Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-316/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olduğu üçün həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-463/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü il tarixində 60 yaşı tamam olduğu üçün həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1963-cü ildə Ağdaş rayonu Qolqatı kəndində doğulmuşdur. Orta məktəbi bitiridikdən sonra əmək fəaliyyətinə başlamışdır. Belə ki, xx.xx.1981-ci ildən xx.xx.1986-cı il tarixinədək Bakı SMU Trestində kabelçi işləmişdir. xx.xx.1986-xx.xx.1995-ci ilədək "xxxx"-də (indiki "xxxx" MMC) elektrik sexi, işıqlandırma və kabel təsərrüfatı briqadasında kabelçi, elektrik montyoru vəzifəsində işləmişdir. xx.xx.1995-xx.xx.1996-cı ilədək əməliyyat heyəti elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.1997-xx.xx.2001ci ilədək "xxxx" Müəssisəsində (indiki "xxxx" ASC) elektrik avadanlıqlarının quraşdırılması sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcısı vəzifəsində işləmişdir. xx.xx.2007-xx.xx.2008ci ilədək “X7 və Ticarət” ASC-də işləmişdir. xx.xx.2009-xx.xx.2015-ci ilədək "xxxx" ASC-nin Yarımstansiyaların Tikintisi və Yenidənqurulması İdarəsinin l saylı sahəsində 5-ci dərəcəli elektrik quraşdırıcısı vəzifəsində işləmişdir. xx.xx.2018-xx.xx.2020-ci illərdə "xxxx" MTK-da elektrik, xx.xx.2021-xx.xx.2022-ci illərdə "xxxx" Birgə Müəssisəsində 4-cü dərəcəli elektrik vəzifəsində işləmişdir. Hazırda xx.xx.2023-cü ildən etibarən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında elektrik vəzifəsində işləmiş, 11 may 2023-cü ildə 60 yaşının tamam olması ilə yaşa görə pensiyaya çıxmışdır. Elə həmin vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişdir.
3. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərenerji ASC “Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin 23 iyun 2023-cü il tarixli 07/100 və 23 iyun 2023-cü il tarixli 07/101 nömrəli İddiaçı arayışlarında xx.xx.1986-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində elektrik sexi, işıqlandırma və kabel təsərrüfatı briqadasında kabelçi, elektrik montyoru, xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində əməliyyat heyəti elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik çilingəri, “AZENCO" ASC-nin 23 06.2023-cü il tarixli 01-PU/279 nömrəli arayışında xx.xx.1997-xx.xx.2001-ci il və xx.xx.2009-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə elektrik quraşdırıcısı vəzifəsində, AZFEN В.M-in xx.xx.2023-cü il tarixli AZF-2023/70-K nömrəli arayışında isə xx.xx.2016-xx.xx.2016-ci il, xx.xx.2016-xx.xx.2017-cı il və xx.xx.2021-xx.xx.2022-cı il tarixləri arasındakı dövrlər ərzində elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi elektrik quraşdırıcısı vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər vəzifəsinə, elektrik çilingəri vəzifəsi qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına, onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə, kabelçi elektrik montyoru vəzifəsi qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri, quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə, elektrik vəzifəsi isə yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər vəzifəsinə aid deyildir. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. İddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. İddiaçı 1981-ci ildə əmək fəaliyyətinə başlamış, 2023-cü ilədək müxtəlif müəssisələrdə işləmişdir. Onun əmək fəaliyyəti aşağıdakı kimidir: 1) xx.xx.1981-ci ildən xx.xx.1986-ci ilədək Bakı SMU Trestində kabelçi işləmişdir. 2) xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilədək "xxxx"-də (indiki "xxxx" MMC) elektrik sexi, işıqlandırma və kabel təsərrüfatı briqadasında kabelçi, elektrik montyoru vəzifəsində işləmişdir. 3) xx.xx.1995-ci il tarixdə əməliyyat heyəti elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləmiş və xx.xx.1996-ci il tarixdə işdən azad edilmişdir. 4) xx.xx.1997-ci il tarixdə "xxxx" Müəssisəsində (indiki "xxxx" ASC) elektrik avadanlıqlarının quraşdırılması sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcısı vəzifəsinə təyin olunmuş və xx.xx.2001-ci il tarixədək çilingər vəzifəsində işləmişdir. 5) xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci ilədək “X7 və Ticarət” ASC-də işləmişdir. 6) xx.xx.2009-xx.xx.2015-ci ilədək "xxxx" ASC-nin Yarımstansiyaların Tikintisi və Yenidənqurulması İdarəsinin l saylı Sahəsində 5-ci dərəcəli elektrik quraşdırıcısı vəzifəsində işləmişdir. 7) xx.xx.2010-cu il tarixdən xx.xx.2019-ci ilədək "xxxx" ASC-nin Mingəçevir Tikinti Quraşdırma və İstehsal İdarəsinin Dəmir Emalı sexi və Mexaniki Yığma və Metal dayaqlar sexində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. 8) xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək "xxxx" QSC-də elektrik quraşdırıcısı vəzifəsində işləmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli işin xarakteri haqqında güzəştli arayışı. - "xxxx" Birgə Müəssisəsinin xx.xx.2023-cü il tarixli güzəştli arayışı. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 fevral 2024-cü il tarixli 2- 1(116)-463/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1. iddiaçı 60 yaşına çatmalıdır. 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən bu hal mübahisələndirilməmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən heç biri güzəştli iş stajına daxil edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilədək "xxxx"-də (indiki "xxxx" MMC) elektrik sexi, işıqlandırma və kabel təsərrüfatı briqadasında kabelçi, elektrik montyoru vəzifəsində işlədiyi 9 il 4 ay 10 gün müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın 2140000a—19859 (Qazanxana qurğusunun, turbin və yanacaq ötürmə avadanlığının yerləşdiyi yerlərdə kabel tunelləri, qanovları işlərində daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları) koduna uyğun olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək (3 il 4 ay 21 gün) indiki "xxxx" ASC-də elektrik avadanlıqlarının quraşdırılması sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcısı vəzifəsində çalışdığı dövr yuxarıda qeyd olunan 2 nömrəli Siyahının 2290000a —19829 (yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırması üzrə elektrik montyorları, xətçilər) koduna uyğun olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının 2 iş yeri üzrə güzəştli iş stajına daxil edilməli olan dövr (9 il 4 ay 10 gün+3 il 4 ay 21 gün) 13 il 09 ay 1 gün olduğundan və bu müddət qanunvericilikdə tələb olunan 12 il 6 ay müddətdən artıq olduğundan prosessual qənaət prinsipi baxımından digər dövrlərə münasibət bildirilməsinə zərurət qalmamışdır. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.
6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-463/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməklə maddi və prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(1021-2691/2023 nömrəli qərarına əsasən nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyinatı zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi elektrik quraşdırıcı vəzifəsi yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırması üzrə elektrik montyorları, xətçilər vəzifəsinə uyğun olmadığı halda elektrik montyoru və xətçilər vəzifəsinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri, quraşdırılması üzrə elektrik montyorları və qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına, onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər vəzifələri nəzərdə tutulmuşdur. Buna uyğun olaraq iddiaçının işlədiyi elektrik quraşdırıcısı vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər vəzifəsinə, elektrik çilingəri vəzifəsi qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına, onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə, kabelçi elektrik montyoru vəzifəsi qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri, quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə, elektrik vəzifəsi isə yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər vəzifəsinə aid olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən Şəki inzibati Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Güzəşli şərtlərlə pensiya təyin edilməsi barədə öhdəliyin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 2-1(116)-463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti aşağıdakı məsələlərə görə əsassız hesab edilməlidir. Birincisi, cavabdeh tərəf etirazında qeyd edir ki, iddiaçının işlədiyi elektrik quraşdırıcısı, elektrik çilingəri, kabelçi elektrik montyoru vəzifələri Nazirlər Kabinetinin 2007-ci il tarixli Qərarında qeyd edilən vəzifələrlə üst-üstə düşmür. Hesab edir ki, bu tip yanaşma tamamilə əsassız və yanlışdır, belə ki, iddiaçının iş yeri ilə bağlı təqdim edilən arayışlarda da açıq aydın şəkildə göstərilmişdir ki, həmin vəzifələr Nazirlər Kabinetinin 1993-cü il və 2007-ci il tarixli qərarlarında təsbit olunan vəzifələrə uyğundur və güzəştli şərtlərlə pensiya təminatına imkan verir. İkincisi, cavabdeh "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qararına istinad edərək pensiya təyin edilərkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin asas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Hesab edir ki, qeyd edilən normanın baxılan işlə əlaqəsi yoxdur, belə ki, o, işlədiyi müddətdə, işlədiyi vəzifələrin güzəştli şərtlərə pensiya təminatı verən işlərə aid edilib-edilməməsi məsələsinə baxılır. Cavabdehin qeyd etdiyi hallar isə şəxsin işlədiyi dövrdə almadığı hər hansı bir əmək haqqı və ya digər məvacibə aid məsələdir. Üçüncüsü, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(102)-2691/2023 nömrəli qərarı nə Konstitusiya Məhkəməsinin qərarı deyil ki, məhkəmə təcrübəsi formalaşdırsın və ya məcburi hüquqi qüvvəyə malik olsun, nə də müvafiq işlər üzrə məhkəmə təcrübəsi formalaşdıran və ya vahid məhkəmə təcrübəsi yaradan qərar deyil, sadəcə konkret bir iş üzrə qərardır və hazırda işə baxan məhkəmə kollegiyası üçün məcburi bir əhəmiyyətə malik deyil. Onu da qeyd edir ki, cavabdehin istinad etdiyi elə həmin Qərarda iş yerindən arayışlara istinad edilməsi də vurğulanmışdır, hansı ki, bu işdə də iş yerindən arayışlara sübut kimi istinad edilmişdir. Dördüncüsü, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxılması zamanı iddiaçının vəzifəsinin güzəştli şərtlərə düşən peşələrə aid edilməsinin qeyri- mümkünlüyünü bildirir, eyni zamanda məhkəmənin bu məsələdə heç bir sübuta istinad etmədiyini bildirir. Halbuki, işə baxan məhkəmə bu məsələdə düzgün qənaətə gəlmiş və zəruri sübutlara istinad etmişdir. Müvafiq məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin müxtəlif işlərdə formalaşdırdığı mövqeyi də belədir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Yuxarıdakıları qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 47.2 və 367.2-ci maddələrini nəzərə alaraq apellyasiya şikayətinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-463/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-463/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. "Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
15. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1 -ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi elektrik quraşdırıcısı vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər vəzifəsinə, elektrik çilingəri vəzifəsi qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına, onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə, kabelçi elektrik montyoru vəzifəsi qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri, quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə, elektrik vəzifəsi isə yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər vəzifəsinə aid olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.
24. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi araşdırması zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan İES MMC-dən məhkəmə kollegiyasına daxil olmuş 10 may 2024-cü il tarixli, 13-9-100/01-07-86 nömrəli məktubdan görünür ki, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü), xx.xx.1986-cı il tarixdə "xxxx"nin Elektrik sexinin “İşıqlandırma və kabel təsərrüfatı briqadası”na 3-cü dərəcəli kabelçi elektrik montyoru vəzifəsinə işə qəbul olunmuşdur (Əmr 90, xx.xx.1986) xx.xx.1986-cı il tarixdə tutduğu vəzifədə 4-cü dərəcə verilmişdir (Əmr 110, xx.xx.1986). - xx.xx.1989-cu il tarixdə Struktur dəyişikliyi ilə əlaqədar olaraq Elektrik sexinin “Kabel təsərrüfatının təmiri və xidməti briqadası”na kabel xətlərinin montajı və təmiri üzrə 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir (Əmr 40/k, xx.xx.1989), - xx.xx.1989-cu il tarixdə tutduğu vəzifədə 5-ci dərəcə verilmişdir (Əmr171/k xx.xx.1989), 01 02.1992-ci il tarixdə tutduğu vəzifədə 6-cı dərəcə verilmişdir (Əmr16/k xx.xx.1992), xx.xx.1995-ci il tarixdə həmin sexdə Vİİ qrup növbətçi elektrik çilingəri vəzifəsinə keçirilmişdir. - xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (Əmr 189/k ,xx.xx.1996), - İddiaçı işlədiyi müddət ərzində xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-sü sinif təhlükləli, titrəmə, səs, havanın hərəkət surəti, havanın hərarəti, elektromaqnit sahəsi KV/m, nisbi nəmlik %, İş yerində havanın temperaturu, hava cərəyanının sürəti faktorları mövcud olmuşdur. - İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində, Yanacaq Nəqliyyat sexində mazut təsəttüfatında, 330/500 kV APQ sahəsində, Kimya sexində, Kənar obyektlərdə işıqlandırmanı təmin etmək məqsədilə ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İşlədiyi müddət ərzində 330/500 kV APQ,YNS,QTS ərazisində hündürlükdə, projektor qülləsində quraşdırılmış işıqlanma avadanlıqlarına xidmət göstərmişdir. - Zərərli iş sahəsində işlədiyi üçün aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. - İddiaçı işlədiyi illər ərzində xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək tutduğu kabelçi elektrik montyoru, kabel xətlərinin montajı və təmiri üzrə elektrik montyoru, növbətçi elektrik çilingəri vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinin xüsusiyyətlərinə uyğun hesab edilə bilər. - "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - "xxxx" MMC-də zərərli iş sahəsində iş stajı 10 il, 09 ay, 05 gün təşkil edir.
25. Daha sonra apellyasiya məhkəməsi araşdırması zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Azerenerji ASC-dən məhkəmə kollegiyasına daxil olmuş 25 iyun 2024-cü il tarixli məktubdan görünür ki, hazırki iş üzrə tələb olunan məlumatlara uyğun nümunələr əlavə edilmiş qoşma məktubda göstərilmiş, nəzərə alıması xahiş edilmişdir. Həmin qoşma məktubda isə oxşar iş üzrə göstərilmişdir ki, sizin 3-17-1/2- 3097/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunuza cavab olaraq “Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin Elektrik sexinin “İşıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadasında” 6 -cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləmiş X2 "Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” üçün işlədiyi dövrün (işlərin) güzəştli iş stajına daxil edilməsi məqsədi ilə vəzifə və əmək funksiyaları barədə aşağdakıları bildiririk. X3 (təvəllüdü xx.xx.1963-cü il), xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx"-nin Elektrik və İstilik ölçü Cihazları və Avtomatika avadanlıqlarının quraşdırma və sazlama sexində 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində (Əmr № 27 xx.xx.1996). xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Elektrik sexinin “Alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarını quraşdıran, sazlayan və xidmət edən briqadada” 5-ci dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində (Əmr №191/Ş,xx.xx.2005), xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci ii tarixədək həmin briqadada 6-cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrık çilingəri vəzifəsində (Əmr №203/Ş,xx.xx.2012), xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Yeni Təşkifati struktura əsasən həmin sexin “İşıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadasında” 6-cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləmişdir. - X3 xx.xx.1996-cı il tarixdən xx.xx.2023-cü il tarixədək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında Qazan və Turbin sexinin turbin və qazanxana sahəsində, Yanacaq-Nəqliyyat sexində, Kimya sexində, 330/500kV-luq X5 sahəsində Paylayıcı qurğunun avadanlıqlarına, kabel kanallarına və tunellərinə xidmət və təmir işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. - Göstərilən sahələr zərərli iş yeri hesab olunur və xx.xx.1996-cı il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq məvacibinin 8 % miqdarında və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq məvacibinin 1 2 % miqdarında əlavə əmək haqqi ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə 06t.günü əlavə məzuniyyət günü verilmişdir. - X3 xx.xx.1996-cı il tarixdən xx.xx.2023-cü il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nisbi rütubət əməyin ağırlığı, yeknəsəkliyi, (monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. - X2 işlədiyi illər ərzində xx.xx.1996-cı il tarixdən xx.xx.2023-cü il tarixədək tutduğu elektrik çilingəri və paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin "a” bəndinin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (vəzifə kodu 2140000a-18455) vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Həmin sahədə iş stajı 05,02.1996-cı il tarixdən xx.xx.2023-cü il tarixədək iş stajı 27 il 08 ay təşkil təşkil edir.
26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilədək "xxxx"-də (indiki "xxxx" MMC) elektrik sexi, işıqlandırma və kabel təsərrüfatı briqadasında kabelçi, elektrik montyoru vəzifəsində işlədiyi 9 il 4 ay 10 gün müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın 2140000a—19859 (Qazanxana qurğusunun, turbin və yanacaq ötürmə avadanlığının yerləşdiyi yerlərdə kabel tunelləri, qanovları işlərində daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları) koduna uyğun olduğunun müəyyən edilməsi, həmçinin, iddiaçının xx.xx.1997ci ildən xx.xx.2001-ci ilədək (3 il 4 ay 21 gün) indiki "xxxx" ASC-də elektrik avadanlıqlarının quraşdırılması sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcısı vəzifəsində çalışdığı dövrün yuxarıda qeyd olunan 2 nömrəli Siyahının 2290000a —19829 (yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırması üzrə elektrik montyorları, xətçilər) koduna uyğun olduğunun müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
27. Eyni zamanda məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də, iddiaçının xx.xx.2023-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.
28. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası sonda qeyd edir ki, məhkəmə araşdırmalarının predmeti olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli işin xarakteri haqqında güzəştli arayışı, "xxxx" Birgə Müəssisəsinin xx.xx.2023-cü il tarixli güzəştli arayışı, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı, Azərbaycan İES MMC-dən məhkəmə kollegiyasına daxil olmuş 10 may 2024-cü il tarixli, 13-9-100/01-07-86 nömrəli arayışı və Azərbaycan Respublikası Azerenerji ASC-dən daxil olmuş arayış iddiaçının zəruri güzəştli iş stajının mövcud olduğunu sübut edir, həmin arayışların mötəbər sübut hesab olunmaması barədə isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
29. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş iş yerindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işlədiyini mötəbər qaydada müəyyən edir.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşının tamam olduğu tarixdən təyin edilməsi və pensiya hüququnun yarandığı vaxtdan ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-463/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.