Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-318/2025 04.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X22 və X11 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qax rayonu Qaxbaş Bələdiyyəsinə qarşı “Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclasının qərarının ləğv edilməsi barədə qəbul edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-520/2025 nömrəli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclasının qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qax rayonu Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı iclasının qərarı ilə iddiaçının mərhum əri X12 .0615 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.Həmin torpaq sahəsi ilə bağlı iddiaçı və ailə üzvləri ilə X3 və X14 arasında mülki qaydada mübahisə yaranmışdır.
3. Sonuncuların müxtəlif orqanlara müraciəti əsasında Qax rayon Porkurorluğu tərəfindən Qax rayonu Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı qəbul edilərkən bələdiyyə sədri vəzifəsində işləmiş X.Nəzirov barəsində xx.xx.2020-ci il tarixli 136 nömrəli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.Bundan sonra Şəki Regional Ədliyyə İdarəsinin inzibati nəzarət qaydasında daxil olmuş müraciəti əsasında Qax rayonu Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı iclasının qərarı ləğv edilmişdir.
4. İddiaçı iddia ərizəsində tərəflər arasında mülki mübahisə ilə bağlı aşağıdakıları qeyd etmişdir.
5. İddiaçı və övladları cavabdehlər qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, Aqil Sənan oğlunun və X4 mülkiyyəti olan Qax şəhəri İlya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsindən cavabdehlər X2 və X5 məcburi qaydada çıxarılması və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını, X3 və X14 bizə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax şəhəri, İlya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin inşası ilə bağlı çəkdikləri xərclərin əvəzi olaraq 39089 (otuz doqquz min səksən doqquz) manatın və dövlət büdcəsinə ödənilmiş 210 manat dövlət rüsumunun iddiaçıalrdan müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Qax Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 2(024)- 351/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Qax şəhəri, İlya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsindən cavabdehlər X3 və X14 məcburi qaydada çıxarılması və cavabdehlərin torpaq sahəsində inşa edilmiş qanunsuz tikili sökülməsi, qarşılqlı iddia təmin edilməməsi, X3 və X5 iddiaçılara qarşı "Qax şəhəri, İlya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin inşası ilə bağlı çəkdikləri xərclərin əvəzi olaraq 39089 (otuz doqquz min səksən doqquz) manat və dövlət büdcəsinə ödənilmiş 210 manat dövlət rüsumunun müştərək qaydada alınaraq onlara verilməsi tələbi"nə dair qarşılıqlı iddiası rədd edilməsi, X3 və X5 ödədikləri 210 manat dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X3 apelyasiya şikayəti vermişdir.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(116)- 191/2022 saylı qanuni qüvvəyə minmiş qərardadı ilə iddiaçılar X14 və X2 cavabdeh Qax Bələdiyyəsinə qarşı "Qax-İngiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 0.6515 ha torpaq sahəsinin X1 haqqında olan 02 nömrəli qərarının ləğv edilməsi tələbi"nə dair iddiasının mümkün sayılmamışdır.
7. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022- ci il tarixli, 2-1(107)- 239/2022 saylı qanuni qüvvəyə minmiş Qərardadı ilə iddiaçılar X14 və X2 və onların nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 191/2022 sayh qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Eyni zamanda Qax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(024)- 387/2023 nömrəli qanuni qüvvəyə minmiş qərardadına əsasən iddiaçılar X5 və X2 cavabdehlər İddiaçı, X15 və Aqil Sənan oğluna qarşı "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Qax şəhəri, İlya Çavçavadze küçəsində yerləşən 0,0615 hektar torpaq sahəsi ilə bağlı X8 adına 29 oktyabr 2018-ci il tarixdə verilmiş **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X9, Aqil Sənan oğlunun və X7 adlarına 05 may 2021-ci il tarixdə verilmiş **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilmələri, qeyd edilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair tikilinin onların şəxsi vəsaiti hesabına tikilməsi hüquqi faktının müəyyən olunması, həmin tikilidən ibarət fərdi yaşayış sahəsi üzərində tək istifadə və sahiblik hüququnun olmasının müəyyən edilməsi, həmçinin, qeyd edilən tikilinin tərkib hissəsi olan yerləşdiyi torpaq sahəsindən qanuni istifadə hüququna malikolmalarının müəyyən edilməsi"nə dair iddia tələbinin "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Qax şəhəri, İlya Çavçavadze küçəsində yerləşən 0,0615 hektar torpaq sahəsi ilə bağlı X8 adına 29 oktyabr 2018-ci il tarixdə verilmiş **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X9, Aqil Sənan oğlunun və X7 adlarına 05 may 2021-ci il tarixdə verilmiş **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilmələri"nə dair hissəsinə xitam verilmişdir.
9. Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən cavabdeh X2 nümayəndəsi və vəkili X10 məhkəməyə vəsatət göndərərək göstərmişdir ki, cavabdehlər tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X27 12 Saylı Şəki Ərazi İdarəsinə qarşı "Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın və İddiaçı, Aqil Sənan oğlunun və X4 adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın, eləcədə qeydiyyat nömrələrinin ləğv edilməsi" tələbinə dair Şəki İnzibati Məhkəməsində qaldırılmış iddia qaldırılmış, iş məhkəmənin icraatına götürülmüşdür.
10. Cavabdehlər X3 və X14 tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X27 12 Saylı Şəki Ərazi idarəsinə qarşı "Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X8 adma verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın və İddiaçı, Aqil Sənan oğlunun və X4 adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın, eləcədə qeydiyyat nömrələrinin ləğv edilməsi" tələbinə dair Şəki İnzibati Məhkəməsində qaldırılmış iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-116/2024 saylı qərardadı ilə Qax Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 2(024)-351/2023 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat hal-hazırda Şəki İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar X3 və X14 tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X27 12 Saylı Şəki Ərazi idarəsinə qarşı "Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın və İddiaçı, X17 və X4 adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın, eləcə də qeydiyyat nömrələrinin ləğv edilməsi" tələbinə dair iddiası ilə bağlı 2- 1(116)- 1279/2024 nömrəli inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Bildiririk ki, mərhum X8 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış Qax rayonu Qaxİngiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı İclasının qərarı əsasında verilmişdir. Həmin qərar məhkəmədə mübahisələndirilmiş və iddia mümkün sayılmamışdır. Qərardaddan şikayət verilmiş və apellyasiya instansiyası tərəfindən dəyişdirilməmiş və qanuni qüvvəsini almışdır. Lakin hazırkı cavabdeh Qax rayonu Qaxbaş Bələdiyyəsi qanunsuz olaraq X16 16 il əvvəl qəbul etdiyi qərarını xx.xx.2023-cü il tarixli 13 saylı qərarı ilə ləğv etmişdir. Qərarın ləğv edilməsi əsası kimi Şəki Regional Ədliyyə idarəsi tərəfindən keçmiş X16 sənədləri inzibati nəzarət qaydasında yoxlanılaraq Bələdiyyənin xx.xx.2007-ci il tarixli 02 saylı iclasının gündəliyində olan qərarın ləğv edilməsi təklifi olmuşdur. Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarı mənə elan edilməmiş və rəsmi qaydada təqdim edilməmişdir. Şəki Apellyasiya Məhkəməsindəki şikayətə baxılarkən belə bir qərarın mövcudluğundan xəbərdar olmuşuq. İddiaçı cavabdehə müraciət edərək sözügedən qərarın rəsmi qaydada təqdim olunmasını tələb etmişdir. Qərar iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakılara əsasən hesab edirik ki, cavabdehin sözügedən qərarı qanunvericiliyin bir çox tələblərini pozmaqla qəbul olunduğu üçün ləğv edilməlidir.
12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, birinci instansiya məhkəməsi hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.
13. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 19 fevral 2025-ci il tarixli 2- 1(116)-520/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
16. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı bildirir ki, Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı İclasının qərarı ilə mübahisə predmeti ola bilməyən etibarsız inzibati akt ləğv edilmişdir. "İnzibati icraat haqqında" Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Əslində isə hüquqiqiivvəsi olmayan inzibati aktın ləğvi özlüyündə mümkün deyildir. Əks halda mövcud olmayan Qax rayonu Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarının ləğvinin tanınması ləğv edilənə qədər yaratmış olduğu hiiquqi nəticələrin də tanınması ilə nəticələnir. Bu baxımdan da Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclasının qərarı hər hansı hüquqi nəticə yaratmadığından onun ləğvi də mümkün deyildir.Yəni,həmin qərarın özü də "İnzibati icraat haqqında" Qanunun 65.1.5-ci maddəsində təsbit olunan faktiki səbəblər üzündən icrası mümkün olmayan etibarsız inzibati aktdır. Göründüyü kimi, Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclasının qərarı etibarsız inzibati akt olduğundan ləğv edilməsi barədə iddia mümkün hesab edilməməlidir. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə sübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanmır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. İddiaçının mərhum əri Sənan Hacıyev sıravi vətəndaş olaraq bələdiyyəyə müraciət edib və oradan ona nə cür sənədləşmə lazım olduğunu izah etmişdirlər. Eyni qayda ilə o da həmin sənədləşmələri icra etmişdir. Ümumiyyətlə həmin bələdiyyə onların tanıdığı onlarla şəxsə bu qaydada torpaq satmış və heç kimdə indiyə kimi problem yaranmamışdır. Hazırda digər iş üzrə maraqlı olan şəxslərin kəskin təşəbbüsü və hansısa yollarla məhkəmələrdə 16-17 il sonra uğur qazanacaqlarına verilən vədlər əsasında iddiaçı lüzumsuz məhkəmə çəkişmələrinə məruz qalmışdır. İddiaçı hesab edir ki, maraqlı şəxslər nə deyirsə məhkəmələr də onların dediyinə uyğun ssenari üzrə qərarlar qəbul edir. İddiaçı Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-520/2025 saylı qərardadı ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-520/2025 nömrəli qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasına məktub ünvanlayan iddiaçının vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(116)-208/2025 saylı qərarından verdiklərini apellyasiya şikayətinə baxılıb yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alanadək hazırkı işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasına məktub ünvanlayan Qax rayonu Qaxbaş bələdiyyəsi işə bələdiyyənin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdirlər.
21. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Qax rayonu Qaxbaş bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclas protokolunun surəti;
2. Qax rayonu Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı iclasının qərarı;
3. RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Qax rayonu İlya Çavçavadze küçəsindı yerləşən 0.0615 ha torpaq sahəsi X8 mülkiyyətindədir;
4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-191/2022 nömrəli qərardadının surəti;
5. Şəki Appelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-239/2022 nömrəli qərardadı;
6. AZ-İ 094834 seriya nömrəli ölün haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir;
7. Qax rayon Porkurorluğunun xx.xx.2020-ci il tarixli 136 qeydiyyat nömrəli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati-Prosessual Məcəllənin: 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərar: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X21: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddia tərəfinə lazımı qaydada məlumat verilmişdir.Məhkəmə iclasında iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyi iddiaçının və onun vəkilinin iştirakı ilə müzakirə olunmuşdur.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir.
26. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
27. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023cü il tarixli 13 saylı iclasının qərarının ləğv edilməsindən ibarətdir.
28. İş materiallarına əsasən müəyyən edilir ki, mübahisələndirilmə predmeti olan Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclasının qərarı ilə Qax rayonu Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı iclasının qərarı ləğv edilmişdir.Sonuncu qərar əsasında Qax şəhəri İlya Çavcavadze küçəsində yerləşən 0,0615 ha torpaq sahəsinin Sənan Hacıyevə ayrıldığı göstərilmişdir. Həmin qərarın mövcudluğu və etibarlılğı cinayət mühakimə icraatının araşdırma predmeti olmuşdur.
29. Qax rayon Porkurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli 136 qeydiyyat nömrəli qərarında müəyyən edilmişdirv ki, Xalid Nəzirov izahatında yaşadığı rayonda bələdiyyə sədri işlədiyi üçün Sənan Hacıyevi tanıdığını, onun müraciəti əsasında keçirilmiş bələdiyyənin kollegial iclasında dəqiq olaraq kimlərin iştirak etdiyini xatırlamadığını, lakin həmin vaxt bələdiyyə üzvlərinin Rostiaşvili Laura, Kulaşvili Varabion, Çələbiyev Cavid, Babacanaşvili Eliso, Nəzirov Şamil və adını xatırlamadığı digər şəxslər olduğunu, bələdiyə ümumilikdə 9 nəfər üzvünün olduğunu, həmin üzvlərdən 5 nəfər iştirak etdikdə iclasın baş tutmuş hesab olunduğu, 2007-ci ildə torpağın alq-satqısına dair qərarda ödənişin edilməsindən sonra aktın tərtib edilməsi qeyd edilsə də, Sənan Hacıyevin imkanının olmadığından ödənişi 2013-cü ildə etdiyini, qərardakı möhürü 2008-2009-cu illərdə torpaq sahəsinə dair sxem (cizgi) təqdim edildikdən sonra vurulduğunu, torpaq şöbəsi tərəfindən torpaq sahəsinə dair sxemcizgininin tərtib edilməsi zamanı ödənişin edilməsinin tələb olunmadığını, torpağın alqı-satqısına dair aktdakı imza və möhürün ödənişin edilməsindən sonra yəni 2013-cü ildə icra etdiyini, imza və möhürlə təsdiqlənməmiş akt əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aktın qeydiyyata alınmasının mümkün olduğunu, Sənan Hacıyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsinin aktı nə zaman imzaladığını xatırlamadığını, 2013-cü ildə Sənan Hacıyevin qardaşı Rizvan Hacıyevlə bələdiyyəyə gəldiyini, lakin sonuncunun onun xidməti otağında olmadığını, onunla aralarında heç bir söhbət olmadığını, həmin torpaq sahəsinə dair sənədlərin verilməsi üçün 350 manat pul tələb etməsinə dair Akif Cəfərovun izahatında göstərdiklərinin yalan olduğunu, torpaq sahəsinə dair sənədlərin olduğu halda 250-300 manat xərc çəkib Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ala biləcəyini dediyini bildirmişdir.
30. Bundan başqa xx.xx.2020-ci il tarixdə Xalid Nəzirov ərizə ilə rayon prokurorluğuna müraciət edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etdiyi üçün əməlində CM-nin 313-cü maddəsinin tərkib əlamətinin olduğunu, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində cinayət işinin başlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Toplanmış materiallarla müəyyən edilmişdir ki, Qax rayonu Qaxingiloy Bələdiyyəsinin sabiq sədri, vəzifəli şəxs hesab edilən Xalid Nəzərov 2013-cü ildə edilmiş ödəniş əsasında 2007-ci ilə dair torpağın alqı-satqısına dair qərar tərtib etmiş,həmin qərar rəsmi sənəd olduğundan sənədə bilə-bilə yalan məlumatların daxil edildiyi üçün onun əməlində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin tərkib əlaməti yaranmışdır. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayəti böyük ictimai təhlükə törətməyən cinayət olduğundan və X.Nəzirovun əməli 2013-cü ildə törətdiyi müəyyən edildiyindən onun barəsində cinayət işinin başlanması rədd edilməlidir. (CM 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən).
31. Məhkəmə kollegiyası iddia ərizəsini və iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddia mümkün sayılmamalıdır.
32. Belə ki, ilkin olaraq mübahisə predmeti olan olan Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclasının qərarı ilə Qax rayonu Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı iclasının qərarı ləğv edilmişdir. Həmin qərarın əslində mövcud olmadığı, saxta olması istintaq orqanı tərəfindən müəyyən edilmişdir. Yəni, Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclasının qərarı ilə faktiki olaraq etibarsız, saxta olan qərar ləğv edilmişdir.
33. Hazırkı tələbin mümkünlüyünü qiymətləndirmək üçün qərarın ləğvi və etibarsızlığının hüquqi nəticələri fərqləndirilməlidir.
34. Qərarın ləğvi onun hüquqi qüvvəsinin gələcək üçün aradan qaldırılması deməkdir. Yəni, qərar verildiyi andan etibarən qüvvədə olub, lakin sonradan müvafiq orqan və ya məhkəmə tərəfindən ləğv edilir. Qərarın ləğvi onun ləğvdən sonrakı nəticələrini aradan qaldırsa da, lakin qüvvədə olduğu müddətdə doğurduğu hüquqi nəticələr qalır.
35. Qərarın etibarsızlığı isə onun heç vaxt hüquqi qüvvəyə malik olmadığını bildirir. Yəni, qərar əvvəldən etibarsızdır və hüquqi nəticələr doğurmamalıdır. Etibarsız qərar sanki heç vaxt mövcud olmamışdır. Onun əsasında yaranmış hüquqi münasibətlər də etibarsız sayılır və ləğv edilə bilər. Qax rayonu Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı iclasının qərarı faktiki olaraq mövcud olmadığından,eləcə də qərarın qəbul edilməsi zamanı xeyrinə qərar qəbul edilmiş şəxsin bunu bildiyindən şəxsin etimad hüququna istinad edilə bilməz.
36. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclasının qərarı ilə mübahisə predmeti ola bilməyən etibarsız inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Əslində isə hüquqi qüvvəsi olmayan inzibati aktın ləğvi özlüyündə mümkün deyildir. Əks halda mövcud olmayan Qax rayonu Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarının ləğvinin tanınması ləğv edilənə qədər yaratmış olduğu hüquqi nəticələrin də tanınması ilə nəticələnir.
37. Bu baxımdan da Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclasının qərarı hər hansı hüquqi nəticə yaratmadığından onun ləğvi də mümkün deyildir. Yəni,həmin qərarın özü də “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsində təsbit olunan faktiki səbəblər üzündən icrası mümkün olmayan etibarsız inzibati aktdır.
38. Göründüyü kimi, Qax rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 saylı iclasının qərarı etibarsız inzibati akt olduğundan ləğv edilməsi barədə iddia mümkün hesab edilməməlidir.
39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddia təmin edilməməlidir.
40. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)- 520/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Qax rayonu Qaxbaş Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2023cü il tarixli 13 saylı iclasının qərarının ləğv edilməsi barədə qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-520/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.