Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-317/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X1rşı “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zamanı dağılan Balakən rayonu Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh FHN TTNDA-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “FHN TTNDA-nın 26.07.2019-cu il tarixli 37/Kd-04467 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakətzəlzələdən dağılan, Balakən rayonu Qazma kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zamanı dağılan, Balakən rayonu Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Həmin tarixli məhkəmə iclas protokoluna əsasən ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə bərabər Balakən rayonun Qazma kəndində yerləşən, ona məxsus evdə yaşayır. 13-14 oktyabr 2012-ci il tarixlərdə Azərbaycan Respublikasının şimal-qərb zonasında baş vermiş zəlzələ zamanı bir çox evlər kimi iddiaçıya məxsus ev də tamamilə qəzalı vəziyyətə düşmüşdür. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən iddiaçıya məxsus evə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Lakin hal-hazıradək həmin rəy iddiaçıya açıqlanmamışdır. İddiaçı dəfələrlə aidiyyəti qurumlara bununla bağlı müraciət etsə də, ona bildirmişlər ki, FHN-nin müvafiq komissiyasının rəyləri zamanla açıqlanacaq və nəzərdə tutulmuş işlər mərhələli şəkildə həyata keçiriləcəkdir. İddiaçı yenidən 2019-cu ildə qəzalı vəziyyətdə olan evinin tikilib verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun xahişini təmin etməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmiş, həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. İddiaçıya məxsus evə baxış keçirilmiş və 10 mart 2013-cü il tarixində tərəflərindən baxış aktı həyat yoldaşı X6 adına tərtib olunmuşdur. Həmin akta uyğun olaraq iddiaçının evi təmir kimi qeyd olunub. Mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edirlər ki, İnzibati Prosessual Məcəlləsinin 33 və 38.1 -ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Eyni zamanda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. İddiaçıya məxsus evə baxış keçirilmiş və 10 mart 2013-cü il tarixində tərəflərindən baxış aktı həyat yoldaşı X6 adına tərtib olunmuşdur. Həmin Akta uyğun olaraq iddiaçının evi təmir kimi qeyd olunub. Mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edirlər ki, İnzibati Prosessual Məcəlləsinin 33 və 38.1 -ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Eyni zamanda İcbari sığortalar haqqında Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. İş materiallarında olan 27.01.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan FHN TTNDA-nin “Azərinşaatlayihə” DBLKTİ-nun mühəndisi, FHN TTNDA-nin “Azdövlətlayihə” DBLİ-nin aparıcı mühəndisi və Balakən RİHB-nın Qazma kənd İƏD üzrə nümayəndəsinin tərtib etdikləri 10.03.2013-cü il tarixli “Baxış Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, X7 məxsus fərdi yaşayış evinin tikiş hissələrində çat, suvaq çatları müşahidə edilmiş və təmirə ehtiyac olduğu qeyd edilmişdir. Cavabdeh orqanın 27.07.2019-cu il tarixli 37/Kd-04467 nömrəli imtina məktubunda bildirilir ki, FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş, və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə ona hər hansı bir köməklik göstərilməsi səlahiyyətləri xaricindədir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 26.07.2019-cu il tarixli 37/Kd-04467 nömrəli imtina məktubu, 27.01.2020-ci il tarixli çıxarışın surəti, 27.01.2020-ci il tarixli “Texniki pasport”un təsdiq edilmiş surəti, cavabdehin 17.06.2020-ci il tarixli etiraz məktubu, 10.03.2013-cü il tarixli baxış aktının təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hаkim İ.Cabbarov 24 avqust 2020-ci il tarixli 2-1(116)- 954/2020 saylı qərarı ilə) iddia tələbin təmin etmiş, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin üzərinə İddiaçı mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X2 Agentliyi Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-460/2020 saylı, 27.11.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və İ.Şükürov) cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-460/2020 saylı, 27.11.2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X2 Agentliyi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(102)- 464/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2020-ci il tarixli 2- 1(107)- 460/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 saylı Qərarı ilə iddiaçının tələbinə uyğun olmayaraq, fərdi evin təmir olunması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmışdır. Birinci instansiya məhkəməsinin qeyd olunan qərarı aşağıda göstərilənlərə görə ləğv edilməlidir: Məlum olduğu kimi 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir. Həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan kəskin qəzalı vəziyyətdə olan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. Yuxarıda qeyd olunan tədbirlər çərçivəsində iddiaçıya məxsus evə də baxış keçirilmiş və 10 mart 2013-cü il tarixidən tərəfimizdən baxış aktı həyat yoldaşı X6 adına tərtib olunmuşdur. Həmin Akta uyğun olaraq iddiaçının evi təmirə ehtiyac olan kimi qeyd olunub. Vətəndaşların şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı məhkəmə orqanlarında iddiaların qaldırılması kütləvi hal almış və Nazirlər Kabinetinin Sərəncamında təmirlə bağlı işlərin icra olunması Fövqəladə Hallar Nazirliyinə şamil olunmadığı üçün Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2- 1(116)-954/2020 saylı Qərarın tərəfimizdən icrası mümkün deyil. Fövqəladə Hallar Nazirliyi yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamı əsasında müvafiq tədbirlər görə bilər. Belə ki, Agentlik icra hakimiyyəti orqanı olduğundan onun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsindən məqsədli olaraq ayrılan vəsait hesabına maliyyələşdirilir. Agentliyin bundan başqa digər maliyyə mənbəyi və ya fərdi bank hesabı olmadığına görə büdcədən bu məqsədlər üçün dövlət vəsaiti ayrılmadığı təqdirdə həmin vətəndaşlar üçün tərəfimizdən evlərin tikilməsi mümkün deyil. Eyni zamanda, mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edirik ki, İnzibati Prosessual Məcəlləsinin 33-cü və 38.1 -ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Həmçinin, iddiaçının iddia tələbi yeni evin tikilib verilməsindən ibarətdir, halbuki Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(116)- 55472Ü20 saylı qərarına əsasən evin təmir edilməsi Agentliyin öhdəliyinə qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxa bilməz. Bununla da hesab edirik ki, məhkəmə işi obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində düzgün qərar qəbul etməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 saylı Qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2-1(84)-1870/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin üzərinə İddiaçı mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etmə barədə hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Belə ki, birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, iş materiallarında olan 10.03.2013-cü il tarixli mütəxəssislər tərəfindən tərtib edilmiş aktın təsdiq edilmiş surətindən, həmçinin fərdi yaşayış evinin fotoşəkillərindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür və hal hazırda da qəzalı vəziyyətdədir. Lakin cavabdeh orqanın 27.07.2019-cu il tarixli 37/Kd- 04467 nömrəli imtina məktubunda bildirilir ki,FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş, və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə ona hər hansı bir köməklik göstərilməsi səlahiyyətləri xaricindədir. Beləliklə də, iddiaçı və cavabdeh arasında hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi həmçinin iddianın təmin olunması zamanı ona istinad etmişdir ki, Cavabdeh haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir. Apellyasiya instansiya məhkəməsi verilmiş iddia üzrə Agentliyin vəzifələrinin həcmi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini natamam araşdırma kimi qəbul edir. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Əsasnamənin 8.41-ci bəndində Agentliyin vəzifəsi “fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək” kimi ifadə olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamına istinad etmişdir. Həmin Sərəncamda deylilir: 1. 2012-ci il mayın 07-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələlər nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il X10 Fondundan Azərbaycan Respublikasının X3 ilkin olaraq 20 milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin. 3. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 2012-ci il üzrə icra vəziyyətinə dair arayışda əksini tapmış məlumata görə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə 2012ci il may ayının 7-də Şəki-Zaqatala regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq X4 20 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsində edilmiş dürüstləşməyə əsasən, 300 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliyin göstərilməsi davam etdirilir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd olunan sərəncamın icrasından cavabdeh tərəfindən həmin ərazidə başqa şəxslərə məxsus evlərin təmir edilib-edilməməsinə də diqqət yetirmiş, sorğu-sual nəticəsində iddiaçı buna dolğun cavab verməməklə yanaşı, hər hansı sübutu da məhkəyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın 27.07.2019-cu il tarixli 37/Kd- 04467 nömrəli imtina məktubunda bildirilir ki, FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə ona hər hansı bir köməklik göstərilməsi səlahiyyətləri xaricindədir. Göründüyü kimi cavabdehin inzibati praktikası əsasən fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəydiyi halda köməklik göstərilməsindən ibarətdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilərək, yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə
Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh FHN TTNDA-ya qarşı “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zamanı dağılan, Balakən rayonu Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov