Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-315/2025 20.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8n 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “qanuni istifadəsinə verilmiş, Mingəçevir şəhəri şossesinin kənarında yerləşən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsi, X6 kitabında xx.xx.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmış, A №198314 nömrəli kadastr göstəriciləri əsas döngə nöqtə koordinatları daxilində olan torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2-1(116)-376/2025 nömrəli qərarından İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir şəhəri şossesinin kənarında yerləşən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsi, X6 kitabında xx.xx.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmış, A №198314 nömrəli kadastr göstəriciləri əsas döngə nöqtə koordinatları daxilində olan torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-376/2025 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddia ərizəsinin əsaslarına görə,iddiaçı uzun müddət Mingəçevir şəhərində yaşadığına görə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamına əsasən Mingəçevir şəhəri şossesinin kənarında 499.92 kv.m həyətyanı torpaq sahəsi ona ayrılmış,bu barədə A seriyalı,198314 nömrəli Torpaq sahəsinin palnı və ölçüsü sənədi tərtib eilmişdir.
4. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquuqnun adına qeydiyyata alınaraq çıxarışın verilməsi üçün ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən tələbi təmin edilməmiş,xx.xx.2024-cü il tarixində imtina cavabı almışdır.
5. Cavabdeh Məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinə əsasən torpaq sahəsinin elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etdiyi sənədlər (surətləri) araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini ərizəsinə əlavə etməmişdir.
6. İddiaçının ərizəsinə əlavə etdiyi ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş A seriyalı,198314 nömrəli Torpaq sahəsinin palnı və ölçüsü sənədi 499.92 kv.m bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçü sənədi müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün həmin sənədlər əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir.
7. Tərəflər birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 11 fevral 2025-ci il tarixli 2- 1(116)-376/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. İddiaçının vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini onunla əsalandırmışdır ki, Şəkiİnzibatiməhkəməsinə iddiaərizəsi ilə müraciət edərək,“Mingəçevir şəhərişossesinin kənarında yerləşən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsi, X6 kitabında xx.xx.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmış, A №198314 nömrəli kadastr göstəriciləriəsas döngə nöqtə koordinatları daxilində olan torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞəkiİnzibatiMəhkəməsinin 11 fevral 2025-cü il tarixli, 2-1(116)-376/2025 saylı qərarınaəsasən mənim, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Qanuni istifadəsinə verilmiş, Mingəçevir şəhərişossesinin kənarında yerləşən AzərbaycanRespublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamıilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsi, X6 kitabında xx.xx.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmış, A №198314 nömrəli kadastr göstəriciləri əsas döngə nöqtə koordinatları daxilində olan torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi(mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Çıxarılmış qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbuledilmişdir, qanunsuz, ədalətsiz və əsassızdır. Şəki İnzibati Məhkəməsi qanunsuz qərar qəbul etməklə bərabər iddia ərizəsini təhrif etmişdir. Belə ki, iddia ərizəsində belə göstərilmişdir: MənimGəncə şossesinin kənarında torpaq sahəm var. Həmin həyatyanı torpaq sahələrinin mülkiyyətə verilməsi barədə sənəd almaq istəyirəm. Azərbaycan RespublikasınınDövlət Torpaq və Xəritəçəkmə Komitəsitərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü iltarixli 293 nömrəli Sərəncamı ilə 499.92 kv.mhəyatyanı torpaq sahəsi üçün tərtib edilmişdir. X6 kitabında xx.xx.2009-cu il tarixdə 2073 nömrə ilə uçota alınıb. A №198314. Sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, əsas döngə nöqtə koordinatları göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü iltarixli 293 nömrəli Sərəncamı ilə 499.92 kv.m həyatyanı torpaq sahəsi üçün tərtib edilmişdir. X6 kitabında xx.xx.2009-cu il tarixdə 2073 nömrəilə uçota alınıb. A №198314. Sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, əsas döngə nöqtə koordinatları göstərilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfndən 12 avqust 2009-cu il tarixdə 85 nömrə ilə qeydə alınmış “Fərdi yaşayış evi üçün, Gəncə şossesinin kənarında Əsaslar: Az.Res.DT və XK-nin kadastr planı 2073 nömrəli xx.xx.2009-cu il tarixli sənəd üzrə Tikinti quraşdırma işlərinin aparılmasına rəsmi qaydada icazə verilmişdir. İstifadəmdə olan torpaq sahəsində fərdi yaşayış evi üçün Eskiz layihəsi verilmişdir. Deməli Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli Sərəncamı əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş İddiaçı adına 499.92 kv.m həyatyanı torpaq sahəsi üçün tərtib edilmiş plan ölçü sənədi, texniki sənəd deyil, hüquqmüəyyənedici sənəddir. Məhkəmə Cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş ciddi sənədi, texniki sənəd hesab etmişdir. Şəki İnzibati Məhkəməsi qərarında göstərmişdir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından və Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı hüququn yaranma əsası kimi qiymətləndirilmədiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Həqiqətdə mübahisə edilən torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin idisə, bununla bağlı üçüncü şəxs mübahisə edilən torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməli idi. Məhkəmə cavabdehin fərziyyələrinə, ehtimallarına istinad etməməlidir. Şəki İnzibati Məhkəməsi işə baxarkən heç bir araşdırma etməmiş, əsasssız olaraq bir ilə yaxın işi icraatda saxlamış, qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə qərarı qanuni, əsaslı və ədalətli olmalıdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 11 fevral 2025-cü il tarixli, 2-1(116)-376/2025 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, iddiaçının qanuni istifadəsinə verilmiş, Mingəçevir şəhəri Şossesinin kənarında yerləşən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli 499.92 kv.m həyatyanı torpaq sahəsi, X6 kitabında xx.xx.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmış, A №198314 nömrəli, kadastr göstəriciləri,əsas döngə nöqtə koordinatları daxilində olan torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsi (mülkiyyətimə verilməsi) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8n 17 Saylı Yevlax Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddiaçının vəkili apellyasiya şikayətinə əlavəni onunla əsaslanıdmışdır ki, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş məlumatda göstərilmişdir ki, “Hörmətli Məhkəmə Kollegiyası, iddiaçı tərəfindən iddia ərizəsində hər-hansı bağçılığın adı çəkilməmişdir. Hər bir halda Ərazi İdarəsinin bütün bağçılıq siyahılarının (elektron varinatların köməkliyi ilə) subyektləri yoxlanılmış, iddiaçının adı ilə bağlı qeydlərə rast gəlinməmişdir. Eyni zamanda elektron kadastr baza yoxlanılmışdır, iddiaçı ilə qonşuluqda verləşən və ərizəyə əlavə etdiyi sənədlərdən DTXK-nin plan və ölçüsü sənədi mövcud olan qeydiyyat alınmış əmlak barədə məlumatlar elektron kabinetə yerləşdirilmişdir.” Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya bağçılıqdan torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə mülkiyyət sənədi Çıxarış alınmışdır. Ancaq göründüyü kimi, İddiaçı qanuni istifadəsinə verilmiş hazırki iş üzrə mübahisəli torpaq sahəsinə mülkiyyət sənədi Çıxarış alınmamışdır. xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş məlumata əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəriləçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X3 Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə 699.34 kv.m həyatyanı torpaq sahəsi üçün tərtib edilmişdir X6 kitabında xx.xx.2009-cu il tarixdə 1999 nömrə ilə uçota alınıb. A .220545. Sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, əsas döngə nöqtə koordinatları göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2-l(107)-346/2023 saylı 28 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi. Şəki inzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-616/2022 nömrəli qərarı ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməsi, X6 kitabında xx.xx.2009-cu il tarixdə 1999 nömrə iləuçota alınmış A №220545 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilinəsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 17 saylı Yevlax Orazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** .saylı Qeydiyyat nömrəsinə əsasən X5 Çıxarış almışdır. Bundan başqa da cavabdehin nümayəndəsi məlumatda "iddiaçı tərəfindən iddia ərizəsində hər-hansı bağçılığın adı çəkilməmişdir” kimi qeyd etmişdir. İddia ərizəsi ilə tanış olduqda qanuni isiıafdəsində olan torpaq sahəsinə mülkiyyət sənədinin alınması xahiş edilmişdir. Qanuni istifadədə olma göstərilmişdirsə, bağçılığın adının qeyd edilməsinə zərurət yoxdur. Odur ki, iddiaçının vəkili hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil birinci instansiya məhkəməsində işə baxılan zaman bəzi xüsusatların nəzərə alınmadığını, işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmadan əsasız olaraq qərar qəbul edildiyini bildirmişdir. Bundan əlavə sədirlik edənin sualına cavab olaraq apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2-1(116)-376/2025 nömrəli qərarının ləğv edilməsini apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 birinci instansiya məhkəməsində işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılaraq qanunamüvafiq qərar qəbul edilmiş və əsaslı olaraq iddia tələbi təmin edilməmişdir. Odur ki, apellyasiya şikayətini əsassız hesab edirəm.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
17. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. A seriyalı,198314 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə 23 iyul 2004-cü il tarixli 293 nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsi, X6 kitabında xx.xx.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmışdır.
3. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamının surəti.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X1 Uçotu informasiya Sistemi”ndəki xəritəsinə əsasəsn, iddiaçının naturada göstərdiyi və iddia etdiyi 0,05 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası kənd təsərrüfatı təyinatlı torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin faktiki sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi A 198314 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçıya verilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 0,05 ha torpaq sahəsi başqa subyektlərin torpaq sahələri ilə üstüstə düşmür.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5-ci maddəsində 06 iyul 2006-cı il tarixədək vətəndaşlara verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında torpaq sahələrinə mülkiyyət hüquqlarının qeydə alınmasını müəyyən edilmişdir ki, iddiaçıda hər-hansı hüquqmüəyyənedici sənəd mövcud olması müəyyən edilmir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe).
21. «Torpaq islahatı haqqında» Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Məcəllə): - 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; -68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5). faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
30. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan Mingəçevir şəhəri şossesinin kənarında yerləşən 499.92 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır.
31. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
32. İddiaçının “Torpaq sahəsinin plan və ölçüsü”nə dair bildirdiyi dəlillə bağlı məhkəmə kollegiyası izah edir ki, yuxarıda istinad edilmiş Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir.
33. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
34. Qanunveriçiydə göstərilən maddələrin ümumiləşdirilmiş tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İddiaçının təqdim etdiyi sərəncamda torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələlər “Həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi” kimi adlandırılmaqla, bu müddətdən daha əvvəl fərdi qaydada fiziki şəxslərə qanuni qaydada verilmiş torpaq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı müxtəlif qurumlara verilmiş tapşırıqlarla əlaqədardır.
35. İddia ərizəsində və apellyasiya şikayətində “Uzun müddət Mingəçevir şəhərində yaşadığım və işlədiyim üçün mənə Mingəçevir şəhəri şossesindən torpaq sahəsi ayrılmışdır” göstərilməsi onun özü də torpaq sahəsinin ilk dəfə ona Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı əsasında ayrılmasını etiraf edir. Buda mübahisələndirilən torpaq sahəsi 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncam qəbul edilməmişdən əvvəl iddiaçının qanuni istifadəsində olmamışdır.
36. Yuxarıda qeyd edildiyi kimi Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı torpağı olmayan şəxslərə torpaq sahəsinin ayrılması barədə yox, əvvəllər fiziki şəxslərə qanuni qaydada verilmiş torpaq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqların verilməsi ilə bağlı olmuşdur. Həmçinin 2004-cü ilə münasibətdə yerli icra hakimiyyəti orqanları həyətyanı torpaq sahələrinin ayrılmasında səlahiyyətli olmamışlar və həmin sərəncamda iddiaçıya fərdi qaydada torpaq sahəsinin ayrılması göstərilməmişdir. Odur ki, sözügedən sərəncamın torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranma əsası kimi nəzərdən keçirilməsi mümkün deyil.
37. Digər tərəfdən nəzərə alınmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu 29 iyun 2001-ci il tarixdə qəbul edildiyindən və iddia olunan torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətində olduğundan Mingəçevir Şəhər İcra Hakimiyyətinin həmin torpaq sahəsini fiziki şəxslərə ayırması səlahiyyəti olmamışdır. A seriyalı 198314 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində belə akt kimi Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004cü il tarixli 293 nömrəli sərəncamına istinad edilmişdir.
38. Birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamının iddia olunan torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədində qeyd edilməsi özlüyündə qanunsuzdur. Belə ki, həmin sənədi tərtib edən DT və XK-nin Mingəçevir şəhər şöbəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin kadastr göstəricilərinin qeyd olunduğu sənədə tamamilə başqa məsələləri nizamlayan və həmin torpaq sahəsinin ayrılmasını nəzərdə tutmayan Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamını qeyd etməklə qanunsuz sənəd tərtib etmiş və iddia olunan torpaq sahəsinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamı əsasında ayrılması görüntüsünü yaratmağa çalışmışdır.
39. Cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş məlumatla bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində hər hansı bağçılığın adı çəkilməmişdir. Hərbir halda ərazi idarəsinin bütün bağçılıq siyahılarının (elektron varinatların köməkliyi ilə) subyektləri yoxlanılmış, iddiaçının adı ilə bağlı qeydlərə rast gəlinməmişdir. Əlavə olaraq bildirilmişdir ki, elektron kadastr baza yoxlanılmış, iddiaçı ilə qonşuluqda yerləşən və ərizəyə əlavə etdiyi sənədlərdən DTXK-nin plan və ölçüsü sənədi mövcud olan qeydiyyata alınmış əmlak barədə məlumatlar elektron kabinetə yerləşdirilmişdir (iş materiallarına əlavə edilmişdir).
40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından və Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı hüququn yaranma əsası kimi qiymətləndirilmədiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
41. Odur ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
42. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsindən (mülkiyyətinə verilməsindən) imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2-1(116)-376/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.