Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-314/2023 24.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar”dan “Rəşad”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 mart 2023cü il tarixli 2-1(116)- 464/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar”dan “Rəşad”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçının valideynləri X8 və X2 nikahlarını xx.xx.1991-ci ildə Şəki rayonu Cəyirli kənd XDS İcraiyyə Komitəsində 25 nömrə ilə qeyd etdirməklə ailə qurmuşlar. Nikahdan sonra iddiaçının anasına “Ağayeva” soyadı verilmişdir. Onların birgə nikahından 3 aprel 1994-cü ildə iddiaçı anadan olmuşdur. Bu barədə 28 aprel 1994-cü ildə doğum haqqında akt qeydləri kitabında 24 nömrə ilə müvafiq qeydiyyat aparılmış və iddiaçıya doğum haqqında şəhadətnamə verilmişdir. Daha sonra həmin doğum haqqında şəhadətnamə yararsız vəziyyətə düşdüyündən yenidən doğum haqqında şəhadətnamə verilməsi üçün iddiaçının valideynləri tərəfindən müraciət edilmiş Şəki şəhər VVAQ şöbəsi tərəfindən 20 sentyabr 1995-ci ildə XİX-ЖГ № 273297 olan doğum haqqında şəhadətnamə verilmişdir. Daha sonra 1996-cı ildə iddiaçı valideynləri ilə birlikdə Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. Bundan sonra iddiaçı xx.xx.2005-ci ildə Rusiya Federasiyasının vətəndaşlığını almışdır. 2022-ci ildə Azərbaycan Respublikasına qayıtmış və Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün müraciət etmişdir. Vətəndaşlıq üçün zəruri olan sənədləri toplayarkən iddiaçıya məlum olmuşdur ki, Şəki Şəhər İHB-nın Cəyirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində onun adı “Yadigar” kimi qeyd edilmişdir.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-1292/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Şəki Şəhər İHB-nın Cəyirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində iddiaçının adı “Yadigar” kimi qeyd edilmiş və həmin tarixdə XVİİİ-JQ seriyalı 408074 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Lakin təqdim edilən doğum haqqında şəhadətnamənin verilmə tarixi xx.xx.1995-ci il, seriyası XİX-JQ, nömrəsi 273297 olmaqla adı “Rəşad" kimi qeyd edilmişdir. Beləliklə, doğum haqqında akt qeydi ilə təqdim edilən doğum haqqında şəhadətnamə arasında ziddiyyət yaranmışdır. Təqdim edilən doğum haqqında şəhadətnamə ilkin olmadığından akt qeydində düzəliş edilməsi mümkün olmamışdır.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-1386/13 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə münasibətini bildirmiş və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 29 mart 2023-cü il tarixli 2- 1(116)-464/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
7. İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2-1(116)- 464/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2-1(116)-464/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: cavabdehin xx.xx.2022-ci il tarixli, 05/Q-1386/13 nömrəli məktubuna əlavə olunmuş: 762025480 nömrəli pasportun surətindən görünür ki, iddiaçı X6 Federasiyasının vətəndaşıdır. xx.xx.1995-ci il tarixli, XİX-JQ seriyalı, 273297 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Şəki rayonu Qozlubulaq kəndində anadan olmuş, atası X8, anası Nümayəndədır. xx.xx.1994-cü il tarixli, 24 nömrəli “Doğum haqqında” Akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1994-cü ildə Şəki rayonu Qozlubulaq kəndində anadan olmuşdur. X4, anası Nümayəndədır. Şəki rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-3485/13 nömrəli məktubunda qeyd olunur ki, Şəki rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydi kitabları axtarılarkən Nümayəndə xx.xx.1994-cü il tarixdə Şəki rayonu Qozlubulaq kəndində doğulmuş oğlan uşağının doğum haqqında akt qeydində adı qrafasında adının “Rəşad” deyil, “Yadigar” kimi yazıldığı məlum olmuşdur. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 2-18-326 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı barədə Əhalinin Dövlət Reyestrinin X1 Sistemində hər hansı məlumat aşkar edilməmişdir. Məktuba əlavə olunmuş “Doğum haqqında” Akt qeydindən görünür ki, X11 xx.xx.1994-cü ildə Şəki rayonunun Qozlubulaq kəndində anadan olmuşdur. Doğumu təsdiq edən sənəd xx.xx.1994-cü il tarixli Taxılçılıq sovxozunun Doğum evi tərəfindən verilmiş tibbi şəhadətnamədir. Uşağın atası X8, anası Nümayəndədır. X19 filialının xx.xx.2022-ci il tarixli, 332 nömrəli məktubuna əlavə olunmuş: 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabının 109-511 nömrəli şəxsi hesabının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, 1991-1995-ci illərdə X3 təsərrüfatında xx.xx.1994-cü il təvəllüdlü nəvəsi X11 qeydiyyat olmuşdur. Müəyyən olunur ki, “Yadigar” adının üzərindən xətt çəkilmiş və qarşısına “Rəşad” yazılmışdır. 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabının 108 nömrəli şəxsi hesabının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, 1996-2000-ci illərdə X3 təsərrüfatında xx.xx.1994cü il təvəllüdlü nəvəsi İddiaçı qeydiyyat olmuşdur. Şəki rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/7-13-428/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1992-ci il tarixli, 16 nömrəli “Doğum haqqında” Akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1992-ci ildə Şəki rayonunun Qozlubulaq kəndində anadan olmuşdur. X4, anası Nümayəndədır.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.10. Uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
16. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
17. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
18. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının adı doğum akt qeydində Yadigar olaraq qeyd edilmiş, iddiaçının şəxsiyyət vəsiqəsi mövcud olmamışdır. Rusiya Federasiyasının vətəndaşı kimi iddiaçıda mövcud olan sənədlərdə adı Rəşad olaraq qeyd olunmuşdur. Cavabdeh öz növbəsində, imtinada bildirmişdir ki, aparılmış araşdırma zamanı Şəki ŞİH başçısının Cəyirli kənd inzibati əraiz dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994cü il tarixli 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar” kimi qeyd edildiyi və həmin tarixdə XVİİİ-JQ seriyalı 408074 nömrəli doğum haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. Sonradan iddiaçının adı XİX-JQ 273297 nömrəli doğum haqqında şəhadətnamədə Rəşad olaraq göstərilmişdir. Məhkəmə araşdırması ilə iddiaçının adının Yadigardan Rəşada dəyişdirilməsi və ya bunu təsdiq edən hər-hansı qərar, yaxud inzibati akt aşkar edilməmişdir. Eyni zamanda, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı deyildir. İlkin sənəd qismində məhz doğum haqqında akt qeydi çıxış etdiyindən və iddiaçıya münasibətdə ilkin olaraq XVİİİ-JQ seriyalı 408074 nömrəli doğum haqqında şəhadətnamə verildiyi müəyyən olunduğundan, sonradan isə doğum haqqında akt qeydi və ya şəhadətnaməyə düzəliş edilməsini təsdiq edən sənədlər aşkar edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbində göstərilən şəkildə düzəlişin edilməsi mümkün deyildir. Belə ki, qanunvericiliyin tələblərində ilkin sənədlərin deyil sonrakı sənədlərin ilkin sənədlərə uyğun olması dəqiq olaraq təsbit edilmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və belə qənaətə gəlir ki, cavabdeh orqan Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar”dan “Rəşad”a düzəliş edilməsindən imtina etməkdə haqlı olmamışdır.
22. Belə ki, cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Şəki Şəhər İHB-nın Cəyirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində iddiaçının adı “Yadigar” kimi qeyd edilmiş və həmin tarixdə XVİİİ-JQ seriyalı 408074 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Lakin təqdim edilən doğum haqqında şəhadətnamənin verilmə tarixi xx.xx.1995-ci il, seriyası XİX-JQ, nömrəsi 273297 olmaqla adı “Rəşad" kimi qeyd edilmişdir. Beləliklə, doğum haqqında akt qeydi ilə təqdim edilən doğum haqqında şəhadətnamə arasında ziddiyyət yaranmışdır. Təqdim edilən doğum haqqında şəhadətnamə ilkin olmadığından akt qeydində düzəliş edilməsi mümkün olmamışdır.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1994-cü il tarixli, 24 nömrəli “Doğum haqqında” Akt qeydində iddiaçının adı X5, doğulduğu tarix xx.xx.1994-cü il, doğulduğu yer Şəki rayonu Qozlubulaq kəndi, atasının adının X9, anasının adının isə Nümayəndə olması qeyd edilmişdir. Həmin “Doğum haqqında” Akt qeydində xx.xx.1995-ci il tarixli, XİX-JQ seriyalı, 273297 nömrəli “Doğum haqqında” şəhadətnamənin onun əsasında verilməsi göstərilmişdir. xx.xx.1995-ci il tarixli, XİX-JQ seriyalı, 273297 nömrəli “Doğum haqqında” şəhadətnamədə isə iddiaçının adı İddiaçı, doğulduğu tarix xx.xx.1994cü il, doğulduğu yer Şəki rayonu Qozlubulaq kəndi, atasının X8, anasının isə Nümayəndə olduğu qeyd edilmişdir.
24. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.24-cü maddəsinə əsasən, doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.
25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlarında mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir
27. Bununla yanaşı qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı məlumat xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.
28. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar vətəndaşlar tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
29. Göründüyü kimi, xx.xx.1994-cü il tarixli, 24 nömrəli “Doğum haqqında” Akt qeydində xx.xx.1995-ci il tarixli, XİX-JQ seriyalı, 273297 nömrəli “Doğum haqqında” şəhadətnamənin onun əsasında verilməsi göstərilmişdir.
30. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdehin üzərinə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar”dan “Rəşad”a düzəliş edilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2-1(116)-464/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin üzərinə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində adının “Yadigar”dan “Rəşad”a düzəliş edilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.