Məhkəmə qərarları › İş №2-1(107)-312/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-312/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-312/2023 20.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “**********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 fevral 2023-cü il tarixli 2-1(116)-51/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İlisu kəndində yerləşən 0.0905 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-674/2022 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri, "xxxx" ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-51/2023 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək “**********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.

6. İddia ərizəsinin əsaslarına görə iddiaçı adına Qax rayonu, İlisu kəndində yerləşən 0.0905 ha həyətyanı torpaq sahəsinə texniki pasport və reyestrdən çıxarış verilməsilə əlaqədar cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş 29 may 2008-ci il tarixli, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş ölçülərlə faktiki ölçülər arasında uyğunsuzluğun olmasını, faktiki olaraq yerində 0.0434 ha torpaq sahəsinin olmasını, mülkiyyətçinin faktiki ölçülərə uyğun şəkildə yeni hüquqmüəyyənedici sənədin hazırlanması ilə əlaqədar razılıq ərizəsinin təqdim edilməməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

7. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, X9 verilmiş çıxarışla əlaqədar mövcud qanunvericiliyə uyğun olaraq ləğv edilmiş DTXK-nin Qax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AN:045649 nömrəli, xx.xx.2008-ci il tarixli, A N:045680 nömrəli torpaq sahəsinin plan ölçüləri və xx.xx.2008-ci il tarixli, 596 nömrəli İlisu ƏİN-nin arayışı əsasında vətəndaş X9 qeydiyyat nömrəsi ********** nömrəli çıxarış verilmişdir. Verilmiş ********** qeydiyyat nömrəli çıxarış X12 tərəfindən Qax rayon Notariat Ofisində xx.xx.2008-ci il tarixdə 4Ə-651 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş “X17” əsasında X3 bağışlanılmışdır. Notarial qaydada təsdiq olunmuş əqd əsasında sözügedən fərdi yaşayış evinə X2 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X5 ilə "xxxx" ASC arasında Qax rayon Notariat Kontorunda rəsmiləşdirilən 02 iyun 2015-ci il tarixli, 3M-71 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin xeyrinə ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir.

8. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, üçüncü şəxsin texniki pasportunda qeyd edilən torpaq sahəsindən uzun müddət istifadə etmiş, sonradan üçüncü şəxs qanunsuz sənədlər hazırlayaraq həmin torpaq sahəsini bağladıqda iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin adına hazırlanmış texniki pasporta daxil edildiyini öyrənmişdir.

9. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, sözügedən ərazidə torpaq sahələri iki dəfə artıq göstərilməklə plan-ölçü sənədləri tərtib edildiyindən iddiaçı ona verilməli olan torpaq sahəsini 905,79 kv.m hesab edir. Faktiki olaraq qeyd olunan ərazidə ümumiyyətlə həmin ölçüdə torpaq sahəsi mövcud deyil, üçüncü şəxsə məxsus texniki pasportda qeyd edilən zəbt torpaq sahəsinin isə ümumiyyətlə həmin plan-ölçü sənədinə aidiyyəti yoxdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 fevral 2023-cü il tarixli 2- 1(116)-51/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilmişdir. İş üzrə rəy alınanadək inzibati işin icraatı dayandırılmışdır.

13. Məhkəmə Ekspertizаsı Mərkəzinin rəyi məhkəmə kollegiyasına daxil olmuş, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 fevral 2023-cü il tarixli 2-1(116)-51/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 fevral 2023-cü il tarixli 2-1(116)-51/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 fevral 2023-cü il tarixli 2-1(116)-51/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 fevral 2023-cü il tarixli 2- 1(116)-51/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən mütəxəssis X7 izahatında bildirdi ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 434 kv.m olub döngə nöqtələri, koordinatları, sənəd üzrə olan torpaq sahəsi, X1 istifadəsində olan 841 kv.m və sənəd üzrə olan torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A serialı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpaq sahəsinin cizgiləri ilə naturada iddiaçının istifadəsində olan 434 kv.m torpaq sahəsinin cizgiləri arasında kəskin konfiqurasiya fərqi vardır. A serialı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpaq sahəsi ilə X1 istifadəsində olan və adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür.

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs "xxxx" ASC nümayəndəsinin iştirakını təmin etməmişdir.

19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - A045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Qax RAİK-nın xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə X10 905,79 kv.m torpaq sahəsinə planölçü sənədi tərtib edilmişdir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 0,05 ha torpaq sahəsində yerləşən 48,9 kv.m fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportdan görünür ki, Qax rayonu İlisu kəndində sənəd üzrə 0.06 torpaq sahəsi, faktiki 0,0864 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X4r. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 0,05 ha torpaq sahəsində yerləşən 48,9 kv.m fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 434 kv.mdir. A seriyalı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpaq sahəsinin cizgiləri ilə naturada iddiaçının istifadəsində olan 434 kv.m torpaq sahəsinin cizgiləri arasında kəskin konfiqurasiya fərqi vardır. A seriyalı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpaq sahəsi ilə X1 istifadəsində olan və adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsi üst-üstə düşmür. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Qax rayon AİK-in xx.xx.1998-ci il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışa əsasən İlisu kolxozunun Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il 13 nömrəli protokolu, İlisu kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə təsdiq olunmuşdur. - xx.xx.2002-ci il tarixli Qax rayonu İlisu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X8 adının qarşısında 0,09 ha torpaq sahəsi qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 434 kv.m olub döngə nöqtələri koordinatları tərtib edilmiş yer quruluşu planında göstərilmişdir. xx.xx.2008-ci il tarixdə 87 nömrə ilə uçota alınmış A serialı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpaq sahəsinin cizgiləri ilə naturada iddiaçının istifadəsində olan 434 kv.m torpaq sahəsinin cizgiləri arasında kəskin konfiqurasiya fərqi vardır. X1 istifadəsində olan 841 kv.m torpaq sahəsi və adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportunda göstərilən 500 kv.m hissəsinin konfiqurasiyası, koordinantları, faktiki naturada yerləşmə vəziyyəti tərtib edilmiş yer quruluşu planında göstərilmişdir. xx.xx.2008-ci il tarixdə 87 nömrə ilə uçota alınmış A045677 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən X11 verilmiş Qax rayonu, İlisu kəndində yerləşən, 905.79 kv.m həyətyanı torpaq sahəsinin hər hansı hissəsi X1 adına qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli, №**********82-10301 çıxarışa əsasən Qax rayonu, İlisu kəndində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmə yoxdur. Müraciətdə göstərilən X1 adına qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2015-ci il, qeydiyyat nömrəsi **********, Seriya RX №0668106 olan çıxarış, xx.xx.2015 - xx.xx.2018-cil tarixdə "xxxx" ASC -nin yüklülüyündə olub. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 434 kv.m olub döngə nöqtələri koordinatları tərtib edilmiş yer quruluşu planında göstərilmişdir. xx.xx.2008-ci il tarixdə 87 nömrə ilə uçota alınmış A seriyalı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpaq sahəsinin cizgiləri ilə naturada iddiaçının istifadəsində olan 434 kv.m torpaq sahəsinin cizgiləri arasında kəskin konfiqurasiya fərqi vardır. X1 istifadəsində olan 841 kv.m torpaq sahəsi və adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportunda göstərilən 500 kv.m hissəsinin konfiqurasiyası, koordinatları, faktiki naturada yerləşmə vəziyyəti tərtib edilmiş yer quruluşu planında göstərilmişdir. xx.xx.2008ci il tarixdə 87 nömrə ilə uçota alınmış A045677 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən X11 verilmiş Qax rayonu, İlisu kəndində yerləşən, 905.79 kv.m həyətyanı torpaq sahəsinin hər hansı hissəsi X1 adına qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli, №**********82-10301 çıxarışa əsasən Qax rayonu, İlisu kəndində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmə yoxdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

23. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

31. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş 29 may 2008-ci il tarixli, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə müvafiq olaraq faktiki istifadəsində olan 434 kv.m torpaq sahəsindən kənarda yerləşən, **********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır.

32. Yəni, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını iddia etdiyi torpaq sahəsi **********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş 350 kv.m torpaq sahəsidir.

33. İddiaçı sözügedən torpaq sahəsinin mülkiyyət hüququ ilə əslində özünə məxsus olmasını A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində özünə məxsus torpaq sahəsinin ölçüsünün 905.79 kv.m olması və iddia olunan torpaq sahəsinin əvvəllər özünün faktiki istifadəsində olması ilə əsaslandırır.

34. Belə ki, Qax rayon AİK-in xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən İlisu kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə və subyektlər siyahısı təsdiq edilmiş, iddiaçının adına A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək torpaq sahəsinin ölçüsü 905.79 kv.m qeyd edilmişdir. Həmçinin torpaq payı almaq hüququ olan subyektlər siyahısından da iddiaçının adının qarşısında 0.09 ha qeydi icra edilmişdir.

35. Lakin, iş materialları və mütəxəssis tərəfindən tərtib edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinin iddia olunan 350 kv.m torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Mütəxəssis rəyindən görünür ki, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları faktiki mövcud olan 434 kv.m torpaq sahəsinin ətraf hissələrini əhatə edir və ümumiyyətlə həmin torpaq sahəsi iki hissədən verilməmişdir. Həmin plan ölçü sənədində qeyd edilən torpaq sahəsi ilə, iddia olunan 350 kv.m torpaq sahələri qonşu torpaqlar olsa da, yanaşı deyillər və 350 kv.m torpaq sahəsi A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşmür.

36. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 434 kv.m olub döngə nöqtələri koordinatları tərtib edilmiş yer quruluşu planında göstərilmişdir. xx.xx.2008-ci il tarixdə 87 nömrə ilə uçota alınmış A serialı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpaq sahəsinin cizgiləri ilə naturada iddiaçının istifadəsində olan 434 kv.m torpaq sahəsinin cizgiləri arasında kəskin konfiqurasiya fərqi vardır. X1 istifadəsində olan 841 kv.m torpaq sahəsi və adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportunda göstərilən 500 kv.m hissəsinin konfiqurasiyası, koordinantları, faktiki naturada yerləşmə vəziyyəti tərtib edilmiş yer quruluşu planında göstərilmişdir. xx.xx.2008-ci il tarixdə 87 nömrə ilə uçota alınmış A045677 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən X11 verilmiş Qax rayonu, İlisu kəndində yerləşən, 905.79 kv.m həyətyanı torpaq sahəsinin hər hansı hissəsi X1 adına qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli, №**********82-10301 çıxarışa əsasən Qax rayonu, İlisu kəndində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmə yoxdur.

37. Məhkəmə kollegiyasının qənaətinə görə xx.xx.2008-ci il tarixdə 87 nömrə ilə uçota alınmış A045677 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən X11 verilmiş Qax rayonu, İlisu kəndində yerləşən, 905.79 kv.m həyətyanı torpaq sahəsinin hər hansı hissəsi X1 adına qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli, №**********82-10301 çıxarışa əsasən Qax rayonu, İlisu kəndində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyindən və iddiaçının **********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

38. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, **********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəssis rəyinin xərci olan 95 (doxsan beş) manat İddiaçı aid edilməli, məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 fevral 2023-cü il tarixli 2-1(116)-51/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəssis rəyinin xərci olan 95 (doxsan beş) manat İddiaçı aid edilsin. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar