Məhkəmə qərarları › İş №2-1(107)-310/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-310/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-310/2025 03.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “İddiaçı dərəcəsi müəyyən edilməklə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2- 1(116)-54/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “orqanizmin funksiyalarının pozulmasının 2-ci dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1998-ci il tarixində Azərbaycan Respublikası, Ağsu rayonunda anadan olmuşdur. xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək müddətli, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə xidmət etmişdir. Xidmətinin çox hissəsi düşmənlə təmas şəraitində olan hərbi hissələrdə keçmişdir. Vətən Müharibəsi zamanı döyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmışdır. xx.xx.2021-ci ildə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Vətən Müharibəsi zamanı Ali Baş Komandan tərəfindən "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "cəsur döyüşçü", “Qubadlının azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Vətən Müharibəsində aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" xəstəlik şəhadətnaməsi verilmişdir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra bir çox tibb müəssisələrində uzun müddət müayinə və müalicə olunmuşdur və hal-hazırda da müalicələri davam edir. Tibb müəssisəsinin göndərişi əsasında 3 dəfə əlillik təyinatına imtina edilmiş, axırıncı dəfə xx.xx.2022-ci ildə ona müddətsiz əlillik təyin edilmiş, lakin əlilliyin səbəbi, dərəcəsi və faizi göstərilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə əlillik altsistemdən əlillik haqqında arayışı çıxarış edərkən bir daha ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona müddətsiz əlillik təyinatı aparılmış, lakin lakin əlilliyin səbəbi, dərəcəsi və faizi göstərilməmişdir. Belə ki, tibb müəssisəsinin göndərişlərində və səhhətində olan xəstəliklərə əsasən ona 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik təyin edilməlidir. Onun əlilliyinin müddətinin dəyişdirilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o tibb müəssisəsinin göndərişinə əsasən 3 dəfə qiymətləndirilmişdir. Cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 19) Ağsu rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. (xx.xx.2021-ci il tarixli 23618 nömrəli XHŞ). - Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 2248 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakətdən (müharibə) sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ budun aşağı 1/3-nin arxa səthinin, sol baldırın aşağı 1/3-nin arxa səthində qəlpə yaralanmasından sonrakı dəri çapıqları, sağ budun aşağı 1/3-nin yumşaq toxumasının yad cismi (metal qəlpə).” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Hər iki gözün miopiyası M 1,0D nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla." diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 189 nömrəli Tibbi rəyində diaqnoz ‘‘Fəlakətdən sonrakı (müharibədən) şəxsiyyət dəyişikliyi.’' kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ-nin xx.xx.2023xx.xx.2023-cü il tarixli 598/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakətdən sonrakı (müharibədən) şəxsiyyət dəyişikliyi’' kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ-nin xx.xx.2023-xx.xx.2023-cü il tarixli 4987/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, verilən sualları əsəbi cavab vermiş, əhval-ruhiyyəsi dəyişkən olması, emosional labillik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, depressiv daxil olmalarla.’' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyar!arı”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina cavabı; - 2248, 23618 nömrəli Xəstəlik haqqında şəhadətnamələr; - xx.xx.2021-ci il tarixli travma haqqında arayış; - xx.xx.2023-cü il tarixli müayinə nəticələri (əlilliyin təyin edilməsindən imtina cavabı), - əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixli qərarın qüvvədə saxlanılmasına dair cavabdehin xx.xx.2023-cü il tarixli qərarı; - AR Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 314, 43, 85, 01 nömrəli məktubları; - AR “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” PHŞ-nin 2601 nömrəli məktubuna əlavə edilmiş 1119 nömrəli ekspert rəyi; - AR “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3899 nömrəli məktubuna əlavə edilmiş T452/2024 nömrəli ekspert rəyi; - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktubları.

5. Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2025-ci il tarixli 2- 1(116)-54/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “orqanizm funksiyalarının pozulmasının ikinci dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin qeyd edilmiş hallarından göründüyü kimi məhkəmə tərəfindən iddiaçının psixi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası zamanı da, müvafiq suallar ekspert qarşısında qoyulmuşdur. Aparılan ekspertiza çərçivəsində iddiaçının əyani müayinəsi aparılmasına baxmayaraq, təqdim edilmiş ekspert rəyində iddiaçının sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 7.5.1 və 7.6.2-ci bəndlərinin hansı qiymətləndirmə halına (7.5.1.1, 7.5.1.2, 7.6.2.1, 7.6.2.2) uyğunluğunun müəyyən edilməsinin məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid olmaması qeyd edilmişdir. - İddiaçıya qoyulmuş digər diaqnozların (T90.5, G90, H90.7, G36.2, L91.0) “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə nəzərdə tutulmaması müvafiq əyani müayinəni aparmış “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin məlumatı ilə sübut olunur. Həmçinin “Məhkəmə Tibbi Ekspertiza və X3” tərəfindən təqdim edilmiş ekspert rəyində sözügedən diaqnozlara münasibətdə əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlərin, davranış pozuntularının, ətrafların və digər orqanların patofunksional pozuntularının aşkar edilməməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin müddəlarının tətbiqinin mümkünsüzlüyü qeyd edilmişdir. - Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd etmişdir ki, mövcud diaqnozlara münasibətdə “Meyar”lara Əlavədə nəzərdə tutulan qiymətləndirmə halları ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmadığından və məhkəmə araşdırması zamanı da, həmin qiymətləndirmə hallarının iddiaçıya uyğunluğu sübuta yetirilmədiyindən, cavabdeh orqanın əlilliyin təyin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-54/2025 nömrəli qərarının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qərarında (Qərarın 2-ci səhifəsi, sonuncu abzası) göstərib ki, Tibb müəssiəsinin göndərişi əsasında 3 dəfə əlillik təyinatına imtina edilmiş, axrıncı dəfə xx.xx.2022-ci ildə ona müddətsiz əlillik təyin edilmiş, lakin əlilliyin səbəbi, dərəcəsi və faizi göstərilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə əlillik altsistemdən əlillik haqqında arayışı çıxarış edərkən bir daha ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona müddətsiz əlillik təyinatı aparılmış, lakin əlilliyin səbəbi, dərəcəsi və faizi göstərilməmişdir. Belə ki, tibb müəssiəsinin göndərişlərində və səhhətində olan xəstəliklərə əsasənona 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik təyin edilməlidir. - İddiaçı barəsində əlillik təyin edilib, amma dərəcəsi və faizi təyin edilə bilmir. Məhkəmə nəzərə almayıb ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilibedilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. - Bundan başqa Şəki İnzibati Məhkəməsi iş üzrə MTE və PAB PHŞ-nin T452/2024 saylı xx.xx.2024-cü il tarixli rəyini əsas götürüb. Halbuki tərəfimdən vəsatət verilmişdir ki, həmin rəy maraqlı tərəf olan cavabdeh inzibati orqanın eksperti tərəfinin iştirakı ilə verilib. Ali Məhkəmənin əlilliyin müəyyən olunması, orqanizmin funksiyalarının pozulma faizi ilə bağlı xx.xx.2024 tarixli 2-1(102)-2238/2024 saylı Qərarının 23-25-ci bəndlərində göstərilir: - Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-54/2025 nömrəli qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

20. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə

7. 7. “Psixi və davranış pozuntuları” bölməsi, 7.7.1. Spesifik şəxsiyyət pozuntuları, XBT-10 (kod) F62.0, (7.7.1.1) fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski – orqanizmin funksiyalarının pozulması faizi 35 – 60 %, Orqanizmin funksiyalarının pozulması müddəti 2 il.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

22. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2023-cü il tarixli göndərişə baxaraq xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina etmişdir. Daha sonra iddiaçının şikayəti əsasında əyani müayinə həyata keçirilərək xx.xx.2023-cü il tarixdə eyni məzmunlu - “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə qərar qəbul edilmiş və sonuncu – xx.xx.2023cü il tarixli - göndərişə münasibətdə verilmiş xx.xx.2023-cü il tarixli imtina qərarını qüvvədə saxlamışdır.

25. Odur ki, məhkəmə kollegiyası tərəfindən də iddiaçının dəqiqləşdirilmiş tələbinə münasibətdə xx.xx.2023-cü il tarixli göndərişə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli imtina qərarının qanuniliyi yoxlanılmışdır. Məhz həmin imtina cavabından sonra iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sonuncu imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda imtina qərarında hüquqi müdafiə vasitələri göstərilməmiş, həmçinin bu xüsusat cavabdeh orqan tərəfindən hazırda mübahisələndirilməmişdir.

26. Bundan başqa, iddiaçıya müraciəti əsasında cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli göndərişə baxaraq xx.xx.2023-cü il tarixdə əlilliyin təyin edilməsindən “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə imtina edilmişdir.

27. Məhkəmə kollegiyası tərəfindən də sonuncu imtina qərarının qanuniliyinin yoxlanılmasının qanunvericiliyin tələbləri baxımından düzgün olmadığı qənaətindədir. Ona görə ki, tibb müəssisəsi tərəfindən verilmiş göndəriş (xx.xx.2023-cü il tarixli) tərtib edilərkən, artıq iddiaçının əvvəlki göndərişi (xx.xx.2023-cü il tarixli) əsasında baxılaraq qəbul edilmiş imtina qərarı (xx.xx.2023-cü il tarixli) məhkəmədə mübahisələndirilmişdir (iddia ərizəsi xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur).

28. Göründüyü kimi, cavabdeh orqan xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərək ona əsaslanmışdır ki, “Məhkəmə Tibbi Ekspertiza və X3” tərəfindən təqdim edilmiş ekspert rəyində sözügedən diaqnozlara münasibətdə əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlərin, davranış pozuntularının, ətrafların və digər orqanların patofunksional pozuntularının aşkar edilməməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin müddəlarının tətbiqini mümkünsüz edir.

29. Həmçinin məhkəmə-psixiatriya ekspertizası zamanı da təqdim edilmiş ekspert rəyində iddiaçının sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 7.5.1 və 7.6.2-ci bəndlərinin hansı qiymətləndirmə halına (7.5.1.1, 7.5.1.2, 7.6.2.1, 7.6.2.2) uyğunluğunun müəyyən edilməsinin məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid olmaması qeyd edilmişdir.

30. Belə ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-340/2024 saylı qərardadı ilə iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə kompleks canlı şəxsin məhkəmə-tibbi və məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.

31. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 1119 saylı ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: - Yoxlanılan şəxs İddiaçı qoyulmuş “üzvi dissosiativ pozuntu. Posttravmatik stress pozuntusu” və “fəlakətdən (müharibə) sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi” diaqnozu düzgündür. İddiaçı hazırda üzvi dissosiativ pozuntu müəyyən edilir. - İddiaçının sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 7.5.1 və 7.6.2-ci bəndlərinin hansı qiymətləndirmə halına (7.5.1.1, 7.5.1.2, 7.6.2.1, 7.6.2.2) uyğunluğu ilə bağlı suala münasibətdə isə həmin sualın cavablandırılmasının məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid olmaması qeyd edilmişdir.

32. Bundan başqa, “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3899 nömrəli məktubuna əlavə edilmiş T452/2024 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir:

33. 1998-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - Səhiyyə Nazirliyinin “MTE və PA Biriyi” Phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Ağırlaşma: F06.5-Üzvi dissosiativ pozuntu. Yanaşı xəstəliklər: H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi, sağ qulaqda 1-ci dərəcə neyrosensor tip ağıreşitmə, sol qulaqda normal eşitmə təsbit edilmişdir. Əsas diaqnoz: F62.0-Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. D-z: F62.0-Fəlakətdən (müharibə) sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr m. Ağırlaşma: F43.1- posttravmatik stress pozuntusu” diaqnoz ona stasionarda müəyyən edilsə də, əyani müayinədə başağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmiş, ünsiyyətə həvəssiz daxil olmuş, verilən sualları əsəbi cavablandırmış, əhval-ruhiyyəsi dəyişkən olmuş, emosional labil, maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliliyi bütün növlər üzrə saxlanılmış, psixi vəziyyəti Uzvi emosional-labil pozuntu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları ətrafların və digər orqanların patofunksional pozuntuları aşkar edilməmişdir. - “Partlayış travması (xx.xx.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə, partlayış travması, sağ budun aşağı 1/3-nin arxa səthinin, sol baldırın aşağı 1/3-nin arxa səthində qəlpə yaralanmasından sonrakı dəri çapıqları, sağ budun aşağı 1/3-nin yumşaq toxumasının yad cismi (metal qəlpə)" diaqnozunda obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Odur ki, əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na dair əsasnamənin müddəlarından birini aid etmək mümkün olmadı və “Əlilliyin müəyyən olunması meyarlar”na Əlavənin 7.5.1 və 7.6.2-ci bəndlərinin qiymətləndirmə hallarından hər hansı birinə (7.5.1.1, 7.5.1.2, 7.6.2.1, 7.6.2.2) rast gəlinmədi.

34. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd olunmasına dair qərarında mövcud diaqnozlara münasibətdə “Meyar”lara Əlavədə nəzərdə tutulan qiymətləndirmə halları ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamasına və məhkəmə araşdırması zamanı da, həmin qiymətləndirmə hallarının iddiaçıya uyğunluğunun sübuta yetirilməməsinə əsaslanmışdır.

35. Məhkəmə kollegiyası cavabdeh orqanın və birinci instansiya məhkəməsinin qeyd edilən mövqeləri ilə razılaşmır.

36. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh orqanın imtinasının əsaslılığı barədə düzgün qənaətə gəlməmişdir. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası ilk öncə iddiaçıya əlilliyin təyin olunması ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, xx.xx.1998-ci il tarixində Ağsu rayonunda anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən “Partlayış travması. Sağ budun və sol baldırın kor qəlpə yaralanması. Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi” xəsarətini almışdır.

38. Daha sonra, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 2248 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə qeyd edilmişdir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə müəyyən edilmişdir ki, Diaqnoz: Fəlakətdən (müharibə) sonraki şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonraki vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ budun aşağı 1/3-nin arxa səthinin, sol baldırın aşağı 1/3-nin arxa səthində qəlpə yaralanmasından sonraki dəri çapıqları, sağ budun aşağı 1/3-nin yumşaq toxumasının yad cismi (metal qəlpə). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. "Hər iki gözün miopivası M 1,0 D nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla." “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.

39. Apellyasiya araşdırması zamanı əlavə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 3404 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü İddiaçı tlham oğlunun adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - 2.4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu ilə: Ağırlaşma: F06.5-Üzvi dissosiativ pozuntu. Yanaşı xəstəliklər: H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Sağ qulaqda 1-ci dərəcə neyrosensor tip ağıreşitmə, sol qulaqda normal eşitmə təsbit edilmişdir. Əsas diaqnoz: F62.0- Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. D-z: F62.0-Fəlakətdən (müharibə) sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr m. Ağırlaşma: F43.1- Posttravmatik stress pozuntusu” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2023cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı psixi vəziyyəti “Üzvi emosional-labil pozuntu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmiş, göndərişdə qeyd edilən diaqnozunda obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı zahirən narahat və gərgin olması müşahidə edilmiş, ünsiyyətə həvəssiz qoşulmuşdur. - Respublika Klinik Xəstəxanasında İddiaçı adına icra edilmiş xx.xx.2025- ci il tarixli EEQ müayinə zamanı əsas ritm 8-12 hz parieto-oksipital alfa ritmdən təşkil olunmuş, çəkim boyunca bir neçə dəfə əzələ və elektrod artefaktları qeyd edilmiş, paroksizmallıq izlənilmişdir. - Respublika Diaqnostika Mərkəzində İddiaçı adına icra edilmiş xx.xx.2025- ci il tarixli video-EEQ-monitoring müayinəsində oyanıqlıq zamanı arxa paylarda alfa ritm normal qeyd edilmiş, funksional sınaqlar zamanı paroksizmal aktivlik qeyd edilməmişdir. Qısamüddətli yuxu zamanı NREMİ, NREM2 fazaya aid fizioloji yuxu pattemləri qeyrimüntəzəm, yuxu zamanı alın-mərkəz paylarda 6 Hs tezlikli ləng dalğalar arabir paroksizmal xarakterdə qeyd edilmişdir. - Vətəndaş R.l.Mirzəzadə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 16-xx.xx.2025-ci il tarixlərdə “XBT-10 üzrə kod: Əsas xəstəlik: T90-Başın travmalarının nəticələri, T90.5-Posttravmatik ensefalopatiya; Əsas xəstəliyin ağırlaşması: G44.3-Xroniki posttravmatik başağrıları, G83.1-Sağ aşağı ətrafın monoparezi; Yanaşı xəstəliklər: F62.0- Fəlakət keçirdikdən sonra yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.

40. Göründüyü kimi, ekspert rəyləri ilə müəyyən edilir ki, İddiaçı qoyulmuş “üzvi dissosiativ pozuntu. Posttravmatik stress pozuntusu” və “fəlakətdən (müharibə) sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi” diaqnozu düzgündür. İddiaçı hazırda üzvi dissosiativ pozuntu müəyyən edilir.

41. Bundan sonra, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 3404 nömrəli rəyinə istinadən iddiaçıda müəyyən edilmiş yuxarıda qeyd olunan xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə uyğun gəlib-gəlmədiyinin, habelə həmin xəstəlik (diaqnoz) göstərilən meyarlardan hər hansı birinə uyğun olduğu halda, müvafiq qiymətləndirmə cədvəlinin hansı yarımbəndinə aid edilməsinin müəyyənləşdirilməsi məqsədilə Şəki Rayon Psixiatriya Xəstəxanasına rəsmi sorğu ünvanlanmışdır.

42. Məhkəmə kollegiyasının sorğusu əsasında Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş 16 fevral 2026-cı il tarixli, 280 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı qoyulmuş diaqnoz qeyd edilən əlamətlərdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin 7.7.1-ci bəndi uyğun gəlir. F-62.0 diaqnozu fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski müəyyən edilir. Qeyd olunan hallar qiymətləndirmə cədvəlinə uyğun olaraq 35-60 faiz həcmində 2 il müddətinə funksional məhdudiyyət kimi qiymətləndirilir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz onun barəsində tərtib edilmiş göndərişdə göstərilmiş, göndərişdə göstərilmiş diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklə eynilik təşkil etmiş, həmçinin hazırda onun həmin diaqnozla xəstə olması ekspert rəyləri, tibbi müəssisələrinin məktubları və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır.

44. Kollegiya qeyd edir ki, sözügedən F62.0 (fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə Spesifik şəxsiyyət pozuntuları olaraq 7.7-ci bənddə nəzərdə tutulmuşdur.

45. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7-ci bəndində “Spesifik şəxsiyyət pozuntuları” diaqnozu təsbit edilmişdir. Həmin diaqnozun qiymətləndirici əlaməti Meyarların 7.7.1-ci bəndində göstərilmişdir. Həmin diaqnoza əsasən xəstəyə OFP-nin 35-60 dərəcəsi və iki il müddətində əlilliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndi əsasında qiymətləndirilməlidir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, müəyyən edilir ki, iddiaçıda müayinə zamanı aşkar edilən xəstəliklər- “fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.7.1.1-ci bənddə nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35–60% həddində müəyyən edilmişdir.

48. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının diaqnozunun orqanizmin funksiyalarının pozulmasının 35 faizdən aşağı olmasına dair hər hansı mötəbər sübutlar da təqdim etməmişdir.

49. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 2248 nömrəli qərarından da görünür ki, İddiaçı “Fəlakətdən (müharibə) sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ budun aşağı 1/3-nin arxa səthinin, sol baldırın aşağı 1/3-nin arxa səthində qəlpə yaralanmasından sonrakı dəri çapıqları, sağ budun aşağı 1/3-nin yumşaq toxumasının yad cismi (metal qəlpə).” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

50. Qeyd edilməlidir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, cavabdeh orqan həmin göndərişə münasibətdə iddiaçının əyani müayinəsini həyata keçirərək xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin müəyyən olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur.

51. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik imtina haqqında sonuncu qərarın qəbulu tarixindən təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.

52. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində Orqanizmin funksiyalarının pozulması faizləri əks edilmişdir. Qeyd edilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası bildirir ki, adı çəkilən Meyarlarda orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 kodları ilə yanaşı, orqanizmin funksiyalarının pozulmasının faizlərlə göstərilməli olduğu qeyd edilmişdir.

54. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar OFP-nın 35-60 faizi müəyyən edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

55. Məhkəmə kollegiyası cavabdehin etirazının dəlillərini iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və Kollegiya tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

56. Həmçinin cavabdeh orqan imtinasında diaqnozun əlillik əlaməti təyin etməməsinə istinad etsə də, bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir.

57. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya 2 il müddətinə OFP-nın 35-60 faiz pozulmasının müəyyən olunmasından imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

59. Göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

60. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

61. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

62. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir.

63. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-54/2025 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar OFP-nın 35-60 faizinin müəyyən edilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar