Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-316/2020 10.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı “ona xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-484/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdeh tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 1995-ci il tarixdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna daxil olmuş və 1999-cu il tarixdə həmin texnikumu bitirmişdir. O, xx.xx.2001-ci il tarixdə Şəki rayon Aşağı Göynük kənd orta məktəbinə musiqi müəllimi ixtisası üzrə işə qəbul olunmuş və hal-hazıradək həmin məktəbin müəllimidir. İddiaçı İİİ qrup əlilldir və 950833 nömrəli müavinət işi üzrə hər ayda 110 manat məbləğində sosial müavinət alır. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan xx xxxxxx 2019-cu il tarixli **********3 nömrəli məktubla xx.xx.2017ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 12.1-ci maddəsinə istinadən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə tələb olunan sığorta stajı olduqda təyin edilir. Ona görə də əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “ona xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “ona xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Vətəndaşın tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən müraciət tarixinə 42 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 9 il sosial sığorta stajı və 16200 manat pensiya kapitalı tələb olunur. Vətəndaşın əmək kitabçasına və fərdi uçot məlumatlarına əsasən xx.xx.2006-cı il tarixədək təhsil müddəti də daxil edilməklə 8 il 1 ay sosial sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 10 il sosial sığorta stajı müəyyən olunmuşdur. Məlumat üçün bildirirlər ki, vətəndaşa İİİ qrup əlilliyə görə sosial müavinət ödənilir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 484/2020 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh Əmək və X1 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. DSMF-in Şəki şəhər şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Dövlət X3 Şəki şəhər şöbəsi Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-484/2020 nömrəli qərarı qərarının ləğv olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçı xx.xx.2019-cu il tarixdə əlilliyə görə əmək pensiyası təyini üçün müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən müraciət tarixinə tələb olunan 16200.0 manat pensiya kapitalı olmadığı üçün əmək pensiyası almaq hüququ olmamışdır. Həmçinin Məhkəmə Qərarında əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı bu vaxta qədər əlilliyə görə sosial müavinət almışdır. Məlumdur ki, sosial müavinətəlr Dövlət büdcəsindən, əmək pensiyaları isə Dövlət X2 büdcəsindən maliyyələşdirilir. Məhkəmə qərarında isə müxtəlif büdcələr üzrə əvəzləşdirilmə aparılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-484/2020 nömrəli iş üzrə qərarın ləğv edilməsini və iddia tələbinin apellyasiya şikayətində qeyd olunanları nəzərə alaraq apelyasiya instansiyasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-484/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxamyaraq cavabdeh DSMF-in Şəki şəhər şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyasıcavabdeh DSMF-in Şəki şəhər şöbəsi nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********0 saylı arayışı, xx.xx.2019-cu il tarixli **********1 nömrəli və xx.xx.2020-ci il tarixli **********4 nömrəli etirazı, ВТЭ seriyalı 061650 nömrəli əlilliyə dair arayışın, ******* nömrəli əmək kitabçasının, AB-İİ seriyalı 048927 nömrəli diplomun təsdiqlənmiş surətləri, fərdi uçot məlumatındn çıxarış və iddiaçının müavinət işinin təsdiqlənmiş surəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-484/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdehin etirazının dəlilləri: İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün xx.xx.2019-cu il tarixdə müraciət etmiş,lakin vətəndaşın tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən müraciət tarixinə 42 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 9 il sosial sığorta stajı və 16200 manat pensiya kapitalı tələb olunur. Vətəndaşın əmək kitabçasına və fərdi uçot məlumatlarına əsasən xx.xx.2006-cı il tarixədək təhsil müddəti də daxil edilməklə 8 il 1 ay sosial sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 10 il sosial sığorta stajı müəyyən olunmuşdur.Məlumat üçün bildirirlər ki, vətəndaşa İİİ qrup əlilliyə görə sosial müavinət ödənilir. Göründüyü kimi, cavabdehin iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinasının əsasını iddiaçının tələb olunan pensiya sığorta kapitalına malik olmaması təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdeh Əmək və X1 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb cavabdehin nümayəndəsinin izahatını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə və kollegiya tərəfindən tədqiq edilmiş: Əmək və X1 Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********0 saylı arayışından görünür ki, iddiaçı ömürlük İİİ qrup əlil olduğuna görə 950833 nömrəli müavinət işi üzrə hər ayda 110 manat sosial müavinət alır. AB-İİ seriyalı 048927 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda təhsil almışdır. ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixindən Şəki rayonu Aşağı Göynük kənd orta məktəbində musiqi müəllimi işləyir. ВТЭ seriyalı 061650 nömrəli əlilliyə dair arayışın təsdiqlənmiş surətindən görünür ki, iddiaçı uşaqlıqdan 3-cü qrup ömürlük əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxxx 2017ci il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə olan halda, birinci instansiya məhkəmə araşdırması apararkən işə əlavə edilmiş sənədləri nəzərə alaraq düzgün olaraq müəyyən etmişdir ki, iddiaçı xx.xx.1977-ci il tarixdə doğulmuş, onun hüququ yarandığı xx xxxx 2017-cı il tarixdə 40 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 8 il 4 ay sosial sığorta stajı tələb olunur (40 il - 15 il = 25x4ay /12 = 8 il 4 ay). Göründüyü kimi,inzibati iş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi ******* nömrəli əmək kitabçasına və AB-İİ seriyalı 048927 nömrəli diplomuna əsasən isə iddiaçının həmin tarixə tələb olunan 8 il 4 ay sosial sığorta stajı var. (xx.xx.2006-cı il tarixinə kimi təhsil müddəti də daxil edilməklə 8 il 1 ay, xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixinə kimi PASda qeyd olunan fərdi uçot məlumatlarına əsasən 10 il sosial sığorta stajı var) Apelyasiya şikayətində xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən müraciət tarixinə tələb olunan 16200.0 manat pensiya kapitalı olmadığı üçün əmək pensiyası almaq hüququ olmaması ilə baglı dəliləri ilə məhkəmə kollegiyası razılşmayaraq qeyd edir ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxxx 2017- ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinəəsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İddiaçının xx.xx.2017-ci il tarixdən əlilliyə sosial pensiya-müavinət alması, onun həmin tarixdən əlilliyə görə pensiya almaq hüququndan məhrum edə bilməz. Qanunvericilikdə bununla bağlı heç bir qadağa müəyyən edilməmişdir. Belə olan təqdirdə xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbində də iddiaçı haqlı olmuşdur. Odur ki, apelyasiya şikayətinin həmin dəlili əsassızdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının əlilliyə görə əmək pensiyası ala bilmək üçün 2017-ci ilin iyulun 1-dək əvvəlki redaksiyada olan “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Yuxarıda qeyd olunan işin hallarını məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyi qoyulmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubunda inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Şəki şəhər şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-in Şəki şəhər şöbəsinin iddiaçıya xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-484/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-484/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-316/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-316/2020
10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver