Məhkəmə qərarları › İş №2-1(107)-311/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-311/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-311/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ünvan 1 evin, 3 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair İddiaçı hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulmaması) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ünvan 1 evin, 3 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair İddiaçı hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)- 269/2022 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 binanın 3 saylı ünvanında yerləşən 86 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, ünvan 2 evin 3 saylı mənzilini iddiaçı alqı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Həmin mənzildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli şərait olduğu üçün iddiaçı tərəfindən ərizə, eyni zamanda eskiz layihə ilə Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edilərək, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi xahiş edilmişdir. İddiaçının müraciətinə, eləcə də təqdim etdiyi eskiz layihəyə müvafiq komissiya tərəfindən baxılmış, Göyçay Rayon İcra Hakimiyyəti başçısının 3 may 2021-ci il tarixli, 49 nömrəli sərəncamı ilə ünvan 2 evin 3 saylı ünvanında yerləşən ümumi sahəsi 65.4 kv.m, genişləndirmə işləri aparıİdıqdan sonra 86 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, qeyri-yaşayış sahəsinin eskiz layihəsi, sxematik planı baş memar tərəfindən təsdiq edilmişdir. Bundan sonra Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə baxılmış və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilmiş və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” 05 may 2021-ci il tarixli bildiriş verilmişdir. Təsdiq edilmiş layihəyə uyğun genişləndirmə işləri aparılmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yararlı vəziyyətə gətirilmişdir. Bundan sonra Göyçay Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən genişləndirilmiş sahəyə baxış keçirilmiş və 29 mart 2021-ci il tarixdən tikinti obyektinin istismarına icazə verilmişdir. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-269/2022 nömrəli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilmiş, ünvan 1 evin 3 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair iddiaçının hüququnun qeydiyyata alınmasını və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2- 1(107)-230/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-269/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycaan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(102)-282/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 21(107)-230/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-269/2022 nömrəli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilmiş, ünvan 1 evin 3 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair iddiaçının hüququnun qeydiyyata alınmasını və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 65,4 kv.m olmuş, sonradan əlavə tikililər aparılmaqla ümumi sahə 86,0 kv.m təşkil etmişdir. Rayon İcra Hakimiyyəti özünün sərəncam və aktlarında iddiaçının mənzilinin ümumi sahəsinin 86,0 kv.m olmasını hüquqi cəhətdən tanımışdır. Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sənədlərdə iddiaçıya məxsus 3 saylı mənzilin ümumi sahəsinin 86,0 kv.m olan yaşayış sahəsinin qeyriyaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq sərəncam vermişdir. Sərəncamda yalnız 65,4 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qeyd edilməmişdir. Tikinti istismarının icazəsində də sxematik plan üzrə sahənin 86,0 kv.m olduğu göstərilmişdir. İddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim etdiyi sənədlər hüququn dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 65,4 kv.m olmuş, sonradan əlavə tikililər aparılmaqla ümumi sahə 86,0 kv.m təşkil etmişdir. Rayon İcra Hakimiyyəti özünün sərəncam və aktlarında iddiaçının mənzilinin ümumi sahəsinin 86,0 kv.m olmasını hüquqi cəhətdən tanımışdır. Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sənədlərdə iddiaçıya məxsus 3 saylı mənzilin ümumi sahəsinin 86,0 kv.m olan yaşayış sahəsinin qeyriyaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq sərəncam vermişdir. Sərəncamda yalnız 65,4 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qeyd edilməmişdir. Tikinti istismarının icazəsində də sxematik plan üzrə sahənin 86,0 kv.m olduğu göstərilmişdir. İddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim etdiyi sənədlər hüququn dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 binanın 3 ünvanında yerləşən mənzilin sahəsi 65.4 kv.m olmuşdur. Yenidən qurulma və ya yenidən planlaşdırma aparılması prosedurunu müəyyən edən Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmaqla mənzilin sahəsi artırılmışdır. Bu hal məhkəmə araşdırması zamanı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qərar qəbul edərkən sübut kimi istinad olunan “Tikinti obyektinin istismarına icazə” sənədində “İstismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafasının boş olması, bu sənədin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadığını, bu səbəbdən də həmin sənədin mötəbərliyini şübhə altına alır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsi beş mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən sübut kimi istinad olunan xx.xx.2021-ci il tarixli, 04 saylı Tikinti obyektinin istismarına icazə sənədi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli, 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 2 nömrəli əlavə ilə müəyyən edilmiş forma ilə tərtib edilmişdir. Həmin forma Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kv.m-dən çox olmayan, həmçinin, mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kv.m-dən çox olmayan, istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara razılığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazə üçün nəzərdə tutulmuşdur. Bu cür pozuntu ilə tərtib olunmuş sənəd mötəbər hesab oluna bilməz. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 05 saylı Tikinti Obyektinin İstismarına icazə sənədinin Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli, 49 saylı sərəncamından, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən əvvəl tərtib olunması da nəzərə alınmamışdır. Bu hal da məhkəmə qərarının Mənzil Məcəlləsi nəzərə alınmadan qəbul olunmasını sübut edir. Bu pozuntunun mahiyyəti ondan ibarətdir ki, vətəndaş Mənzil Məcəlləsinin 24-cü maddəsinə əməl etmədən yaşayış sahəsində istədiyi kimi yenidən qurulma və ya yenidən planlaşdırma işləri aparmış, sonradan həmin qeyri-yaşayış sahəsinə istismara icazə sənədi əldə olunmuşdur. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti yarananda məcburiyyətdən sərəncamla bildiriş alınmışdır. İddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişin “B” bəndində sahədə aparılması zəruri olan yenidənqurma və ya yenidən planlaşdırma və digər işlərin siyahısının, belə işlərin aparılmasına dair tələblərin qeyd olunmasına baxmayaraq, qrafa boş qalmasın deyə mənzilin genişləndirilərək 86 kv.m olması qeyd olunmuşdur. Bununla da sadalanan maddələrin tələbi pozulmuşdur. Lakin bu hal məhkəmə tərəfindən diqqətdən kənar qalmışdır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsi beş mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Buna baxmayaraq sözügedən qeyri-yaşayış sahəsinə tikinti obyektinin istismarına icazə sənədi AR Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun verilmişdir. Bu da öz növbəsində pozuntu hesab olunur. Məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyriyaşayış sahəsinə dair verilmiş, tikinti obyektinin istismarına icazə sənədi AR Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyekinin istismarına icazə”nin formasına uyğun tərtib edilmədiyi üçün Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi və tikintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən tikintinin istismara hazırlığını təsdiq edən istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi qarafaları qeyd olunmamışdır. Bu da çoxmənzilli yaşayış binasında yenidənqurma və yenidən planlaşdırma işlərinin yalnız Göyçay RİH-nin “təşəbbüsü” ilə tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığını sübut edir. Bu hal qanun pozuntusu olmaqla yanaşı eyni zamanda insanların həyat və sağlamlığı üçün real təhlükə olması ehtimalını yaradır. Məhkəmə tərəfindən bu xüsusatlar da araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 05 saylı Tikinti Obyektinin İstismarına icazə sənədinin Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli, 49 saylı sərəncamından, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən əvvəl tərtib olunması da nəzərə alınmamışdır. Bu hal da məhkəmə qərarının Mənzil Məcəlləsini nəzərə alınmadan qəbul olunmasını sübut edir. Bu pozuntunun mahiyyəti ondan ibarətdir ki, vətəndaş Mənzil Məcəlləsinin 24-cü maddəsinə əməl etmədən yaşayış sahəsində istədiyi kimi yenidən qurulma və ya yenidən planlaşdırılma işləri aparmış, sonradan həmin qeyri-yaşayış sahəsinə istismara icazə sənədi əldə olunmuşdur. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti yarananda məcburiyyətdən sərəncamla bildiriş alınmışdır. Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli 49 saylı sərəncamının, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişin verilməsinə əsas olmuş iddiaçının ərizəsi və ona əlavə olunmuş sənədləri əldə etmək üçün Göyçay RİH-nə sorğu verilməmişdir. Göyçay RİH-dən məlumatın əldə olunması sözügedən sənədlərin Mənzil Məcəlləsinin və AR-nın Şəhərsalma və Tikinti Məcəlləsinin tələbi gözlənilməklə verilib-verilməməsinə aydınlıq gətirəcəkdir. Sözügedən qeyriyaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının araşdırılması zərurəti olmasına baxmayaraq məhkəmə bu halı nəzərə almamış və iş üzrə ekspertiza təyin etməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-269/2022 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-269/2022 saylı qərarın dəişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri. Həmin Məcəllənin 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü ci maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 21-ci ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası. Həmin Məcəllənin 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: Həmin Məcəllənin 21.2.1-ci ci maddəsinə əsasən sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); Həmin Məcəllənin 21.2.2-ci ci maddəsinə əsasən keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); Həmin Məcəllənin 21.2.3-cü ci maddəsinə əsasən keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); Həmin Məcəllənin 21.2.4-cü ci maddəsinə əsasən keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.4-cü ci maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 21.5-ci ci maddəsinə əsasən Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Həmin Məcəllənin 21.6-ci ci maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 21.7-ci ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 21.8-ci ci maddəsinə əsasən Sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Həmin Məcəllənin 21.9-cu ci maddəsinə əsasən Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 21.10-cu ci maddəsinə əsasən keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəliQərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəli Qərarı: 1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə). “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, qeyriyaşayış binalarının (tikinti obyektlərinin), istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin forması” təsdiq edilsin (2 nömrəli əlavə). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Həmin Məcəllənin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-269/2022 saylı qərarının ləğv edilib iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırki işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2- 1(116)-269/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 65,4 kv.m olmuş, sonradan əlavə tikililər aparılmaqla ümumi sahə 86,0 kv.m təşkil etmişdir. Rayon İcra Hakimiyyəti özünün sərəncam və aktlarında iddiaçının mənzilinin ümumi sahəsinin 86,0 kv.m olmasını hüquqi cəhətdən tanımışdır. Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sənədlərdə iddiaçıya məxsus 3 saylı mənzilin ümumi sahəsinin 86,0 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq sərəncam vermişdir. Sərəncamda yalnız 65,4 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qeyd edilməmişdir. Tikinti istismarının icazəsində də sxematik plan üzrə sahənin 86,0 kv.m olduğu göstərilmişdir. İddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim etdiyi sənədlər hüququn dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işin müəyyən edilən hallarına əsasən iddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 65,4 kv.m olan mənzili alqısatqı müqaviləsi ilə əldə edərək həmin mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bundan sonra, iddiaçı həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu da xx.xx.2020-ci il tarixli, 860 nömrəli məktubla etiraz etmədiyini bildirmişdir. Daha sonra, mübahisələndirilən daşınmaz əmlakın 86.0 kv.m sahəsi olan qeyri-yaşayış obyekti kimi xx.xx.2021-ci il tarixli eskiz layihəsi Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 5 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş, və 3 may 2021-ci il tarixli, 49 nömrəli sərəncamla iddiaçının mülkiyyətində olan və ümumi sahəsi 65.4 kv.m, genişləndirmə işləri aparıldıqdan sonra 86.0 kv.m olan yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilmişdir. İddiaçı cavabdehə müraciət edərək mübahisələndirilən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh iddiaçının müraciətindən ümumi sahənin 65,4 kv.m qeyd olunmasına baxmayaraq, qeyri-yaşayış sahəsinə keçəndə ümumi sahənin artaraq 86 kv.m olması əsası ilə imtina etmişdir. Həmçinin Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2021-ci il tarixli, 05 nömrəli tikinti obyektinin istismarına icazəyə əsasən, mənzilin 86,0 kv.m qeyri-yaşayış sahəsi təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 2021-ci il tarixidə iddiaçıya tikinti obyektinin istismarına icazə verilməsi qeyd edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən mənzili 2020-ci ildə əldə edərək 2020-2021-ci illər ərzində həmin mənzilin qeyriyaşayış sahəsinə çevrilməsi ilə bağlı müvafiq hərəkətlər etmiş, cavabdeh isə qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu qeydə almadığından hazırkı inzibati mübahisə yaranmışdır. Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli bildirişində qeyd olunur ki, İddiaçı ərizəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsi və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11-ci maddəsi nəzərə alınaraq Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 49 nömrəli sərəncamına əsasən ünvan 1 binanın 3 saylı ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m olan yaşayış sahəsinin sahibkarlıq məqsədilə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim olunmuş sənədlərə baxaraq 65,4 kv.m ümumi sahəsi olan mənzilin genişləndirilmə işləri aparıldıqdan sonra 86,0 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi qərara alınmışdır. Göyçay RİH-nin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətində qeyd olunur ki, ünvan 5 binanın 3 saylı ünvanında yerləşən, mülkiyyətində olan 65,4 kv.m ümumi sahəsi olan mənzildə genişləndirmə işləri aparıldıqdan sonra 86,0 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə qanunamüvafiq çevrilməsinə etiraz edilməmişdir. Göyçay RİH tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin surətindən görünür ki, ünvan 6 binanın 3 saylı ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmiş, ümumi sahə 86,0 kv.m olaraq göstərilmişdir. Göyçay RİH başçısı Aparatının xx.xx.2021-ci il tarixli 349 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış, mütəxəssislərin iştirakı ilə sözügedən mənzilə baxış keçirilmiş, rayon Mənzil İstismar Sahəsinin rəyi öyrənilmiş və həmin ünvanda yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Göyçay Rayon İcra Hakimiyyəti başçısının 03 may 2021-ci il tarixli, 49 nömrəli sərəncamına əsasən şəhərin Heydər Əliyev prospekti, bina 67/3 ünvanında yerləşən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir. Göyçay RİH başçısı aparatının xx.xx.2021-ci il tarixli 349 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli 38 nömrəli məktubdan görünür ki, Göyçay Mənzil İstismar Sahəsi Göyçay şəhəri bina 67/3 saylı mənzilin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsinə etiraz etməmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 65,4 kv.m olmuş, sonradan əlavə tikililər aparılmaqla ümumi sahə 86,0 kv.m təşkil etmişdir. Rayon icra hakimiyyəti özünün sərəncam və aktlarında iddiaçının mənzilinin ümumi sahəsinin 86,0 kv.m olmasını hüquqi cəhətdən tanımışdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2- 1(116)-269/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-269/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar