Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-315/2020 04.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək 43 nömrəli X9 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi və təyin olunaraq ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-710/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. O, 1974-cü ildə 43 nömrəli X9 məktəbinə qəbul olunmuş və 1976-cı il tarixdə həmin texniki peşə məktəbini üçüncü dərəcəli rəngsaz ixtisası üzrə bitirmişdir. 1974-1976-cı illərdə 43 nömrəli X9 məktəbində təhsil aldığı müddətin sosial sığorta stajı kimi hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə **********7 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq göstərmişdir ki, “xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə istinadən əlilliyə görə əmək pensiyası təyin olunması üçün vətəndaşın yaşına uyğun olaraq sosial sığorta stajı ilə bərabər pensiya kapitalı da tələb olunur. Yuxarıda qeyd olunanlara istinadən tələb olunan minimum pensiya kapitalı olmadığına görə ona əlilliyə görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun olaraq mümkün olmamışdır.” İddiaçı hesab etmişdir ki, onun texniki peşə məktəbində təhsil aldığı dövr iş stajı kimi hesablanacağı təqdirdə onun pensiya kapitalı ona pensiya təyin edilməsinə imkan verəcək. Çünki qanunvericiliyə əsasən texniki peşə məktəbində təhsil müddəti də iş stajı kimi hesablanırdı. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.1974-cü ildə 43 nömrəli X9 məktəbinə qəbul olmuş və 1976-cı il tarixdə həmin texniki peşə məktəbini rəngsaz sənəti üzrə bitirmişdir. İmtahan komissiyasının qərarı ilə xx.xx.1976-cı ildə ona üçüncü dərəcə rəngsaz ixtisası verilmişdir. Bunlar işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı həmin illərin onun sosial sığorta stajına hesablanmasından cavabdeh tərəfindən imtina edilməsidir. İddiaçı xx.xx.2020-ci il tarixində birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək 43 nömrəli X9 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən ona əliliyə görə pensiya təyin edilməsi və təyin olunaraq ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “ASAN Xidmət” mərkəzi vasitəsilə DSMF-nin Şəki şəhər şöbəsinə müraciət etmişdir. Vətəndaşın müraciət etdiyi, xx.xx.2019-cu il tarixə tələb olunan minumum pensiya kapitalı olmadığına görə əmək pensiyası almaq hüququ yaranmamışdır, lakin ikinci dərəcəli əlillik təyin olunduğu xx.xx.2018-ci il tarixdən əlilliyə görə müavinət almaq hüququ yaranmışdır və halhazırda müavinət alır. İddiaçının xx.xx.2006-cı il tarixinədək təhsil müddəti ilə birlikdə 17 il sosial sığorta satajı, 12282.80 manat pensiya kapitalı və xx.xx.2006-cı il trarixdən xx.xx.2020-ci il tarixinədək PAS proqramına istinadən fərdi uçot məlumatlarına əsasən 8 il sosial sığorta stajı, 90%-lə 4588.89 manat pensiya kapitalı olmaqla cəmi 16871.69 manat pensiya kapitalı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə istinadən vətəndaşın xx.xx.2019-cu il tarixə 59 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası üçün 14 il 8 ay sosial sığorta stajı və 26400 manat pensiya kapitalı tələb olunur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birini instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli X1 surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, xx.xx.1976-cı il tarixli 1484 nömrəli attestatın təsdiqlənmiş surəti, TSEK-nin sonuncu müayinəyə dair məlumatı, müavinətin təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun 1600 nömrəli xx.xx.2018-ci il tarixli qərarın təsdiqlənmiş surəti, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-710/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə iddiaçı İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək 43 nömrəli X9 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən əliliyə görə pensiya təyin edilməsi və təyin olunaraq ödənilmiş əliliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2-1(116)-710/2020 nömrəli qərarının ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(116)-710/2020 saylı qərarı ilə İddiaçı iddia tələbini təmin etmiş və «Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək 43 nömrəli X9 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və təyin olunaraq ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyi»ni qoymuşdur. Aşağıdakı səbəblərdən Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsi Şəki İnzibati Məhkəməsinin yuxarıdakı qərarının ləğv olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçı xx.xx.2019-cu il tarixdə əlilliyə görə əmək pensiyası təyini üçün müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən müraciət tarixinə tələb olunan 26400.0 manat pensiya kapitalı olmadığı üçün əmək pensiyası almaq hüququ olmamışdır. Həmçinin məhkəmə qərarında əmək pensiyasının xx.xx.2018-ci il tarixdən təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı bu vaxta qədər əlilliyə görə sosial müavinət almışdır. Məlumdur ki, sosial müavinətəlr Dövlət büdcəsindən, əmək pensiyaları isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən maliyyələşdirilir. Məhkəmə qərarında isə müxtəlif büdcələr üzrə əvəzləşdirilmə aparılmışdır. Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-710/2020 nömrəli iş üzrə qərarın ləğv edilməsini və iddia tələbinin apelyasiya şikayətində qeyd olunanları nəzərə alaraq apelyasiya instansiyasında yeni qərar qəbul etməyinizi xahiş edirik. Eyni zamanda cavabdeh x xxxxxx 2020-ci il tarixdə apelyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, iş materiallarında iddiaçının adı, soyadı və ata adı İddiaçıdur. İddiaçı və məhkəmə tərəfindən təqdim olunan bütün rəsmi sənədlərin surətindən göründüyü kimi (şəxsiyyət vəsiqəsinin, məhkəmə qərarının və bildirişlərinin, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı verilmiş ərizənin surəti) ad,soyad və ata adı yuxarıda qeyd olunan kimidir. Bu işdə şübhə doğuran məqam vətəndaş tərəfindən təqdim olunmuş xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək 43 nömrəli X9 məktəbində təhsil aldığı illərin təsdiqlənməsi üçün verilən attestatdır. Belə ki, attestatda iddiaçının adı Rəsul kimi qeyd olunmuşdur. Mülki Prosessual Məcəllənin 307.2-ci maddəsində əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Beləliklə, iddiaçının təhsil aldığı illərin onun sosiai sığorta stajına daxil edilməsinin əsası kimi çıxış edən attestatda ad ilə bağlı ziddiyyətli məqam yarandığından və bu məqamın aradan qaldırılması ilə bağlı hüquqi fakt qismində məhkəmə qətnaməsi olmadığından apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-710/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunmasını Sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-710/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-710/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibаti Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-710/220 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli X1 surətindən görünür ki, vətəndaşın adı, soyadı və atasının adı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1976-cı il tarixli 1484 nömrəli attestatın notarial qaydada təsdiqlənmiş olunmuş surətindən isə görünür ki, vətəndaşın adı, soyadı və atasının adı X2 qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Sözügedən qərarın 6.2-ci bəndinə görə eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Cavabdeh orqan vermiş olduğu apellyasiya şikayətinə əlavədə iddiaçının şəxsiyyət vəsiqəsində olan adı ilə onun təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsinin əsası kimi çıxış edən attestatda olan adın fərqli olması ilə əlaqədar olaraq ziddiyətli məqamın yarandığını xüsusilə qeyd etmişdir. Həqiqətən də iş materiallarından görünür ki, iddiaçının şəxsiyyət vəsiqəsində olan adı ilə attestatda olan adı arasında fərq vardır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsində iddiaçının adı Rasul, attestatda isə Rəsul kimi qeyd olunmuşdur. İddiaçının xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək 43 nömrəli X9 məktəbində təhsil aldığını təsdiq edən sənəd olan attestat onun təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsinin əsası kimi çıxış edən hüquqmüəyyənedici sənəddir. Ona görə də iddiaçıya izah olunur ki, attestatda göstərilən adı ilə şəxsiyyət vəsiqəsində göstərilən adı bir-birinə uyğun gəlmədiyindən hüquqmüəyyənedici sənəd olan attestatın ona məxsus olması faktının müəyyən edilməsi üçün xüsusi icraat qaydasında müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Əks təqdirdə isə inzibati icraat qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-710/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-710/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək 43 nömrəli X9 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi və təyin olunaraq ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərаrdаddаn rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kassasiya şikаyəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-315/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-315/2020
04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver