Məhkəmə qərarları › İş №2-1(107)-312/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-312/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-312/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X20 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X29) “Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclas protokolunun qərarına əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında mərhum əri X13 ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(116)-31/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X21) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclas protokolunun qərarına əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında mərhum əri X13 ayrılmış torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və üçüncü şəxs X9 qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 06.10.2017-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı mərhum X10 həyat yoldaşıdır. Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən iddiaçının yoldaşı X10 adına torpaq sahəsi verilmişdir. Bu barədə iddiaçı X37 filialının arayışını iş materiallarına əlavə etmişdir. Arxiv arayışında Şəki rayon təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş, 01 yanvar 1975-ci il Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş Qaytanlanmış torpaq kitabına əsasən 61-ci sırada X11 torpağının cəmi 0.09, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 olması qeyd edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin torpaq sahəsi hal-hazırda üçüncü şəxs Yaşar Səlimov tərəfindən zəbt edilmişdir. Bu səbəblə o, mərhumun hüquqi varisi olmasına baxmayaraq hazırda torpaq sahəsindən istifadə edə bilmir və ona sahiblik hüququndan məhrum olmuşdur. İddiaçı mərhum əri X14 məxsus Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 29.09.2017-ci il tarixli, **********89 nömrəli imtina məktubunda qeyd edilir ki, iddiaçı tərəfindən qaytanlanmış torpaq kitabından arxiv arayışı təqdim edilsə də, torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən və torpaq sahəsinə naturada baxış keçirilməsinə digər vətəndaş tərəfindən maneəçilik törədildiyindən ərizənin icrası mümkün olmamışdır. İddiaçıya məhkəmə tərəfindən 09.10.2017-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, onun iddia tələbinin 1-ci hissəsi (Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclas protokolunun qərarına əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında mərhum əri X13 ayrılmış torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) dəqiq deyildir. Belə ki, iddia tələbində nə qədər torpaq sahəsi üzərində hansı hüquqlarının (mülkiyyət, istifadə) qeydiyyata alınmasını göstərməmişdir. Həmçinin iddia tələbinin 2-ci hissəsi ilə bağlı yardım məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, tələbin 2-ci hissəsi (üçüncü şəxs X9 qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması) mülki xarakterlidir və ümumi (şəhər, rayon) məhkəmədə baxılmalıdır. Belə ki, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən (zəbtindən) geri qaytarılması mülki xarakterli olmaqla ümumi hüququn (Mülki Məcəllə) predmetini təşkil edir. Yardım məktubunu aldıqdan sonra iddiaçı iddia tələbində dəqiqləşdirmə aparmış və “Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclas protokolunun qərarına əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında mərhum əri X13 ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 01.11.2017-ci il tarixli iclas protokolu ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın birinci instansiya məhkəməsinə ünvanladığı 07.08.2020-ci il tarixli, **********27 nömrəli məktubda qeyd edilir ki, vətəndaşın 27 dekabr 2016-cı il tarixli ərizəsi ilə təqdim etdiyi Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16 dekabr 1971-ci il tarixli, 8 saylı qərarının arxiv çıxarışı, 25 yanvar 1971-ci il tarixli qeydiyyat vəsiqəsi, Şəki 2 saylı Notariat Kontorunun 27 dekabr 2016-cı il tarixli vərəsəlik dairəsinin müəyyən edilməsi barədə arayışı əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə X15, X26 və X12 adlarına umumi birgə olmaqla 5309 inventar nömrəli texniki pasport və 05 yanvar 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Təqdim olunmuş torpaq sahəsinin ayrılması barədə Qışlaq kənd “Kirov” adına kolxozun 16 dekabr 1971-ci il tarixli, 8 saylı qərarı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında fərdi yaşayış evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrin qeydiyyatı üçün əsaslardan biridir. 05 yanvar 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X15, X26 və X12 ümumi birgə mülkiyyətində olması, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair digər sənədin - Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında göstərilən əsaslardan biri və Qışlaq kənd “Kirov” adına kolxozun 16 dekabr 1971-ci il tarixli, 8 saylı qərarı ilə verilmiş torpaq sahəsinin digər yerdə yerləşməsi barədə müvafiq orqan tərəfindən təsdiqlənmiş sxem təqdim edilmədiyindən vətəndaşın ərazi idarəsinə ünvanladığı müraciətinin icrasından imtina olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən Rüfət Məcidov) 15.01.2018-ci il tarixli, 2-1(84)-46/2018 nöməli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən 13.02.2018-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Cavabdeh orqanın Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı 12.04.2018-ci il tarixli, **********07 nömrəli iddiaçının apellyasiya şikayətinə münasibət məktubunda qeyd edilir ki, X9 adına qeydiyyata alınmış Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən 23 saylı fərdi yaşayış evi ilə əlaqədar bildiririk ki, Şəki ZDS-in 03 dekabr 1975-ci il tarixli qərarı ilə X5 Şəki şəhəri, 168-ci kvartalda yerləşən atasının istifadəsində olan torpaq sahəsinin 500 kv.m-də ev tikməyə icazə verilmişdir. Şəki TİB tərəfindən verilmiş 01 fevral 1983-cü il tarixli texniki pasportda faktiki torpaq sahəsi 0.1329 ha olmaqla cənubdan şimala doğru məsafə 59.9 m olduğu göstərilmişdir. 05 noyabr 1982il tarixdə X4 adına 5560/22 saylı qeydəalma vəsiqəsi yerilmişdir. 01 noyabr 1988-ci il tarixli, 9k-977 saylı bəxşeyiş müqaviləsi ilə sözügədən fərdi yaşayış evini qardaşı X16 bağışlamış, müqavilədə torpaq sahəsinin ölçüsü 600 kv.m göstərilmiş və X9 adına 5560/22 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X9 müraciəti əsasında 20 dekabr 2016-cı il tarixli, ******* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 17 dekabr 2016-cı il tarixli, 7741 inventar nömrəli texniki pasport verilmişdir. Texniki pasportda torpaq sahəsinin faktiki ölçüsü artaraq 0.20 ha olmuşdur. Apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 12.04.2018-ci il tarixli, 21(107)- 147/2018 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.01.2018-ci il tarixli, 2-1(84)-46/2018 nöməli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra İddiaçı məhkəməyə “yeni açılmış hallarla bağlı” ərizə ünvanlayaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.01.2018ci il tarixli, 2-1(84)-46/2018 nöməli qərarının ləğv edilərək işə yenidən baxılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2019-cu il tarixli, 2-1(84)-46/2018 nömrəli qərardadı ilə iddiaçının ərizəsi rədd edilmişdir. İddiaçı D.X35-İqtisadi Məhkəməsinin 18.03.2019-cu il tarixli, 21(84)-46/2018 nömrəli qərardadından apellyasiya şikayəti vermişdir. Cavabdeh orqan Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı 02.05.2019-cu il tarixli, **********43 nömrəli məktubla iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, ünvan 6di yaşayış evi X6 vərəsələrindən biri olan İddiaçı 27 dekabr 2016cı il tarixli ərizəsi ilə 25 yanvar 1971-ci il tarixli, 316 saylı qeydiyyat vəsiqəsi və Şəki rayonu, Qışlaq kənd Kirov kolxozunun 16 dekabr 1971-ci il tarixli, 08 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X15, X26 və X12 adlarına ********** qeydiyyat nömrəli çıxarış və 5309 inventar nömrəli texniki pasport verilmişdir. Şəki rayonu, Qışlaq kənd Kirov kolxozunun 16 dekabr 1971-ci il tarixli, 08 saylı qərarında torpaq sahəsinin yaşadığı ünvanda ayrıldığı göstərildiyindən, ünvan 6di yaşayış evinin qeydiyyatı aparılarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Şəki şəhəri, M.F.Axundov prospekti, 23 ünvanında yerləşən fərdi yaşayış evi X9 14 dekabr 2016-cı il tarixli ərizəsi ilə 01 noyabr 1988-ci il tarixli, 5560/22 saylı qeydiyyat vəsiqəsi əsasında qeydiyyata alınaraq X9 adına 20 dekabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və 7741 inventar nömrəli texniki pasport verilmişdir. 0.05 ha torpaq sahəsi Şəki şəhər ZDS-in 03 dekabr 1975-ci il tarixli, 27 saylı qərarı ilə X5 ayrılmış, üzərində inşa edilmiş fərdi yaşayış evinə X3 adına 05 noyabr 1982-ci il tarixli, 5560/22 saylı qeydəalma vəsiqəsi verilmiş, 01 noyabr 1988-ci il tarixli bəxşiş müqaviləsi ilə X16 bağışlanılmışdır. Eyni zamanda bildiririk ki, X8 Şəki rayonu, Qışlaq kənd Kirov kolxozu tərəfindən 1975-ci ildə Dadaş Bünyadzadə küçəsindən verilmiş torpaq sahəsinin (vətəndaşa 1975-ci ildə torpaq sahəsi ayrılması barədə kolxoz qərari təqdim edilməmişdir) sxeminə əsasən göstərilən torpaq sahəsi ünvan 6di yaşayış evinin torpaq sahəsindən təxminən 180 m cənubda yerləşməklə, Şəki şəhəri, M.F.Axundov prospekti, 23 ünvanında yerləşən fərdi yaşayış evi X16 verilmiş texniki pasportda qapalı divar daxilində və vətəndaşın istifadəsində olduğundan həmin vətəndaşın zəbti kimi göstərilmişdir. İddiaçının qərardaddan verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 2-1(107)-271/2019 nömrəli qərardadı ilə təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2019-cu il tarixli, 21(84)-46/2018 nömrəli qərardadı ləğv edilmiş, iş yeni açılmış hallarla bağlı təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 21(107)-271/2019 nömrəli qərardadından üçüncü şəxs Y.Səlimov tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.08.2019-cu il tarixli, 2-1(102)-2161/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 2-1(107)-271/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra hazırkı iş 27.09.2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinə, 02.10.2019-cu il tarixdə isə Şəki İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 07.01.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, X15 02.06.2001-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi arvadı (hazırkı iş üzrə iddiaçı) İddiaçıdır. Miras əmlak ünvan 8 ünvanında yerləşən 0.0534 ha ümumibirgə torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 83.2 kv.m olan mərhum X8 məxsus pay hissəsi olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilən X37 filialının 16.11.2016-cı il tarixli, 1681 nömrəli arxiv arayışında Şəki rayon Təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş 01.01.1975-ci il Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş qaytanlanmış torpaq kitabına əsasən 61-ci sırada X11 torpağının cəmi 0.09, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 olması qeyd edilmişdir. İş materiallarında olan X37 filialının məhkəməyə ünvanladığı 14.11.2017-ci il tarixli, 121 nömrəli məktubda qeyd edilir ki, vətəndaş X14 verilmiş torpaq sahəsi barədə qərarlarda heç bir sxem, cizgilər və ya təhkim aktı göstərilməmişdir. Arxivin eyni tarixli və nömrəli arxiv çıxarışından müəyyən edilir ki, Nuxa rayon Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli 8 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən kolxozçulara və başqa vətəndaşlara ev tikmək üçün həyətyanı torpaq sahəsinin verilməsi iclasın gündəliyində olmuş və həmin iclasda qəbul edilmiş qərara əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında yaşayan X13 həmin ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli, 20.12.2016-cı il tarixli çıxarışın və reyestr nömrəsi **********14-10301 olan fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi X9 mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli, 05.01.2017-ci il tarixli çıxarışın və reyestr nömrəsi **********74-10301 olan fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi X15, X22 və X23 ümumibirgə mülkiyyətindədir. X29 21.10.2019-cu il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırkı iş üzrə üçüncü şəxs onun atası X17r və o, 25.08.2019-cu il tarixdə vəfat etmişdir. Bu səbəblə Y.Səlimovun hüquqi varisi kimi tanınmasını və iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə V.Səlimov tərəfindən təqdim edilən 033961 nömrəli “Ölüm haqqında şəhadətnamə” və 455167 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətini nəzərdən keçirərək, 31.10.2019-cu il tarixli, 2-1(84)- 1532/2019 nömrəli qərardadla X29 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31.01.2020-ci il tarixli, **********35 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, 1. X14 Qışlaq Kirov kolxozu tərəfindən 1975-ci ildə verilmiş torpağın sxemində miqyas və torpaq sahəsinin həndəsi ölçüləri göstərilmədiyindən koordinatlarını dəqiq müəyyən etmək mümkün olmamışdır. Sxemdə təsvir edilən torpaq sahəsinin coğrafi yerləşməsində qismən uyğunluq vardır. 2. İddiaçının iddiasında göstərilən torpaq sahəsinin faktiki sahəsi 968 kv.m olub məhkəməyə təqdim edilən sxemdəki cədvəldə koordinatları göstərilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq X9 istifadəsindədir. Torpaq sahələrini ayıran heç bir sərhəd yoxdur. X9 adına hazırlanmış 17.12.2016-cı il tarixli, 7741 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda “zəbt olunmuş torpaq sahəsi” kimi işarələnmiş torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində yerləşir. İş materiallarında olan “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətində qeyd edilir ki, iclasda 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9-da yaşayan X13 həmin ünvanda 0.04 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan X37 filialının 06.11.2020-ci il tarixli, 162 nömrəli məktubunda qeyd edilir ki, Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 1970ci ilin iclas protokollarına əsasən kolxozun idarə heyətinin sədri X7, 1971-ci ilin 21 yanvar 15 saylı iclas protokoluna kimi kolxozun sədri Məmmədov Tacəddin, 30 yanvar 1971-ci il 1 saylı iclas protokoluna əsasən isə 1971-ci ildən kolxozun sədri Əhmədov Yunus, 1972-ci ildə Əhmədov Yunus olmuşdur. Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 1972-ci ilə kimi sənədləri arxivə təhvil verilmişdir. Şəki rayonu Təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş 01.01.1975-ci ildə Qışlaq kən “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş 3 ədəd Qaytanlanmış torpaq kitabı isə həmin müəssisəyə təhvil verilmişdir. İş materiallarında olan X37 filialının 16.03.2021-ci il tarixli, 55 nömrəli məktubunda qeyd edilir ki, ünvan 12 ünvanlarına dair xəritələr Azərbaycan Respublikası X37 filialına təhvil verilməmişdir. Şəki rayonu, “Kirov” adına kolxozun 1969-1972-ci illərin kolxozçuların əmək günlərinin uçotu və kolxoz üzvləri ilə hesablaşma kitablarına əsasən İddiaçı həmin kolxozda işləməsinə dair qeydiyyatı tapılmadı. Arxiv arayışından müəyyən edilir ki, Yusibov Barəddin “Kirov” adına kolxozda 1969-1972-ci illərdə sürücü işləmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 20 may 2021-ci il tarixli, 2- 1(116)-31/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X29) “Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclas protokolunun qərarına əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında mərhum əri X13 ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(116)-31/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi 20.05.2021-ci il tarixli 2-1(116)-31/2021 nömrəli qərarı ilə onun cavabdeh DƏDRX-nin 12- saylı Ərazi İdarəsinə (üçüncü şəxs X29) “Şəki rayonu Qışlaq kənd “Kirov” adma kolxozun 16.12.1971-ci il tarixli 08 nömrəli iclas protokolunun qərarı ilə ünvan 14 ünvanında mərhum ərim X13 ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbimə dair iddiam təmin edilməmişdir. Məhkəmənin sözügedən qərarından narazıdır, qərar ədalətli olmamaqla yanaşı əsassız və qanunsuzdur. Bildirir ki, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində mütəxəssisin qarşısına qoyulmuş suallar və onlara verilən cavablar Səki İnzibati Məhkəməsi 20.05.2021-ci il tarixli 2-1(116)-31/2021 nömrəli qərarında gəldiyi nəticə ilə ziddiyyət təşkil edir, Şəki İnzibati Məhkəməsi həmin iş üzrə daha əvvəl Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 15.01.2018-ci il tarixli 2-1 (84)-46/2018 nömrəli qərarın eynisini 20.05.2021-ci il tarixli qərara köçürməklə iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə və sorğu verərək aldığı cavablara məhəl qoymadan həmin sənədləri öz qərarında sadalamaqla kifayətlənmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31.01.2020-ci il tarixli **********35 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Sxemdə təsvir edilən torpaq sahəsinin coğrafi yerləşməsində qismən uyğunluq vardır. İddiaçının iddiasında göstərilən torpaq sahəsinin faktiki sahəsi 968 kv.m olub məhkəməyə təqdim edilən sxemdəki cədvəldə koordinatları göstərilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq X9 istifadəsindədir. Torpaq sahəsinin ayıran heç bir sənəd yoxdur. X9 adına hazırlanmış 17.12.2016-cı il tarixli 7741 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda “zəbt olunmuş torpaq sahəsi” kimi işarələnmiş torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində yerləşir. Göründüyü kimi qeyd edilən rəydən də aydın olur ki, mübahisə predmeti olan torpaq sahəsi heç bir zaman X16 məxsus olmamışdır, əksinə həmin torpaq sahəsi X13 ayrılmış, lakin sonradan X21 tərəfindən zəbt olunaraq mərhum ərini oraya buraxmamışdır. Bununla bağlı Şəki şəhər DİŞ rəisi tərəfindən mərhum ərinə ünvanlanmış məktub söylədiklərimin sübutudur. Bundan başqa Şəki İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarında torpaq sahəsinin mərhum ərinə ayrılması barədə qərarlarda sxem göstərilmədiyi və həmin torpağın yerləşdiyi yerin yaşadığı ünvandan 180 metr aralda yerləşdiyi və fərqli ünvanda olduğu qeyd ediləməklə iddianın təmin edilməməsinin əsası kimi qəbul etməklə gəldiyi nəticə səhvdir. Ona görə ki, X37 Filialından verilmiş 16.11.2016-cı il tarixli Arxiv X2 cəmi 0,09 ha torpaq ayrılması, yaşayış məntəqəsindən kənarda 0,01 olması qeyd edilmişdir. Bundan başqa X37 Filialından verilmiş 14.11.2017-ci il tarixli Arxiv X1 həmin adresdə 0,06 ha (sonradan paylar bölünərkən 0,06 ha azaldılaraq 0,04 ha olmuşdur) torpaq sahəsi verilməsi göstərilmişdir. Deməli qərarlarda sxem və çizgi göstərilmir ki, bu da mərhum ərinə ayrılan torpaq sahəsinin sxeminin olmaması mənasına gəlmir. Hazırda yaşadığı evlə mərhum ərinə ayrılan və üçüncü şəxsin zəbtində olan 0,09 ha torpaq sahəsi fərqli sahələrdir, məhkəmə isə bu torpaq sahələrinin eyni olduğu qənaətinə gəlmişdir ki, bu da qanunsuzdur və torpaq sahəsinin aralıda yerləşməsi həmin torpağın X16 məxsus olmasını sübut etmir. Mərhum ərinə dədə-baba yurdu üçün ayrılan torpağın ölçüləri sonradan ayrılan 0,09 ha torpağın ölçüləri ilə eynilik təşkil etmir. Hazırda da yaşadığı evin yerləşdiyi torpağın ölçüləri daha azdır, sual yaranır ki, onda 0,09 ha torpaq hardadır? Deməli üçüncü şəxs X21 mərhum ərinə ayrılmış 0,09 ha torpaq sahəsini zəbt etmiş, zor tətbiq edərək oraya sahib olmağa çalışmışdır. Bundan başqa, məhkəmə, sxemdəki imzanın direktorunun adı və familyasının fərqli olmasını əsas gətirərək həmin sxemin saxta olması təəsuratı yaratsa da, 1971-ci ildə Kirov kolxozunun direktorunu fərqli biri, 1975-ci ildə isə həmin kolxozun ləğv edilib (Kirov xain olan vaxtlar) başqa adda kolxoz yaratmaları ilə əlaqəli olmuşdur. Birinci instansiya məhkəməsi kolxoz direktorunun adının araşdırılması üçün məhkəməni dəfələrlə təxirə salmış, lüzumsuz süründürməçiliyə yol vermişdir. Halbuki həmin illərə aid kolxozların siyahısını, onların nə vaxt yaradıldığını, ləğv edildiyini və yerində hansı kolxozun yaradıldığını müvafiq orqanlardan sorğu etməli və həqiqətə nail olmaq üçün obyektiv araşdırma aparılmalı idi. Lakin birinci instansiya məhkəməsi iddianı rədd etmək üçün bütün hərf səhvlərini, nöqtə-vergül xətalarını araşdıraraq ədalətsiz qərar qəbul etmişdir. Hazırki iş üzrə daha əvvəl Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 15.01.2018-ci il tarixli 2-1 (84)-46/2018 nömrəli qərarın ləğv edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 02.05.2019-cu il tarixli 2-1(107)- 271/2019 nömrəli qərardadında və həmin qərardadı qüvvədə saxlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.08.2019-cu il tarixli qərarında məhkəməyə təqdim edilmiş sonradan tapdığı sxemin “Şəki rayonu Qışlaq kənd “Kirov” adma kolxozun 16.12.1971 -ci il tarixli 08 nömrəli iclas protokolunun qərarı ilə ünvan 14 ünvanında mərhum ərim X13 ayrılmış torpaq sahəsinə aid olduğu barədə məhkəmələr qənaət sahibi olmasaydı Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.01.2018-ci il tarixli 2-1 (84)- 46/2018 nömrəli qərarı ləğv olunmazdı. Odur ki, Şəki İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(116)-31/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(116)-31/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X29 apellyasiya şikayətini təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2- 1(116)-31/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 1971-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş Torpaq Məcəlləsinin 23-cü maddəsində göstərilmişdir ki, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) torpaq sahəsinin hüdudları müəyyən edilir, həmin sahə digər sahədən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılır. 24-cü maddəsində qeyd edilmişdir ki, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. 25-ci maddəsinə görə, torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. 26-cı maddəsində göstərilmişdir ki, verilmiş torpaq sahəsi naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, iddiaçının mərhum ərinə torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normalarının tələbinə görə, torpaq sahəsinin naturada (yerində) hüdudlarının müəyyən edilməsi, həmin sahənin digər sahələrdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılması onun qanuni əsaslarla ayrılması hesab edilmişdir. Həmin dövrün tələbinə görə, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunmalı, müvafiq xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr verilməli idi. Belə ki, verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin dövrdə ayrılmış sahədən istifadəyə başlamaq qadağan olmuşdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, kolxozun müvafiq qərarı ilə yaşadığı ünvandan torpaq sahəsi iddiaçının mərhum ərinə verilsə də, torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş, müvafiq xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdir. İddiaçının Şəki rayonu Qışlaq kənd Kirov adına kolxozun 16.12.1971-ci il tarixli 08 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin yerinin sübutu kimi məhkəməyə təqdim etdiyi sxem X30 kolxozu tərəfindən 1975-ci ildə Dadaş Bünyadzadə küçəsindən verilmiş torpaq sahəsinin sxemidir. Bundan başqa məhkəmənin icraatında olmuş iş üzrə məhkəmə araşdırması zamanı arxiv orqanının məlumatından ayrılmış torpaq sahəsinin sxeminin mövcud olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, sxem kolxozun 16.12.1971-ci il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsinin sxemi deyildir ki, həmin sxemin məhkəmə araşdırmasının predmetini təşkil etmiş torpaq sahəsinə aidiyyəti yoxdur. 1975-ci ildə Şəki rayonu Qışlaq kənd Kirov adına kolxoz artıq mövcud olmamışdır və 1972-ci ildən sonra həmin kolxozun sənədləri arxivə təhvil verilməmişdir. Halbuki iddiaçının təqdim etdiyi sxemdə 1975-ci ildə kolxozun qərarı ilə ayrılmış torpaq sahəsinin sxemi olduğu qeyd olunmuşdur. 1975-ci ildə kolxoz tərəfindən iddiaçının mərhum ərinə torpaq sahəsi ayrılmamışdır. İddiaçının mərhum əri 1972-ci ildən sonra Şəki rayonu Qışlaq kənd Kirov adına kolxozda işləməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri, şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı, kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları, tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr, şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dan sonra bağlanılmış müqavilələr, yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları, yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd, ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə), ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur ki, hazırda həmin əsasların heç biri iddiaçıya və onun iddia etdiyi torpaq sahəsinə mövcud deyildir. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçının əri Şəki şəhəri D.Bünyadazadə küçəsində (hazırki Çingiz Mustafayev küçəsi ev 10) yaşamış və Nuxa rayon Qışlaq kənd Kirov adına kolxozun 16.12.1971-ci il tarixli 08 nömrəli iclas protokol qərarına əsasən, Şəki şəhəri, 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında yaşamış Yusibov Barəddin (Baharəddin) Əhməd oğluna həmin ünvandan 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi isə hazırda Şəki şəhəri X39 prospekti 23 (keçmiş D.Bünyadzadə küçəsi ev 23) ünvanında yerləşir ki, məhkəmə araşdırması zamanı həmin ünvanların birbirindən 180 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Bu hal isə bir daha onu təsdiq edir ki, iddiaçının ərinə kolxoz tərəfindən ayrılmış torpaq sahəsi iddia olunan üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi deyildir və kolxozun qərarında həmin ünvan dedikdə məhz ünvan 18. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə 14.2). Cavabdeh orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı iddia olunan torpaq sahəsinin mərhum ərinə kolxoz tərəfindən ayrılmış torpaq sahəsi olmasını sübut edə bilməmişdir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməli, məhkəmə xərci iddiaçıya aid edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2- 1(116)-31/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar