Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-322/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinə qarşı "xx.xx.2010-cu il tarixli aktın hissəvi ləğv edilməsi və şəhid ailəsi statusunun bərpa edilməsi" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-253/2020 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 övladı X6 1975-ci ildə anadan olmuşdur. O, xx.xx.1993-cü ildə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası MTN-nin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.1994-cü il tarixli 14 nömrəli əmri ilə xx.xx.1994-cü ildən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. X6 xx.xx.1995-ci ildə ölmüşdür. Onun meyiti Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasının eksperti tərəfindən müayinə olunmuş və ölümün səbəbi kimi "Baş beyin toxumasının əzilməsi" və "Kəlləni dəlib keçən odlu güllə yarası", zədənin alındığı yer və şərait kimi isə "Hərbi hissədə özü avtomat silahdan atəş açaraq özünü vurmuşdur" göstərilmişdir. Azərbaycan Respublikası MTN SQ-nin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.1995-ci il tarixli 81 nömrəli əmri ilə X6 ölümü ilə əlaqədar xx.xx.1995-ci ildən şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmin əmrdə göstərilmişdir ki, X3 ölümü xidməti vəzifələri yerinə yetirərkən özünə qəsd etməsi ilə bağlıdır. Azərbaycan Respublikası MTN X1 xx.xx.1995-ci il tarixli 563s/h nömrəli əmri ilə X6 hərbi hissədə odlu silahdan təsadüfi açılmış atəşdən vəfat etmiş hesab olunmuş və şəxsi heyətin siyahısından çıxarılmışdır. X3 ölümü Şəki ŞİHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyində xx.xx.1995ci ildə qeydə alınmış, ölümün səbəbi kimi vətən uğrunda gedən döyüşlərdə şəhid olması göstərilmişdir. Şəki Şəhər Hərbi Komissarlığı tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 adına arayışlar verilərək, X3 xx.xx.1995-ci ildə Naxçıvan ərazisində gedən döyüşlərdə şəhid olması göstərilmişdir. Şəki Rayon Əhalinin X8 tərəfindən xx.xx.1995-ci ildə İddiaçı1, xx.xx.2004-cü ildə isə İddiaçı2 adına "Şəhid ailəsi" vəsiqəsi verilmişdir. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı hərtərəfli araşdırmalar aparılması, şəhid və şəhid ailəsi statusu verilmiş şəxslərin sənədlərinə yenidən baxılması və bu statusun verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin araşdırılması məqsədilə X11 Hakimiyyətinin, Şəki Rayon Hərbi Komissarlığının və Şəki Rayon Əhalinin X4 nümayəndələrinin iştirakı ilə Şəki Rayon Əhalinin X4 xx.xx.2007ci il tarixli 159İ nömrəli əmri ilə yaradılmış birgə işçi qrupu xx.xx.2010-cu ildə akt tərtib edərək, 5 nəfərin, o cümlədən X3 şəhid statusunu və onların ailə üzvlərinə verilmiş şəhid ailəsi statusunu ləğv etmişdir. Həmin aktda X3 şəhid hesab edilməməsinin səbəbi kimi, onun X1 xx.xx.1995-ci il tarixli 563s/h nömrəli əmrindən çıxarışa əsasən, odlu silahdan təsadüfi açılmış atəş nəticəsində vəfat etməsi göstərilmişdir. Naxçıvan MR Hərbi Prokurorluğu xx.xx.2019-cu ildə verdiyi arayışda bildirmişdir ki, 1995-ci ildə N saylı hərbi hissədə X3 xx.xx.1995-ci ildə odlu silah yaralanması nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinə qarşı "mərhum X5 şəhid statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə verərək, mərhum X3 şəhid statusunun ləğv edilməsi barədə xx.xx.2010-cu il tarixli aktın müvafiq hissəsinin ləğv olunmasını və şəhid ailəsi statusunun bərpa edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli ayrıca qərardadı ilə hazırkı iddia İddiaçı3 tələbinə dair hissədə mümkün sayılmamışdır. Beləliklə, hazırkı qərar iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinə qarşı "xx.xx.2010-cu il tarixli aktın hissəvi ləğv edilməsi və şəhid ailəsi statusunun bərpa edilməsi" barədə iddiası ilə bağlı çıxarılmışdır. İddiaçılar həmin tələbi belə əsaslandırmışlar ki, onların oğlu İsaq Babayev hərbi xidmətdə olduğu zaman şəhid olmuş və bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Cavabdeh isə iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, X1 xx.xx.1995-ci il tarixli 563s/h nömrəli əmrində X3 ölüm səbəbi kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığından ona şəhid statusunun verilməsi mümkün olmamışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Azərbaycan Respublikası MTN-nin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.1994-cü il tarixli 14 nömrəli əmrindən görünür ki, X6 xx.xx.1994-cü ildən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. İşdə olan, Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasının eksperti tərəfindən tərtib edilmiş şəhadətnamədən görünür ki, X6 xx.xx.1995-ci ildə ölmüş, ölümünün səbəbi "Baş beyin toxumasının əzilməsi" və "Kəlləni dəlib keçən odlu güllə yarası" olmuşdur. Şəhadətnamədə zədənin alındığı yer və şərait kimi "Hərbi hissədə özü avtomat silahdan atəş açaraq özünü vurmuşdur" göstərilmişdir. İşdə olan, Azərbaycan Respublikası MTN SQ-nin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.1995-ci il tarixli 81 nömrəli əmrindən görünür ki, X6 ölümü ilə əlaqədar xx.xx.1995-ci ildən şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmin əmrdə göstərilmişdir ki, X3 ölümü xidməti vəzifələri yerinə yetirərkən özünə qəsd etməsi ilə bağlıdır. İşdə olan, Azərbaycan Respublikası MTN X1 xx.xx.1995-ci il tarixli 563s/h nömrəli əmrindən görünür ki, X6 hərbi hissədə odlu silahdan təsadüfi açılmış atəşdən vəfat etmiş hesab olunmuş və şəxsi heyətin siyahısından çıxarılmışdır. İşdə olan, AZ-İ seriyalı 996671 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X3 ölümü Şəki ŞİHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyində xx.xx.1995-ci ildə qeydə alınmış, ölümün səbəbi kimi vətən uğrunda gedən döyüşlərdə şəhid olması göstərilmişdir. İşdə olan, Şəki Şəhər Hərbi Komissarlığı tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 adına verilmiş arayışlardan görünür ki, X6 xx.xx.1995-ci ildə Naxçıvan ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. İşdə olan, Şəki Rayon Əhalinin X8 tərəfindən xx.xx.1995-ci ildə İddiaçı1, xx.xx.2004-cü ildə isə İddiaçı2 adına verilmiş vəsiqələrdən görünür ki, onlara şəhid ailəsi statusu verilmişdir. İşdə olan, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı hərtərəfli araşdırmalar aparılması, şəhid və şəhid ailəsi statusu verilmiş şəxslərin sənədlərinə yenidən baxılması və bu statusun verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin araşdırılması məqsədilə X11 Hakimiyyətinin, Şəki Rayon Hərbi Komissarlığının və Şəki Rayon Əhalinin X4 nümayəndələrinin iştirakı ilə Şəki Rayon Əhalinin X4 xx.xx.2007-ci il tarixli 159İ nömrəli əmri ilə yaradılmış birgə işçi qrupu tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli aktdan görünür ki, 5 nəfərin, o cümlədən X3 şəhid statusu və onların ailə üzvlərinə verilmiş şəhid ailəsi statusu ləğv edilmişdir. Həmin aktda X3 şəhid hesab edilməməsinin səbəbi kimi, onun X1 xx.xx.1995-ci il tarixli 563s/h nömrəli əmrindən çıxarışa əsasən, odlu silahdan təsadüfi açılmış atəş nəticəsində vəfat etməsi göstərilmişdir. İşdə olan, Naxçıvan MR Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, 1995-ci ildə N saylı hərbi hissədə X3 xx.xx.1995-ci ildə odlu silah yaralanması nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-253/2020 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinə qarşı "xx.xx.2010-cu il tarixli aktın hissəvi ləğv edilməsi və şəhid ailəsi statusunun bərpa edilməsi" tələbinə dair iddiası təmin edilməməsini qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-253/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçılar apelyasiya şikayətində qeyd etmişdilər ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-253/2020 saylı qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirlər. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, onların övladı X6 1975-ci ildə anadan olmuşdur. O, xx.xx.1993-cü ildə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası MTNnin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.1994-cü il tarixli 14 nömrəli əmri ilə 16.01,1994-cü ildən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Bundan sonra oğlumuz xx.xx.1995-ci il tarixdə vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oğlumuzun ölümü Şəki ŞİHB-nın Baş Göynük kənd İƏD üzrə nümayəndəliyində xx.xx.1995-ci ildə qeydə alınmış və ölümün səbəbi kimi vətən uğrunda gedən döyüşlərdə şəhid olması göstərilmişdir. Bundan sonra Şəki Şəhər Hərbi Komissarlığı tərəfindən onların adlarına arayışlar verilərək X3 xx.xx.1995-ci ildə Naxçıvan ərazisində gedən döyüşlərdə şəhid olması göstərilmişdir. Şəki Rayon Əhalinin X8 tərəfindən xx.xx.1995-ci ildə İddiaçı1, 21,10.2004-cü ildə isə İddiaçı2 adına “Şəhid ailəsi” vəsiqəsi verilmişdir. Bizim oğlumuz şəhid olmasına baxmayaraq “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı hərtərəfli araşdırmalar aparılması, şəhid və şəhid ailəsi statusu verilmiş şəxslərin sənədlərinə yenidən baxılması və bu statusun verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin araşdırılması məqsədi ilə X11 Hakimiyyətinin, Şəki Rayon Hərbi Komissarlığının və Şəki Rayon Əhalinin X4 nümayəndələrinin iştirakı ilə Şəki Rayon Əhalinin X4 xx.xx.2007-ci il tarixli 159İ nömrəli əmri ilə yaradılmış birgə işçi qrupu tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixii aktdan görünür ki, 5 nəfərin, o cümlədən X3 şəhid statusu və onların ailə üzvlərinə verilmiş şəhid ailəsi statusu ləğv edilmişdir. Həmin aktda oğlumuzun şəhid hesab edilməməsinin səbəbi kimi, onun X1 xx.xx.1995-ci il tarixli 563s/h nömrəli əmrindən çıxarışa əsasən, odlu silahdan təsadüfi açılmış atəş nəticəsində vəfat etməsi göstərilmişdir. Lakin oğlumuzun özünü öldürməsi barədə qeyd edilənlər tamilə yalandır. Belə ki, əgər oğlu özünü öldürmüş olsa idi oğlunun özünü öldürməsi ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğu tərəfindən Azərbaycn SSR Cinayət Məcəlləsinin müvafiq maddəsi (yəni hazırkı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi) ilə cinayət işi başlanılaraq istintaq aparılardı. Lakin Naxçıvan MR Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, 1995-ci ildə N saylı hissədə X3 xx.xx.1995-ci ildə odlu silah yaralnması nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır. Buradan da görünür ki, oğlumuzun özünə qəsd etməsi barədə qeyd edilənlər tamamilə yalandır. Lakin məhkəmə bu xüsusatları nəzərə almamış və nəticədə heç bir araşdırma aparmamış, obyektiv həqiqətin üzər çıxarılması ilə bağlı heç bir addım atmamışdır. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi) təsbit olunmuşdur. Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-253/2020 saylı qərarı ləğv edilməsini və iddianın təmin edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-253/2020 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin nümayəndəsi X7 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-253/2020 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçıların apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-253/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdən görünür ki, hazırkı qərarda araşdırılan iddia İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinə qarşı "xx.xx.2010-cu il tarixli aktın hissəvi ləğv edilməsi və şəhid ailəsi statusunun bərpa edilməsi" barədə tələbindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında olmaqla mümkün iddiadır. Belə ki, iddiaçılar xx.xx.2010-cu il tarixli inzibati aktın hissəvi ləğv olunmasını, eləcə də həmin inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasını, yəni şəhid ailəsi statusunun bərpa olunmasını tələb etmişlər. Həmin aktın surətinin iddiaçılara verilməsi barədə sübut yoxdur, onlar aktın mövcudluğu barədə yalnız hazırkı işə baxıldığı zaman şifahi məlumat əldə etmiş və iddianın dəyişdirilməsi barədə ərizəni iddia müddəti ərzində vermişlər. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 8-ci maddəsində isə deyilir ki, bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın (bundan sonra mətndə - Qaydalar) 1.1-ci bəndinə əsasən, şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndində deyilir ki, aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. xx xxxxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinə qarşı "xx.xx.2010-cu il tarixli aktın hissəvi ləğv edilməsi və şəhid ailəsi statusunun bərpa edilməsi" tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-253/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-322/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-322/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver