Məhkəmə qərarları › İş №2-1(107)-310/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-310/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-310/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1 və üçüncü şəxs X3 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların dürüstləşdirilməsi və yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbinin əsaslarına görə, Yevlax rayon Havarlı Bələdiyyəsini xx.xx.2005-ci il tarixli 19 saylı qərarı ilə Havarlı kəndinin içərisində həyətyanı torpaq sahəsinə bitişik 0,10 ha torpaq sahəsinin ayrılaraq iddiaçıya satılması qərarı verilmişdir. Yevlax rayon Havarlı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akta əsasən, Havarlı Bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsi İddiaçı satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, iddiaçıya satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi Havarlı Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. İddiaçı tərəfindən həmin Yevlax rayon Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixdə ******* saylı çıxarış alınmışdır. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç bir iş görülməmişdir. 2019-cu il tarixdə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərində ev tikildiyini müşahidə etmiş öz etirazını bildirmiş və uzun sürən mübahisədən sonra Yevlax Rayon Məhkəməsinə müraciət etməklə X4 və X3 torpaq sahəsindən çıxarılması və evin sökülməsinə dair iddia qaldırmışdır. Yevlax Rayon Məhkəməsində müəyyən olundu ki, onlara 2007-ci ildə Yevlax rayon Havarlı kəndində ha torpaq sahəsi verilmişdir. Bu sənəd xx.xx.2007-ci il tarixdə Yevlax rayon Havarlı kənd bələdiyəsinin 253 saylı qərarı ilə rəsmiləşdirilmişdir. İşə baxılan zaman məhkəmənin qərardadına əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 dekabr 2019-cu il tarixli 9045 saylı mütəxəsssis rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, xx.xx.2007-ci il tarixli 00005249 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışa əsasən, İddiaçı mülkiyyətinə qeydiyyata alınmış, **********81 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar naturaya köçürülərkən həmin koordinatlar daxilindəki 0,01 ha torpaq sahəsinin həmin iş üzrə cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsində yeləşmədiyi müəyyən edilmişdir. Rəyə əlavə edilmiş sxemə əsasən isə iddiaçıya məxsus torpaq sahəsinin Mingəçevir-Yevlax avtomobil yolunun üzərində yerləşməsi müəyyən edilir.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəsinə əsasən torpaq sahəsinə yerində baxış keçirilmiş, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər araşdırılmışdır. Məlum olmuşdur ki, həmin torpaq sahəsinin üzərində vətəndaş Məcud Abbasov tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur. Torpaq sahəsi üzərində Məcud Abbasovla aralarında mübahisənin olduğu müşahidə olunmuş və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********96 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları Yevlax rayonu Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarı, sabiq DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, Havarlı Bələdiyyəsinin tərtib etdiyi və DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən təsdiqlədiyi torpaq sahəsinin alqısatqısına dair aktı, Yevlax rayonu Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli DTXK-nin Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı və DTXK-nın Yevlax rayon şöbəsinin rəyi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınaraq ********* qeydiyyat nömrəsi ilə qeydiyata alınmışdır. Torpaq sahəsinin elektron xəritə baza üzərində, eləcə də naturada müəyyən olunması vətəndaşın ərazi idarəsinə təqdim etdiyi sənədlər toplusunun tərkib hissəsi olan sabiq DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş A N018453 qeydiyyat nömrəli plan və ölçü sənədinə əsasən müəyyən edilmişdir.

5. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir:

6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-42/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra ərizəçi X7 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 42/2022 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərardadı ilə X7 2-1(116)- 42/2022 nömrəli iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-42/2022 nömrəli qərarı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin vəkili iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 23 fevral 2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Üçüncü şəxs X7 həmin qərardan apellyasiya şikayəti vermişdir.

12. Şəki Apellyasiya Məhkəməsini 18 may 2023-cü il tarixli, 2-1(107)-310/2023 nömrəli qərardadı ilə Yevlax rayon Havarlı Bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində adi cəlb edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Üçüncü şəxs X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinin üzərinə iddiaçının torpaq sahəsinin düşmədiyini müvafiq ekspertiza müəyyən etsədə, ilkin sənədlərlə həmin torpaq sahəsinin eyni döngəyə vurulduğu bildirilir. İddiaçının torpaq sahəsinin hara düşdüyü, harda yerləşdiyi konkret olaraq qeyd edilib. Burada onun maraqlarına toxunan hal odur ki, məhkəmə qərar qəbul edərkən bildirir ki, Havarlı kəndi ərazində olan 0,10 ha torpaq sahəsinə dair İddiaçı adına tərtib olunan torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatların Bələdiyyə tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşməsini və plan ölçü sənədinin verilməsini müəyyən etmir. Ekspertiza rəylərində ona aid olan torpaq sahəsi hazırda evi tikdirdiyi torpaq sahəsinin yanında deyildir. O, göndərdiyi xəritə evin faktiki mövcud olan döngə nöqtəsinin iddiaçının əlində olan sənədlərə müvafiq olaraq yerinin döngə nöqtəsinin, mübahisələndirilən yerdən kənarda olduğunu özündə ehtiva edir. Mütəxəssis rəyində də bu hallar mövcuddur. Onun hazırda tikdirdiyi evin koordinatları iddiaçının iddia etdiyi yer deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2- 1(116)-1241/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərarının dayişdirilmədən saxlanılmasını xahiş etdilər.

17. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər iştirak etməmişlər.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 nömrəli qərarından görünür ki, həmin qərarla Havarlı kəndinin içərisində olan həyətyanı torpaq sahəsinə bitişik 0,10 ha torpaq sahəsinin ayrılaraq iddiaçıya satılması qərara alınmışdır. - Torpaq sahəsinin yer quruluşu planı tərtib edilmiş və bələdiyyə tərəfindən təsdiq olunmuşdur. - DTXK-nın Yevlax rayon şöbəsinin rəyindən görünür ki, Şöbə torpaq sahəsinin iddiaçıya satılmasına etiraz etməmişdir. - “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 nömrəli qərarı əsasında iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinə dair sözügedən akt tərtib edilmiş, akt səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Aktdan görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. Akt torpaq şöbəsində xx.xx.2005-ci ildə 407 nömrə ilə qeydiyyata alınmışdır. - A seriyalı 018453 nömrəli DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş planölçü sənədindən görünür ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 saylı qərarı ilə 1000 kv.m həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün iddiaçıya verilmişdir. Sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2007-ci ildə 70-ci nömrə ilə uçota alınmışdır. - MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Havarlı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. - AA seriyalı 000408 nömrəli xx.xx.2007-ci il tarixdə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Sənəd Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 nömrəli qərarı, xx.xx.2005-ci il tarixli 407 nömrəli alqı-satqı aktı və DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 70 nömrəli plan-ölçü sənədi əsasında tərtib edilmişdir. - Cavabdeh xx.xx.2022-ci il tarixli **********21 nömrəli arayışında qeyd etmişdir ki, Yevlax rayonu Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarı, sabiq DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, Havarlı Bələdiyyəsinin tərtib etdiyi və DTXK-nın Yevlax rayon şöbəsinin təsdiqlədiyi torpaq sahəsinin alqı-satqısına dair aktı, Yevlax rayonu Havarlı bələdiyyəsinin 17 mart 2005-ci il tarixli DTXK-nın Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı və DTXK-nın Yevlax rayon şöbəsinin rəyi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınaraq ********* qeydiyyat nömrəsi ilə qeydiyata alınan torpaq sahəsinə dair tərtib edilmiş “torpaq sahəsinin planı və ölçü”sündəki göstərilən koordinatlar dövrünə görə 39-cu paralel üzrə işlənmişdir. Bələdiyyənin cizgi planında iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən, vətəndaşların xüsusi mülkiyyətinə verilərək DTXK-nın yerli şöbəsi tərəfindən tərtib edilmiş “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamələr Ərazi İdarəsinin istifadəsinə verilmiş yeni “NECAS” X2 və uçotu sistemində də olduğu qaydada öz əksini tapır. Habelə 39-cu paralel üzrə tərtib edilmiş koordinatlar yeni “NECAS” X2 və uçotu sisteminə köçürülərkən 38-ci paralel üzrə də eynilik təşkil edir. Abbasov Məcud adlı şəxsə Havarlı Bələdiyyəsinin qərarı ilə 2007-ci ildə ayrılmış torpaq sahəsinə hüquqların dövlət reyestrindən çıxarış verilməmişdir. İnzibati iş üzrə məhkəmə iş materiallarının tədqiqatı zamanı Məcud Abbasovun adına bələdiyyə tərəfindən tərtib edilmiş cizgi (torpağın yerləşdiyi sahəyə dair situasiya planı), iş üzrə iddiaçıya verilmiş 2005-ci il tarixli DTXK-nin Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı ilə eynilik təşkil edir. Belə olan halda bələdiyyənin 2007-ci ildə Məcud Abbasovun adına tərtib etdiyi cizgi planının həqiqətə uyğun olması ciddi şübhələr yaradır. - Cavabdehin əsli 2-1(116)-19/2022 nömrəli iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Yevlax rayonu Havarlı kənd sakini İddiaçı oğlüna verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan “ayrılan torpaq sahəsi BB” kimi işarələnmiş torpaq sahəsi ilə Yevlax rayonu Havarlı kənd sakini X5 verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan torpaq sahəsi tam həcmdə üst-üstə düşür. Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan “ayrılan torpaq sahəsi BB” kimi işarələnmiş torpaq sahəsi ilə **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçının və cavabdehin adına hazırlanmış yerquruluşu planında göstərilmiş torpaq sahələri, elektron məlumat bazasında mövcud olan “X2 X6’’nə əsasən təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikili altında olan torpaqları, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Hər iki yerquruluşu planında göstərilmiş torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İşə əlavə edilmiş **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü xüsusi, mülkiyyətçisi İddiaçı göstərilmişdir. **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi Mingəçevir-Xaldan şosse yolunun üzərinə düşür. Başqa mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. -

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Madd 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Üçüncü şəxs apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

24. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

29. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı torpaq sahəsinin planı və ölçüsü sənədini ilkin torpaqayırma sənədinə uyğun tərtib etmək və yol verilmiş yanlışlıqları aradan qaldırmaq qanunverici tərəfindən cavabdehin əsas vəziflərinə aid edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.

30. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli **********21 nömrəli arayışından müəyyən edilir ki, Yevlax rayonu Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarı, sabiq DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, Havarlı Bələdiyyəsinin tərtib etdiyi və DTXK-nın Yevlax rayon şöbəsinin təsdiqlədiyi torpaq sahəsinin alqısatqısına dair aktı, Yevlax rayonu Havarlı bələdiyyəsinin 17 mart 2005-ci il tarixli DTXK-nın Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı və DTXK-nın Yevlax rayon şöbəsinin rəyi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınaraq ********* qeydiyyat nömrəsi ilə qeydiyata alınan torpaq sahəsinə dair tərtib edilmiş “torpaq sahəsinin planı və ölçü”sündəki göstərilən koordinatlar dövrünə görə 39-cu paralel üzrə işlənmişdir. Bələdiyyənin cizgi planında iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən, vətəndaşların xüsusi mülkiyyətinə verilərək DTXK-nın yerli şöbəsi tərəfindən tərtib edilmiş “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamələr Ərazi İdarəsinin istifadəsinə verilmiş yeni “NECAS” X2 və uçotu sistemində də olduğu qaydada öz əksini tapır. Habelə 39-cu paralel üzrə tərtib edilmiş koordinatlar yeni “NECAS” X2 və uçotu sisteminə köçürülərkən 38-ci paralel üzrə də eynilik təşkil edir. Abbasov Məcud adlı şəxsə Havarlı Bələdiyyəsinin qərarı ilə 2007-ci ildə ayrılmış torpaq sahəsinə hüquqların dövlət reyestrindən çıxarış verilməmişdir. İnzibati iş üzrə məhkəmə iş materiallarının tədqiqatı zamanı Məcud Abbasovun adına bələdiyyə tərəfindən tərtib edilmiş cizgi (torpağın yerləşdiyi sahəyə dair situasiya planı), iş üzrə iddiaçıya verilmiş 2005-ci il tarixli DTXK-nin Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı ilə eynilik təşkil edir. Belə olan halda bələdiyyənin 2007-ci ildə Məcud Abbasovun adına tərtib etdiyi cizgi planının həqiqətə uyğun olması ciddi şübhələr yaradır.

31. Həmçinin əsli 2-1(116)-19/2022 nömrəli iş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan “ayrılan torpaq sahəsi BB” kimi işarələnmiş torpaq sahəsi ilə Yevlax rayonu Havarlı kənd sakini X5 verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan torpaq sahəsi tam həcmdə üst-üstə düşür. Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan “ayrılan torpaq sahəsi BB” kimi işarələnmiş torpaq sahəsi ilə **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçının və cavabdehin adına hazırlanmış yerquruluşu planında göstərilmiş torpaq sahələri, elektron məlumat bazasında mövcud olan “X2 X6’’nə əsasən təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikili altında olan torpaqları, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Hər iki yerquruluşu planında göstərilmiş torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İşə əlavə edilmiş **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü xüsusi, mülkiyyətçisi İddiaçı göstərilmişdir. **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi Mingəçevir-Xaldan şosse yolunun üzərinə düşür. Başqa mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının adına topaq sahəsinə dair cizgi planı 2005-ci ildə, üçüncü şəxs Məcud Abbasovun adına topaq sahəsinə dair cizgi planı isə 2007-ci ildə tərtib olunmuşdur.

33. Belə olan halda .məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbdə qeyd edilən 0,10 ha həyətyanı torpaq sahəsinə dair onun adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaq üçün ilk növbədə həmin torpaq sahəsinin üst-üstə düşdüyü üçüncü şəxs Məcud Abbasovun mülkiyyətində olan torpaq sahəsinin sona satılmasına dair bələdiyyə qərarı mübahisələndirməli, müsbət həll olunduğu halda hazırkı tələblə cavabdeh orqana müraciət etməli, müraciəti təmin olunmadığı (və ya cavabsız saxlandığı) halda isə anoloji iddia ilə məhkəməyə müraciət etməlidir. Yəni, iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ Dövlət qeydiyyatına alındığından, həmin qeydiyyat ləğv edilmədən digər subyektlərin sözügedən daşınmaz əmlak üzərində (torpaq sahəsi və qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak olaraq) mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir.

34. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə İPM-in 12-ci və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

35. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

Üçüncü şəxs X7 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar