Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-311/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri Konserv Zavodunun şimalında yerləşən İddiaçı-yə məxsus 1 mərtəbəli pavilyon-yeməkxana tikinti obyekti bütün hüquqmüəyyənedici və rəsmi sənədlərlə İddiaçıyə məxsus olduğundan həmin tikinti obyektinə İddiaçı-nin mülkiyyət hüququnun qeydə alınması və bu qeydiyyatla əlaqədar müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(116)-49/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı-nin direktoru X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz şəhəri Konserv Zavodunun şimalında yerləşən İddiaçıyə məxsus 1 mərtəbəli pavilyon-yeməkxana tikinti obyekti bütün hüquqmüəyyənedici və rəsmi sənədlərlə ona məxsus olduğundan həmin tikinti obyekti üzərində onun yəni, X4 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz rayonunda yerləşən İddiaçı-yə məxsus pavilyon-yeməkxana Tikinti obyektinin istismarına 04 nömrəli icazə sənədi və digər sənədlərə əsasən iddiaçıya məxsusdur. Belə ki, həmin MMC-nin iddiaçıdan əvvəlki təsisçisi X5 olmuşdur. A.Nəcməddinov MMC-yə məxsus ayrılmış 0.40 ha torpaq sahəsində yeməkxana binasının tikintisinə başlayarkən iddiaçı ona 5000 (beş min) manat pulu köməklik məqsədilə ödəmişdir. Bir müddət sonra A.Nəcməddinov özünə məxsus "xxxx" MMC-nin təsis sənədlərini iddiaçının adına keçirmiş və həmin vaxtdan indiyə kimi "xxxx" MMC-nin təsisçisi və direktoru iddiaçı X6r. S.Nəcimətdinov bildirir ki, "xxxx" MMC-yə məxsus yeməkxana binasının 50 faizi MMC-nin, digər 50 faizi isə dövlət hesabına müştərək qaydada tikilmişdir. S.Nəcimətdinov cavabdeh orqana müraciət edərək, 0.40 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məhkəməyə 29.01.2021-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “Oğuz şəhəri Konserv Zavodunun şimalında yerləşən İddiaçı-yə məxsus 1 mərtəbəli pavilyon-yeməkxana tikinti obyekti bütün hüquqmüəyyənedici və rəsmi sənədlərlə İddiaçı-yə məxsus olduğundan həmin tikinti obyektinə İddiaçı-nin mülkiyyət hüququnun qeydə alınması və bu qeydiyyatla əlaqədar müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 14.01.2020-ci il tarixli, **********56 nömrəli etiraz məktubunda qeyd edilir ki, İddiaçı-nin direktoru X1 şəhəri ərazisində X23 aid 0.40 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə dəfələrlə müraciət etmişdir. Vətəndaşın müraciətinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 saylı Ərazi şöbəsi ilə birlikdə müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" adlı yeməkxananın tikintisi üçün 1990-cı il fevral ayının 23-də Oğuz (Vartaşen) rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə şəhərin şimal hissəsində, mövcud konserv sexinin şimalında X24nun daşlı-çınqıllı ərazisində 0.40 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılması üçün həmin il “Azərbaycan” Asossasiyası ilə Oğuz rayon Aqrokombinatının birgə yaratdıqları "xxxx" Müştərək müəssisəsi müraciət etmişdir. Müştərək müəssisəsinin Nizamnaməsi 10 noyabr 1989-cu ildə Oğuz (Vartaşen) rayon XDS İcraiyyə Komitəsinin 265 saylı qərarı ilə qeydiyyata alınmışdır. Bina 1990-cı ildə həmin müştərək müəssisə tərəfindən müəssisənin nizamnamə fondunu təşkil edən, Oğuz rayon Aqrokombinatının müəssisəsinin nizamnaməsində nəzərdə tutulan məbləğdə pay haqqı da daxil olan vəsait hesabına inşa edilmişdir. Sonralar “Azərbaycan” Asossasiyası fəaliyyətini davam etdirmiş, 1999-cu ildə rayon Aqrokombinatının varisi olan X20 İdarəsi ləğv edilmişdir. Hesab edilir ki, "xxxx" yeməkxanasının mülkiyyət növü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin şərh edilməsinə dair 9 mart 2000-ci il tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2005-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “Nizamnamə Kapitalında dövlətə məxsus paylar olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların idarə olunması qaydalarına, AR Ədliyyə Nazirliyinin “Müştərək müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus olan payların yenidən qiymətləndirilməsi və həmin pay üzərinə mülkiyyət hüququnun əldə edilməsinin rəsmiləşdirilməsi qaydaları haqqında Təlimat”a uyğun olaraq qiymətləndirilməlidir. Qeyd olunan daşınmaz əmlak obyekti dövlət əmlakı kimi 186849 nömrə ilə registrdə qeydə alınmışdır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə dövlət mülkiyyətində olan əmlakın və torpaq sahələrinin dövlət əmlakını idarə edən orqan tərəfindən özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında” Əsasnamənin 2.0.5-ci yarımbəndinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsini Komitə həyata keçirir. Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16cı maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi üsulları müəyyən edilmişdir. Qanunun 16.1.4-cü maddəsinə əsasən sözügedən üsullardan biri dövlət əmlakının hərraclar vasitəsilə satışıdır. Buna əsasən dövlət mülkiyyətində olan sözügedən obyekt dövlət əmlakını idarə edən və özəlləşdirən səlahiyyətli dövlət orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməlidir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə dövlət mülkiyyətində olan torpaq sahələrinin dövlət əmlakını idarə edən orqan tərəfindən özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli, 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında” Əsasnamənin 7.3-cü bəndinə uyğun olaraq dövlət əmlakının, o cümlədən dövlət torpaqlarının özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanına əsasən, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri dövlətin mülkiyyətindədir və həmin torpaq sahələri qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilir. Eyni zamanda bildirilir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq X23 aid torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Qeyd olunan səbəblərdən vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. Bundan sonra X2 İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 27 aprel 2017-ci il tarixli, 2-1(84)-426/2017 saylı, 20 dekabr 2017-ci il tarixli, 2-1 (84)-1718/2017 saylı qərardadları ilə iddiası mümkün sayılmamışdır. Eyni zamanda bildirilir ki, sözügedən qeyri-yaşayış binası üzərində mübahisə var. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin "xxxx" MMC-nin "xxxx" Müştərək Müəssisəsinin hüquqi varisi kimi qeydiyyata alınması ilə bağlı 10 saylı Ərazi Vegilər İdarəsinə qarşı qüvvədə olan məhkəmə qərarları var. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(116)-49/2021 saylı qərarı ilə İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri Konserv Zavodunun şimalında yerləşən İddiaçı-yə məxsus 1 mərtəbəli pavilyonyeməkxana obyektinə İddiaçı-nin mülkiyyət hüququnun qeydə alınması və bu qeydiyyatla əlaqədar müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilmişdir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 477 manat 40 qəpik İddiaçıdən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X15 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı-nin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, Oğuz rayonunda yerləşən İddiaçı-yə məxsus pavilyon-yeməkxana Tikinti obyektinin istismarına 04 nömrəli icazə sənədi və digər sənədlərə əsasən iddiaçıya məxsusdur. Belə ki, həmin MMC-nin iddiaçıdan əvvəlki təsisçisi X5 olmuşdur. A.Nəcməddinov MMC-yə məxsus ayrılmış 0.40 ha torpaq sahəsində yeməkxana binasının tikintisinə başlayarkən iddiaçı ona 5000 (beş min) manat pulu köməklik məqsədilə ödəmişdir. Bir müddət sonra A.Nəcməddinov özünə məxsus "xxxx" MMC-nin təsis sənədlərini iddiaçının adına keçirmiş və həmin vaxtdan indiyə kimi "xxxx" MMC-nin təsisçisi və direktoru iddiaçı X14 oğludur. S.Nəcimətdinov bildirir ki, "xxxx" MMC-yə məxsus yeməkxana binasının 50 faizi MMC-nin, digər 50 faizi isə dövlət hesabına müştərək qaydada tikilmişdir. S.Nəcimətdinov cavabdeh orqana müraciət edərək, 0.40 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 2- 1(116)-49/2021 saylı, 20.04.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.Belə ki, cavabdeh orqanın ünvanladığı 14.01.2020-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, İddiaçı-nin direktoru X1 şəhəri ərazisində X23 aid 0.40 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə dəfələrlə müraciət etmişdir. İddiaçının müraciətinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 saylı Ərazi şöbəsi ilə birlikdə müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" adlı yeməkxananın tikintisi üçün 1990-cı il fevral ayının 23-də Oğuz (Vartaşen) rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə səhərin şimal hissəsində, mövcud konserv sexinin şimalında X24nun daşlı-çınqıllı ərazisində 0.40 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılması üçün həmin il “Azərbaycan” Asossasiyası ilə Oğuz rayon Aqrokombinatının birgə yaratdıqları "xxxx" Müştərək müəssisəsi müraciət etmişdir. Müştərək müəssisəsinin Nizamnaməsi 10 noyabr 1989-cu ildə Oğuz (Vartaşen) rayon XDS İcraiyyə Komitəsinin 265 saylı qərarı ilə qeydiyyata alınmışdır. Bina 1990-cı ildə həmin müştərək müəssisə tərəfindən müəssisənin nizamnamə fondunu təşkil edən, Oğuz rayon Aqrokombinatının müəssisəsinin nizamnaməsində nəzərdə tutulan məbləğdə pay haqqı da daxil olan vəsait hesabına inşa edilmişdir. Sonralar “Azərbaycan” Asossasiyası fəaliyyətini davam etdirmiş, 1999-cu ildə rayon Aqrokombinatının varisi olan X20 İdarəsi ləğv edilmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, iş materiallarında olan Oğuz (keçmiş Vartaşen) rayon XDS İK-nin 24.11.1989-cu il tarixli, 272 nömrəli qərarının surətindən müəyyən edilir ki, qərara əsasən “Azərbaycan” Assosasiyası ilə Vartaşen rayon Aqrokombinatının müştərək "xxxx" müəssisəsinin Nizamnaməsi qeydə alınmışdır, Oğuz (keçmiş Vartaşen) rayon XDS İK-nin fevral 1990-cı il tarixli, 43 nömrəli qərarının surətindən müəyyən edilir ki, “Azərbaycan” Assosasiya Birliyi ilə rayon Aqrokombinatının yeni yaradılmış "xxxx" müştərək müəssisəsinə rayonun konserv zavodunun şimal hissəsində, meşə təsərrüfatına məxsus daşlı-çınqıllı sahədən vilyon-yeməkxana tikintisi üçün 0.40 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında "xxxx" MMC-nin Nizamnaməsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, MMC-nin təsisçisi X6r (Nizamnamədə adı “Sadi” qeyd edilmişdir), FHN Tikintidə X8 Agentliyi Azkommunlayihə” KLİ nin 12.08.2016-cı il tarixli Müayinə aktının surətindən müəyyən edilir ki, Oğuz şəhəri ərazisində "xxxx" müştərək müəssisəsinə aid qeyri yaşayış binasına təqdim olunan eskiz layihəsi əsasında vizual texniki müayinə zamanı konstruktiv elementlərdə nöqsan və zədələrə rast gəlinməmişdir, FHN Tikintidə "X8 X13 22.08.2016-cı il tarixli, 694 nömrəli Texniki müayinə rəyinin surətindən müəyyən edilir ki, Oğuz şəhəri ərazisində yerləşən "xxxx" müştərək müəssisəsinə aid 1 mərtəbəli qeyri-yaşayış obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir, FHN X18 Xidmətinin 27.12.2016-cı il tarixli, 1344 nömrəli Aktının surətindən müəyyən edilir ki, İddiaçı-yə nəxsus 1 mərtəbəli iaşə obyekti yanğın təhlükəsizliyi tələblərinə cavab verir. İş materiallarında olan 26.09.2017-ci il tarixli, 04 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən bir mərtəbəli pavilyon-yeməkxana binasının istismarına 26.09.2016-cı il tarixdən icazə verilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qərar qəbul edərkən yalnız Meşə Məcəlləsinin 11-ci və Torpaq Məcəlləsinin 4; 9; 10 və 31-ci maddələrinə əsaslanmış və buna görə də iş üzrə düzgün nəticəyə gəlməmişdir. Çünki, həmin məcəllələrin istinad olunan maddələri torağın özəlləşdirilməsi və digər hallar ilə bağlıdır. Buna misal olaraq məhkəmə öz qərarında (qərarın 9-cu səhifəsi, 3 və 4-cü abzas) meşə fondu torpaqlarının dövlətə məxsus olduğunu və heç bir halda özəlləşdirməyəcəyini qeyd edir, eyni zamanda qərarda mübahisəli tikiliyə deyil yerləşdiyi torpaq sahəsinə münasibət bildirir, (qərar 6-cı səhifə, 10-cu abzas). Hazırki mübahisə isə İddiaçı-yə məxsus 1 mərtəbəli pavilyon-yeməkxana tikinti obyektinin mülkiyyət hüququnun qeydə alınması və bu qeydiyyatla əlaqədar müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsi 20.04.2021-ci il tarixli, 2- 1(116)-49/2021 saylı qərarının ləğv edilərək iş üzrə iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(116)-49/2021 saylı qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 85.2- ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.3-cü maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı sahibliyində olan torpaq sahəsində inşa etdiyi tikiliyə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınmasını xahiş etmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Oğuz (keçmiş Vartaşen) rayon XDS İK-nin 24.11.1989-cu il tarixli, 272 nömrəli qərarının surətindən müəyyən edilir ki, qərara əsasən “Azərbaycan” Assosasiyası ilə Vartaşen rayon Aqrokombinatının müştərək "xxxx" müəssisəsinin Nizamnaməsi qeydə alınmışdır. Oğuz (keçmiş Vartaşen) rayon XDS İK-nin fevral 1990-cı il tarixli, 43 nömrəli qərarının surətindən müəyyən edilir ki, “Azərbaycan” Assosasiya Birliyi ilə rayon Aqrokombinatının yeni yaradılmış "xxxx" müştərək müəssisəsinə rayonun konserv zavodunun şimal hissəsində, meşə təsərrüfatına məxsus daşlı-çınqıllı sahədən pavilyonyeməkxana tikintisi üçün 0.40 ha torpaq sahəsi ayrılmışdır. "xxxx" MMC-nin Nizamnaməsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, MMCnin təsisçisi X6r (Nizamnamədə adı “Sadi” qeyd edilmişdir). FHN Tikintidə X8 Agentliyi “Azkommunlayihə” KLİ nin 12.08.2016-cı il tarixli Müayinə aktının surətindən müəyyən edilir ki, Oğuz şəhəri ərazisində "xxxx" müştərək müəssisəsinə aid qeyri-yaşayış binasına təqdim olunan eskiz layihəsi əsasında vizual texniki müayinə zamanı konstruktiv elementlərdə nöqsan və zədələrə rast gəlinməmişdir. FHN Tikintidə X8 X13 22.08.2016-cı il tarixli, 694 nömrəli Texniki müayinə rəyinin surətindən müəyyən edilir ki, Oğuz şəhəri ərazisində yerləşən "xxxx" müştərək müəssisəsinə aid 1 mərtəbəli qeyri-yaşayış obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. FHN X18 Xidmətinin 27.12.2016-cı il tarixli, 1344 nömrəli Aktının surətindən müəyyən edilir ki, İddiaçı-yə məxsus 1 mərtəbəli iaşə obyekti yanğın təhlükəsizliyi tələblərinə cavab verir. 26.09.2017-ci il tarixli, 04 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən bir mərtəbəli pavilyon-yeməkxana binasının istismarına 26.09.2016-cı il tarixdən icazə verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.08.2017-ci il tarixli, 2-1(84)-945/2017 nömrəli qərarı ilə həmin iş üzrə cavabdeh Oğuz Rayon İcra Hakimiyyətinin üzərinə Vartaşen (Oğuz) rayon XDS İcraiyyə Komitəsinin fevral 1990-cı il tarixli, 43 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsində tikilmiş qeyri-yaşayış binasının istismarına icazə sərəncamının verilməsi öhdəliyi qoyulmuşdur. Qərardan həmin iş üzrə üçüncü şəxs İsrayıl Məmmədov tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.01.2018-ci il tarixli, 2-1(107)-41/2018 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.08.2017-ci il tarixli, 2-1(84)-945/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2018-ci il tarixli, 2- 1(102)-885/2018 nömrəli qərarı ilə təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22.12.2017-ci il tarixli, 2-1(84)-1767/2017 nömrəli qərardadı ilə həmin iş üzrə iddiaçı X7 cavabdeh Oğuz Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: İddiaçı) “Oğuz Rayon İcra Hakimiyyətinin İddiaçı-yə verdiyi 26.09.2017-ci il tarixli, 04 nömrəli tikinti obyektinin istismarına icazənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01.02.2018-ci il tarixli, 2-1(107)-89/2018 nömrəli qərardadı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22.12.2017-ci il tarixli, 2-1(84)-1767/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2018-ci il tarixli, 2-1(84)- 690/2018 nömrəli qərarı ilə həmin iş üzrə cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinin üzərinə İddiaçı-nin "xxxx" Müştərək Müəssisəsinin hüquqi varisi kimi qeydiyyatının aparılması öhdəliyi qoyulmuşdur. Qərardan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.07.2019-cu il tarixli, 2- 1(107)-372/2019 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2018-ci il tarixli, 2-1(84)-690/2018 nömrəli qərarı ləğv edilmiş, İddiaçı-nin cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “İddiaçı-nin "xxxx" Müştərək Müəssisəsinin hüquqi varisi kimi qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.11.2020-ci il tarixli, **********88 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi Dövlət mülkiyyətinə aid olub X24 torpaqlarıdır. Faktiki sahəsi 0.75 hektardır, döngə nöqtələrinin koordinatları tərtib edilən sxemdə göstərilmişdir. Həmin torpaq sahəsi X9 tərəfindən istifadə olunur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02.03.2021-ci il tarixli, **********97 nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlak sərəncamında olan subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin sözügedən qeyri-yaşayış binası barədə heç bir dövlət qurumu tərəfindən məlumat təqdim edilmədiyinə görə həmin obyektə dair dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. Sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi torpaqların elektron kadastr bazasında dövlət mülkiyyətində olan torpaq kimi Eyni zamanda bildirilir ki, əldə edilən sənədlərə əsasən “Azərbaycan” Asossasiyasi ilə Oğuz rayon Aqrokombinatının birgə yaratdıqları "xxxx" müştərək müəssisəsinin nizamnaməsi Oğuz (Vartaşen) rayon XDS İcraiyyə Komitəsinin 10 noyabr 1989-cu il tarixli, 23 nömrəli qərarı ilə qeydiyyata alınmış və müştərək müəssisəsdə dövlətin payı 50% təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsindəəlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 1 mərtəbəli pavilyon-yeməkxananın yerləşdiyi torpaq sahəsi X23 aiddir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Apellyasiya şikayətində göstərilən dəlilərlə razılaşmayan kollegiya bununla bağlı qeyd edir ki, 1 mərtəbəli pavilyon-yeməkxananın yerləşdiyi torpaq sahəsi X23 aiddir və həmin torpaq sahəsi torpaqların elektron kadastr bazasında dövlət mülkiyyətində olan torpaq kimi qeydiyyata alınmışdır. Belə ki, Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən, meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir (1-5-ci bəndlər). Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2-1(116)-49/2021 saylı, 20.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(116)-49/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-311/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-311/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver