23 qanuna uyğun qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Yevlax Rayon XDS İK-in xx.xx.1991-ci il tarixli 34 nömrəli qərarından görünür ki, rayonun "Kommunist" kolxozunun səmərəsiz istifadə olunan 52 ha torpaq sahəsində "Səbael" adlı kəndli (fermer) təsərrüfatının yaradılması və əsasnaməsinin qeydiyyatdan keçirilməsi qərara alınmışdır. JN seriyalı 511 nömrəli (kod 90108018) "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, Yevlax RAİK-in xx.xx.1998-ci il tarixli 424 nömrəli qərarına əsasən, Yevlax rayon Malbinəsi kənd sakini X25 mülkiyyətinə 2,75 ha torpaq payı verilmiş, həmin torpaq sahəsi 6637,13 kv.m və 20906,62 kv.m olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. JN seriyalı 0510 nömrəli (kod 90108018) "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, Yevlax RAİK-in xx.xx.1998-ci il tarixli 424 nömrəli qərarına əsasən, Yevlax rayon Malbinəsi kənd sakinləri X18, X22, X26, X27 və X19 ümumi mülkiyyətinə 3,27 ha torpaq payı verilmiş, həmin torpaq sahəsi 11801,54 kv.m. və 20906,62 kv.m. olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. Yevlax Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X36 xx.xx.2014-cü ildə vəfat etmişdir. xx.xx.2015-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, X18, X22, X26, X27 və X28 ümumi mülkiyyətlərində olan və JN seriyalı 0510 nömrəli (kod 90108018) "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,27 ha torpaq sahəsini X1. ********** və ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lardan görünür ki, həmin 3,27 ha torpaq sahəsinin 1,1802 ha hissəsinə xx.xx.2015-ci ildə, qalan 2,0907 ha hissəsinə isə xx.xx.2015-ci ildə X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli ******* nömrəli və eyni tarixli ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilə"lərindən görünür ki, X6 müvafiq olaraq 1,1802 ha və 2,0907 ha torpaq sahələrini İddiaçı satmışdır. ********** və ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lardan görünür ki, X25 adına olan JN seriyalı 511 nömrəli (kod 90108018) "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsinin 2,0907 ha və 0,6637 ha hissələrinə onun mülkiyyət hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd X25 adına 2,0907 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, mərhum X25 vərəsəsi onun qızı X11r. xx.xx.2019-cu il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd 2,0907 ha torpaq sahəsi ilə bağlı X8 adına tərtib edilmişdir. ********** və ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lardan görünür ki, mərhum X24 miras qalmış 0,6637 ha və 2,0907 ha torpaq sahələrinə X8 mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli 155 nömrəli rəyindən görünür ki, “Yevlax rayonu Malbinəsi kəndi Malbinəsı təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində JN-510 nömrəli KOD 90108018 olan Dövlət Aktında 1,18 ha, JN-511 A nömrəli KOD 90108018 Dövlət Aktında isə 2.09 ha torpaq sahələrinin yerləşdiyi ərazi və hər iki torpaq sahələri arasından keçən suvarma arxının olduğu göstərilmişdir. JN-510 nömrəli KOD 90108018 olan Dövlət Aktında göstərilən torpaq sahəsi ilə Yevlax rayonu Malbinəsı kəndi Malbinəsi təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən JN-510 nömrəli torpaq sahəsinin ölçüləri və yerləşmə sxemi arasında uyğunsuzluqlar vardır. Yəni JN-510 nömrəli KOD 90108018 olan Dövlət Aktında torpaq sahəsi 3.27 ha olmaqla iki hissədə, birinci hissədə 1.18 ha, ikinci hissədə JN-510A nömrə ilə 2.09 ha göstərilmişdir. Lakin Malbinəsi kəndi Malbinəsi təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində JN-510 nömrəli torpaq sahəsi yalnız bir yerdə 1.18 ha torpaq sahəsi kimi göstərilmişdir.” “Müstəqil Məhkəmə Ekspertizаsı” X9 xx xxxxxx 2020-ci il tarixli 243 nömrəli ekspert rəyindən görünür ki, “JN-510 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın plan hissəsində qeyd edilən 510 A nömrəli, sahəsi 20906,62 m2 göstərilən torpaq sahəsinin İslahat kadastr məlumat bazasında, X10 qeydiyyatı aparılmamıışdır. Lakin JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın plan hissəsində qeyd edilən 511 A nömrəli, sahəsi 20906,62 m2 göstərilən torpaq sahəsinin islahat kadastr məlumat bazasında və eləcə də X10 qeydiyyatı olduğundan ekspertiza baxışında iddiaçı və üçüncü şəxsin iştirakı ilə özlərinin göstərdiyi eyni mübahisəli torpaq sahəsi JN-511 nömrəli Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X41 tərəfindən üçüncü şəxs olan X8 adına RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Bu səbəbdən islahat kadastr məlumat bazasında qeyd olunan sənədlər üzrə üst-üstə düşmə halı mövcud deyildir.Rəyə plan sxem və baxış aktı əlavə olunur.” Əsaslandırma hissəsi Üçüncü şəxsin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-443/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, Yevlax Rayon XDS İK-in xx.xx.1991-ci il tarixli 34 nömrəli qərarına əsasən, rayonun "Kommunist" kolxozunun səmərəsiz istifadə olunan 52 ha torpaq sahəsində "Səbael" adlı kəndli (fermer) təsərrüfatının yaradılması və əsasnaməsinin qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Torpaq islahatı zamanı Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 424 nömrəli qərarına istinadən, Yevlax rayon Malbinəsi kənd sakini X25 mülkiyyətinə 2,75 ha torpaq payı verilmiş və onun adına xx.xx.1999-cu il tarixli JN-5xx xxx 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənədə görə, torpaq sahəsi 6637,13 kv.m və 20906,62 kv.m olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. Yevlax RAİK-in xx.xx.1998-ci il tarixli 424 nömrəli qərarına istinadən, Yevlax rayon Malbinəsi kənd sakinləri X12, X14, X20, X21, X19 ümumi mülkiyyətinə 3,27 ha torpaq payı verilmiş və onların adına xx.xx.1999-cu il tarixli JN-05xx xxx 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənədə görə, torpaq sahəsi 11801,54 kv.m və 20906,62 kv.m olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. X36 xx.xx.2014-cü ildə vəfat etmişdir. X18, X22, X26, X27 və X28 ümumi mülkiyyətlərində olan və JN-05xx xxx 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,27 ha torpaq sahəsini xx.xx.2015-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" əsasında X1. Həmin 3,27 ha torpaq sahəsinin 1,1802 ha hissəsinə xx.xx.2015-ci ildə, qalan 2,0907 ha hissəsinə isə xx.xx.2015-ci ildə X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilmişdir. X6 notariat qaydada bağlanmış xx.xx.2018-ci il tarixli ******* nömrəli və eyni tarixli ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilə"ləri əsasında müvafiq olaraq 1,1802 ha və 2,0907 ha torpaq sahələrini İddiaçı satmışdır. İddiaçı həmin 2,0907 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bundan imtina etmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı DƏDRX-in 17 saylı X34 üzərinə JN- 511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi və həmin hissədə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, işdən görünür ki, mübahisə 2,0907 ha torpaq sahəsi ilə bağlıdır. Eyni torpaq sahəsi torpaq islahatı zamanı həm X25 adına olan JN-511 nömrəli, həm də X12 və ailə üzvlərinin adına olan JN-0510 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larında nəzərdə tutulmuşdur. Hər iki "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda torpaq sahələrinin Yevlax RAİK-ın xx.xx.1998-ci il tarixli 424 nömrəli qərarı əsasında verildiyi göstərildiyinə görə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək həmin qərar tələb olunmuş, lakin Xidmətin xx.xx.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, həmin Xidmətin, eləcə də onun tabeliyində olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin arxivlərində bu qərar aşkar edilməmişdir. İş üzrə tərəflər və üçüncü şəxs də həmin qərarı məhkəməyə təqdim edə bilməmişlər. Odur ki, qeyd olunan torpaq sahəsi ilə bağlı Yevlax RAİK-in qərarında hər hansı müddəanın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsinin qənaətinə görə, məhkəmə təcrübəsində RAİK-ın qərarında mülkiyyətinə torpaq sahələri verilən şəxslərin adlarının sadalanması hallarına rast gəlinməmişdir. Bundan başqa, hazırkı iddiada mərhum X25, ümumiyyətlə, torpaq payı almaq hüququ deyil, ona verilmiş torpaq payının yalnız ölçüsü mübahisələndirilir. Belə olan halda, Yevlax RAİK-in həmin qərarı ləğv edilmədən, dəyişdirilmədən, yaxud etibarsız sayılmadan, JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ləğv edilməsinə yol verilməməsi haqqında üçüncü şəxsin dəlili əsaslı deyildir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 1-ci hissəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüququ olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Maddənin 3-cü hissəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Yuxarıda sadalanan normaların birgə təhlilindən görünür ki, "Torpaq islahatı haqqında" Qanun qüvvəyə mindiyi günədək kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatlarının təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər də kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər olmuşlar. Torpaq paylarının ölçüsü kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilmiş, hər bir subyektə düşən orta torpaq payının ölçüsü isə kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilmişdir. "Torpaq islahatı haqqında" Qanun qüvvəyə mindiyi günədək kolxozun torpaqlarında yaradılmış kəndli (fermer) təsərrüfatlarının torpaq sahələrinin müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara daxil edilmiş, həmin təsərrüfatların torpaq sahələri torpaq payından az olduqda isə onlara əlavə torpaq verilmişdir. Deməli, kolxozun ərazisində yaradılmış kəndli (fermer) təsərrüfatlarının təsisçilərinə və üzvlərinə də digər kolxoz üzvləri üçün nəzərdə tutulmuş ölçüdə torpaq pay normasının verilməsi nəzərdə tutulmuşdur. Qanunda onlara digər subyektlərə nisbətən artıq torpaq sahəsi verilməsi barədə müddəa yoxdur. İş materiallarından görünür ki, JN-510 nömrəli Dövlət Aktında 5 nəfər subyektə (X18 və ailə üzvləri ) birlikdə cəmi 3,27 ha, JN-511 nömrəli Dövlət Aktında isə yalnız 1 nəfər subyektə (mərhum X36) 2,75 ha torpaq payı verilməsi göstərilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək, Yevlax rayon Malbinəsi kəndində torpaq islahatı zamanı tərtib edilmiş torpaq payı veriləcək subyektlərin siyahısından X30 aid hissədən çıxarış tələb edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu birinci instansiya məhkəməsinə göndərilmiş və məktubda qeyd olunmuşdur ki, "X44 Hakimiyyəti başçısının Malbinəsi inzibati ərazi vahidi üzrə nümayəndəliyinin Malbinəsi kəndində yaşayan, torpaq islahatı ilə əlaqədar Malbinəsi kollektiv təsərrüfatından torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı"nda 1831ci sırada X25 adı göstərilsə də, həmin adın qarşısında onun mülkiyyətinə verilən torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə, X44 Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialına və Yevlax Rayon Malbinəsi Bələdiyyəsinə sorğular edilərək, Malbinəsi kəndində torpaq islahatı aparılan zaman hər bir subyektə verilməli olan torpaq payının norması barədə məlumat tələb olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, elektron məlumat bazasında Yevlax rayon Malbinəsi kəndinin özəlləşdirilən torpaqlarında hər bir subyektə düşən torpaq payı norması barədə hər hansı məlumat aşkarlanmadı. Məktubda əlavə olaraq bildirilmişdir ki, orta pay norması özəlləşəcək torpaq sahələrinə münasibətdə şərti sahələr (fiziki sahə x torpağın bonitet balı) üzrə hesablanır. Sonradan hər bir parselin keyfiyyət göstəricisi (bonitet balı) nəzərə alınmaqla, mülkiyyətçiyə ayrılacaq torpağın fiziki sahəsi hesablanır. Bu səbəbdən hər bir mülkiyyətçiyə ayrılmış torpaq normaları fiziki sahələrə görə müxtəlif olsa da, şərti sahələrə görə bərabər olur. X44 Hakimiyyəti xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, Yevlax rayonu Malbinəsi kollektiv təsərrüfatında (keçmiş "Kommunist" kolxozunda) torpaq islahatı aparılan zaman "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, torpaq payları təsərrüfatın özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq 0,65 ha, 0,73 ha və 0,80 ha müəyyən edilmiş və dövlət aktları əsasında naturada vətəndaşlara təhkim olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı xx.xx.2019-cu il tarixli məktubunda sorğu edilən məsələ ilə bağlı məlumat tapılmadığını bildirmişdir. Yevlax Rayon Malbinəsi Bələdiyyəsi isə xx.xx.2019-cu il tarixli arayışında bildirmişdir ki, aqrar islahat zamanı Malbinəsi kəndi ərazisində torpağın əkinə yararlılıq göstəricisinə əsasən pay torpaqlarının adambaşına bölgüsü minimum 0,60 ha-dan maksimum 0,81 hadək olmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Yevlax rayon Malbinəsi kəndində hər bir subyektin mülkiyyətinə verilmiş torpaq sahəsi 0,60 ha - 0,81 ha arasında olmuşdur. Belə olan halda, mərhum X30 2,75 ha ölçüdə torpaq payının verilməsi əsaslı sayıla bilməz. Məhkəmə bu qənaətə gəldi ki, onun mülkiyyətinə verilmiş torpaq sahəsi JN- 511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın yalnız 511 nömrəli planşetində göstərilən 0,663713 ha torpaq sahəsidir. Bu rəqəm yuxarıda göstərilən arayışlarla müəyyən edilən normaya uyğundur. Həmin Dövlət Aktının 511A planşetində göstərilən 2,090662 ha torpaq sahəsi isə torpaq payı normasından qat-qat artıq olduğuna görə onun mülkiyyətinə verilə bilməzdi. Eyni zamanda, JN-510 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"ında göstərilən 3,27 ha torpaq sahəsini mülkiyyətçilərin sayına (5 nəfər) böldükdə hər birinə 0,654 ha düşür ki, bu da yuxarıda göstərilən arayışlarla müəyyən edilən normaya uyğundur. Üçüncü şəxs X8 vəkili Vəkil mərhum X30 verilmiş torpaq payının digər subyektlərə verilmiş paylardan qat-qat artıq olmasını belə izah etmişdir ki, "Səbael" kəndli (fermer) təsərrüfatının istifadəsində olan torpaq sahəsi islahat zamanı "Kəndli (fermer) təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq həmin təsərrüfatın üzvləri arasında bölüşdürülmüş və bu səbəbdən də mərhum X30 torpaq payı 2,75 ha verilmişdir. Üçüncü şəxsin apelyasiya şikayətində də həmin hal qabardılmışdır. Lakin məhkəmə kollegiyası bununla razılaşmır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək qüvvədə olmuş "Kəndli (fermer) təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində deyilirdi ki, kəndli təsərrüfatı təşkil etmək istəyən vətəndaşlar qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyətə torpaq sahəsi ala bilərlər. Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahəsi mülkiyyətə orta torpaq norması hesabı ilə rayon, şəhər xalq deputatları soveti tərəfindən pulsuz verilir. Göründüyü kimi, həmin norma tamamilə başqa bir hüquq münasibətinə aiddir və kəndli (fermer) təsərrüfatı təşkil etmək istəyən vətəndaşların öz mülkiyyətinə torpaq sahəsi ala bilmək hüququnu ehtiva edir. Hazırkı işdə isə "Torpaq islahatı haqqında" Qanun qüvvəyə mindiyi günədək kolxozun torpaqlarında yaradılmış kəndli (fermer) təsərrüfatının istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsindən bəhs edilir. Bu özəlləşdirmənin "Torpaq islahatı haqqında" Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş qaydası yuxarıda ətraflı şərh edilmişdir. Həmin norma kəndli (fermer) təsərrüfatı üzvlərinin də digər subyektlərlə bərabər ölçüdə torpaq payı almaq hüququnu təsbit etmişdir. Həmçinin, qeyd edilməlidir ki, "Səbael" adlı kəndli (fermer) təsərrüfatının üzvlərinin mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə Yevlax Rayon XDS-nin qərarı yoxdur. Yevlax Rayon XDS İK-in işdə olan xx.xx.1991-ci il tarixli 34 nömrəli qərarı 52 ha torpaq sahəsində "Səbael" adlı kəndli (fermer) təsərrüfatının yaradılması və əsasnaməsinin qeydiyyatdan keçirilməsindənibarədədir. Üçüncü şəxsin növbəti dəlili budur ki, iddiaçının istinad etdiyi JN-510 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında yoxdur. Lakin bu dəlil də toplanmış sübutlarla təkzib olundu. Belə ki, əvvəla, məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək alınmış "X44 Hakimiyyəti başçısının Malbinəsi inzibati ərazi vahidi üzrə nümayəndəliyinin Malbinəsi kəndində yaşayan, torpaq islahatı ilə əlaqədar Malbinəsi kollektiv təsərrüfatından torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı"nda 1826- 1830-cu sıralarda X12, X15, X20, X21 və X19 adları göstərilmişdir. Bundan başqa, cavabdehə sorğu edilərək alınmış "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qeydiyyat kitabı"ndan çıxarışda 510-cu sırada X12, 511-ci sırada isə X25 adları qeyd olunmuşdur. Beləliklə, məhkəmə bu qərara gəldi ki, iddiaçı "JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi və həmin hissədə öz mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Qeyd olunmalıdır ki, JN-510 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın (X18 və ailə üzvlərinə aid olan) bütün rekvizitləri doldurulub və sonuncu səhifə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon şöbəsinin və Dövlət Yerquruluşu və Layihə İnstitunun imzası və möhürü ilə təsdiq edilmişdir. Lakin JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın (X30 aid olan) birinci səhifəsi ümumiyyətlə doldurulmayıb, sonuncu səhifəsində isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon şöbəsinin möhürü və rəhbər şəxsin imzası icra edilməmişdir. Bütün bunlar JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın mötəbərliyinə şübhə yaradan hallardır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “Müstəqil Məhkəmə Ekspertizаsı” X13 həvalə edilmişdir, ekspertin qarşısında JN-510 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın planşet nömrəsi 510 A, sahəsi 20906,62 m2 olan torpaq sahəsi ilə JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın planşet nömrəsi 511 A, sahəsi 20906,62 m2 olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. Məhkəmə tikinti-texniki ekspertizаsının xx xxxxxx 2020-ci il tarixli 243 nömrəli ekspert rəyində göstərilmişdir ki, “JN-510 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın plan hissəsində qeyd edilən 510 A nömrəli, sahəsi 20906,62 m2 göstərilən torpaq sahəsinin İslahat kadastr məlumat bazasında, X10 qeydiyyatı aparılmamıışdır. Lakin JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın plan hissəsində qeyd edilən 511 A nömrəli, sahəsi 20906,62 m2 göstərilən torpaq sahəsinin islahat kadastr məlumat bazasında və eləcə də X10 qeydiyyatı olduğundan ekspertiza baxışında iddiaçı və üçüncü şəxsin iştirakı ilə özlərinin göstərdiyi eyni mübahisəli torpaq sahəsi JN-511 nömrəli Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X41 tərəfindən üçüncü şəxs olan X8 adına RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Bu səbəbdən islahat kadastr məlumat bazasında qeyd olunan sənədlər üzrə üst-üstə düşmə halı mövcud deyildir.” Məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşmır. Belə ki, X12 və ailə üzvlərinin ümumi mülkiyyətlərinə 3,27 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması, ö cümlədən bununla bağlı onların adına JN-0510 nömrəli kod 90108018 olan "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməsi hazırda baxılan mübahisə üzrə kifayət qədər araşdırılaraq bununla bağlı həm birinci instansiya məhkəməsinin qərarında, həm də kollegiyanın qərarında əsaslandırma aparılmışdır. İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası xx xxxxxx 2020-ci il tarixli 243 nömrəli ekspert rəyində qeyd edilənlərlə razılaşmır və həmin rəyi mötəbər sübut kimi qəbul etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanmış, cavabdeh inzibati orqan həmin əsasların mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmin əsaslar mövcud olmadığı halda iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız imtina etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına sübut təqdim edə bilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, DƏDRX-in 17 saylı X41 iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı qanuni və əsaslıdır. Üçüncü şəxs X8 apelyasiya şikayətinin dəlilləri əsassızdır. İPM-in 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası üçüncü şəxs X8 məhkəmə kollegiyasına ünvanlanan xx xxxxxx 2020-ci il tarixli yazılı vəsatəti əsasında təyin edilmişdir. İPM-in 110.4-cü maddəsinə görə, yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqаtının dəyəri 300 (üç yüz) mаnаt təşkil edir. Məhkəmə kollegiyаsına görə, Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 110.4-cü mаddəsinə uyğun olаrаq, həmin məbləğ üçüncü şəxs Tacımahal Yusifovaya аid edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-443/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Üçüncü şəxs X17 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə məhkəmə tikinti texniki ekspertizası xərci olan 300 (üç yüz) manat üçüncü şəxs X7 tutulub “Müstəqil Məhkəmə Ekspertizаsı” X9 hesabına (SFİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AİİB********************) köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-31/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-31/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver