Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-311/2025 27.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-169/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “28 iyul 1978-ci ildən 23 dekabr 1980-cı il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində olduğun illərin ümumi iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1960-cı ildə Mingəçevir şəhərində doğulmuşdur. Orta məktəbi bitiridikdən sonra əmək fəaliyyətinə başlamışdır. Belə ki, 1977-ci ildə Mingəçevir şəhəri Yol maşınları avadanlıqları istismarı zavoduna işə qəbul olunmuşdur. 1978-ci ildə həmin işdən çıxmışdır. 1978-ci ilin mart ayının 14-də Mingəçevir şəhəri “Şüşə" zavoduna işə qəbul olunub 28 iyul 1978-ci ilə kimi həmin zavodda işləmişdir. Eyni zamanda 1981-ci ilin yanvar-fevral aylarında Rusiya Federasiyası, Rostov vilayəti, Volqadonsk şəhərində 1 il 7 ay müddətində hündürlük rəngsazı işləmişdir. 26 yanvar 1983-cü ildən 11 avqust 1984-cü ilə kimi Rusiya Federasiyasının Rostov vilayəti, Volqadonsk şəhərində rəngsaz işləmişdir. 01 oktyabr 1984-cü ildə Mingəçevir balıq zavoduna işə qəbul olunub 22 iyun 1985-ci ilin iyun ayına kimi orada işləmişdir. 08 oktyabr 1985-ci ildən 1986-cı ilin sentyabr ayının 8-nə kimi Mingəçevir çınqıl-beton zavodunda işləmişdir. 1986-cı ilin sentyabr ayının 17-də Mingəçevir balıq zavoduna işə qəbul olunmuşdur və 17 avqust 1990-cı ilə kimi orada işləmişdir. 17 avqust 1990-cı ildə X11na balıqçı kimi işə qəbul olunub 15 may 1991-ci ilə kimi orada işləmişdir. 17 avqust 1991-ci ildən 15 may 1995-ci ilə kimi Mingəçevir balıq zavodunda balıqçı kimi işləmişdir. 13 sentyabr 1995-ci ildə X11nda balıqçı kimi işə qəbul olunmuş və 16 may 1997-ci ilə kimi orada işləmişdir. 01 sentyabr 1998-ci ildə Goran balıq vətəgəsinə işə qəbul olunmuş və 16 aprel 2000-ci ilə kimi orada işləmişdir. 01 oktyabr 2000-ci ildə X11na işə qəbul olunmuş və 15 aprel 2001-ci ilə kimi orada işləmişdir. 09 sentyabr 2001-ci ildə Azərbaycan DRES-də istilik ölçü cihazları avtomatikası sexinə 4-cü dərəcəli çilingər kimi işə qəbul olunmuş və 10 yanvar 2002-ci ilə kimi orada işləmişdir. 22 fevral 2003-cü ildə “Şahmar" MMC-də balıqçı vəzifəsinə işə qəbul olunmuş və 31 dekabr 2004-cü ilə kimi orada işləmişdir. 01 fevral 2005-ci ildə "xxxx" MMC-də balıqçı vəzifəsinə işə qəbul olunmuş və 01 aprel 2006-cı ilə kimi orada işləmişdir. 21 sentyabr 2007-ci ildə X11na balıqçı kimi işə qəbul olunmuş və 03 yanvar 2011-ci ilə kimi orada işləmişdir. 01 sentyabr 2011-ci ildə Ruslan MMC-də balıqçı vəzifəsinə işə qəbul olunmuş və 31 mart 2022-ci ilə kimi orada işləmişdir. Bundan başqa onu da qeyd edir ki, iddiaçı 28 iyul 1978-ci ildən 23 dekabr 1980-ci il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində olmuşdur. İslah əmək düşərgəsində özünü nümunəvi apardığı üçün, nümunəvi davranışına və tərifnamələr aldığına görə Nərimanov Rayon Məhkəməsinin 23 iyul 1980-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. - “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarının İİ maddəsinin 15-ci bəndinin tələbinə görə azadlıqdan məhrumedilmə müddətində iş dövrünün ümumi iş stajına daxil edilməsi müddəti islah əmək müəssisələrinin müdiriyyətinin təqdimatı üzrə məhbusların nümunəvi davranışı nəzərə alınmaqla məhkəmənin qərarı ilə müəyyən olunur. Bir daha bildirir ki, iddiaçı 28 iyul 1978-ci ildən 23 dekabr 1980-ci il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində olduğu illərdə nümunəvi davranışına və tərifnamələr aldığına görə Nərimanov Rayon Məhkəməsinin 23 iyul 1980-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur.
4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajı 25 ildən az təşkil etmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, həmin dövrdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40200,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14172,15 manat təşkil etmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin mövqeyindən narazı qalan iddiaçı ona “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2-1(112)-3369/2021 nömrəli qərarı ilə iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az (23 il 8 gün) olduğu müəyyən edilərək iddia tələbi rədd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE0******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. - “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-6519/2024 nömrəli xidməti məktubuna əsasən İddiaçı mübahisələndirilməyən 18 il 2 ay 8 gün (xx.xx.2006-cı il tarixədək 13 il 4 ay 8 gün, xx.xx.2006-cı il tarixdən sonra 4 il 10 ay ümumi sosial sığorta stajına aşağıdakı dövrlər daxil edilmişdir: xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək; xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək; xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək; xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək; xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək; xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək; xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək; xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək; xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək; xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək; xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək; xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək; xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək; xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək; xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək; xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək; xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək; xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər. - Mərkəzi Filial tərəfindən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MMC-də, xx.xx.2005-ci il tarixdən 2022-ci ilin mart ayına qədər "xxxx" MMC-də, xx.xx.1998-ci il tarixdən xx.xx.1999cu il tarixədək X5 (həmin dövrlərə aid qeydlər əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd ediliyi üçün), həmçinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri (həmin dövrlərə aid qeydlərdə əmək kitabçasında iddiaçının işdən çıxma əmri qeyd edilmədiyi üçün) onun sosial sığorta stajına daxil edilməmişdir. - Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3-cü maddəsinə uyğun olaraq xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Belə ki, həmin dövrlərə aid qeydlər əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd edilmişdir. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul edildi. Həmin vaxtdan etibarən Azərbaycanda latın qrafikalı əlifba tətbiq edilməyə başladı. İddiaçının əmək kitabçasının Azərbaycanda latın qrafikalı əlifbanın rəsmi olaraq tətbiq edildiyi dövrdə “kiril qrafikalı” əlifba ilə yazılması sözügedən əmək kitabçasının sonradan doldurulmasına dəlalət edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; - 082966 nömrəli arayışın surəti. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3369/2021 nömrəli qərarının surəti. - İddiaçıya məxsus ИT ******* nömrəli əmək kitabçasının surəti. - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçası. - İddiaçıya məxsus AT ******* nömrəli əmək kitabçası. - **********397 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surəti. - Azərbaycan Respublikası Şəmkir rayonu "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 10 nömrəli güzəştli arayış. - xx.xx.2020-ci il tarixli 01 nömrəli güzəştli arayışın surəti. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 01 nömrəli arayışın surəti. - “X11” MMC-nin xx.xx.2020-ci il tarixli güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 22 yanvar 2025-ci il tarixli 2- 1(116)-169/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2-1(112)- 3369/2021 nömrəli qərarı ilə iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az (23 il 8 gün) olduğu müəyyən edilərək iddia tələbi rədd edilmişdir. İddiaçı həmin işə baxılarkən təqdim edilməyən və araşdırma predmeti olmayan yeni sənəd təqdim etmişdir. Belə ki, 24 dekabr 1980-ci il tarixli arayışdan görünür ki, iddiaçı 28 iyul 1978-ci ildən 23 dekabr 1980ci il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində cəza çəkmiş, nümunəvi davranışına görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 1980-ci il tarixli qərarı ilə vaxtından əvvəl azad olunmuşdur. İslah-əmək müəssisələrində cəza çəkən şəxslərin əmək fəaliyyətinə cəlb olunması məcburi xarakter daşıyır və məhkumların ictimai faydalı əməkdən yayınmasına yol verilmirdi. Əksinə, ictimai faydalı əmək məhkumların islah və yenidən tərbiyə olunmasının vacib vasitələrindən hesab olunurdu. Məhkəmənin qənaətinə görə həmin tələblər iddiaçıya münasibətdə də keçərli sayılmalıdır. Odur ki, məhkəmə iddiaçının 28 iyul 1978-ci ildən 23 dekabr 1980-ci il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində cəza çəkdiyi dövrü nəzərə almaqla iddiaçının ümumi sosial sığorta stajının 25 il 5 ay 3 gün olduğunu müəyyən etmişdir. - İş materiallarından görünür ki, iddiaçı xx.xx.1990-xx.xx.1991, xx.xx.1995xx.xx.1997, xx.xx.2000-xx.xx.2001-ci illərdə X6 balıqçı vəzifəsində çalışmışdır. Bu barədə həmin müəssisə tıərəfindən xx.xx.2020-ci il tarixli güzəştli arayış təqdim edilmişdir. İddiaçının 1984-cü ildən 2006-cı ilədək müxtəlif müəssislərdə “balıqçı” peşəsində işlədiyi ona məxsus əmək kitabçalarına əsasən sübut olunur. Yuxarıda qeyd olunan dövrlərə əsasən iddiaçının güzəştli iş stajı dövrü 12 il 6 aydan artıqdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən də bu hal mübahisələndirilməmişdir. Həmin dövrlər məhkəmə tərəfindən qəbul edilməklə aşağıdakılar qeyd edilir. - İddiaçının işlədiyi balıqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22417000 kodu 17. Balıq istehsalı və emalı ********* sahiləyaxın yerlərdə balıq ovu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 27.17-ci Balıq istehsalı və emalı bölməsinin 27.17.1-ci Sahilə yaxın yerlərdə balıq ovu” bəndində “sahilə yaxın yerlərdə balıqçı briqadirləri” peşəsi nəzərdə tutulur. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən yuxarıda qeyd olunan dövr üçün pensiya kapitalı tələbi yoxdur. Yuxarıda qeyd edilən dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minimum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır.
8. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-169/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzi Filial tərəfindən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MMC-də, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixləri üzrə "xxxx" MMC-də işlədiyi dövrlərə dair sığortaolunan altsistemində məcburi dövlət sosial sığorta haqqlarının ödənilməməsi səbəbindən, eləcə də xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X5 (həmin dövrlərə aid qeydlər əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd edildiyi üçün), həmçinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri (həmin dövrlərə aid qeydlərdə əmək kitabçasında iddiaçının işdən çıxma əmri qeyd edilmədiyi üçün) onun sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildirmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-ci il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3-cü maddəsinə uyğun olaraq xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Belə ki, həmin dövrlərə aid qeydlər əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd edilmişdir. - İddiaçının əmək kitabçasının Azərbaycanda latın qrafikalı əlifbanın rəsmi olaraq tətbiq edildiyi dövrdə "kiril qrafikalı" əlifba ilə yazılması sözügedən əmək kitabçasının sonradan doldurulmasına dəlalət edir. Nəzərinizə çatdırırıq ki, iddiaçı Şəki İnzibati Məhkəməsinə müraciət etməzdən öncə, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, sözügedən məhkəmənin 13 iyul 2021-ci il tarixli 2-1(112)-3369/2021 nömrəli qərarı ilə iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az (23 il 8 gün) olduğu müəyyən edilərək iddia tələbi rədd edilmişdir. Lakin, sonradan iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək islah əmək düşərgəsində olduğu dövrün sığorta stajına hesablanması üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. - Qeyd olunan qərar ilə iddiaçının qanunla tələb olunan kifayət qədər stajı mövcud olmadığından iddia tələbi təmin edilməmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçının 23 il 8 gün sığorta stajına malik olub-olmadığı üzrə hər hansı araşdırma aparılmamışdır. Belə ki, Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərarında iddiaçı ilə bağlı ilkin məhkəmə icraatı zamanı qəbul edilmiş qərar üzrə 23 il 8 gün sığorta stajının olması fatkı preyudisial xarakter daşıdığı üçün onun ilkin sığorta stajı olaraq qəbul edilmişdir. Həmçinin iddiaçının islah əmək düşərgəsində cəza çəkdiyi dövrü də staja nəzərə aldıqda onun 25 il 5 ay 3 gün sığorta stajının tamamlandığı qeyd olunmuş və qanunvericiliklə müəyyən olunan pensiya hüququ üçün zəruri hesab edilən staj tələbinin ödənildiyi qənaətinə gəlinmiş, bununla da qanunvericiliyin müddəaları yanlış tövsif edilmişdir. - X8 Məhkəməsi 22 yanvar 2025-ci il tarixli qərarını qəbul edərkən belə sözügedən qərara istinad etməklə əlavə araşdırma aparmamış, beləcə qanunvericiliyin tələblərinin hazırki işə münasibətdə tətbiqi təmin olunmamışdır. Eləcə də, iddiaçı tərəfindən təqdim edilmiş güzəştli arayışların mötəbərliyinin sübuta yetirilməsi ilə bağlı məhkəmə tərəfindən ətraflı araşdırma aparılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-169/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2- 1(116)-169/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. “Əmək pensiyaları haqqında” Qanun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
19. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.)
25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı 2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
21. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
23. İnzibati icraat haqqında Qanun Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
32. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır: a) bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. b) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
33. İş materiallarından görünür ki, iddiaçının ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı mövcuddur.
34. Müəyyən edilir ki, iddiaçı xx.xx.1960-cı ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.
35. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.
36. Cavabdehin apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MMC-də, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixləri üzrə "xxxx" MMC-də işlədiyi dövrlərə dair sığortaolunan altsistemində məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi bu arqumentin heç bir hüquqi əsası yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
38. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
39. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.
41. Odur ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məcburi sığorta haqları ödənilmədiyindən həmin müddətin staja daxil edilməli olmaması ilə bağlı cavabdehin dəlilləri əsaslı sayıla bilməz.
42. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, əmək kitabçasında xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X5 işlədiyi dövrlərə aid qeydlər əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd edilmişdir. Həmin dövrlər üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Həmçinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərinə aid qeydlərdə əmək kitabçasında iddiaçının işdən çıxma əmri qeyd edilməmişdir.
43. Qeyd edilən dəlil ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı mövcud müəssisə daxili əmrlər qəbul etmək, həmin əmrlər barədə qeydləri əmək kitabçasında qeyd etmək səlahiyyəti işəgötürən müəssisə rəhbərliyi tərəfindən həll edilməli olan haldır.
44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən tərəfindən həyata keçirilən məsələdir. Yəni işə daxilolma və işdən azadolma barədə əmrlərin əmək kitabçasında qeyd edilməməsi və ya əmək kitabçasındakı qeydlərin məzmununun fərqli qrafikalarda qeyd edilməsi işçinin hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının kiril qrafikalı əlifba ilə yazılması iddiaçının təqsiri ilə bağlı olan hal deyil.
46. Bir sözlə, cavabdehin göstərdiyi dəlillər iddiaçının mübahisələndirilən dövrdə və vəzifələrdə işləməməsinə dəlalət etmir.
47. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işlərdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
48. Bundan əlavə əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.
49. O da qeyd olunmalıdır ki, yuxarıda qeyd edilən iddiaçının təqsiri ilə bağlı olmayan hallar özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
51. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri iddiaçının 23 il 8 gün sığorta stajına malik olub-olmadığı üzrə birinci instansiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmaması və qanunvericiliyin müddəalarının yanlış tövsif edilərək iddiaçının islah əmək düşərgəsində cəza çəkdiyi dövrün də onun sosial sığorta stajına daxil edilməsindən ibarət olmuşdur.
52. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2-1(112)- 3369/2021 nömrəli qərarı ilə iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az (23 il 8 gün) olduğu müəyyən edilərək iddia tələbi rədd edilmişdir. Göründüyü kimi, iddiaçının 23 il 8 gün ümumi sosial sığorta stajının olması faktı qanuni qüvəyyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
53. Daha sonra iddiaçı hazırki iddiası ilə birgə məhkəməyə 28 iyul 1978-ci ildən 23 dekabr 1980-ci il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində cəza çəkməsi, nümunəvi davranışına görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 1980-ci il tarixli qərarı ilə vaxtından əvvəl azad olunmasına dair 24 dekabr 1980-cı il tarixli arayış təqdim etmişdir.
54. Bununla bağlı kollegiya aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, islah-əmək müəssisələrində cəza çəkən şəxslərin əmək fəaliyyətinə cəlb olunması məcburi xarakter daşıyır və məhkumların ictimai faydalı əməkdən yayınmasına yol verilmirdi. Əksinə, ictimai faydalı əmək məhkumların islah və yenidən tərbiyə olunmasının vacib vasitələrindən hesab olunurdu. Məhkəmənin qənaətinə görə həmin tələblər iddiaçıya münasibətdə də keçərli sayılmalıdır.
55. Sözügedən dövrə münasibətdə oxşar halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-829/2023 saylı,xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilir ki, SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş 1969-cu il tarixli 4074 saylı Qanunla təsdiq edilmiş “SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin Əsasları”nın, habelə onun əsasında Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş və 1971-ci il iyunun 1-dən qüvvəyə minmiş “Azərbaycan SSR İslah Əmək Məcəlləsi”nin müvafiq olaraq 1-ci maddələrinə əsasən islah-əmək qanunvericiliyinin vəzifəsi cinayət cəzasının icrası zamanı həm də məhkumların islah olunmasına və əməyə vicdanlı münasibət, qanunlara dürüst əməl etmək və sosialist birgəyaşayış qaydalarına hörmət etmək ruhunda yenidən tərbiyələndirilməsinə nail olmaqdan ibarətdir. İstinad olunan həmin qanunvericiliyin normaları ilə islah-əmək müəssisələrində və həbsxanalarda cəza çəkən şəxslər üçün 8 saatlıq iş günü müəyyən edilmişdir. Həmçinin həmin qanunvericiliyin tələblərinə görə azadlıqdan məhrum edilmiş şəxslərin əməyi onun kəmiyyət və keyfiyyətindən asılı olaraq xalq təsərrüfatında qüvvədə olan normalar üzrə ödənilirdi (“SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin əsasları”nın 7 və 28-29-cu maddələri).
56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əvvəllər güzəştli pensiya təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etsə də, əvvəlki işdən fərqli olaraq iddiaçı həmin məhkəməyə təqdim edilməyən və araşdırma predmeti olmayan yeni sənəd təqdim etmiş, həmçinin hazırki tələbi ona xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması ilə bağlı olmuşdur. Ona görə də, iddiaçının hazırki tələbi eyni iddia, eyni predmet və eyni tələb hesab oluna bilməz.
57. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, məhkəmə iddiaçının 28 iyul 1978-ci ildən 23 dekabr 1980-ci il tarixə kimi (2 il 4 ay 25 gün) islah əmək düşərgəsində cəza çəkdiyi dövrü nəzərə almaqla iddiaçının ümumi sosial sığorta stajının 25 il 5 ay 3 gün olduğunu müəyyən edir.
58. Apellyasiya şikayətinin “iddiaçı tərəfindən təqdim edilmiş güzəştli arayışların mötəbərliyinin sübuta yetirilməsi ilə bağlı məhkəmə tərəfindən ətraflı araşdırma aparılmaması” dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
59. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisələrdən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, birinci instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.
61. Belə ki, iddiaçının işlədiyi balıqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22417000 kodu 17. Balıq istehsalı və emalı ********* sahiləyaxın yerlərdə balıq ovu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 27.17-ci Balıq istehsalı və emalı bölməsinin 27.17.1-ci Sahilə yaxın yerlərdə balıq ovu” bəndində “sahilə yaxın yerlərdə balıqçı briqadirləri” peşəsi nəzərdə tutulur. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir.
62. İş materiallarından da görünür ki, iddiaçı xx.xx.1990-xx.xx.1991, xx.xx.1995xx.xx.1997, xx.xx.2000-xx.xx.2001-ci illərdə X6 balıqçı vəzifəsində çalışmışdır. Bu barədə həmin müəssisə tərəfindən xx.xx.2020-ci il tarixli güzəştli arayış təqdim edilmişdir. İddiaçının 1984-cü ildən 2006-cı ilədək müxtəlif müəssislərdə “balıqçı” peşəsində işlədiyi ona məxsus əmək kitabçalarına əsasən sübut olunur. Yuxarıda qeyd olunan dövrlərə əsasən iddiaçının güzəştli iş stajı dövrü 12 il 6 aydan artıqdır.
63. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
64. İş materiallarında olan sübutlar iddiaçının zəruri güzəştli iş stajının mövcud olduğunu sübut edir, həmin arayışların mötəbər sübut hesab olunmaması barədə isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
65. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş iş yerindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işlədiyini mötəbər qaydada müəyyən edir.
66. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
67. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
68. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
69. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
70. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-169/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.