Məhkəmə qərarları › İş №2-1(107)-319/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-319/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-319/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X12 (sədrlik еdən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X22 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X16 və üçüncü şəxs X1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X43nın, həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2- 1(116)-16/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli qərarının ləğv edilməsi və Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X43nın, həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-652/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadı ilə X6, X17, X9, X7, X29, X32 və X30 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.

3. İddiaçıların vəkili iddia tələbinin dəyişdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X43nın, həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-652/202 saylı, 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

5. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-652/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X43nın və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi mümkün sayılmamışdır.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-652/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilərək inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı qəbul edildikdən sonra üçüncü şəxslərə 11 hektar torpaq sahəsinə dair hazırlanmış JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X43"nın ikinci nüsxəsində əsas kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı deyil, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı qeyd edilmişdir. JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X43”nın ikinci nüsxəsi hazırlanan zaman həmin ərazidə digər vətəndaşların adına olan Dövlət Aktlarında göstərilən torpaq sahələrinin üstünə işlənməli deyildi. Nəticədə bu gün də qüvvədə olan, iddiaçılara məxsus JN-0082 kod 40500018, JN-0083 kod 40500018 və JN-0085 kod 40500018 nömrəli Dövlət Aktlarında göstərilən torpaq sahələrinin üstünə, 4 ildən sonra yalnız torpağın ölçüsünün 1.11 hektardan 11 hektara dəyişməklə JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X43"nın ikinci nüsxəsi hazırlanmışdır.

8. Cavabdeh Oğuz RİH iddiaçılara təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktublarda qeyd etmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 02 nömrəli qərarı ümumi xarakterlidir və qərarın ləğv edilməsi digər mülkiyyətçilərin hüququna toxuna bilər.

9. Cavabdeh orqan iddiaya etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət Hüququna X43nın və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın ləğv edilməsi cavabdehin səlahiyyətləri daxilində deyil.

10. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli iclas protokolundan çıxarış; - Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli yığıncaq qərarlarının təsdiq edilməsi qərara alınmışdır. - JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə 1,12 ha torpaq sahəsi verilmişdir. - JN-0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 4,06 ha torpaq sahəsi verilmişdir. - JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə 4,40 ha torpaq sahəsi verilmişdir. - JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən X5, X3, X1, X10, X4, X2, X23, X25, X24 mülkiyyətinə 1,11 ha torpaq sahəsi verilmişdir. - Oğuz rayon Baş Daşağıl kənd X42 komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarından görünür ki, bölgü xəritəsində X5 ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq, bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. - Eyni tarixli eyni nömrəli JN-0048 "Torpağa mülkiyyət hüququna X43"ndan görünür ki, həmin sənəd X5, X3, X1, X10, X4, X2, X23, X25, X24 adına verilmiş, sənəddə yenə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına istinad edilmiş, lakin verilən torpağın sahəsi 11 ha göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, arxivdə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı mövcuddur, xx.xx.1998-ci il tarixli 65 nömrəli qərar isə texniki səhvdir. - MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nda göstərilən 11 ha torpaq sahəsi üzərində X3, X1, X10, X4, X2, X23, X25, X24 mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nda göstərilən 1,1162 ha torpaq sahəsinə İddiaçı2 və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nda göstərilən 4,40 ha torpaq sahəsinin 4,3972 ha hissəsinə İddiaçı3 və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2-1(116)-66/2020 nömrəli qərarı; - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 1(107)-60/2021 nömrəli qərarı; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1032/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı.

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 yanvar 2025-ci il tarixli 2- 1(116)-16/2025 nömrəli qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “iddiaçılardan İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədlərinin, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 yanvar 2025-ci il tarixli 2- 1(116)-16/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia tələbi “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X43nın ləğv edilməsi, həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

13. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən edilir ki, JN-0048, JN-0082, JN-0083 və JN-0085 nömrəli X35 Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı əsasında verildiyi qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında isə arxivdən Oğuz RAİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarının surəti təqdim edilmişdir. X28 tərtibində texniki səhvə yol verildiyini güman etmək olar. Digər bir məsələ isə JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X43nın iki nüsxəsinin mövcud olması ilə bağlıdır.Eyni tarixli və eyni nömrəli Aktların birində mülkiyyətə verilən torpaq sahəsinin ölçüsü 1,11 ha, digərində isə 11 ha göstərilmişdir. Hər iki Aktın isə Oğuz RAİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı əsasında verildiyi təsbit edilmişdir. Lakin, iş materiallarına əlavə edilən Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, üçüncü şəxslər həmin məsələ ilə bağlı aqrar islahat komissiyasına müraciət etmiş və məsələ müzakirəyə çıxarılmışdır. İclas protokolundan X5 ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq, bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. - Göründüyü kimi əslində AİK-in qərarı əsasında JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X43nın ikinci nüsxəsi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı əsasında tərtib edildiyi halda, sənədin verilməsinə əsas olan qərar yenə texniki yanlışlığa yol verilərək (xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı əsasında) dərc edilmişdir. Məhkəmələrin icraatında olan inzibati mübahisələrə baxılarkən bu tipli hallara rast gəlindiyindən həmin dövrün texniki imkanları nəzərə alınmaqla hüquqmüəyyənedici sənədlərdə mülkiyyətçilərin adlarında, sənədlərin nömrəsində yanlışlıqlara yol verilməsi istisna edilmir. - Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıların mülkiyyətinə torpaq sahələrinin verilməsinin hüquqi əsası olan Dövlət Aktlarının mötəbərliyini şübhə altına alan hal mövcud deyildir. Eləcə də onların həmin torpaq sahələri üzərində qeydə alınmış hüququnun olması işin hallarına əsasən təsdiq edilir. Mübahisə predmeti iddia olunan torpaq sahəsi ilə mülkiyyətə verilən torpaq sahəsinin eyniliyindən ibarətdir. İddiaçılardan İddiaçı2 və İddiaçı3 Dövlət aktları əsasında ümumi birgə mülkiyyət hüquqları qeydə alınmış, çıxarışla rəsmiləşdirilmişdir. İddia tələbi Torpaq sahəsinə planölçü sənədinin verilməsi ilə bağlıdır ki, iddia olunan torpaq sahəsinin yerini müəyyən etməklə bağlı mübahisənin mövcudluğundan irəli gəlir. İddiaçıların naturada iddia etdiyi torpaq sahəsinin bir hissəsi isə üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstdə düşməsi səbəbindən “vahid” sənəd prinsipi baxımından Torpaq sahəsinin plan-ölçü sənədinin verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1032/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarı qüvvədə olduğu müddətdə onun əsasında verilmiş JN-0048 kod 40500018 nömrəli “Torpağa mülkiyyət hüququna X43” mübahisələndirilə bilməz. İddiaçılar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onlara məxsus olduğunu iddia etdiyindən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarını hazırkı qərarın 35-ci bəndində göstərilən normalarda əks olunmuş qaydada mübahisələndirməli idi. İddiaçıların isə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət verməsi iş materialları ilə müəyyən edilmir. Nə qədər ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı qüvvədədir, onun əsasında cavabdehin verdiyi çıxarış da mübahisələndirilə bilməz. - Odur ki, məhkəmə həmin qərarın qüvvədə olduğu halda onun əsasında verilmiş JN- 0048 kod 40500018 nömrəli “Torpağa mülkiyyət hüququna X43” nın ləğv edilməsi iddiası mümkün sayılmalı deyildir. İkinci tələb “həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbi də ilkin tələbdən törəndiyi üçün mümkünlük şərtinə cavab vermir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. - Hazırkı iddia tələbi cavabdeh inzibati orqanın faktiki hərəkətinin mübahisələndirilməsi kimi qiymətləndirildiyi halda da iddia mümkünlük şərtinə cavab vermir. Belə ki, Şəhadətnamənin tərtibindən uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır. İddia tələbinin “hüquqmüəyyənedici sənədin ləğvinə dair” hissəsi mümkün hesab edilmədiyindən iddianın “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” hissəsi də qeydə alınmış hüquq qüvvədə olduğundan mümkün deyildir. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. - İddia ərizəsində iddiaçı sözügedən torpaq sahəsinin faktiki istifadəsində olmasını, ona vəsiyyət edilməsini bildirsə də, ərizəyə müvafiq hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Həmçinin iddiaçı sözügedən torpaq sahəsinin onun faktiki istifadəsində (mülkiyyətində) olduğunu bildirir. Belə olan halda iddiaçı, sözügedən torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilib-edilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idi. İddiaçı, 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Məhkəmə xüsusi ilə qeyd etmişdir ki, 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bu zaman iddianın hansı növdə olmasının hüquqi əhəmiyyəti zəruri deyildir.

14. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-16/2025 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi məhkəmə tərəfindən tətbiq edilməli olmadığı halda tətbiq edilmişdir. Qeyd edilən hüquq normalarının məzmunundan da göründüyü kimi hazırki işdə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının imzalandığı vaxtdan keçən 9 il müddətində cavabdeh inzibati orqan iddiaçılar üçün yaratdığı problemi həll etməmişdir. Problem isə ondan ibarətdir ki, cavabdeh inzibati orqan xx.xx.2007-ci il tarixdə heç bir əsas olmadan iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin üzərinə üçüncü şəxslərin adına çıxarış və plan-ölçü sənədi hazırlamışdır. Fərmanın verildiyi vaxtdan keçən 9 il ərzində isə dəfələrlə problemin həll ediləcəyini bildirən cavabdeh inzibati orqan bu gün də iddiaçıları aldatmaqla məşğuldur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən 15 may 2024-cü il tarixli və hazırki iş üzrə mübahisəli torpaq sahəsi (Məyəl yeri) ilə bağlı olan digər bir iş üzrə məhkəməyə xx.xx.2024-cü il tarixli məktublar göndərilmişdir. Məktubda qeyd edilir: “...torpaq sahəsi yerləşən bölgü çevrəsində bütün mülkiyyətçilərə ayrılmış pay torpaqlarının göstərilmiş cizgiləri ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq aradan qaldırılmış, X20 X21 (TEKUİS) müvafiq düzəliş edilmişdir.” Lakin cavabdeh inzibati orqan həmin düzəlişin nədən ibarət olmasını açıqlamır. Uzun illərdir cavabdeh inzibati orqandan eyni məzmunlu cavabları eşidirik. Əfsuslar olsun ki, məhkəmə bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, nəticədə qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir. İslahat Komissiyasının 2002-ci il tarixli qərarını üçüncü şəxslərin mənafeyinə uyğunlaşdırmağa çalışan məhkəmə hansı səbəbdənsə qərarın həmin qərarda adları qeyd olunan digər 3 şəxsə münasibətdə hansı səbəbdən icra olunmamasına, iddiaçıların və hüquqlarının kobud şəkildə pozulmasına hüquqi qiymət verməmişdir. Hansı səbəbdən həmin qərar yalnız üçüncü şəxslərə münasibətdə icra olunmalı idi? - Məhkəmə 11.0 ha torpağa hazırlanmış X36 Komissiyasının 1998-ci il tarixli qərarının yazılmasını isə texniki səhv adlandırmışdır. Bundan başqa cavabdeh inzibati orqan üçüncü şəxslərin adına çıxarış hazırlanan zaman Dövlət Aktının 1.11 ha qeyd edilən 1-ci nüsxəsi barədə məlumatının olmadığını qeyd etmişdir. (07 fevral 2020-ci il tarixli məktub əlavə olunur.) Əlavə olaraq qeyd olunmalıdır ki, üçüncü şəxslərin adına 11.0 ha torpağa Dövlət Aktı, çıxarış və plan-ölçü sənədi iddiaçılarla yanaşı daha üç nəfərin torpağının (JN-084, JN-298A və JN-299) bir hissəsinə hazırlanmışdır. Həmin şəxslərdən iki nəfər - JN-084 və JN-299 nömrəli Dövlət Aktlarının sahibləri də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər (2-1(116)-18/2025 və 2-1(116)-670/2025). Qeyd edilən işlər hal-hazırda məhkəmənin icraatndadır. - Torpaq Məcəlləsinin 43-cü maddəsinin isə hazırki işə heç bir aidiyyatı yoxdur. Dövlət tərəfindən iddiaçıların mülkiyyətinə pay torpağı verilmiş, müvafiq yerquruluşu sənədləri işlənmiş və Dövlət Aktları tərtib olunmuşdur. X39 hal-hazırda da qüvvədədir, heç bir orqan və ya məhkəmə tərəfindən ləğv edilməmiş və ya dəyişdirilməmişdir. Göründüyü kimi, qanunvericilik, iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin həmin torpaq sahələrinə İslahat Komissiyasının qərarı ilə Dövlət Aktları hazırlandıqdan xeyli müddət sonra yaradılmış elektron baza məlumatlarına deyil, Dövlət Aktlarına üstünlük verir. Hazırkı iş üzrə nə iddiaçıların Dövlət Aktları və həmin aktların verilməsinə əsas olmuş İslahat Komissiyasının qərarı, nə də üçüncü şəxslərin adına 1.11 ha torpaq sahəsinə hazırlanmış Dövlət Aktı və həmin aktın verilməsinə əsas olmuş İslahat Komissiyasının qərarı ləğv edilməmişdir. Eyni torpaq sahəsinə iddiaçılar da daxil olmaqla cəmi 6 Dövlət Aktı (JN-82, JN-83, JN-84, JN-85, JN-298A və JN-299) və üçüncü şəxslərin adına 1.11 ha və 11.0 ha olmaqla 2 nüsxədə Dövlət Aktları (JN-048 və JN048) hal-hazırda qüvvədədir. Torpaq sahəsindən isə üçüncü şəxslər istifadə edir. İddiaçıların istifadələrində olan torpaq sahələrinin ölçüləri aşağıdakı kimidir: 1. İddiaçı2 – 1.12 ha torpaq sahəsindən 0.41 ha hissəsi, İddiaçı3 – 4.40 ha torpaq sahəsindən 1.03 ha hissəsi, İddiaçı1 – 4.06 ha torpaq sahəsindən 0.90 ha hissəsi. Göründüyü kimi, iddiaçıların mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən kobud şəkildə pozulmuş, məhkəmə isə tam və hərtərəfli araşdırma aparmadan qanunsuz və əsassız qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X26 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-16/2025 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-16/2025 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

21. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; ... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

22. "Torpaq islahatı haqqında” Qanun: Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X42 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

23. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:

Apellyasiya şikayətinin mümkünlüyü

24. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmasa da, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın nəticəsi ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar cavabdehə qarşı əvvəl də eyni mahiyyətli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “çıxarışların ləğvi, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2-1(116)-66/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxs X1 və qeyrilərinin adına olan JN0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nın 11 ha göstərilmiş nüsxəsinin və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın İddiaçı2 adına olan JN0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nda göstərilmiş 1,12 ha torpaq sahəsi, İddiaçı1 və qeyrilərinin adına olan JN-0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nda göstərilmiş 4,06 ha torpaq sahəsi, İddiaçı3 və qeyrilərinin adına olan JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nda göstərilmiş 4,40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməsi, İddiaçı2 adına olan JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması, İddiaçı1 və qeyrilərinin adına olan JN-0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması, həmin torpaq sahəsinə onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi, İddiaçı3 və qeyrilərinin adına olan JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

29. Üçuncü şəxs X1 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2-1(116)- 66/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-60/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2-1(116)-66/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

31. Üçüncü şəxs xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-60/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(102)- 1032/2021 nömrəli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-60/2021 nömrəli qərarı ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır.

33. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

34. Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların tələbi JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43”nın, onun əsasında xx.xx.2007-ci il tarixində **********61 reyestr nömrəli qeydə alınmış çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır. JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43”nın verilməsinə əsas isə Oğuz rayon Baş Daşağıl kənd X42 komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarı olmuşdur. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, Oğuz rayon Baş Daşağıl kənd X42 komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə torpaq fondunun 1091,5 ha. torpaq alacaq hər bir subyektə adambaşına düşən norma daxilində özəlləşərək xüsusi mülkiyyətinə verilməsi qərara alınmış, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Oğuz rayon Baş Daşağıl kənd X42 Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı təsdiq edilmiş, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən X6 və digərlərinin adına 1,11 ha. torpaq sahəsi ilə bağlı JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43” Oğuz Rayon Torpaq Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiqlənərək verilmişdir. İş materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış Oğuz rayon Baş Daşağıl kənd X42 Komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli iclas protokolundan görünür ki, Baş Daşağıl kəndində torpaq payı alacaq ailələrin torpaq payları naturada göstərilən zaman məlum olmuşdur ki, bölgü xəritəsində X11 və ailə üzvlərinə 10 pay torpaq sahəsi əvəzinə bir pay torpaq sahəsi verilmişdir. Bu uyğunsuzluğun aradan qaldırılması üçün komissiya qərara almışdır ki, bölgü xəritəsində X5 ailəsinə "Məyəl yeri” adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilsin, göstərilənlərlə əlaqədar "Məyəl yeri” adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunması rayon torpaq şöbəsindən xahiş edilsin, qərarla əlaqədar rəy bildirilməsi rayon torpaq və xəritəçəkmə şöbəsindən, qərarın təsdiqi isə Oğuz Rayon Aqrar İslahatı Komissiyasından xahiş edilsin. Bundan sonra, Oğuz Rayon Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarına əsasən Baş Daşağıl kəndi X42 komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli iclas qərarı, Oğuz rayon Torpaq və Xəritəçəkmə şöbəsinin rəyi nəzərə alınaraq bir qrup Baş Daşağıl kənd sakinlərinə Daşağıl bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən verilməsi nəzərdə tutulan torpaq sahəsi, baş planda kolluq və qeyri növ torpaq sahəsi kimi göstərilmiş, faktiki isə əkinə yararlı olan torpaq sahəsindən verilməsi qərara alınmışdır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarına əsasən Oğuz rayon Baş Daşağıl kənd X42 Komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli və Oğuz Rayon Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002- ci il tarixli 27 nömrəli qərarı təsdiq edilmiş, bu məsələ ilə əlaqədar rayon torpaq və xəritəçəkmə şöbəsinin rəyi nəzərə alınaraq, bu qərardan irəli gələn sənədlərin hazırlanıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməsini təmin etmək rayon torpaq və xəritəçəkmə şöbəsinə tapşırılmış, torpaq sahəsinin yerinin dəyişdiriləsi və torpaq payı veriləsi ailələrin mülkiyyət hüququna X43nın hazırlanması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. Bundan sonra X5, X3, X1, X10, X4, X2, X23, X25, X24 adına eyni nömrəli (JN-0048), eyni tarixli, eyni qeydiyyat nömrəli və eyni qeydiyyat tarixli başqa bir "Torpağa mülkiyyət hüququna X43” verilmiş, həmin sənəddə yenə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına istinad edilmiş, lakin verilən torpağın sahəsi 11 ha göstərilmişdir. Göstərilənlərə uyğun olaraq X3, X1, X10, X4, X2, X23, X25, X24 JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43"nda göstərilən 11 ha torpaq sahəsinə mülkiyyət hüquqları DƏDRX-nin Qəbələ Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, Baş Daşağıl təsərrüfatında aparılan torpaq islahatı ilə əlaqədar hazırlanmış bölgü xəritəsində texniki səhv olaraq X8 on pay əvəzinə bir pay torpaq payı ayrılmış, 2002-ci ildə uyğunsuzluğun aradan qaldırılması üçün Oğuz Rayon Aqrar İslahat Komissiyası yuxarıda göstərilən məzmunda qərar qəbul etmiş, həmin qərar digər şəxslər tərəfindən mübahisələndirilməmiş, cavabdeh də Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında üçüncü şəxsin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almışdır. Hazırkı qərarın 36-cı bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarı üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Odur ki, hazırkı iş üzrə də mübahisələndirilən torpaq sahəsinin iddiaçıya verilməsi ilə bağlı Aqrar İslahat Komissiyasının ləğv edilməmiş qərarı olduğundan üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğundur. Qeyd edilməlidir ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarı qüvvədə olduğu müddətdə onun əsasında verilmiş JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43” mübahisələndirilə bilməz. İddiaçılar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onlara məxsus olduğunu iddia etdiyindən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarını hazırkı qərarın 35-ci bəndində göstərilən normalarda əks olunmuş qaydada mübahisələndirməli idi. İddiaçıların isə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət verməsi iş materialları ilə müəyyən edilmir. Nə qədər ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı qüvvədədir, onun əsasında cavabdehin verdiyi çıxarış da mübahisələndirilə bilməz.

35. Hazırda iş materiallarından görünür ki, iddiaçıların tələbi 2 hissədən ibarət olmuşdur:

1. Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X5 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X43nın və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi,

2. İddiaçılardan İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi.

36. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin birinci hissəsi qərardadla mümkün sayılmamış, ikinci hissəsi isə qərarla rədd edilmişdir.

37. İddiaçı tərəf hər iki yekun məhkəmə aktından şikayət versə də, hazırda qərardaddan verilmiş şikayət üzrə işə baxılmışdır.

38. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı sözügedən torpaq sahəsinin faktiki istifadəsində olmasını, ona vəsiyyət edilməsini bildirsə də, ərizəyə müvafiq hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Həmçinin iddiaçı sözügedən torpaq sahəsinin onun faktiki istifadəsində (mülkiyyətində) olduğunu bildirir. Belə olan halda iddiaçı, sözügedən torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilib-edilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idi. İddiaçı, 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

39. Hazırkı icraat çərçivəsində eyni iddia tələbinə münasibətdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan əsasla (iddia müddətinin ötürülməsi əsası ilə) mümkün sayılmamışdır.

40. Lakin, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı eyni cavabdehə qarşı eyni mahiyyətli tələblə və eyni əsasla əvvəllər məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərarı ilə iddia mümkün sayılmamış, həmçinin iddiaçının hazırkı iddia tələbinin predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmamışdır. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

41. Belə ki, qeyd edilməlidir ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarı qüvvədə olduğu müddətdə onun əsasında verilmiş JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna X43” mübahisələndirilə bilməz. İddiaçılar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onlara məxsus olduğunu iddia etdiyindən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarını hazırkı qərarın 22-ci bəndində göstərilən normalarda əks olunmuş qaydada mübahisələndirməli idi.

42. İddiaçıların isə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət verməsi iş materialları ilə müəyyən edilmir. Nə qədər ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı qüvvədədir, onun əsasında cavabdehin verdiyi çıxarış da mübahisələndirilə bilməz.

43. Bu xüsusatlar nəzərə alınmaqla iddiaçı tərəf, hazırki iş üzrə ilk əvvəl Oğuz rayon aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin sonradan həmin tələblə bağlı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət etmişlər. Məhkəmə tərəfindən də ərizə icraata qəbul edilmişdir. Hazırda da Kollegiya tərəfindən iddiaçı tərəfə dinlənilmə qaydasında hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı tərəf hazırki iddia tələbinə mahiyyəti üzrə baxılmasında israrlı olduqlarını bildirmişlər.

44. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd). İPM- in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd).

45. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərini birinci instansiya məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir.

46. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi nəticədə iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)- 16/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-16/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar