Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-318/2024 29.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-345/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1987ci il tarixdən xx.xx.2008-ci il tarixinə kimi işlədiyi dövlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş illəri hesab olunması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1986-cı ildə Azərbaycan SSR Yol Tikinti Nazirliyi Bakı şəhəri Yİİ-nin 29 №-li Yol İstismar İdarəsində yol ustası, altıncı dərəcəli fəhlə-briqadir, iş icraçısı və fəhlə vəzifəsində işləməsi, həmçinin ümumi iş stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müarciət etmiş, lakin cavabdeh orqan iddiaçının xx.xx.1986-xx.xx.1992ci il, xx.xx.2000-xx.xx.2005-ci illər aralığında işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 29-cu bölməsinin Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri hissəsində nəzərdə tutulmamasını, güzəştli iş stajının 10 il, 09 ay, 21 gün olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
5. Cavabdeh orqan iddia tələbinə xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.1986-cı il tarixdən əmək fəaliyyətinə başladığını və xx.xx.2008-ci il tarixədək müxtəlif vəzifələrdə olmaqla güzəştli sahələrə aid olan peşələrdə çalışdığını qeyd etmişdir. İddiaçı daha öncə 12 il 6 aydan çox güzəştli iş stajı olduğunu iddia edərək ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizəylə xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-87483/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmiş, imtinanın əsasları kimi iddiaçının güzəştli iş stajının 10 il 9 ay 21 gün olmaqla, tələb olunan müddətdən (12 il 6 aydan) az olduğu bildirilmişdir. Bundan narazı qalan İddiaçı Şəki inzibati Məhkəməsinə müraciət etmişdir.
6. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir.
7. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yasa görə əmək pensiyası hüququ vardır.
8. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.)
9. İddiaçı xx.xx.2022-ci il tarixdə 60 yaşını tamamlamışdır.
10. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi- əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.
11. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
12. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir.
13. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.
14. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a): -asfalt-beton döşəyənlər; -asfalt-beton bişirənlər; -bitumçular; -şpur qazmaçıları; -hidromanitorçular; -əhəng söndürücüləri; -izolyasiyaçılar; -hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar; -termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar; -izolyasiyaçılar-plyonkaçılar, o cümlədən avadanlığın təmiri və hazırlanması ilə məşğul olanlar; -bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar; -daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltəraşlıq müəssisələrində mərməri və qraniti əl ilə emal etməklə məşğul olan daşyonanlar; -turşuyadavamlı maddələrlə işləyənlər — viniplastçılar; -turşuyadavamlı maddələrlə yapışqanlamada işləyənlər; -kopyorçular; -mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü-üzrə taxtapuşçular; -avtoqudronatçılar; -buruq qurğuları maşinistləri, o cümlədən 50 m-dən artıq dərinlikdə və dövlət nəzarətində olan su quyularının qazılması ilə məşğul olanlar; -kopyor maşinistləri; -səyyar asfalt-beton qarışdırıcılarınm maşinistləri; -asfalt-beton döşəyicilərinin maşinistləri; -polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; odadavamlı materialla işləyənlər; -qum şırnaqçıları; -şüşə üzrə qum şırnaqçıları; -dağ yenişlərinin qazmaçıları; -yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri; -sənaye dəmir-beton borularının boruçəkənləri; -sənaye kərpic borularının boruçəkənləri; -forsunçular; -daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar; -futerçilər (turşuyadavamlı materialla işləyənlər) ; -daş məmulatlarının cilalayıcıları — pardaqlayıcıları, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltəraşlıq müəssisələrində məşğul olanlar; -yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər; -5 m-dən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları b) mütəxəssislər: - tikinti və quraşdırma işləri üzrə ustalar iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur.
16. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “10 №-li Yol İstismarı" MMC-nin güzəştli vəzifə barədə arayışında xx.xx.1986-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərdə iddiaçının həmin müəssisədə yol ustası, fəhlə-briqadir, plan istehsalat şöbəsinin rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan, həmçinin yuxarıda qeyd olunmuş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) və mütəxəssislər (b) bəndlərində nəzərdə tutulmamışdır.
17. Bu səbəbdən də iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı 12 il 6 aydan az olmaqla aşağıdakı tərkibdə 10 il 9 ay 21 gündən ibarətdir: > xx.xx.1992- xx.xx.2000-ci il tarixləri arasındakı dövr üzrə 8 il 26 gün (iş icraçısı kimi çalışdığı dövr); > xx.xx.2005- xx.xx.2008-ci il arasındakı dövr üzrə 2 il 8 ay 24 gün. (iş icraçısı kimi çalışdığı dövr) İddiaçının mübahisələndirilən güzəştli iş stajı 10 il 8 ay 6 gündən ibarət olmaqla aşağıdakı tərkibdədir: > xx.xx.1986- xx.xx.1992-ci il tarixləri arasındakı dövr üzrə 5 il 4 ay 26 gün (yol ustası kimi çalışdığı dövr) > xx.xx.2000- xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə 5 il 3 ay 10 gün (şöbə rəisi, yol ustası və fəhlə kimi çalışdığı dövr).
18. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli sosial sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.
19. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
20. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
22. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 fevral 2024-cü il tarixli 2- 1(116)-345/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
23. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “10 №-li Yol İstismarı" MMC-nin güzəştli vəzifə barədə arayışında xx.xx.1986-xx.xx.1992-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərdə iddiaçının həmin müəssisədə yol ustası, fəhlə-briqadir, plan istehsalat şöbəsinin rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan, həmçinin yuxarıda qeyd olunmuş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) və mütəxəssislər (b) bəndlərində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı 12 il 6 aydan az olmaqla aşağıdakı tərkibdə 10 il 9 ay 21 gündən ibarətdir: xx.xx.1992 - xx.xx.2000-ci il tarixləri arasındakı dövr üzrə 8 il 26 gün (iş icraçısı kimi çalışdığı dövr); xx.xx.2005 - xx.xx.2008-ci il arasındakı dövr üzrə 2 il 8 ay 24 gün. (iş icraçısı kimi çalışdığı dövr) İddiaçının mübahisələndirilən güzəştli iş stajı 10 il 8 ay 6 gündən ibarət olmaqla aşağıdakı tərkibdədir: xx.xx.1986 - xx.xx.1992-ci il tarixləri arasındakı dövr üzrə 5 il 4 ay 26 gün (yol ustası kimi çalışdığı dövr); xx.xx.2000 - xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə 5 il 3 ay 10 gün (şöbə rəisi (xx.xx.2000-xx.xx.2001), yol ustası (xx.xx.2004-xx.xx.2005) və fəhlə (xx.xx.2001-xx.xx.2004) kimi çalışdığı dövr). İddiaçı iddia ərizəsində iddia edir ki, xx.xx.1987-ci ildən xx.xx.2008-ci ilədək olan əmək fəaliyyəti dövrü güzəştli staj kimi nəzərə alınmalı olduğu halda cavabdeh inzibati orqan tərəfindən güzəştli staj kimi nəzərə alınmamışdır. Şəki İnzibati Məhkəməsi iddiaçının şöbə rəisi vəzifəsində işlədiyi (xx.xx.2000- xx.xx.2001) dövrlər istisna olmaqla cavabdehin mübahisələndirildiyi digər dövrləri onun sosial sığorta stajına daxil edilməli olduğu qənaətinə gəlmişdir. Bu məsələyə dair bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən güzəştli iş stajı işəgötürən tərəfindən tərtib edilmiş arayışla müəyyənləşdirilir. İş materiallarına əsasən, iddiaçının təqdim etdiyi arayışda cavabdehin mübahisələndirdiyi dövrlər güzəştli peşələrin siyahısında əks olunmamış, həmçinin iddiaçı tərəfindən cavabdehə həmin dövrlərin zərərli iş olmasına dair əsaslandırılmış vəzifə təlimatları təqdim edilməmişdir. Bu səbəbdən də hesab edirik ki, həmin dövrlər iddiaçının stajına daxil edilməməlidir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli sosial sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-345/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-345/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)- 345/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
27. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1962-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Avomobil Yolları Dövlət Agentliyi PHŞ-nin "xxxx" MMC tərəfindən verilmiş “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən yol ustası, iş icraçısı, fəhlə, fəhlə-briqadir, PİŞ rəisi vəzifələrində 29 №-li Yol İstismar İdarəsi, 11 saylı Yol sahəsi, 11 saylı Yol İstismar İdarəsi adları ilə fəaliyyət göstərmiş (hal hazırda "xxxx" MMC) müəssisədə 71-1 nömrəli əmrlə 08 sentyabr 1986-cı il tarixdə işə qəbul olunmuş, 19 nömrəli əmrlə 07 aprel 2008-ci il tarixdə işdən azad edilmişdir. İşlədiyi vəzifə üzrə sosial əmək stajı 20 il 10 ay (iyirmi il on ay) təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri zərərli və ağır sahədən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29 “a” və “b” bəndinə uyğundur. - ИT-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1986– xx.xx.2006 (19 il, 3 ay, 23 gün), xx.xx.2006– xx.xx.2008 (2 il, 3 ay, 6 gün), xx.xx.2008– xx.xx.2013 (5 il, 7 ay, 24 gün). - НЗ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1979-cu il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - MB 538740 nömrəli Diplomdan görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1986-cı illərdə ali təhsil almışdır. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı X2 1986 1987-ci illərdə işlədiyi yol ustası, 1987-ci ilin 3 ay işlədiyi fəhlə birqadir vəzifələrində işləyərkən cəmiyyətin təsdiq etdiyi vəzifə təlimatlarına uyğun olaraq obyektin istehsalat təsərrüfat fəaliyyətinə nəzarət etmək, verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək, mexanizmlər, nəqliyyat vasitələrinin, materialların, işci qüvvəsi alət invertar və ləvazimatlar barədə sifariş vermək, obyektdə yerinə yetirilən işlərin gündəlik və aylıq açotunun aparılması, material və avadanlıqların obyektə qəbul edilməsini təhkim olunmuş obyektə əmək şəraitini, əməyin mühafizəsi normalarına əməl olunmasına, təhlükəsizlik texnikasının vəziyyətinin yoxlanılmasını, işçinin işə davamiyyətini yoxlamaq kimi əmək funksiyalarını yerinə yetirərək AAYDA Dövlət Agentliyinin nizamnaməsinə uyğun olaraq müəssisənin balansında olan Respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, carı təmiri, nəzarəti vəzifəsini icra etmişdir. xx.xx.2001-xx.xx.2004-cu illərdə işlədiyi fəhlə vəzifəsində xidmət etdiyi ərazi üzrə yolların saxlanması və cari təmir işlərində fəaliyyət göstərmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanunun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və "xxxx" MMC-nin ona dair arayışında xx.xx.1986-xx.xx.1992-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə yol ustası, fəhlə-briqadir, plan istehsalat şöbəsinin rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) və mütəxəssislər (b) bəndlərində nəzərdə tutulmamışdır. Bu səbəbdəndə adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (10 il 9 ay 21 gün (xx.xx.1992xx.xx.2000-ci il tarixləri arasındakı dövr və xx.xx.2005- xx.xx.2008-ci il arasındakı dövr üzrə 2 il 8 ay 24 gün) olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 08 sentyabr 1986-cı ildə yol təsərrüfatı orqanında əmək fəaliyyətinə başlamışdır O, həmin tarixdən 07 aprel 2008-ci ilədək fəhlə, fəhləbrıqadır yol ustası, iş icraçısı və istehsalat şöbəsinin rəisi vasitəsində işləmişdir. İddiaçı 08 sentyabr 1986-cı ildən 01 mart 2000-ci il tarixinədək işlədiyi yol ustası, fəhlə-brıqadır, iş icraçısı və 02 yanvar 2001-ci ildən 13 iyun 2005-ci il tarixinədək işlədiyi fəhlə və yol ustası vəzifələrinin həmin vaxt qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa gorə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cu il 21 iyun tarixli, 320 saylı qərarının 2 №-li əlavəsinin XXVİİ hissəsinin (Bina, qurğu və digər obyektlərin ınşaası, yenidən qurulması, texniki təchizatı bərpası və təmin) “a (fəhlələr asfalt- betonçular) və “b (rəhbərlər_ və mütəxəssislər: yem tikinti və quraşdırma işlərinin ustaları, iş icraçıları) bəndlərinə uyğun gəldiyi bildirilmişdir. Bundan başqa, İddiaçı 13 iyun 2005-ci ildən 07 aprel 2008-ci il tarixinədək işlədiyi iş icraçısı vəzifəsinin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cu il 21 iyun tarixli 320 saylı qərarının 2 № li əlavəsinin XXVİİ hissəsinin (Bina, qurğu və digər obyektlərin inşası yenidən qurulması texniki təchizatı bərpası və təmiri) “b” (rəhbərlər və mütəxəssislər: iş icraçıları) bəndinə və daha sonra qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş '’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı nın 29-cu hissəsinin “b" (mütəxəssislər: iş icraçıları) bəndinə uyğun olduğu hesab edilmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 1 yanvar 2006cı il tarixinədək əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15720,37 manat, həmin tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 36172,05 manat olmaqla cəmi pensiya kapitalı 51892,42 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006 cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək 19 il 4 ay iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 15720,37 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabının sığorta hissəsində 36172,05 manat olmaqla cəmi 51892,42 manat pensiya kapitalı qeydə alınmışdır. Eyni zamanda bildiririk ki, Rafiq X3 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 31 il 11 ay (xx.xx.2006-cı il tarixinədək 19 il 4 ay (xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 7 ay) təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
29. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...
30. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
31. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə ola redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
32. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
33. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
34. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
35. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tikinti materialları istehsalı bölməsinin (14.2) yol işlərində, həmçinin kontakt qovuşuqlarının quraşdırılması və sökülməsi ilə məşğul olan ustalar və yol ustaları (böyük ustalar) (14.2-b) bəndlərində nəzərdə tutulmuşdır.
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
37. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-345/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
39. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
40. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının bitdiyi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub).
43. Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olan ƏPHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
44. İş materiallarından görünür ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur (cavabdeh orqan iddiaçının xx.xx.2022-ci il tarixə ümumi iş stajının 31 il, 11 ay olmasını qəbul edir).
45. Eyni zamanda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də, mübahisələndirilmir.
46. Belə ki, cavabdeh orqanın təqdim etdiyi məlumatlardan görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində cəmi 51892,42 manat pensiya kapitalı qeydə alınmışdır və bu da əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir (tələb olunan pensiya kapitalı 34560 manatdır).
47. Cavabdeh orqan iddiaçının xx.xx.1992- xx.xx.2000-ci il tarixlərdə (8 il 26 gün) və xx.xx.2005- xx.xx.2008-ci il tarixlərdə (2 il 8 ay 24 gün) iş icraçısı kimi çalışdığı dövrü mübahisələndirmir. Həmin müddəti 10 il 9 ay 21 gün olmaqla xüsusi iş stajı kimi qəbul edir.
48. Lakin cavabdeh orqan apellyasiya şikayətini iddiaçının güzəştli iş stajının 10 il 9 ay 21 gün olmaqla, tələb olunan müddətdən (12 il 6 aydan) az olması ((xx.xx.1986xx.xx.1992-ci illərdə yol ustası və xx.xx.2000-xx.xx.2005-ci illərdə şöbə rəisi, yol ustası və fəhlə kimi çalışdığı dövr mübahisələndirilir) ilə əsaslandırır.
49. Beləliklə, cavabdeh orqanın mövqeyinə görə iddiaçının xüsusi iş stajının (12 il, 6 ay) tamamlanması üçün əlavə olaraq 1 il, 8 ay, 10 gün staj tələb olunur.
50. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əsasən, iddiaçı Azərbaycan SSR Yol Tikinti Nazirliyi Bakı şəhəri Yİİ-nin 29 №-li Yol İstismar İdarəsində xx.xx.1986– xx.xx.1987 (3 ay, 24 gün) və xx.xx.1987-xx.xx.1992-ci illərdə (4 il, 11 ay, 2 gün) yol ustası, xx.xx.1987 xx.xx.1987-ci illərdə (1 ay, 27 gün) fəhlə-briqadir vəzifəsində işləmişdir.
51. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda sözügedən vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cu il 21 iyun tarixli, 320 saylı qərarının 2 №-li əlavəsinin XXVİİ hissəsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı bərpası və təmiri) “a” (fəhlələr asfaltbetonçular) və “b” (rəhbərlər və mütəxəssislər: yem tikinti və quraşdırma işlərinin ustaları, iş icraçıları) bəndlərinə uyğun gəldiyi bildirilmişdir.
52. Həmin vəzifənin funksiyaları barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçı yol ustası və fəhlə birqadir vəzifələrində işləyərkən cəmiyyətin təsdiq etdiyi vəzifə təlimatlarına uyğun olaraq obyektin istehsalat-təsərrüfat fəaliyyətinə nəzarət etmək, verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək, mexanizmlər, nəqliyyat vasitələrinin, materialların, işci qüvvəsi alət invertar və ləvazimatlar barədə sifariş vermək, obyektdə yerinə yetirilən işlərin gündəlik və aylıq açotunun aparılması, material və avadanlıqların obyektə qəbul edilməsini təhkim olunmuş obyektə əmək şəraitini, əməyin mühafizəsi normalarına əməl olunmasına, təhlükəsizlik texnikasının vəziyyətinin yoxlanılmasını, işçinin işə davamiyyətini yoxlamaq kimi əmək funksiyalarını yerinə yetirərək AAYDA Dövlət Agentliyinin nizamnaməsinə uyğun olaraq müəssisənin balansında olan Respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, cari təmiri, nəzarəti vəzifəsini icra etmişdir.
53. xx.xx.2001-xx.xx.2004-cu illərdə işlədiyi fəhlə vəzifəsində xidmət etdiyi ərazi üzrə yolların saxlanması və cari təmir işlərində fəaliyyət göstərmişdir.
54. Göründüyü kimi iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə onun çalışdığı yol ustası, fəhlə-briqadir və fəhlə vəzifələrinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 №-li əlavəsinin XXVİİ hissəsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı bərpası və təmiri) 2290000a-11140 və 2290000b-23419 kodlarına uyğunluğunu bildirir.
55. Bununla yanaşə iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tikinti materialları istehsalı bölməsinin (14.2) yol işlərində, həmçinin kontakt qovuşuqlarının quraşdırılması və sökülməsi ilə məşğul olan ustalar və yol ustaları (böyük ustalar) (14.2-b) bəndlərində də nəzərdə tutulmuşdır.
56. Sözügedən müddətlərin (8 il, 4 ay, 23 gün) cəmi iddiaçının mübahisələndirilməyən 10 il, 9 ay, 21 gün xüsusi iş stajı ilə toplandıqda iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı yaranır ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
57. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
59. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-345/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.