Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-31/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 Tikintidə X1rşı “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 5 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “bərpa-gücləndirmə işlərinin aparılması” barədə Fövqalada Hallar Komissiyasının qəbul olunmuş rəyinin və qərarının dəyişdirilərək evinin yenidən tikilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-499/2022 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 5 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “bərpa-gücləndirmə işlərinin aparılması” barədə Fövqalada Hallar Komissiyasının qəbul olunmuş rəyinin və qərarının dəyişdirilərək evinin yenidən tikilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-3187/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-653/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
4. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı, tələbini dəqiqləşdirərək cavabdeh orqan olaraq Cavabdeh1 Tikintidə Təhlükəsizliyə X3 qeyd edilməsini və İsmayıllı Rayon İcra Hakimiyyətinin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - O, İsmayıllı rayon Bəhliyan kəndində ailəsi ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi yaşayış evi onun mülkiyyətindədir. 2019-cu ilin fevral ayında Qobustan-Şamaxı-İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə baş vermiş məlum zəlzələ nəticəsində yaşadığı - İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərd yaşayış evinin əsas daşıyıcı divarları bərpaolunmaz şəkildə çatlayaraq ev tamamilə yararsız hala düşmüşdür. O, lazımi orqanlara vaxtında məlumat vermiş, Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyinin və İsmayıllı Rayon İcra hakimiyyətinin yaratdığı birgə komissiya evinə baxış keçirərək getmişlər. Xeyli müddət keçdikdən sonra 2-3 nəfərdən ibarət işçi qrupu gələrək, özləri ilə bir neçə sement kisəsi və bir qədər də çay qumu gətirərək evin bərpasına başlamaq istədiklərini bildirmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, qeyd edilən zəlzələ ilə əlaqədar yaradılmış fövqaladə komissiya evində bərpa gücləndirmə işlərinin aparılması barədə rəy vermiş və həmin rəyə əsasən müvafiq qərar qəbul etmişdir.
7. O, qeyd edilən qərarla razılaşmamış, hər iki inzibati orqana rəsmi qaydada müraciət edərək evinin yenidən tikilməsini xahiş etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti ona 7 noyabr 2019-cu il tarixli 05/3064 saylı və 17 dekabr 2019-cu il tarixli 02/5075 saylı məktublarla bildirmişdir ki, yaradılmış fövqaladə komissiyanın qərarının dəyişdirilməsinə səlahiyyətləri yoxdur, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. O, məhkəməyə müraciət etmək üçün qərarın və rəyin dəyişdirilməsi üçün ona verilməsinə görə xx.xx.2019-cu ildə AR FHN-nə rəsmi şəkildə müraciət etmişdir. Həmin cavabdeh inzibati orqan onun tələbini yerinə yetirməmiş, ona xx.xx.2019-cu il tarixli 37/N-08312 saylı məktubla bildirmişdir ki, komissiyanın tərtib etdiyi akta əsasən zəlzələ nəticəsində evi bərpaya ehtiyacı olan evlər sırasına daxil edilmişdir və bununla əlaqədar “müvafiq tədbir” görüləcəkdir.
8. Faktiki vəziyyətdə evi tamamilə yarasız hala düşmüş, yenidən sökülüb tikilməlidir. O, bu haqsızlıq barədə Nazirliyə və İsmayıllı Rayon İcra Hakimiyyətinə yazılı şəkildə bildirmiş, bir neçə dəfə evə baxış keçirilmiş, lakin bərpa-gücləndirmə barədə rəy və qərar dəyişdirilməmişdir.
9. Cavabdeh orqan iddia tələbinə eirazını aşağıdakı kimi əsaslandırmışdır: - 2019-cu ilin fevral ayının 5-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə Təhlükəsizliyə X3nin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir.
10. İddiaçıya məxsus ev yerli icra hakimiyyəti orqanları tərəfindən siyahıya təqdim edilmiş, Agentliyin mütəxəssisləri tərəfindən həmin evə baxış keçirmiş və Akt tərtib olunmuşdur. Həmin Akta əsasən ev bərpa olunanlar siyahısına əlavə edilmişdir. Lakin İddiaçı evin bərpa olunmasından imtina edir.
11. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir.
12. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
13. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir.
14. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
15. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır.
16. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara məxsus evləri dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlər davam etdirilməkdədir.
17. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
19. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-499/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi və ekspert rəyinin verilməsinə görə xərcin iddiaçıya aid edilməsi, ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 50 manatın iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab: büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı – Dövlət xəzinədarlığı agentliyi, kodu – 210005, VÖEN – **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: 170032662, hesab – AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.
20. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi “İcbarı sığortalar haqqında” Qanunun 35-ci maddəsini öz mülahizəsinə uyğun şərh etmiş və belə qənaətə gəlmişdir ki, vətəndaş öz evini icbari qaydada siğortalamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Qanunla tanış olarkən fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortasının icbari olması ilə rastlaşmamışdır. Bundan əlavə qeyd etmək zəruridir ki, məhkəmə ölkə başçısının vətəndaşa yardım olunması barədə qəbul etdiyi sərəncamı nəzərə almamışdır. Sərəncama əsasən dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə pul vəsaiti ayrılmışdır. Hər hansı sığorta təşkilatından əvəzsiz qaydada dəymiş ziyanın aradan qaldırılması tələb olunmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2- 1(116)-499/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-499/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
24. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
25. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İsmayıllı Rayon İHB-nın aparatının xx.xx.2019-cu il tarixdə iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, FHN-nin mütəxəssislərindən ibarət yaradılmış komissiya ilə birgə fərdi yaşayış evinə baxış keçirilmiş, komissiya tərəfindən sözügedən yaşayış evində bərpa-gücləndirmə işlərinin aparılması barədə qərar qəbul edilmişdir. - Cavabdehin xx.xx.2019-cu il tarixdə iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, Nazirliyin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında İsmayıllı rayonu ərazisində xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərin texniki vəziyyəti araşdırılmış və müvafiq aktlar tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. - Cavabdeh1 Tikintidə Təhlükəsizliyə X3 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli texniki baxış aktından görünür ki, xx.xx.2019-cu il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ hadisəsi nəticəsində vətəndaşların yaşayış evlərinin texniki vəziyyətinin araşdırılması məqsədilə iddiaçıya məxsus fərdi yaşayış evinə vizual texniki baxış keçirilmiş, aşağıdakılar müəyyən edilmişdir: Tikili planda ölçüləri 16.0x10.5 m, 1 mərtəbəli, 3 otaqlı, 1 eyvanlıdır. Kürsü 1.20 m.dir. divarları çay daşı, mişarlanmış əhəng daşından yerinə yetirilmişdir. Damı çardaq tipli olub dalğavari asbest sement vərəqələrlə örtülmüşdür. Fərdi yaşayış evi relyefli ərazidə yerləşir. Evin fasadları suvaqsızdır. Evin arxa yükdaşıyan divarında şaquli istiqamətli bir neçə ədəd iki tərəfli olan çatlar mövcuddur. Evin daxili divarlarında suvaq qatında aşınmalar müşahidə olunur. Nəticə olaraq - “bərpa” qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3932 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin hazırkı vəziyyəti xx.xx.2019-cu il tarixdə keçirilmiş texniki baxış aktında göstərilən vəziyyət və fotoşəkillər ilə müqayisədə eynilik təşkil etmir. Hazırkı vəziyyətdə baş vermiş hadisədən artıq iki ildən artıq vaxt keçdiyi üçün fərdi yaşayış evi daha da yararsız vəziyyətə düşmüşdür. İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin hazırkı vəziyyəti təmir-bərpa işlərinin görülməməsinin nəticəsidir. İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi hal-hazırda yaşayış üçün yararsız vəziyyətdədir. Fərdi yaşayış evinin divarlarında çatların olduğunu, bir yaşayış otağının divarının uçmasını nəzərə alaraq fərdi yaşayış evinin sökülərək yenidən inşa edilməsi məqsədəuyğundur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3932 nömrəli ekspert rəyinin məzmununun aydınlaşdırılması üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti məhkəmə iclasına dəvət edilmiş və sonuncu, ekspert rəyini dəqiqləşdirərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinin bir yaşayış otağının divarının uçması nəzərə alınmadan, fərdi yaşayış evinin divarlarında olan çatlar fərdi yaşayış evinin qəzalı olması və sökülərək yenidən inşa edilməli olması qənaətini yaradır. Təmir-bərpa işlərinin görülməməsi nəticəsində fərdi yaşayış evinin hazırkı vəziyyət düşməsi ilə bağlı rəy həm divardakı çatlara, həm də bir yaşayış otağının uçmasına aiddir. Əsaslı təmir-bərpa işləri aparılsa idi, yəni bərkitmə, kəmərin quraşdırılması işləri görülərdisə, həmçinin çat yaranmış divarlar sökülərək, yenidən tikilsə idi fərdi yaşayış evinin daha da yararsız vəziyyətə düşməsinin qarşısını almaq mümkün olardı. Zəlzələdən sonra fərdi yaşayış evinə ekspert tərəfindən baxış keçirilmədiyindən məhkəmə tədqiqatı zamanı ekspertiza tədqiqatı ilə aşkar edilmiş çatların zəlzələ nəticəsində və ya ilkin yaranmış çatların təmir-bərpa işlərinin aparılmaması nəticəsində yaranması ilə bağlı dəqiq fikir bildirmək mümkün deyil. Həmin çatlar hər iki halda yarana bilərdi. TƏTBİQ EDİLƏN HÜQUQ
26. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
27. Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı:
1. Baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Cavabdeh1nə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
28. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
29. Azərbaycan Respublikası Cavabdeh1 haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
31. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
32. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
33. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
34. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, 2019-cu ilin fevral ayının 5-də baş vermiş zəlzələ nəticəsində İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən, iddiaçının yaşadığı evə ziyan dəymiş, dəymiş ziyanın texniki vəziyyəti araşdırılaraq cavabdeh tərəfindən müvafiq akt tərtib edilmiş, tərtib olunmuş aktda fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. İddiaçı fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqanın həmin yaşayış sahəsinin bərpaya ehtiyacı olan ev kimi qiymətləndirilməsi ilə razılaşmamışdır. Belə ki, cavabdeh orqan xx.xx.2019-cu il tarixli texniki baxış aktında evin arxa yükdaşıyan divarında şaquli istiqamətli bir neçə ədəd iki tərəfli olan çatların mövcud olmasını, evin daxili divarlarında suvaq qatında aşınmaların müşahidə olunmasını və nəticə olaraq - “bərpa” işlərinin aparılmalı olmasını qeyd etmiş, inzibati işin məhkəmə araşdırması zamanı isə işdə olan ekspert rəyi və müvafiq rəyin aydınlaşdırılması məqsədilə ekspert tərəfindən verilmiş izahatla müəyyən edilmişdir ki, İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin hazırkı vəziyyəti təmir-bərpa işlərinin görülməməsinin nəticəsidir. İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi hal-hazırda yaşayış üçün yararsız vəziyyətdədir. Fərdi yaşayış evinin divarlarında çatların olduğunu, bir yaşayış otağının divarının uçmasını nəzərə alaraq fərdi yaşayış evinin sökülərək yenidən inşa edilməsi məqsədəuyğundur. Mübahisə predmeti olan İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinin bir yaşayış otağının divarının uçması nəzərə alınmadan, fərdi yaşayış evinin divarlarında olan çatlar fərdi yaşayış evinin qəzalı olması və sökülərək yenidən inşa edilməli olması qənaətini yaradır. Təmir-bərpa işlərinin görülməməsi nəticəsində fərdi yaşayış evinin hazırkı vəziyyətə düşməsi ilə bağlı rəy həm divardakı çatlara, həm də bir yaşayış otağının uçmasına aiddir. Əsaslı təmir-bərpa işləri aparılsa idi, yəni bərkitmə, kəmərin quraşdırılması işləri görülərdisə, həmçinin, çat yaranmış divarlar sökülərək, yenidən tikilsə idi fərdi yaşayış evinin daha da yararsız vəziyyətə düşməsinin qarşısını almaq mümkün olardı.
37. Bununla baglı kollegiya qeyd edir ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır.
38. Nəzərə almaq lazımdır ki, tərəflər, o cümlədən də iddiaçı mübahisəyə dair sübutların əldə olunmasında, həmçinin, onun sərəncamında olan sübutların təqdim edilməsində məhkəməyə yardım etmək vəzifəsi daşıyır. İddiaçı isə bu vəzifə üzrə hər hansı sübut təqdim etməmiş, ziyanın dəyməsini təsdiq edən sübutlara istinad etməmiş, iddiasının təmin edilməsindən imtinadan ümumi narazılıq ifadə etməklə kifayətlənmişdir.
39. Bununla yanaşı, Mənzil Məcəlləsinin 28-ci maddəsindən də göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-1924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2-1(102)- 1181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3932 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İddia tələbi təmin edilmədiyindən ekspert rəyinin verilməsinə görə xərc iddiaçıya aid edilməlidir.
42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
43. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 5 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “bərpa-gücləndirmə işlərinin aparılması” barədə Fövqalada Hallar Komissiyasının qəbul olunmuş rəyinin və qərarının dəyişdirilərək evinin yenidən tikilməsi barədə qərar qəbul olunmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-499/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.